Beynəlxalq münasibətlərin fəlsəfəsi
Beynəlxalq münasibətlər fəlsəfəsi özündə dövlət və xalq fəlsəfəsini ehtiva
edir. Eləcə də beynəlxalq siyasət düşüncələrini cəmləşdirir. Beynəlxalq
68
münasibətlər fəlsəfəsi bu anlayışa həm bütöv kimi yanaşır, həm də tərkib
etibarilə baxır. Beynəlxalq münasibətlər fəlsəfəsi özündə dünya birliyi fəlsəfi
fikirlərini də ehtiva edir. Çünki beynəlxalq münasibətlər tərkib etibarilə dünya
quruluşuna aiddir.
Beynəlxalq münasibətlərin fəlsəfəsi beynəlxalq münasibətlərin tərkibini
müəyyən edən düşüncələrdən ibarətdir. Fəlsəfəyə həm tərkib, həm də mənalar
aid olur. Beynəlxalq münasibətlər özü dərin və mənalı olduğundan fəlsəfi
düşüncələrin əsas obyektini və predmetini təşkil edir. Beynəlxalq
münasibətlər ona görə dərindir və əhatəlidir ki, burada çoxlu sayda dövlətlər
və təşkilatlar iştirak edirlər. Həm də ona görə dərindir ki, dövlətlər arasında
bütün əlaqələri əhatə edir. Beynəlxalq münasibətlər hüquq normalarına görə
də əhatəlidir.
Beynəlxalq münasibətlər eləcə də elmin əsas obyektidir və predmetidir;
çünki tərkiblərdən ibarətdir. Tərkiblərin düşünülməsi və analiz olunması
beynəlxalq münasibətlər anlayışının əsaslarını meydana gətirir. Beynəlxalq
münasibətlərin fəlsəfəsi onun insanlara nə dərəcədə xidmət etməsinin
ə
saslarını meydana gətirir. Beynəlxalq münasibətlər fəlsəfəsinin və elminin
ə
sas problemləri həm də bu münasibətlərin və əlaqələrin problemləridir. Elm
beynəlxalq əlaqələri öyrənir, həm də beynəlxalq münasibətləri obyekt edir.
Beynəlxalq əlaqələr özü real və konkret siyasətin tərkibindən və təzahüründən
ibarətdir.
Beynəlxalq münasibətlərin fəlsəfəsi onun formasını təşkil edən
elementlərin və həmin elementlərin hərəkət quruluşunu müəyyən etməkdən və
dərk etməkdən ibarətdir. Beynəlxalq münasibətlərin fəlsəfəsi dünya xalqlarının
resurslardan birgə yararlanması və əməkdaşlıq və tərəfdaşlıq fonunda
ümumdünya sülhünün təmin olunmasını və qorunmasını müəyyən etməkdən
ibarətdir. Beynəlxalq münasibətlər və beynəlxalq əlaqələrin zərurəti özündə
beynəlxalq münasibətlərin fəlsəfəsini birləşdirir.
Beynəlxalq münasibətlər dövlət və xalq yaradıcılığının əsasıdır. Bu
baxımdan da mədəniyyətdir. Beynəlxalq münasibətlərin məzmunu bu
quruluşun həm dövlətlərə ayrı-ayrılıqda, həm də kollektiv olaraq xidmət
etməsində özünü təsdiq edir.
Beynəlxalq münasibətlər fəlsəfi düşüncələrinin obyektində xalqların
rəngarəngliyi və ümumən insan amili dayanır. Bütün dövlətlərin fəaliyyəti
məhz bu istiqamətə yönəlir. Dünyanın sabitliyi, resurslardan birgə istifadə
qaydalarının
müəyyən
olunması,
müharibələrin
qarşısının
alınması
metodlarının tapılması, sülhə nail olmaq yollarının axtarılması və təbiətlə insan
arasında rəvan əlaqələrin müəyyən olunması özündə beynəlxalq münasibətlər
fəlsəfəsinin qəyəsini, məramını ehtiva edir.
|