Elşən Misir oğlu Nəsibov


Beynəlxalq hüququn fəlsəfəsi



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə95/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   91   92   93   94   95   96   97   98   ...   140
Azf-286777

Beynəlxalq hüququn fəlsəfəsi 
  
Beynəlxalq  hüquq  sistemi  nəzəri  baxımdan  normalardan  və  qaydalardan 
ibarət  olan  şəbəkələrdən,  mexanizm  və  sistemdən  formalaşır  və  normalar  da 
sistemin özünü formalaşdırır. 
Beynəlxalq  hüququn  sahələr  üzrə  tənzimləmə  normaları  mövcuddur.  Bu 
normalar cəm halda beynəlxalq hüququn nəzəri immunitetini yaradır. Bir halda 
beynəlxalq  hüququn  bir  prinsipi,  norma  və  qaydaları  pozulduqda,  qəbul 
olunmuş  ədalət  pozulur.  Yeni  vəziyyət  meydana  gəlir.  Bir  və  ya  da  bir  neçə 
norma  pozulduqda,  arxasınca  yeni  norma  və  qayda  pozucunun  nəzəri 
baxımdan  qabağını  kəsməyə  başlayır.  Məsələn,  beynəlxalq  hüquqda  işğalı 
özündə  əks  etdirən  müharibələr  aktlar  olaraq  rədd  olunur.  Lakin  bu  norma 
pozulanda,  müharibə  başlayanda  artıq  yeni  hüquq  norma  və  qaydaları  ortaya 
çıxır  ki,  nəzəri  baxımdan  pozulmuş  aktın  qarşısını  ala  bilsin.  Bu  anda  əks-
aktorlar da yeni vəziyyətə uyğun hərəkət edirlər. Məsələn, ərazisi işğala məruz 
qalmış dövlət nəzəri normalardan irəli gələrək, hesab edir ki, ərazisini müdafiə 
etməlidir və bu baxımdan da silaha əl atır. Beynəlxalq hüquq immuniteti nəzəri 
və  təcrübi  əsaslarla  özünün  pozulmuş  vəziyyətini  bərpa  etməyə  çalışır.  Lakin 
pozan tərəf güclü olduqda immunitet tab gətirə bilmir. Nəzəri sistem zəifləyir 
və  iflasa  uğrayır.  Yeni  normalar  üzə  çıxamaq  zərurəti  ilə  üzləşir.  Beynəlxalq 
hüquq  nəzəri  sistemi  "xəstələnir".  Əvvəlki  nəzəri  sistemin  tərkibi  dəyişir, 
elementləri azalır. 
Beynəlxalq hüquq nəzəri baxımdan praktik (pozucu) aktorlar önündə zəif 
immunitetli  nəzəri  sistemdir.  Reallıq  başqadır.  O  da  düzdür  ki,  bu  nəzəri  zəif 
sitem lazım olanda böyük aktorlar üçün vasitə rolunu da oynayır. Böyük dövlət 
özünü  hüquqi  addım  atan  tərəf  kimi  qələmə  verir.  Beynəlxalq  hüqüq  praktik 
dünya  siyasətində  güc  dövlətlərinin  fəaliyyəti  önündə    nəticə  etibarilə  zəif 
nəzəri bir anlayışdır.
       

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin