Elşən Misir oğlu Nəsibov


Kateqoriyanın tətbiqinin məzmunu necə formalaşır



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə91/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   87   88   89   90   91   92   93   94   ...   140
Azf-286777

Kateqoriyanın tətbiqinin məzmunu necə formalaşır 
 
-ilk  növbədə  dövlət  insanların  hər  bir  yaşda  baza  hüquqlarını  təsbit  və 
təmin  edən  və  gələcək  münasib  qanunvericilik  üçün  şərtləri  ortaya  qoyan,  bu 
baxımdan baza hüquqların ardıcıl təminatını həyata keçirmək iqtidarında olan 
konstitusiyanı  qəbul  edir.  Konstitusiya  başlanğıcı  sağa,  sağı  da  sola  doğru 
aparır; 
-ikincisi,    mövcud  qanunlar  və  digər  qanunvericilik  aktları    insanların 
yaşlarının artmasına müvafiq olaraq onların hüquqlarının təminatını əsas hədəf 
kimi  müəyyən  edir.  Dövlət  bu  aspektdə  vaxtaşırı  və  ardıcıl  olaraq,  müvafiq 
sahələri  əhatə  etməklə,    hüquqi  islahatlar  həyata  keçirir  ki,  şablonlar, 
stereotiplər  aradan  qaldırılsın.  Maneəsiz  olaraq  hüquqlar  təmin  edilsin.      Hər 
bir insan öz zamanında yaxşı hüquq normaları ilə təmin edilsin. Eyni zamanda 
yeni gələn insanın da şəraitə və məkana uyğun olaraq yeni tələblərlə hüquqları 
təmin  edilsin.  Tələblərin  də  meydana  gəlməsi  həm  resursun  əks  etdiridiyi 
mövcud  zamandan  ortaya  çıxır,  həm  də  yeni  resursu  əldə  etmək  məqsədini 
güdür.   Bu baxımdan mövcud hüquqlar gələcək zaman hüququnu da yaradır; 
-üçüncüsü,  dövlət  gələcək  zaman  üçün  hüquqların  təmin  edilməsini 
həyata  keçirmək  məqsədilə  gələcəyə  yönəlik  hüquq  normalarını  (proqram  və 
konsepsiyaları,  fəaliyyət  planlarını,  digər  strateji-konseptual  sənədləri)  
indidən 
qəbul  edir.  Bu  hüquq  normalarının  icrası  üçün  resursları  ümumən 
gələcəyə yönəldir.  
Dövlət öz resurslarından istifadə edir. Gələcək hüquqların təminatını cari 
hüquqların  islahatı  ilə  həyata  keçirir.  Buna  sistemdaxili  genişlənmə  kimi 
baxmaq lazımdır.  Eyni zamanda gələcək hüquqları nəzəri baxımdan hazırlayır 
və  resursları  ona  doğru  yönəldir.  Sistemin  kənarından  genişlənmə  bu 
qaydada həyata keçirilir.  Burada elə zaman kateqoriyası ilə inkişafın deduktiv 
və induktiv metodları formalaşmış olur. 
Dövlət  gələcək  hüquqları  takitki  və  strateji  əsaslarla  təmin  etmək 
siyasətini reallaşdırır. Bu metodlar sistemə həm daxildən tətbiq olunur, həm də 
sistemin kənarlarından tətbiq edilir. Hər ikisi sistemi böyüdür.  
Qeyd  olunduğu  kimi,  gələcək  hüquqların  tətbiqi  iki  mühüm  istiqamətdə 
həyata  keçirilir:  birincisi,  sistemin      daxilini  zənginləşdiririr.  Yəni,  yeni 
qanunvericilik aktları qəbul olunur, sistemi daxilən zəngin edir, sayı çoxaldır, 
təkmilləşməni artırır. Burada artma prosesi təmin edilir. Yenidənqurma həyata 
keçirilir.  İkincisi, sistemin “qırağından” daxil olur. Bu anda da dartıb sistemi 
böyüdür.  Hüquq  normalarının  sayı  çoxalır.  Hər  iki  metod  islahatların  həyata 
keçirilməsini şərtləndirir.    
 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin