57
məruz qalır. Vəzifə bölgüləri, struktur bölgüləri elə özlüyündə idarəçiliyin
sahələr üzrə və pilləli formasını meydana gətirir.
İ
darəçilik, nüfuz və təsir etmək elə insanların təbii xarakterinə bağlı olan
məsələdir. İdarəçilik vasitələr üzərində təsir istəklərindən və insanların
qaydalar yaratmaq istəklərindən formalaşır. İnsanın pozitiv xarakteri ona
hüquqlar verir, onun istək və arzularından ortaya çıxır. Xarakter həmçinin
qabiliyyətinə, istedadına bağlı olur. Hüquq normaları resursların təyinatını
müəyyən etmək funksiyasını yerinə yetirir.
İ
nsanların idarəçilik hüquqları onların hakimiyyət hüquqlarını da
formalaşdırır. Hakimiyyətdə vəzifələr tutmaq və funksiya həyata keçirmək elə
idarəçiliyin tərkibini təşkil edir. İdarəçilik əsasən fərdi qaydada kiminsə
üzərində nüfuz etməkdən yox, həyatın özünü tənzimləməkdən ibarətdir.
İ
darəçilik hüququ daha çox məsuliyyət yaradan hüquqdur. Çünki əks tərəfin
hüquqlarının da təminatı məsələsi gündəlikdə olur. İnsanların idarəçilik
hüquqlarına təşkilatçılıq hüquqları, təşkil etmək hüquqları, icra etmək
hüquqları, normaları qəbul etmək hüquqları aiddir. İdarəçilik hüquqları
qərarları qəbul etmək, tabeli əsaslarla müşahidə və nəzarət etmək kimi
aspektləri də özündə cəmləşdirir. İdarəçilik hüquqlarına seçkilərdə aktiv və
passiv əsaslarla iştirak hüquqları da aid olur. Hər iki halda insanların dövlətin
və hakimiyətin işində iştirak hüquqları formalaşır. İdarəçilik hüquqları
insanların özlərini dövlətə bağlayır və dövlətin fəaliyyətini insan fəaliyyəti ilə
tamamlayır.
Dostları ilə paylaş: