Futurologiya haqqında bu kimi ümumiləşdirilmiş fikirlər bildirmək olar: -futurologiya gələcəyin konsepsiyasını müəyyən edən elmdir;
-futurologiya mövcud forma üzərində gələcəyin formasını təsvir edən,
xəyala çevirən, onun obrazını canlandıran və eskizə çevirən bir təlimdir.
Çevirmə proseslərini universal və fərdi yollarla müəyyən edən elmi təlimdir;
-futurologiya mövcud və gələcək zaman arasında xəyali körpü yaradan və
onun reallaşmasını müəyyən edən, tərkib hissələrin gələcək rekonstruksiyasını
ə
saslandıran bir təlimdir. Burada yeni formaların alınmasını təmin edə bilən
metod tətbiq olunur;
-futurologiya gələcəyin yeni ruhunu yarada bilən və bu yöndə ayrı-ayrı
sahələr üzrə yeni-yeni ideyalar ortaya qoyan təlimlər məcmusunu özündə
ehtiva edən bir ümumiləşmiş təlimdir;
-futurologiya mövcud zamanla gələcək zaman arasındakı müstəvidə baş
verəcək dəyişiklikləri, bu baxımdan da hər iki zaman arasındakı müstəvidə
tərkib elementlərin həcmini müəyyən edə biləcək bir təlimdir;
-futurologiya inkişaf strategiyasını, bu baxımdan sistem daxilində və
sistemlərarası əlaqələr şəbəkəsində inkişaf xətlərini paralellik və kəsişən
formalı əsaslarla öyrənən bir elmi təlimdir;
-futurologiya gələcək dəyişikliklər fonunda yeni kəşfləri və ixtiraları
hədəf kimi müəyyən edən bir strateji-taktki təlimdir;
-futurologiya gələcək statistik göstəriciləri şərh edə biləcək bir elm
sahəsidir;
-futurologiya özündə ehtimalları, gümanları, təxminləri, həmçinin
gözləntiləri birləşdirə biləcək bir elm sahəsidir və s.
Bu baxımdan da hər bir yaradıcı, qurucu insan öz-özlüyündə bir
futuroloqdur. Ən əsası isə yeni kəşflər olunsun, ixtiralar meydana gəlsin,
inkişaf üçün yeni ideyalar meydana gətirilsin. Futurologiyanın bir elm kimi
ə
sas obyektində ardıcıl öyrənmə əsas yeri tutur.
Futurologiyanın
başlıca
məqsədi
cəmiyyətdə,
insan
həyatında,
bəşəriyyətdə gəlcək yeni dəyərləri öyrənməkdən, aşılamaqdan ibarətdir. Buna
82
görə də tərəqqi, təkmilləşmə bu elmin başlıca pozitiv məqsədidir.
Futurologiyanın əsas obyekti xəyali olaraq gələcək komplekslər,
komponentlər vəhdəti hesab olunur.