56
ünsürləridirlərsə, deməli, kollektiv olaraq və fərdi əsaslarla münasibətlər və
ə
laqələr qurmaq hüquqlarına malikdirlər.
Hüquqları təsnif etsək və sahələrə ayırsaq, onda, belə qərara gəlmək olar
ki, insanların alidən və aşağıya doğru (burada pilləli idarəçilik, onun tərkibi
olan tabeçilik və məsuliyyət nəzərdə tutulur)
hüquqları mövcud olur.
Dövlət və cəmiyyət elə qurumlardır ki, bu qurumlar həm birbaşa, həm də
dolayı hüquqlara sahib olan məkanlardır. Dövlətdə və cəmiyyətdə mövcud
olan resurslar birbaşa və dolayı yolla istifadə olunmaqla yanaşı, insanları da
hüquq və vəzifələri, öhdəlik və məsuliyyətləri baxımından bir-birilərinə
bağlayır. Resurslar üzərində olan hüquqlar resursların tarazlı paylanması ilə
meydana gəlir. Hər bir şəxs öz fəaliyyəti ilə hüquqlarını formalaşdırır.
Hüquqlar normalar və qaydalar şəkilində əvvəlcə də müəyyən edilmiş formada
mövcud olmuş olur. Məsələn, insanlar qanunların mövcud olduğu dövlətlərdə
dünyaya gəlirlər. Müəyyən edilmiş norma və qayda tətbiq olunmağa başlayır.
Dövlətdə və cəmiyyətdə olan resurslar üzərində həm birbaşa fərdi və
kollektiv, həm də dolayı yolla fərdi və kollektiv hüquqlar mövcud olur.
Məsələn, dövlət hakimiyyəti və onun strukturları ümumilikdə xalqa
məxsusdur. Burada (hakimiyyət strukturlarında) işləyənlər hakimiyyətdən,
hakimiyyətdə tutduqları vəzifələrdən (səlahiyyətləri çərçivəsində) birbaşa
istifadə edirlər. Hakimiyyət səlahiyyətlərinə malikdirlər. Digərləri isə dolayı
yolla istifadə hüquqlarına sahib olurlar. Hakimiyyət üzərində nəzarət
hüquqlarına malik olurlar. Resurslar həm fərdi olaraq, həm də kollektiv
ə
saslarla istifadə edilir.
Dövlətdə yaşamaq, hakimiyyətdə təmsil olunmaq insanların idarəetmə
hüquqlarını reallaşdırır.
Dostları ilə paylaş: