Futurologiya bu baxımdan gözlənilə bilən yeni təzahürü özünə obyekt kimi müəyyən edir. Dəyişmələr gələcək zamanı yaradır. Ona görə də dəyişmələrin əsasları futurologiyanın örənmə obyektidir. Nəzərə almaq lazımdır ki, bütün elm sahələrində, o cümlədən elmin
özünə obyekt seçdiyi sahələrdə dəyişikliklər, formasiya və məzmun
dəyişiklikləri davam etməkdədir. Çünki elm insanlar tərəfindən yaranır və
insanlara xidmətə yönəldilir. İnsan həyatı davam edir, yeni dəyişikliklər tələb
olunur. Bütün fənlərdə, elmi istiqamətlərdə mövcud biliklərin analizi sayəsində
yeni biliklər meydana gəlir. Bu şaxələnmə özündə futuroloji əsasları əks
etdirir. Bu baxımdan da futurologiya elmin gələcəkdə şaxələnməsinə xidmət
edən əsasları özündə ehtiva edən sistemli biliklər məcmusudur.
Enerjinin ardıcıl qəbulu, qüvvələrin ardıcılı tətbiqi, bu baxımdan da forma
və məzmun dəyişiklikləri gələcəyin əsaslarını meydana gətirir. Futurologiya
gələcəyə yönəlik elementləri, sürəti, inkişaf tempini və dəyişiklikləri yaradan
digər əsasları konkretliliklə və universallıqla, bu baxımdan da şərtləndiriciliklə
öyrənir. Dəyişikliklərin zəruri şərtləri və şərtlərin öyrənilməsi elə
futurologiyanın əsaslarını yaradır.