Dövlətin inkişaf yollarının fəlsəfi əsasları: deduktiv və induktiv metodlar
Dövlətin başlıca funksiyası insan hüquqlarını zamanla təmin etməkdən
və müdafiə etməkdən, həmçinin insanları qorumaqdan və əldə olunan
resursları mövcud və gələcək zamanda səmərəli istifadə etməkdən ibarətdir.
Dövlət öz funksional quruluşuna görə, eləcə də insanlarla olan münasibətlər
quruluşu baxımından (buna proses quruluşu demək olar) fəlsəfi, dərin və
pozitiv məzmunlu assambleyanı meydana gətirir. Münasibətlər çoxtərəfli,
çoxsahəli olduğundan fərqli və mürəkkəb məzmunludur.
Dövlət cəmiyyətin və insanların hüquqlarını inkişaf etdirməkdə maraq
nümayiş etdirir. Çünki özü elə forma etibarilə cəmiyyət və dövlət hüququnun
tərkibindən ibarətdir. Dövlət zaman fəlsəfi kateqoriyasına müvafiq olaraq