onlar arasında olan tərkib dəyişmələrinin əsaslarını təhlil obyektinə çevirir. Futurologiyanın metodları necə tətbiq olunur
Təbii ki, hər bir elm sahəsində olan universal metodlar burada da tətbiq
edilir. Universal qaydalar yaranır. Tezis, antitezis, sintez və analiz metodları
burada da tətbiq olunur. Çünki futurologiya sahələrdə başlanğıc və sonu
sistemli qaydada, əlaqəli və şərtləndirici vəhdətdə öyrənir.
Futurologiyada obyekt üzrə rasional (əqli nəticəyə gəlmək metodu) metod tətbiq olunur. Məsələn, dövlətin proqramları, gələcək müddət üçün
inkişaf kosepsiyaları qəbul edilir. Bu, rasional metod hesab oluna bilir. Çünki
nəzəridir. Futurologiya daha çox nəzəri hədəf üzərində qurulur və maraqları
özünə doğru sürükləyir. Burada gələcək müəyyən olunur və istəklər və
ümumiləşir. Yaxın, orta və uzaq müddətli hədəflər seçilir, hədəf sahələri və
obyektləri müəyyənləşir. Sonra başlanğıclar və şərti sonlar arasaındakı
müstəvinin nəzəri, xəyali kəmiyyəti, sahəsinin ölçüsü və tərkibinə cəlb
ediləcək elementlərin miqdarı müəyyən olunur. Sistemli konstruksiya yaradılır.
Yeni mühit üçün yeni nəzəri təfəkkür formalaşır. Dəyişikliklər fantaziyalarda
cəmləşir. Buna görə də futurologiya bütün sahələrdə fantaziyalar haqında elmdir. Fantaziya da gələcək reallıqları yaradır. Deməli, futurologiya