özlüyündə gələcək reallıqlar haqqında bir elm istiqamətidir, bütün elmlər
üçün xarakterik olan universallıqdır.
Futurologiya gələcəyə yönəlik
proseslərin xarakterini öyrənən elmi sistemlilikdir. Burada elmin bütün əsasları
məcmuələşir. Gələcəyi müəyyən etmək, yeni xəyalları yaratmaq, yeni mühiti
obrazlandırma özlüyündə istedad, bilik və bacarıq tələb edir. Bu yöndə
80
futurologiyanın metodları dəyişikliyi yarada bilən biliklərin tətbiqindən ibarət
olur.
Futurologiya metodunun əsas bazası, qeyd olunduğu kimi, fantaziyadan,
xəyali yaradıcılıqdan meydana gəlir. Xəyali yaradıcılıq ümumən mövcud
zaman yaradıcılığını qabaqlayır və gələcək üçün fantastik formaların
yaranmasını özündə ehtiva edir. Futurologiya bir yöndə mövcudluq üzrə
yeniliyin meydana gətirilməsi üçün sistemliliyin yaradılmasından ibarət olan
təlimdir. Müəyyən başlanğıc məkanı üzrə yaranır. Digər yöndə isə olmayan
bir şeyin müəyyən məkanda mövcudluğunun xəyali olaraq canlandırılmasını
özündə ehtiva edir. Futurologiya daha çox nəzəri əsasları özündə daşıyan elmi
prinsipdir. Metodlar da istiqamətlər üzrə formalaşan nəzəri biliklərdən ibarət
olur. Gələcək anlayışı, gələcək haqqında təlim həm ayrı-ayrı sahələr üzrə
tətbiq olunur, həm də bütün sahələri bir gələcəkdə birləşdirir. Futurologiya
gələcək formanın xəyali olaraq təsvirindən ibarət olan bir elmi istiqamətdir.
Məsələn, müəyyən boş bir məkanda beş ildən sonra tikiləcək elektrik
stansiyasının modeli, layihəsi, ilkin eskizi və foto təsviri çəkilir. Bu, özündə
futuroloji aspektləri cəmləşdirir.
Futurologiya bir ümumiləşmiş təlim olaraq gələcək inkişafın fərdi və
kollektiv, sistemli əsaslarını özündə ehtiva edir. Burada paralellikləri,
uyğunluqları, simmetriya və harmonoyanı, şərtləndirici vəziyyətləri və əsasları
axtarıb üzərə çıxarır. Metodlar tətbiq olarkən baza xətlərin ardıcıl
davamediciliyi, ətraf xətlərin ardıcıl birləşmə və əvəzlənmə ilə davamediciliyi
tətbiq olunur.
Futurologiya mövcud zamandan başlayaraq tərkib prosesləri hissə-hissə
öyrənən elmi istiqamətdir. Hər bir məqamda dəyişiklik və onun əsasları
öyrənilir. Futurologiya burada empirik əsasları özündə ehtiva edir. Metodlar
içərisində universal olaraq öyrənmə metodları tətbiq olunur. Dəyişikliklərin
xassələri öyrənilir.
Futurologiya elmində şaxəli tətbiq metodları da mühü rol oynayır.
Futurologiyaya xas olur: hədəfəalma, bu baxımdan planlaşdırma,
proqnozlaşdırma, layihələndirmə, bununla da nəzərdə tutulan yeni qanunların
qəbulu, konsepsiyaların qəbulu və s. Bu yöndə nailiyyətlər əldə etmək və
dəyişikliklər qazanmaq üçün müşahidə metodlarından istifadə olunur,
gələcək axarlar müəyyən edilir.
Futurologiya özlüyündə gələcək funskiyaları, hüquq və öhdəlikləri,
məsuliyyətləri müəyyən edir. Məsələn, fizika, riyaziyyat, biologiya, coğrafiya
və bütün elmi sahələr, fənlər qarşılarına gələcək hədəflər qoyurlar. Başlıca
məqsəd templə ayaqlaşmaqdan, yeni tempi müəyyənləşdirməkdən ibarərtdir.
Dövləti, cəmiyyəti, xalqı, ümumilikdə bəşəriyyəti inkişaf zamanının axarı ilə
hərəkət etdirmək, inkişaf axarını təmin etmək üçün nəzəri, elmi əsasları
müəyyən etmək futurologiyanın əsas funksiyalarına aid edilməlidir.
|