Elşən Misir oğlu Nəsibov


Sabit dövlət, cəmiyyət və demokratik idarəçiliyin əsasları



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə111/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   107   108   109   110   111   112   113   114   ...   140
Azf-286777

 
Sabit dövlət, cəmiyyət və demokratik idarəçiliyin əsasları 
 
Sabitlik yaşayış tərzidir və bu hal  sabit,  sakit ruhlu idarəçilikdən davamlı 
və  ardıcıl  inkişafdan,  rəvan  əlaqələrdən,  toqquşmaların  radikal  əsaslarla 
mövcud olmadığı müstəvidən   meydana gəlir. Sabitlik həm də bir vasitədir və 
idarəçiliyin rəvan inkişafına, rəvan tənizmləməyə  şərait yaradır.  Sabit dövlət 
və  cəmiyyət    sakinlərin,  xalqın  tarazlı  maraqlarından  meydana  gəlir.  Sabitlik 
burada  forma  və  məzmuna  çevrilir.    Sabit  dövlət  daxildə  və  beynəlxalq 
ə
laqələrdə  sülh  siyasətini  tətbiq  edən  dövlətdir.  Sabit  dövlət  xarici  əlaqələr 
fonunda  dövlətin  və  xalqın  rəvan  maraqlarını  nəzərə  alan  dövlətdir.  Xarici 
siyasətin  sülh  əsasları  da  buradan  formalaşır.  Daxili  və  xarici  siyasətin  sülh 
məqsədləri ilə bir-birini tamamlaması özülüyündə  sabit və rəvan əsaslı bütöv 
dövləti  yaradır.  Buna  görə  də  sabit  dövlət  ideal  və  real  siyasi  və  ictimai    bir 
qurumdur. Çünki siyasət də ideallıqdan və reallıqdan ortaya çıxır. Sülh siyasəti 
dövləti  beynəlxalq  müstəvidə  zəmanətli  edir  və  onun  sərhədlər  immunitetini 
artırır.  Həm  də  hərəkət  sferasını  genişləndirir.    Sülh  siyasətini  tətbiq  edən 
dövlətlər  öz  resurslarını  daha  çox  sivil  istiqamətlərə  yönəldirlər  və  mülki 
inkişaf  başlıca  strateji  hədəfə  çevrilir.  Sülh  siyasəti  sayəsində  resursların 
sərbəst  axını  meydana  gəlir.  Sərbəst  axın  sərbət  təminatın  dayağını  yaradır.  
Resurslar  sərhədlərdən  daxilə  və  xaricə  axın  edərək  ikiistiqamətli  təminat 
funksiyasını  yerinə  yetirir.  Bu,  o  deməkdir  ki,  dövlətlər  pay  bölgüsü  ilə 
özlərini və bir-birilərini maddi-mənəvi baxımdan təmin edirlər. İnsanlar dünya 
sakinləri  olduğundan  dünya  nemətlərindən  birgə  yararlanırlar.  Bu  da 
özlüyündə  maddi-mənəvi  dəyərlərdən  birgə  istifadəni  zəruri  edir.  Beynəlxalq 
ə
laqələr  dünya  nemətlərindən,    dəyərlərdən  birgə  istifadəni  başlıca  məqsəd 
kimi qarşıya qoyur ki,  bu da dünyanın vəhdətliyinə  xidmət edir.  
Sabit  dövlətlərdə  sistemlər  təkmilləşmiş  olur.  Sabitliyin  də  təbii  ki,  öz 
dərəcə təsnifatı var və bu da müqayisədən doğur. Tərkib elementlər və onların 
məkanda  hərəkət  sürətləri  sabitliyi  meydana  gətirir.    Sistemlər-siyasət 
sistemləri-  həmçinin  sabit  rejimlərlə  xarakterizə  edilir.    Sabit  vəziyyət  sakit 
axardır. Burada resurslar yalnız dinc məqsədlərə və sosial-rifaha yönləndirilir. 
Sistemlərin  sabitliyi  onu  təşkil  edən  elementlərin  əlaqələr  və  vəhdət 
xassələrindən  meydana  gəlir.  Sabit  şəkildə  və  ardıcılı  olaraq  maraqları  təmin 
olunan şəxlsər sabit həyat sürürlər.  
Sabit  dövlətlər  demokratik  idarəçilik  əsasında  formalaşır.  Sabitlik 
prosesləri  özü  demokratiyanı  yaradır.    Demokratik  idarəçilik  isə  xalqın 
müəyyən  qaydalarla  və  normalarla  (hamı  tərəfindən  razılaşdırılmış  və  qəbul 
edilmiş  norma  və  qaydalar)  özü  tərəfindən  özünün  idarə  olunmasıdır.  Bu 


83 
 
qaydalar  və  normalar  da  zamana,  şəraitə  və  məkana  cavab  verməli  olur.  
Demokratik  idarəçiliyin  formalaşması  (bu  idarəçiliyin  tərkibində  -hər  kəs 
qanunlara  və  qaydalara  tabedir-  prinsipi  əsas  götürülür)  bütün  subyektlərin 
hüquqlarının lazımi səviyyədə təmin olunmasından meydana gəlir. Demokratik 
idarəçiliyin  əsası  dövlətin  elementlərinin  özü  tərəfindən  idarəolunması  ilə 
meydana  gəlir.  Demokratik  idarəetmə  dolğunluğu  tərkib  elementlərin 
miqdarından  və  onların  aktiv  və  passiv  hərəkətlərindən  meydana  gəlir. 
Demokratik  idarəçilik  maraqlara  vaxtına  cavab  verməni  əsas  prinsip  kimi 
götürdükdə, maraqlar tarazlı olaraq təmin edilir.  
Dövlət öz məkan və resurslar üzrə şaxəli qurum olduğundan idarəçilik  də  
piramidal əsaslarla şaxələnir. Hər bir sırada müəyyən funksiyalar mövcud olur. 
Sıralar  ümumi  və  məxsusi  kateqoriyalar  üzrə  formalaşır.  Hər  bir  sıranın  öz 
hüquq  və  səlahiyyətləri  mövcud  olur.  Təsir  də  buradan  ortaya  çıxır.  Təbii  ki, 
sıralardakı  strukturların  də  fərqli  hüquq  və  səlahiyyətləri  formalaşmış  olur.  
Bu, idarəetmənin xarakterini  yaradır. Xarakterə subyektlərin  məkanı, obyekti, 
tabeçilik  prinsipləri  aid  olur.  Hər  bir  sıra  obyektinin  və  subyektinin  də  öz 
məxsusi  hüquq  və  səlahiyyətləri  mövcud  olur.  Deməli,  məkan,  maraq 
müxtəlifliyi və digər kateqoriyalar idarəçiliyin universal və məxsusi əsaslarını, 
eyni  və  fərqləndirici  əsaslarını  meydana  gətirir.  İdarəçilik  xətləri  (şaquli  və 
üfiqi trayektoriya üzrə) hüquq və səlahiyyətləri birləşdirir.  Bu xətlər aşağıdan 
yuxarıya  doğru  və  ya  da  əksinə  istiqamət  üzrə    vahid  idarəçilik  xətlərini 
meydana  gətirir.  Bu  baxımdan  da  demokratiyanın  vahid  prinsipləri,  insan 
hüquqları  təminatının  vahid  xətləri  meydana  gəlmiş  olur.  İdarəçilik  həm 
bütövləşir, həm də tərkib hissələrə ayrılır. Bu fərqlilik də səlahiyyətlərin fərqli 
bölgüsündən meydana gəlir.  
İ
darəçiliyin  demokratik  əsasları  tarazlı  rejimlərdən  meydana  gəlir.  
Piramidanın  şərti  olaraq  yuxarı,    orta  və  aşağı    mərhələsi  formalaşır.  Bu 
iyerarxik quruluş   idarəçilliyin şəbəkəli və bütöv əsaslarını yaradır. Resurslar 
iyerarxik  quruluşda  paylanılır.  İyerarxik  quruluş  resurslar  üzərində  təsir 
imkanları əldə edir.  
Hər bir mərhələnin, sıranın öz səlahiyyəti mövcud olur. Yuxarı (baş sıra) 
ə
sasən  resursların  paylayıcı  funksiyasını  təmin  edir.  Məsələn,  dövlət  büdcəsi 
qanunla qəbul olunur və layihə mərkəz və yerli paylanmanı təmin edir. Hər bir 
səlahiyyətli  qurum  bölgü  üçün  payları  əldə  edir.  Burada  mərkəzi  və  yerli 
qurumlar  maliyyə  resursları  əldə  edirlər.  Maliyyə  resursları  həm  qurumların 
saxlanmasına  sərf  edilir,    həm  də  əhalinin  maddi  tələbatlarının  ödənilməsinə 
yönləndirilir.  Yuxarı sıra resursları ətrafa doğru yönləndirir. Resurslar mərkəzi 
(orta) və aşağı sıralarda paylanılır.  Dövlətdə digər fondlar da yaradılır. Həmin 
fondların  vəsaitləri  də  dövlətin  ali  idarəetmə  mərkəzi  tərəfindən  yerlərə 
paylanılır.  Ümumiyyətlə,  əksər    vəsaitlər  orta  və  aşağıya  yönləndrilir.  Çünki 
insan  maraqları  əksərən  bu  sıralarda  təmin  olunur.  Ali  hakimiyyət  insan 


