Elşən Misir oğlu Nəsibov


Referendumlar–siyasi təzyiq vasitələri kimi



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə98/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   94   95   96   97   98   99   100   101   ...   140
Azf-286777

 
Referendumlar–siyasi təzyiq vasitələri kimi.  
Beynəlxalq münasibətlərin gərginləşdirilməsi vasitələri kimi  
 
Dövlət  hər  kəsin  marağını  təmin  edən  mərkəzi  bir  qurumdur.  Dövlətin 
siyasətinin  müəyyən olunmasında hər kəs  ya birbaşa (siyasətdə qərarverici və 
icraçı tərəf kimi iştirak etməklə), ya da dolayı yolla (burada idarə olunan tərəf 
nəzərdə tutulur) iştirak edir. Bu aspektdə dövlət komplekslərin cəmindən ibarət 
olan bir kompozisiyadır.  
Beynəlxalq  vərdiş  olunmuş  sabitliyə,  eləcə  də  dövlətdaxili  sabitliyə 
referendumlar  mənfi  təsirlər  edir.  Referendumlar  xalqların  öz  müqəddaratını 
təyin  etmək,  xalqın  rəyini  öyrənmək  vasitəsi  olaraq  dövlətlərin  ərazi 
bütövlüklərinə köklü zərbələr vurur. 
Dövlət  xalqındır,  xalqın  sifarişini  yerinə  yetirən  tərəfdir.  Dövlətdə  ciddi 
dəyişikliklər  xalqın  iradəsi  ilə  həyata  keçirilməlidir.  Bu  baxımdan  da 
dəyişikliklər üçün rəylər əsasdır. 
Referendumlar da xarakterinə görə təsnif oluna bilir: dövlətlərdən ayrılma 
ilə  nəticələnən  referendumlar;  ittifaqların  tərkibində  qalma  və  ya  da 
tərkibindən  çıxma  ilə  nəticələnən  referendumlar;    beynəlxalq  koalisiyalara 
qoşulma  və  hərbi  ittifaqlara  qoşulma  ilə  nəticələnən  referendumlar;  ölkənin 
hərbi  bloklara  qoşulmasını  qadağan  edən  və  ya    da    icazəni  nəzərdə  tutan 
referendumlar;  sərhədlərin  dəyişməsi  ilə  bağlı  referendumlar;    iqtisadiyyatla 
bağlı  referendumlar;  müharibənin,  münaqişənin  nəticələri  ilə  bağlı 
referendumlar və s.  


72 
 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin