İ nstitutsional idarəetmə elə əslində demokratik idarəetmədir.
İ
nstitutlarda qruplar idarə edirlər. Bu kimi qurumlarda qərarlar kollegial qəbul
olunur. Obyektlər və predmetlər üzrə təkliflər və yeni ideyalar nəzərə alınır və
müzakirələr, disskusiyalar keçirilir. Çoxluğun səsi qərarların qəbulunu və
icrasını təmin edir. Yekun qərar da kollegial qaydada verilir. Məsələn,
kabinet qərarları kollegial qaydada qəbul olunur. Parlamentin qərarları
kollegialdır. Müşavirələrin, iclasların, digər toplantıların qərarları kollegialdır.
(Qeyd: müəssisə rəhbərinin qərarı da əslində kollegial məzmun kəsb edir.
Çünki rəhbər təkliflər və hüquq normaları əsasında ona verilmiş səlahiyyətlər
daxilində qərarlar qəbul edir. Rəhbərin qərarları da aidiyyatı strukturlarda
hazırlanır. Eyni zamanda dövlət rəhbəri çoxluğun xalqın nümayəndəsidir.
Onun qərarları xalqın adından verilir. Dövlətin adından qəbul olunur. Bu
baxımdan da kollegial məzmunlu ola bilir) Dövlət rəhbəri də kollektivin
təşəbbüsü və təklifləri əsasında qərarlar qəbul edir. Bu kimi proseslər
institutların daxillərində həyata keçirilir və buna görə də demokratik əsaslara
malik olur.