70
mərkəzləri arasında koordinativ əlaqələr təmin olunur. Bu baxımdan da
dövlətdə siyasət mərkəzləri məcmusu meydana gəlir.
Siyasət mərkəzləri tərəfindən sülh siyasəti tətbiq olunur. Bu baxımdan da
sülh planları, konsepsiya və proqramları hazırlanmış olur. Siyasət mərkəzləri
resursları sülhün təmin olunmasına doğru yönəldir. Eləcə də vəsaitlərdən
tərəflərin barışığının təmin olunması üçün istifadə olunur.
Siyasət mərkəzlərini siyasətin hazırlandığı və icra olunduğu istiqamətlərə
bölmək olar. Siyasətin mərkəzləri təsnif oluna bilir. Siyasət iyerarxik qaydada
sahələrə bölünür. Mərkəzi qurumlar aşağı siyasət qurumlarının təklifləri
ə
sasında siyasətlərini müəyyən edirlər. Mərkəzi siyasət qurumlarında
hazırlanan siyasət ətraf qurumlara doğru şaxələnir. Bu anda siyasət mərkəzləri
arasında əlaqə meydana gəlir. Siyasət mərkəzləri şəbəkələri yaranmış olur.
Siyasət mərkəzləri maraqları təmsil edən və maraqları müdafiə edən
qurumlar olduğundan sülh siyasətinin tətbiqi başlıca strateji və taktiki hədəfə
çevrilir. Siyasəti mərkəzləşdirən siyasi sistemdir. Siyasi sitem daxilində çoxlu
sayda, sahələri əhatə edən mərkəzlər meydana gəlir.
Dostları ilə paylaş: