Cəmiyyətin ruhunun gələcəkdə hansı axarlarla yönləndirilməsi, yeni
konstruktiv həyat formalaşması, baxışların əvvəlcədən müəyyən edilməsi
futurologiya elminin başlıca funksiyasına aid edilir. Cəmiyyətin tərkibini təşkil
edən bütün sahələrdə yeni axarların nəzərdə tutulması və gələcəyin təsviri və
onun əsasları futurologiya elminin əsaslarını özündə ehtiva edir. Futurologiya
elmi universal və fərdi metodları tətbiq edir. Onun əsas fərdi metodu mövcud
və gələcək zamanın nəbzini müəyyən edə bilməkdən ibarətdir. Dəyişikliklərin
hansı hədəflərə yönələcəyini intuitiv və elmi-sistemli, eləcə də empirik yollarla
müəyyən etmək metodlar içərisində qərarlaşır.