Referendumlar böyük dövlətlərin maraqlarının beynəlxalq aləmdə təmin olunması vasitələri kimi Referendumlar -bir istiqamətdə muxtar qurumların yaranması ilə
nəticələnir, digər istiqamətdə isə muxtar qurumların müstəqillik qazanması və
ya da digər dövlətin tərkibinə qatılması ilə tamamlanan dövlətlərdaxili siyasi
aktlar kimi əhəmiyyət kəsb edir.
Referendumlar –böyük dövlətlərin beynəlxalq rəqabətdə təzyiq üsullarından biri kimi. Referendumlar –böyük dövlətlərin maraq sahələri
toqquşması-kəsişməsi arealında bir-birinə qarşı təzyiq etdikləri vasitələrdir. Bu
üsullarla böyük dövlətlər bir-birilərinə qarşı mübarizə aparırlar. Böyük
dövlətlər arasında rəqabətdə istifadə olunan üsullardan biri də onların
maraqlarının əks olunduğu sahələrdə mövcud olan muxtar qurumlardır.
Dövlətlər bu muxtar qurumlardan qurumun tərkib olduğu dövlətə, eləcə də onu
dəstəkləyən böyük dövlətə qarşı təzyiq vasitələri kimi istifadə edirlər. Bu anda
beynəlxalq hüquq böyük dövlətlərin ərazi bütövlüyünün parçalanmasına səbəb
olan referendumlar önündə zəif nəzəri bir hissəyə çevrilir. Böyük dövlətlər öz
maraqlarının təmin olunması məqsədilə və bir-birini zəiflətmək üçün
referndumların dəstəklənməsi siyasətini həyata keçirirlər. Məsələn, Kosovo
referendumu, Krım referendumu, Folkland adaları referendumu, Kvebek
referendumu, Cənubi Sudan referendumu, Şərqi Timor referendumu və s.
Referendumlar –xalqların öz müqəddaratlarını təyin etmək hüququnun
ifadəsi aktları olaraq dövlətlərin ərazi bütövlüyün pozulmasına səbəb olur. Referendumlar ərazi bütövlüyü prinsipinə köklü zərbələr vurur.Beynəlxalq
hüquqda dövlətlərin tərkibindən ayrılmanın qadağan edildiyi (sülh yolu ilə)
maddə yoxdur. Ərazi bütövlüyünün zorla pozulması qadağandır. Dövlətlər
ə
razi bütövlüklərini qəbul edirlər, sərhədlərin toxunulmazlığı prinsipini əsas
götürürlər. Bu baxımdan da işğallar qadağan edilir. Hakimiyyətin zorla ələ
keçirilməsi
dövlətlərin
daxili
qanunvericiliklərində
qadağan
olunur.
Demokratik prinsiplərə zidd hesab olunur.