cəmiyyətdə sosial, dövlətdə isə siyasi hüquqlar kimi təsnif olunmalıdır .
Hər iki sahənin vəhdəti mövcud olduğundan, hər iki sahə bir-birinə xidmət
etdiyindən, bir-birini tamamladığından elə siyasi, mülki və digər sahələr üzrə
olan hüquqlar insan hüquqlarıdır. Dövlətdə birbaşa və ya da dolayı yolla hər
bir şey insana xidmət edir. Siyasi-ictimai və digər hüquqlar insanların elə
konstitusion hüquqlarıdır. Dövlət ayrı-ayrı sahələr üzrə hüquq normaları qəbul
etməklə, insan hüquqlarının təsnifatını həyata keçirir. Dövlət zamanın
postulatlarına cavab vermək funksiyasına və öhdəliyinə malikdir.