Diktaturaların və avtoritar rejimlərin əsasları və onların uzun müddətə yaşaya bilməməsi İ
darəçilik rejimi idarəetmənin vəziyyətindən, ruhundan meydana gəlir.
Bu ruhu da idarəedənlərlə idarəolunanlar arasındakı əlaqələr və əlaqələrin
maddi-mənəvi vasitələri təmin edir. Bu baxımdan da resurslar və istifadə
qaydaları, onlar üzərində olan hüquqi vəziyyət, yəni onlardan istifadə səviyyəsi
və dərəcəsi idarəçilik ruhunu yaradır. Resurslar və onların idarəolunması
özlüyündə tərzi üzərə çıxarır. İdarəçilik hərəkətləri özündə ehtiva edir. Bu
hərəkətlərdən (məkana uyğun olan və məsafəni özündə ehtiva edən
hərəkətlərdən) rejimlərin yumşaq və sərt formaları üzərə çıxır. Rejimlərin
bərk və yumşaq xarakteri elementərdən və elementlər arasındakı məsafələrdən
meydana gəlir. Müəyyən məkanda elementlərin hərəkət məsafələri qısa olanda
daha çox bərk rejimlər ortaya çıxır. Bu qısa məsafələr özlüyündə məhdudluğu
yaradır. Məhdudluq hüquqa sirayət edir ki, o da özlüyündə vəzifə və
funksiyaları məhdudlaşdırır, mənsubluluğu və aidiyyatlılığı azaldır.