84 
 
maraqlarını  məkanında  təmin  etəmək  funksiyasını  yerinə  yetirir.  Ən  yuxarı  
sıralar koordinasiya, əlaqələndirmə, istiqamətləndirmə və bölmək funksiyasını 
yerinə  yetirir. Düzdür,  dövlət rəhbəri də birbaşa maddi  maraqları təmin edən 
aktlar  həyata  keçirir.  Özünün  ehtiyat  fondundan  şəxslər  üçün  vəsaitlər  ayırır.  
Burada  oz  zaman  aşağının  maraqlarının  yuxarı  tərfindən  birbaşa  təminatı 
siyasəti həyata keçirilir.     
Belə  qəbul  edək  ki,  idarəçilik  strukturdan-fiziki  quruluşdan  və  ruhdan  –
mənəvi  kompleksdən  ibarətdir.  Bu  kriteriyalar  piramidanın    hər  bir  sırasında 
mövcuddur. Piramida ümumi ruhdan və ümumi strukturdan ibarətdir.  
İ
darəçiliyin  baş  ruhu  yuxarı  mərhələyə  bağlı  olur.  Maddi  amillər  isə  
ə
sasən  orta  və  aşağı  mərhələlərdə  təmin  edilir.  Maddi  amil  təminatı  da  ruhun 
zənginliyini yaradır. Buna görə də ruhu və fiziki əsasları sağlam olan dövlətlər 
güclü və demokratik olurlar. Zəif və kasıb dövlətlərdə insanlar, vətəndaşlar öz 
maraqlarını təmin etmək, ehtiyaclarını ödəmək üçün baza olaraq yuxarıya göz 
dikirlər.  Yuxarıya  baş  maddi  təminat  obyekti  (təminat  mənbəsi)  və  subyekti  
kimi baxırlar. Orta idarəçiliyin və aşağı idarəçiliyin işləyə bilməməsi səbəbləri 
bir  neçə  aspektdə  ola  bilir.  Birincisi,  ola  bilir  ki,  dövlət  qanunlarının  və 
qaydalarının    icra  olunması    və  yerinə    yetirilməsi    üçün    hələ  şərait 
yetişməyib.  Yəni,  kifayət  qədər  resurs  çatışmır.  İkincisi,  yuxarı  hakimiyyət 
orta və aşağı hakimiyyətə nəzarət edə bilmir. Tələblər zəifdir.  Üçüncüsü, orta 
və aşağı  hakimiyyət ali hakimiyyəti qəbul etmir və etinasızlıq nümayiş etdirir. 
Bu  faktlar  çərçivəsində  tarazlıqlar  pozulur,  kompozisiya  sağlam  formada 
yarana bilmir. Resursların sistemli piramidal bölgüsü də təmin edilə bilmir.  
Dövlət  və  cəmiyyətin  fiziki  və  ruhu  gücü  idarəçiliyin  ruhu  və  fiziki 
gücündən asılı olur. Fiziki güc resurs üzərində təsir edərək, ruhu gücü yaradır. 
Yəni, subyektlərin məqsədyönlü fəaliyyəti insan maraqlarını təmin edir.   
Fiziki quruluşu və ruhu gücü sağlam olmayan dövlətlər və cəmiyyətlərdə 
ali  hakimiyyətin  xalqla  birliyi  ola  bilməz.  Bu  hal  cəmiyyətdə    saxta  inamı 
yaradır,  yaltaqlığı,  ikiüzlülüyü  riyakarlığı,  ümumiyyətlə  isə  infantilliyi 
(qüsurlu cəmiyyətləri)   meydana  gətirir. Cəmiyyətin  kövrəkliyi  üzərə çıxır  və 
cəmiyyət və dövlət arasında  sağlam əlaqələr  qurula bilmir. Bu anda dövlətin 
sabitliyini pozmaq daha asan olur. Dövlətin sabitlik dayağını daha çox orta və 
aşağı  idarəçilik  yaradır.  Sağlam  idarəçilik  yaranan    yuxarıya  göz  dikmələr 
olmur. Orta (mərkəz) və aşağı idarəçilik yükü özündə daşıyır. Buna görə də bu 
idarəetmə  qurşağı  (əsasən  mərkəz,  orta)  aşağı  və  ali  idarəçiliyi  bir-birinə 
bağlayır.  Sağlamlıq  bütövlük  və  ümumi  güc  də  buradan  meydana  çıxır.    Tək 
yuxarı  idarəçilik  olduqda,  yəni  orta  və  aşağı  maraqları  təmin  edə  bilmədikdə,  
yuxarıda  hakimiyyət  dəyişəndə  orta  və  aşağı  idarəçilikdə  laxlama  tez  yaranır 
və  bununla  da  hakimiyyət  böhranları  formalaşır.  Orta  və  aşağı  hakimiyyət 
vasitəsilə  baza  maddi  maraqlar  təmin  edilir,    bu  anda  aşağılar  və  ortalar 


85 
 
yuxarıya  (ali  hakimiyyətə)  ruh  verir.  Bu  bağlılıq  dövlətin  və  sabit 
cəmiyyətlərin əsaslarını meydana gətirir. Bütün hakimiyyət sıraları tələblər və 
onlara vaxtında verilən reaksiyalar əsasında formalaşır.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin