-kütləvi informasiya vasitələri də hakimiyyətin digər qurumları ilə yanaşı,
qanunlarla təsis olunurlar. Lakin hakimiyyətin qolları ali qanunla (konstitusiya
ilə) yaranır və səlahiyyətləri müəyyən olunur;
-kütləvi informasiya vasitələri digər hakimiyyət subyektləri ilə yanaşı,
dövlət qanunları və digər qanunvericilik aktları ilə fəaliyyətlərini tənzim
edirlər. Səlahiyyətləri qanunvericiliklə müəyyən edilir;
-kütləvi informasiya vasitələri bütün sahələr üzrə (dövlət sirri sahələri və
məlumatları istisna olmaqla) sərbəst və azad şəkildə məlumat əldə etmək və
yayım hüququna malikdirlər;
-insanlar üçün iş yerləri yaradırlar, qanunvericilikdə nəzərdə tutulmuş
qaydada əmək münasibətləri formalaşdırırlar və s.
-kütləvi informasiya vasitələri yalnız insanların söz azadlıqlarını təmin
edir. Onların sərbəst fikir bildirmək, dövlət, cəmiyyət və beynəlxalq aləm