Elşən Misir oğlu Nəsibov


Dövlət gücü və hakimiyyət gücü



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə77/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   73   74   75   76   77   78   79   80   ...   140
Azf-286777

Dövlət gücü və hakimiyyət gücü 
(fəlsəfi izah) 
 
Dövlətin  güc  fəlsəfəsi  dedikdə,  düşüncələrdə    dövlətin  mərkəzi  məcmu 
qurum  kimi potensialını  müəyyən etməkdən ibarətdir. Dövlətin  gücü  fəlsəfəsi 
onun  təsirli  siyasəti  ilə  əlaqəlidir.  Hər  bir  şəxs  bu  gücü  və  təsiri  müsbət 
mənada  (fərdi  və  kollektiv  üçün)  öz  üzərində  hiss  edirsə,  onda  dövlət  güclü 
olur.    Dövlətin  gücündən  əhali  lazımi  səviyyədə  yararlana  bilirsə,  dövlət  o 
halda  güclü  tərəf  kimi  düşüncələrdə  obrazlanır.  Dövlət  beynəlxalq  əlaqələrdə 
təsirli  tərəf  kimi  davranırsa,  onda  güclü  tərəf  rolunu  oynyaır.    Dövlətin 
güclənməsinə  onun  sağlam  əmək  qabiliyyətinə  malik  olan  sakinləri  də  təsir 
edir.  Çünki  bütün  iqtisadiyyatın  sağlam  təməli  sağlam  düşüncə  və  sağlam 
təməllə,  həm  də  sağlam  istiqamətləndirmə  ilə  müəyyən  olunur.    Rasional 
cəmiyyət,  empirik  və  rasional  təsərrüfat  və  rasional  fəaliyyət  məhz  dövləti 
daxildən  və  xaricdən  gücləndirir.  Dövlətin  gücü  elmi  mərkəzlərdən  və  elmi 
potensialdan  da  çox  asılı  olur.  Çünki  dövlət  quruculuğu,  təsərrüfat  və 
kommunikasiya  quruculuğunda  elm  və  təhsil,  maarifçilik  əvəzsiz  rol  oynayır. 
Dövlətin  müəyyən  etdiyi  ideoloji  amillər  də  dövlət  gücünün  formalaşmasına 
təsirlər edir.  
Dövlətin  fiziki    gücü  ilk  növbədə  onu  yaradan  xalqın  yaradıcılıq  və 
quruculuğundadır. Bu baxımdan da  xalqın  mədəniyyəti onun dövlətini  güclü 
edir.    Xalqın  mədəniyyətinə  maddi  və  mənəvi  irsi  aid  olur.  Bu  mədəniyyət 
nümunələri  dövlətin  həm  daxildə,  həm  də  beynəlxalq  əlaqələrdə 
formalaşmasına  təsirlər  edir.  Mədəniyyət  nümunələri  ətraf  dövlətlərin  cəlb 


59 
 
olunmasını  təmin  edir.  Mədəniyyət  nümunələri  (bura  hətta  idman  da  aiddir)  
təsirlər edir və dövlətin immunitetini artırır.  
Dövlətin 
gücü 
onu 
təşkil 
edən 
elementlərin 
tutumunda 
və 
fəaliyyətindədir. Dövlət o halda güclü olur ki, onun ərazisi, əhalisi, vəsaitləri, 
iqtisadi  və  siyasi  sistemi,    təkmil  qanunvericiliyi,  coğrafi  mövqeyi  (tranzit 
yollar  və  limanlar  baxımından),  beynəlxalq  geostrateji  məkanlarda  iqtisadi 
ittifaqlar  və  bloklar  məkanında  mövqeyi,  aralıq  coğrafi  mövqeyi,    siyasi 
mövqeyi,  özünümüdafiə  siyasətinin  təşkil  olunması,  ümumiyyətlə,  geostrateji 
və geosiyasi vəziyyəti güclü olur.  
Dövlətin    gücünü  həm  daxili,  həm  də  xarici  amillər  yaradır.  Dövlətin 
gücünü  onun  təkmil  siyasi  sistemi  də  meydana  gətirir.  Siyasi  sistem  xalqın 
bütünlükdə  maraqlarını  təmin  edən  fəaliyyət  həyata  keçirirsə,  onda  o  sistem 
güclənmiş olur. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin