Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə83/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   79   80   81   82   83   84   85   86   ...   140
Azf-286777

 
İ
vent  (ing.  event)
-hadisə  deməkdir.  Kontent  (ing.content)  isə  şərh 
mənasını verir. Hadisə -tərkibi hissələrdən ibarət olan və hərəkətlər sayəsində 
dəyişən  gerçəkliklərdir.  Hadisə  baş  verir,  onun  təsir  dərəcələri  isə  izah  edilir. 
Bu  anda  hadisənin  səbəbləri  açılır.  Kontent  hadisələrdəki  aydınlıqların 
(subyektə siqnal şəkilində çatan zərrəciklərin)  ifadə olunmasıdır.  
Siyasət  özü  elə  hadisələrdən  formalaşır  və  hadisələrin  fərdi  və  qrup 
(sistemli,  şəbəkəli,  əhatəli)    halını  ifadə  edir.  Hər  bir  hadisənin  forması  və 
məzmunu  mövcud  olur.  Buna  müvafiq  müəyyən  miqyaslı    məkan  əmələ 
gətirir.  Hadisələrdə  iştirak  edən  subyektlər  və  vasitələr  (tərəflər)  hadisələrin 
mahiyyətini  formalaşdırır.  Hadisələrdə  zaman  və  digər  fəlsəfi  kateqoriyalar 
həlledici  müəyyənlik kimi çıxış edir. Zaman, zərurət  və nəticə  kateqoriyaları 
da  hadisələrin  baş  baş  vermə  səbəblərini  müəyyən  edir.  Sistemlilik 
prinsiplərindən  irəli  gələrək  bir  hadisə  bir  və  ya  da  bir  neçə  hadisəni 
şə
rtləndirir.  Hadisələr  digər  hadisələr  üçün  oyadıcı  effekt  daşıyır.  Hadisələrə 
təkan  verir.    İnkişaf  prosesləri  də  artan  hadisələrdən,  müəyyən  olunan 
gerçəkliklərdən  ibarətdir.  Burada  da  hadisələr  arda-arda,  yan-yana  baş  verir. 
Buna  şəbəkəli  metod  da  demək  olar.    İnkişaf  həm  də  ümumən  pozitiv  və 
konstruktiv hadisələr cəmindən meydana gələn prosesləri özündə cəmləşdirir.  
Hər bir proses özündə bir və ya da bir neçə  metodu  yaradır. Metodların 
sayı hadisələrin  miqyasından asılı olur.  Metod bir aspektdə  təcrübədən irəli 
gələrək meydana gəlir, eləcə də əvvəlcədən  nəzəri olaraq formalaşır və tətbiq 
olunur.  Bu  baxımdan  da  metodun  nəzəri  və  təcrübi  tərəfləri  mövcud  olur. 
İ
(e)vent  və  kontent  metodlar  da  inkişafı  şərtləndirən  metodlar  sırasında 
qərarlaşır. 
İ
nkişafın ivent metodu hadisələrin say baxımından artan tempini göstərir. 
Burada  statistika  əsas  rol  oynayır.  Statistika  həm  də  həcmi  ifadə  edir.    Bu  o 
deməkdir  ki,  proseslərdə  nə  qədər  hadisə  meydana  gələrsə,  bir  o  qədər  həcm 
artar  və  proseslərdə  iştirak  edən  vasitələrin  sayı  çoxalar.  Bu  göstərici  özündə 
elə  inkişafı  meydana  gətirir.  İvent  metodlarda  inkişafın  təzahürü  daha  çox 
qabarır. Burada artıq proseslərin digər prosesləri  şərtləndirməsinin əsasları və 
törəmənin əsasları kontent metodlarda tətbiq olunur.  
İ
nkişafın  kontent  metodu  isə  hadisələr  cəminə  olan    baxışları  meydana 
gətirir.  Hadisələrin  müsbət  və  mənfi  tərəfləri  burada  hadisələrin  kökündə 
qərarlaşır. Bu metod yaylı metod da hesab oluna bilər. Kontent metod elə ivent 
metodun  sistemli  cəmini  ifadə  edir.  Məsələn,  inkişaf  proseslərində  bütün 
sənaye  sahələrinin  və  infrastrukturun  şaxəli  inkişafı  özlüyündə  kontent 
metodun  tətbiqi  ilə  meydana  gəlir.  Kontent  metod  zamanı  bir  qrup  inkişaf 
hadisələri  digərləri  üçün  şərtləndirici  funksiya  daşıyır.    Kontent  metodda 
təzahür  olunan  inkişaf  hadisələri  (iventlər)  cəm  halda  tətbiq  olunur  və  sanki 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin