71
eləcə də kollektiv formada çox zaman üçün tətbiq olunan şəkildə qəbul
olunur.
Müstəqil siyasət anlayışı həm mütləqdir, həm də nisbidir, şərtidir. Təbii
ki, mövcud zamanın inteqrasiya, koordinasiya, qloballaşma dövründə
beynəlxalq aləm sıx bir bütövdür. Bütün sahələr demək olar ki, bir-birinə
bağlıdır.
Dövlətlər daxillərində müstəqildirlər. Lakin buna tam müstəqil demək
olmaz. Dövlət rəhbəri və dövlət hakimiyyəti təbii ki, xalqdan asılı vəziyyətdə,
xalqın iradəsinə cavab olaraq qərarlar qəbul edirlər.
Beynəlxalq əlaqələrin sıx bağlılığı beynəlxalq münasibətlər sahəsində
qərarların qəbulu məsələsini dövlətin tam müstəqil şəkildə daxili işi hesab edə
bilmir. Bu baxımdan da müstəqil siyasət yürütmək anlayışı bir qədər şərti
xarakter kəsb edir. Hər bir siyasətin nəticəsindən doğaraq siyasət həyata
keçirilir. Qərarlar qabaqlayıcı olur və siyasətin axarını müəyyən edir,
yönləndirir, dəyişir. Ümumiyyətlə, bütün qərarlar sistemin qorunmasına və
müdafiəsinə əsaslanır.
Dünyada adətən kiçik dövlətlər böyük dövlətlərlə əlaqələr fonunda çox
müstəqil qərarlar qəbul etmək iqtidarında olmurlar. Qərarların müstəqilliyinin
artması ələlxüsus resurslara bağlı olan məsələdir.
Dostları ilə paylaş: