65
hüquqlarını təmin etmək üçündür. Burada əcnəbi və vətəndaşlığı olmayan
şə
xsin hüquqlarını dövlət ona görə təmin edir ki, beynəlxalq sənədlərlə öz
üzərinə öhdəlik götürür. Onları öz vətəndaşlarından, bəzi istisnalar olmaqla,
ayırmır. Dövlətin əsas vəzifə və səlahiyyəti, öhdəliyi məhz insan hüquqlarını
insanların maraqlarının əks olunduğu sahələrdə təmin etməkdən ibarətdir.
Maraq ardırıcıl qaydada, subyektlərin hərəkət məkanlarına və resurslara
müvafiq olaraq ümumən artır. Bəzi hallarda isə azalır, məhdudlaşır. Burada
resurs və əməl amili mühüm rol oynayır. İnsanların universal və məxsusi
hüquqları ümumi vətəndaşlıq prinsiplərinə, məxsusi hallarda isə fərdi
kateqoriyaya, həmçinin fərdi qabiliyyətə görə təmin edilir. Hüquq normaları
ümumi və fərdi statuslar yaradır.
Dövlət
öz
idarəçiliyini
hüquqyaratma
və
icrasını
təminetmə
mexanizmləri: subyekt və obyektləri (vasitələr də demək olar) ilə həyata
keçirir. Dövlət insan hüquqlarını inkişaf sahələrinə və resurslarına görə
müəyyən edir, təsbit edir, eləcə də təmin və təsdiqini həyata keçirir. Dövlət
hakimiyyətinin aparatları (mərkəzi və yerli aparatlar) insan hüquqlarının təsbit
və təsdiqini təmin edir.
Dövlət öz vətəndaşlarının hüquqlarını digər kateqoriyalarla yanaşı,
zaman
kateqoriyası ilə də təmin edir. Həm də ona görə ki, beynəlxalq aləmin
üzvü olur və bu aspketdə dünyanın inkişaf tempinə müvafiq olaraq, resursların
mənimsənilməsini səmərəli həyata keçirmək məqsədilə hüquqi islahatları
həyata keçirir. Zaman kateqoriyası əsasında mövcud və gələcək zamanın
hüquqları təmin edilmiş olur. Dövlət gələcək zamanda hüquqların təmin
olunmasını hədəf kimi müəyyən edir. Zamanla ayaqlaşmaqla insan
hüquqlarının təmin olunması məsələsi dövlətin özünün inkişafını şərtləndirir.
İ
nsan hüquqlarının təmin olunmasında zaman kateqoriyasının tətbiqi
vətəndaşların ardıcıl şəkildə hüquqlarının rəvan əsaslarla təmin olunmasını
ə
sas götürür.
Dostları ilə paylaş: