Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə92/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   88   89   90   91   92   93   94   95   ...   140
Azf-286777

Siyasi gərginliklər 
 
Gərginliklər müstəvinin müəyyən hissələrində sayca  artan elementlər və 
onların  fəaliyyət  kəmiyyətindən,  aktlarını  çoxaltmasından    asılıdır.  Proseslər 
artır,  güclənir  və  bu  anda  nisbi  axını  özündə  ehtiva  edən  cərəyan  güclənir. 


67 
 
Siyasət  proseslərdən  ibarət  olduğundan  daima  dəyişiklikləri  özündə  ehtiva 
edir.    Siyasət  müxtəlif  bucaqlardan,  koordinatlardan  həyata  keçir.  Siyasət 
müxtəlif  maraqların  müdafiəsini  özündə  əks  etdirir.  Hər  bir  maraqlı  tərəf, 
hüquqi səlahiyyətə malik olan tərəf (bu, istər dövlət, istərsə də dövlət subyekti 
olsun) öz tələbatlarına, maraq və mənafeyinə uyğun hərəkət fəaliyyətini təmin 
edir,  təşkil  edir.  İstiqamətlər  müxtəlif  olduğundan  bir  çox  hallarda  maraqlar 
kəsişir. Bu kəsişmədən toqquşmalar, maraq uğrunda mübarizələr baş verir. 
Siyasi gərginliklər bir tərəfdən inkişaf fəlsəfəsinin tərkibidir, digər tərfdən 
də  ərazilərin,  sahələrin  maraq  sferaları  üzrə  bölünməsidir.  Siyasi  gərginliklər 
ayrı-ayrı  tərəflərin  psixi  durumlarından  yaranır.  Belə  ki,  qısqanclıq  hissləri  –
həm  dövlətlərin  bir-birilərinə  qarşı,  həm  də  dövlətdaxili  subyektlər  arasında 
mövcud  olan    qısqanclıqlar-rəqabəti,  bir  məkanda  mübarizəni  özündə  ehtiva 
edir.  
Siyasi gərginliklər koordinatlarda, xətlərdə baş verir. Siyasi gərginliklərə 
münaqişələr, iqtisadi və  maliyyə böhranları, siyasi fəaliyyətin digər sahələrini 
ə
hatə  edən  gərginliklər,  bu  baxımdan  müharibələr,  çəkişmələr,  diplomatik 
böhranlar, hərbi xarakterli gərginliklər, müharibəni təşviq edən geniş miqyaslı 
hərbi təlimlər   və s.  aid olur. 
Siyasi  gərginliklər  məkanda  vərdiş olunmuş əlaqələr  müstəvisini korlaya 
bilir. Siyasi gərginliklər özülüyündə çəkinmə siyasətini də ehtiva edir. Bundan 
da müəyyən qədər tarazlıqlar siyasəti formalaşmış olur.    

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin