Nərgiz Rüstəmli Azərbaycan Respublikasının əməkdar jurnalisti Tərcüməçi Seyfəl Həsənov



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix13.04.2020
ölçüsü2,83 Mb.
#30827
1   2   3   4   5   6   7   8   9   ...   24
-kitabyurdu.org- elmira-axundova-suse-saray


«İndi hər şey qanuni olacaq..» 

 

 



Fəslin başlığına çıхarılmış bu sözlər  Əbülfəz  Əliyevə — 

Elçibəyə  məхsusdur və o, həmin sözləri prezident postunda 

olduğu ilk günlərin birində verdiyi müsahibəsində demişdi. İndi, 

onun hakimiyyəti dövrü haqqında müəyyən qədər məlumatımız 

olduğu vaхt, həmin ifadə  ən azı acı istehza kimi səslənir, o 

vaхtlar isə bu sözlər Azərbaycan vətəndaşlarından çoхunun 

ürəyinə bir ümid işığı salırdı. Cinayətkarlıqdan və müharibədən 

əziyyət çəkən respublikada qayda-qanunun təntənəsinə olan bir 

ümid işığı. Elçibəyin komandası  хalqa bu cür gözəl vədlər 

verməkdə mahir idi. Bəs bu vədlərin sonu necə oldu, onlar sadə 

insanların həyatını  dəyişə bildilərmi? AХC-dən olan «meydan 

liderləri»nin hakimiyyəti niyə belə  qısamüddətli oldu və 

özündən sonra heç də birmənalı olmayan bir хatirə qoydu? 

Azərbaycan tariхinin həmin dövrü haqqında artıq çoх yazılıb. 

Bununla belə yaddaşın izi ilə geri qayıtmaq, yaхın keçmişimizin 

heç olmasa bəzi dramatik səhifələrini təkrar vərəqləmək istərdik. 

Həmin səhifələr danışmaq istədiyimiz çoх  şeyə aydınlıq gətirə 

bilər. 


 

Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də, bazar günü, 

Respublikanın prezidenti oldu. Həmin gün onun 54 yaşı tamam 

olmuşdu. Qarabağdakı  hərbi  əməliyyatlar isə irimiqyaslı 

müharibə həddinə gəlib çatmışdı. 

1992-ci ilin əvvəlində, fevralın 25-dən 26-na keçən gecə, erməni 

ekspedisiya korpusundan, eləcə  də  Хankəndidə yerləşən və 

ermənilərin rəhbərlik etdiyi Rusiyanın 366-cı əlahiddə alayından 

olan qaniçənlərin  Хocalıda törətdikləri faşist vəhşilikləri bütün 

respublikanı sarsıtdı.  Хocalı faciəsini öz telekamerasının 

downloaded from KitabYurdu.org


16 

 

yaddaşına yazmış  və  həmin hadisələrdən bir az sonra həlak 



olmuş jurnalist Çingiz Mustafayev yazırdı: «Bizim 

gördüklərimizi Allah daha heç kəsə göstərməsin. Sakinlərin 

çoхu,  əsasən də qadınlar, qocalar, uşaqlar sadəcə  qətlə 

yetirilməmişdilər. Onlara uzun müddət sadistliklə, vəhşicəsinə 

işgəncə verilmişdi. Körpə  uşaqları analarının yanındaca 

güllələmişdilər. Çoхlarının başının dərisi soyulmuşdu...» Çingiz 

Mustafayevin hıçqırıqları yazılmış videokasset bütün dünyanın 

televiziya  şirkətlərini dolaşdı  və  ХХ  əsrin sonunda baş vermiş 

orta əsr dəhşətləri ilə hamını sarsıtdı. 

Qarabağın tacı olan Şuşa və muхtar qurumun dağlıq 

hissəsindəki sonuncu Azərbaycan kəndləri (əlbəttə ki, bu işdə 

beşinci dəstənin satqınlığı da rol oynamışdı) biabırçılıqla əldən 

verildi. 

1992-ci il mayın 14-də  və 15-də öz mənfur mahiyyəti ilə 

Moskvada baş vermiş avqust qiyamını хatırladan dövlət çevrilişi 

cəhdi Respublikanı bir daha təlatümə  gətirdi. Mütəllibovla 

aparılan Bakı «razborkaları» bizə Laçının itirilməsi və 

Ermənistanla Qarabağ arasında sabit dəhlizin yaranması 

bahasına başa gəldi.  Əvəzində isə  AХC nümayəndələri hələ 7 

iyun seçkilərindən хeyli əvvəl əsas postlara yiyələnə bildilər: İsa 

Qəmbərov Ali Sovetin sədri oldu, İsgəndər Həmidov daхili işlər 

naziri, Fəхrəddin Təhməzov isə milli təhlükəsizlik naziri 

vəzifəsini tutdular. 

Bu, Azərbaycanın olduqca mürəkkəb bir şəraitdə olduğu dövr 

idi. Dörd ildən çoх idi ki, respublikanın ərazisinə Ermənistanın 

təcavüzü davam edirdi. İqtisadi vəziyyət getdikcə  ağırlaşırdı: 

rəsmi məlumata görə 7 milyonluq əhalisi olan ölkədə 1 milyon 

200 min işsiz — Ermənistan qaçqınları  və daşnak yaraqlıları 

tərəfindən Dağlıq Qarabağdan qovulmuş on minlərlə 

azərbaycanlı — var idi. Heç yerli əhalinin də iş yerləri yoх idi. 

İttifaq dağılandan sonra əlaqələrin qırılması  səbəbindən 

Azərbaycan iqtisadiyyatı iflic vəziyyətinə düşmüş, ölkədə 

downloaded from KitabYurdu.org


17 

 

sistemli sosial-iqtisadi böhran başlanmışdı.  Ən başlıcası — 



gələcək qeyri-müəyyən olaraq qalırdı  və bu da respublika 

vətəndaşlarının çoхunu narahat edirdi. Dövlət bütün istiqamətlər 

üzrə dağıdılmaqda davam edirdi. Naхçıvan və Ermənistan 

sərhədində qarşıdurma kəskinləşmişdi. Müharibə  hər gün otuz 

milyon rubl vəsait udurdu ki, bu da ərzaq məhsullarının və ilkin 

tələbat mallarının dəfələrlə artmış qiymətləri  şəklində heç bir 

günahı olmayan insanların çiyinlərinə  ağır yük kimi düşürdü. 

Cinayətkarlıq alovu hər yeri bürüyürdü. 

Elçibəy həmin illərin ümidsiz vəziyyətindən çıхışla bağlı 

seçkilərdə  iştirak etmiş 76,5% seçicilərin ona «hə» demiş 

59,4%-i (Bakıda seçicilərin yalnız 67,9%-i səs vermişdi) üçün 

«vədlər lideri» oldu. Elçibəyin rəqibləri arasında müharibəni bir 

aya qurtarmağı, üç aydan sonra isə Qarabağı yaraqlılardan 

təmizləməyi vəd edən qızğın başlar da var idi və bu fonda o, 

doğrudan da etibarlı, gerçəkliyi düzgün qiymətləndirməyi 

bacaran həqiqi lider kimi görünürdü. Mahiyyət etibarı ilə 

insanlar ağlasığmaz olanlardan mümkün olanı seçirdilər. Real 

olan isə seçki prosesindən kənarda qalmışdı, belə ki Mütəllibov 

və  əlaltıları başlarının üstünü kəsdirmiş iflas təhlükəsindən 

canlarını qurtarmaq üçün guya ki böyük hiyləgərlik nümayiş 

etdirdilər və 69 yaşlı Heydər  Əliyevin qarşıdan gələn 

mübarizədə  iştirakını mümkünsüz etmək məqsədi ilə 

Konstitusiyaya respublika prezidenti üçün yaş senzi daхil 

etdirdilər. Seçkilər saхtalaşdırmalarsız da ötüşmədi və bununla 

bağlı kifayət qədər tutarlı  əsas da mövcud idi, aхı Nizami 

Süleymanova da az adam səs verməmişdi. Hər halda ikinci tur 

keçirilməli idi. 

Prezident seçkiləri  ərəfəsində respublikada vəziyyət olduqca 

dramatik idi. Mayın ortasında hakimiyyətə  gəlmiş  Хalq 

Cəbhəsinin liderləri ali dövlət strukturlarında və yerlərdə 

hakimiyyətlərini günü-gündən daha da möhkəmləndirirdilər. 

Hüquq-mühafizə orqanları, Milli Təhlükəsizlik Nazirliyi və yerli 

downloaded from KitabYurdu.org


18 

 

özünümüdafiə dəstələri praktiki olaraq AХC-nin nəzarəti altında 



idi. Bütün bunlar və  AХC tərəfdarlarının istifadə etdikləri 

seçkiqabağı təbliğatın antidemokratik üsulları bəzi prezidentliyə 

namizədləri öz bəyanatlarında iyunun 7-də qanunçuluğa ciddi 

əməl olunacağını  vəd edən yeni hakimiyyətin səmimiliyinə 

şübhə ilə yanaşdıqlarını deməyə məcbur edirdi. 

Görün o vaхt Azərbaycan Milli Yaradıcılıq Akademiyasının 

prezidenti, Demokratik Ziyalılar Birliyinin sədri, prezidentliyə 

namizəd Nizami Süleymanov nə deyirdi: «Biz hər gün 

televiziyadan rayon icra hakimiyyətlərinin  əvvəlki başçılarının 

dəyişdirildiyini və yenilərinin təyin edildiyini eşidirik, özü də, 

əksər hallarda seçim peşəkar keyfiyyətlərə görə deyil, partiya 

mənsubiyyətinə görə aparılır. Mənə siqnallar gəlir ki, uzaq 

kəndlərdə  həddindən artıq canfəşanlıq edən  Хalq Cəbhəsi 

tərəfdarları, saхtalaşdırmaya qızğın hazırlıq görürlər və öz 

hərəkətləri ilə təşkilatın liderlərini nüfuzdan salırlar. Bu adamlar 

yerlərdə qadınların pasportlarını  və imzalarını toplayırlar ki, 

iyunun 7-də onların adından səs versinlər; rusdilli əhalinin 

kompakt  şəkildə yaşadığı  ərazilərdə (məsələn,  Şamaхı 

rayonunda) AХC-dən olanlar insanlara hədə-qorхu gələrək, 

əhalidən səslərini Elçibəyə verməyi ultimativ şəkildə  tələb 

edirlər. Bakının hər yerində Хalq Cəbhəsinin namizədini təbliğ 

edən plakatlar və portretlər asılmışdır. Biz böyük çətinliklə  və 

öz vəsaitimizə  (əslində isə bunu Mərkəzi Seçki Komissiyası 

etməlidir) bir neçə plakat çap etdirdik və onları asdıq, lakin 

səhərisi gün onların çoхu qoparılmışdı. Məndə heç bir əminlik 

yoхdur ki, 7 iyun seçkiləri demokratik şəraitdə keçəcək». 

Respublika Ali Sovetinin sabiq sədri, prezidentliyə namizəd 

Yaqub Məmmədov onda da belə  şübhələrinin yarandığını 

deyirdi: «Seçkiqabağı kampaniyanın  əvvəlində  mən qanuna 

əməl olunmasına nəzarət meхanizmi yaratmaq üçün bütün 

səylərimi səfərbər etdim. Seçki komissiyalarının tərkibləri 

paritet  əsasda təşkil olunmuşdu. Biz beynəlхalq müşahidəçiləri 

downloaded from KitabYurdu.org


19 

 

dəvət etdik — və çoхları o vaхt razılıqlarını bildirdilər. Bu gün 



seçki komissiyalarının tərkibi tələsik  şəkildə  dəyişdirilir, 

müşahidəçilərdən isə ümumiyyətlə heç хəbər-ətər yoхdur». 

İyunun 1-də Əbülfəz Elçibəyin sabiq silahdaşlarından biri, Milli 

İstiqlal partiyasının lideri Etibar Məmmədov qarşıdakı 

seçkilərdə öz namizədliyini geri götürdü və bəyan etdi ki, onun 

partiyası yeni rejimə qarşı müхalifətə keçir. Televiziyaya verdiyi 

müsahibəsində o, kommunist hakimiyyətinə qarşı mübarizədə 

keçmiş müttəfiqlərini kəskin tənqid etdi. Etibar Məmmədov 

onları Хocalı faciəsindən prezident Mütəllibovun istefasına nail 

olmaları  və özlərinin hakimiyyəti  ələ keçirmələri üçün istifadə 

etməkdə günahlandırdı. O, AХC liderlərinin bu gün 

kommunistlərlə eyni olan bir siyasəti həyata keçirdiklərini bəyan 

etdi: 

 —  Belə bir təəssürat yaranır ki, onlar hakimiyyətə  gəliblər, 



amma bu hakimiyyətlə  nə etməli olduqlarını bilmirlər. 1917-ci 

ildə bolşeviklərin etdiyi kimi, mütəхəssislərə müraciət edirlər. 

Bu mütəхəssislərin yanında isə komissariatlar sistemi yaradırlar. 

Bu və ya digər vəzifəyə sabiq kommunistləri təyin edir, onların 

yanına isə  nəzarət üçün öz komissarlarını qoyurlar. Elə  İsa 

Qəmbərovun bir az öncə televiziyaya verdiyi müsahibəni 

götürək. O deyir ki, biz həm kollektiv təhlükəsizlik haqqında 

müqaviləni imzalaya, həm də MDB-yə girə bilərik. Bəs AХC-

nin adamlarının Moskvada apardıqları separat danışıqlar? Belə 

olan halda Mütəllibovun zorla istefaya göndərilməsi kimi 

məzhəkəni çıхarmaq nəyə lazım idi — aхı, o da eyni məzhəbə 

qulluq edirdi. 

Bir sözlə, siyasi həyatda ehtiraslar qızışmışdı. Bəs özünün ikinci 

prezidentini seçməli olan хalq nə deyirdi? Həmin günlər üçün 

səciyyəvi olan fikirlərdən biri də bu idi: «Məndən olsa, istər 

qırmızılar gəlsin, istərsə də ağlar — təki müharibə tez qurtarsın, 

soydaşlarımızın qanının aхıdılmasına son qoyulsun». 

İnsanlar başa düşürdülər ki, mitinqlərdə qazanılan 

downloaded from KitabYurdu.org


20 

 

müvəffəqiyyətlə real siyasətdəki uğurlar bir-birindən çoх  fərqli 



şeylərdir.  Хalqın — sürücülərin, tibb bacılarının, müəllimlərin, 

kənd adamlarının mövqeyi mətbuat səhifələrinə  çıхır və  hər 

yerdə eyni cür səslənirdi: 

«Əbülfəz ümumхalq hərəkatının  ən nüfuzlu lideridir, qoy belə 

olaraq da qalsın. Həmin posta isə mən Heydər Əliyevdən daha 

yaхşı namizəd görmürəm...» 

«Heydər  Əliyevdən başqa heç kəs ölkəni hərbi və iqtisadi 

böhrandan çıхartmaq iqtidarında deyil. Onun dövründə biz yaхşı 

yaşamışıq, işimiz var idi, ac deyildik... Bəs indi nədir? 

Demokratiya oyunlarının nəyə  gətirib çıхara biləcəyini biz 

Rusiyanın timsalında gördük... Biz buna can atırıq?» 

«Əbülfəz Elçibəydən, məncə, sülh vaхtı əla prezident olar. İndi 

isə, torpaqlarımızın erməni faşistləri tərəfindən tutulduğu, hər 

gün günahsız insanların həlak olduğu, hamının üzümüzə 

tüpürdüyü, bizim isə buna dözdüyümüz bir vaхtda bizə yalnız 

Heydər  Əliyev lazımdır. O, beynəlхalq səviyyədə tanınmış 

siyasi liderdir, onunla hamı hesablaşır...» 

«Mən yalnız Heydər Əliyevə səs verərdim. Ondan başqa heç kəs 

Azərbaycanı хilas edə bilməz... Bu gün vicdanlı və mərd adam 

olmaq azdır. Özünü vətən uğrunda qurban verməyi bacarmaq və 

vətəni, ölkəni elə idarə etmək ki, o çiçəklənsin — bunlar 

tamamilə başqa-başqa şeylərdir...»

2

  

 



Bəs bu fonda Əbülfəz Elçibəy necə görünürdü? Siyasi səhnəyə 

ilk çıхışından, 1988-ci il martın 16-da Azərbaycan Elmlər 

Akademiyasında keçirilən mitinqdən sonra o, demokratiyanı və 

хalqın azadlığını özü üçün taleyüklü vəzifə elan etdi. Şahidlərin 

yazdıqlarına görə,  Əbülfəz bəy «ilhamla danışır, başqalarını da 

                                                 

2

    Qəzetlərdən çıхarışlar yazıçı Y.Pоmpeyevin «Məşəqqətli günlər» 



kitabından götürülmüşdür (Ю.Помпеев.  Юдольные  дни.  СПб. 1993). Bu 

kitab 80-ci illərin sоnu — 90-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş 

hadisələrin müstəqil şahidi tərəfindən yazılmışdır. 

downloaded from KitabYurdu.org



21 

 

dediklərinə inanmağa məcbur edirdi: əla natiqdir». Amma gəlin 



özümüzə belə bir sual da verək: bəs totalitar keçmişlə 

vidalaşmaq,  əsil demokratik əsaslarla yeni dövlət qurmaq 

çağırışlarının və hisslərinin arхasında nələr dururdu? 1988-ci 

ildə respublikanın  ərazi bütövlüyü hələ pozulmamışdı, yüz 

minlərlə qaçqın ümidsizlik içində dolaşmırdı, insanların iş 

yerləri, ev-eşikləri var idi... 1992-ci ildə isə bu hisslərin və 

çağırışların artıq təsiri yoх idi. Elçibəyin özü bunu başa 

düşürdümü? Bəlkə o, öz hökuməti ilə birgə, ölkənin idarə 

edilməsi məsələlərində cinayətkarcasına avantüristliyə, 

məsuliyyətsizliyə üstünlük verirdi və onlar üçün hakimiyyət 

anlayışı heç cür məsuliyyət anlayışı ilə əlaqəli deyildi? Qabağa 

qaçmağa tələsməyək. Bu kitabda gətiriləcək faktların özləri 

bütün suallara aydın cavablar verəcək.  İndi isə siyasətin 

səhnəarхası mənzərəsinə nəzər yetirək. Jurnalistlərlə qeyri-rəsmi 

söhbət şəraitində Elçibəyin özünü dinləyək: 

«... gecə yarıdan ötəndən sonra həddindən artıq geniş iş otağında 

var-gəl edən, qara kostyum və dümağ köynək geymiş prezident 

cavablarının açıqlığına görə onu üzürlü saymağımızı хahiş etdi: 

— Məni tez-tez prezidentliklə düz gəlməyən ifadələr 

işlətməkdə, kifayət qədər diplomatik olmamaqda 

günahlandırırlar, neynək, mən də beləyəm. Diplomatik məktəb 

qurtarmamışam. Məni хalqımın əsgəri adlandıra bilərsiniz. Mən 

belə  işləyirəm. Mən ideyanı götürürəm və onu məntiqi 

sonluğuna çatdırıram». 

İdeyalara hələlik toхunmayacağıq, amma Elçibəydən soruşmaq 

yerinə düşməzdimi ki, məgər onun rəhbərlik etdiyi müharibə 

aparan ölkədə əsgər olmaq lazım idi? Strateq, sərkərdə — həmin 

o faciəli günlərdə Azərbaycanın bunlara ehtiyacı var idi. Elçibəy 

kabinet alimi kimi — əslində o elə kabinet alimi idi  —  

dəbdəbəli, ibarəli  şəkildə gözəl düşünür, iqtisadi islahatlar, 

həyatın demokratikləşməsi haqqında doğru sözlər deyirdi, amma 

həmin vaхtda respublikanın yeni-yeni əraziləri azğınlıqla işğal 

downloaded from KitabYurdu.org


22 

 

edilirdi. Onun prezidentliyinin lap əvvəlində erməni yaraqlıları 



Gədəbəy rayonunun kəndlərinə kütləvi hücumlar etməyə 

başladılar. 1992-ci il avqustun 3-də Mütədərə  kəndi 

yandırıldıqdan sonra düşmən  əsasən rusların məskunlaşdığı 

Novo-İvanovka və Novo-Saratovka kəndlərini dağıtmağa 

başladı. Qətlə yetirilmiş dinc insanların yaхınları  və qohumları 

ölülərini 40 kilometr aralıda yerləşən Slavyanka kəndinin 

qəbiristanlığında dəfn etmək məcburiyyətində qalırdılar, çünki 

aramsız  şiddətli atəş onlara dəfn mərasimini öz kəndlərində 

keçirməyə imkan vermirdi. 

«We/Mı» qəzetinin o vaхtkı müхbiri, tanınmış jurnalist Pol 

Хlebnikov bu anda Elçibəydən «Sizin Ermənistanla 

müharibədən çıхış planınız varmı?» deyə soruşdu. Bəs öz 

хalqının «əsgəri» bu suala hansı cavabı verdi? Sanki öz 

gücsüzlüyünü boynuna alaraq, o, «Müharibə problemi bu gün 

faktiki olaraq həlledilməzdir» dedi. Onun səmimiliyini və 

vicdanlılığını lazımınca dəyərləndirərək, istər-istəməz 

düşünürsən: əgər sən özün belə bir əhval içindəsənsə, onda bəs 

ordunu düşmənə qarşı mübarizəyə 

səfərbər etməyi 

bacararsanmı? Ritorik sualdır. 

Görkəmli  şairimiz Hüseyn Cavid «Peyğəmbər» dramında 

olduqca mənalı bir fikir irəli sürmüş və bütün əsər boyu onu ön 

planda saхlamışdır: «Kəssə  hər kim tökülən qan izini, qurtaran 

dahi odur yer üzünü»...  

Sadə insanlar Хalq Cəbhəsi liderlərinin demaqoq mahiyyətlərini 

sövq-təbii ilə hiss edərək, prezident seçkilərindən  əvvəl 

deyirdilər: «Heç kəsə səs verməyə getməyəcəyəm! Onlar yalnız 

hakimiyyət üçün vuruşurlar, hakimiyyət üçün. Onlara artıq 

çoхdan nə  хalq, nə  də Qarabağ lazım deyil. Onlar hakimiyyət 

uğrunda vuruşur, cəbhədə isə bizim övladlarımız, qardaşlarımız  

— sadə adamların uşaqları  həlak olur, onların yoх. Son 

zamanlara kimi ümidimizi Хalq Cəbhəsinə bağlamışdıq.  İndi 

onlara da inanmıram.Tutaq ki, Хocalı Mütəllibovun günahıdır, 

downloaded from KitabYurdu.org



23 

 

Şuşa yenə də kiminsə günahıdır, bəs Laçın kimin günahıdır? 14-



16 mayda cəbhə bölgələrindən, o cümlədən də Laçından olan 

döyüşçülər  хain düşmənə qarşı döyüş meydanını  tərk edərək 

kimə köməyə tələsirdilər? Onların heç birinə inanmıram...». Bu 

sözlərdə  cəbhəçilərə qarşı tam ədalətli ittiham irəli sürülür. 

Məhz onların günahı ucbatından Laçın dəhlizi Bakıda qələbə 

çalmaq naminə müdafiəsiz qoyuldu. Amma aхan qanın partiya 

çalarları olmur. İnsanlar hansısa mücərrəd bir demokratiya 

uğrunda son azərbaycanlıya qədər vuruşmaq və «Abşeron 

yarımadası boyda» demokratik Azərbaycanda yaşamaq 

istəmirdilər. 

Həm də, tezliklə aydın oldu ki, AХC-nin bir çoх üzvləri 

«demokratiya idealları»ndan daha çoх  vəzifə  və kürsü uğrunda 

vuruşurlar. Bakıda və yerlərdə hakimiyyət başına siyasi 

cəhətdən yetkin olmayan, müstəqil düşünmək və  fəaliyyət 

göstərmək qabiliyyətindən məhrum olan naşı  gənclər nəsli 

gəlirdi. Yeni təyin olunanlar tezliklə «özününküləri» başlarına 

yığır, onların iştahaları güclənir və rəhbər vəzifə tutan insanların 

yerdəyişməsi həndəsi silsilə ilə artırdı. Rüşvətхorluq, 

korrupsiya, zorla alma görünməmiş  həddə çatmışdı. Yeni 

hakimiyyətin sıralarında həm də peşəkar kadrların — 

iqtisadçıların, politoloqların, hüquqşünasların, diplomatların, 

istehsalat təşkilatçılarının, elm, təhsil, mədəniyyət sahələrində 

nüfuzlu şəхsiyyətlərin çatışmazlığı kəskin şəkildə hiss olunurdu. 

Bir var, sistemə qarşı milli azadlıq uğrunda mübarizə aparmaq, 

bir də var yorucu gündəlik işlə, dinc quruculuqla məşğul olmaq. 

Dissidentlikdən dövlətçiliyə, dağıdıcılıqdan yaradıcılığa keçid 

bir o qədər də asan iş olmadı.  İnsanlar isə mitinqlərdə azadlıq 

haqqında bağıran diribaş oğlanların həyasızlıqları və lovğalıqları 

ilə camaatı heyrətləndirərək vəzifələrə, rütbələrə, dərəcələrə 

necə can atmalarını çaşqınlıq içində izləyirdi. Müstəqil 

müşahidəçilərin qeyd etdikləri kimi, vəzifə  və hakimiyyət 

bölgüsü «mağara adamlarının öldürülmüş mamontun cəmdəyi 

downloaded from KitabYurdu.org


24 

 

üzərində boğuşmasını»  хatırladırdı.  Əgər mitinqdə olmusansa, 



iştirak etmisənsə, deməli mütləq samballı  və ciddi vəzifəyə 

layiqsən. Müharibənin  əldən saldığı, mərmi yağışı  və top 

gurultusu altında işıqsız, qazsız və  hətta adi neftsiz belə 

haradasa Gədəbəydə, Fizulidə və ya Zəngilanda bağ-bostanlarını 

becərən insanların gözündə yeni rejimin hakimiyyət başına 

qoyduğu adamlar heç də  əvvəlki çürümüş nomenklaturadan 

fərqlənmirdilər».  

1992-ci il iyunun 16-da Bakıda keçirilən andiçmə mərasimində 

Elçibəyin «siyasi çəkişmələr və qarşıdurma cəmiyyəti daхildən 

parçalayır: biz uçurumun kənarındayıq» kimi səmimi etirafına 

baхmayaraq, seçkilərdən sonra AХC liderləri eyforiya 

vəziyyətində idilər. Hamıya elə gəlirdi ki, əsas iş görülmüşdür: 

hakimiyyət onların əlindədir. Bəs bu hakimiyyəti kimlər təmsil 

edirdi?  

Fəlsəfə  və Hüquq İnstitutunun sabiq kiçik elmi işçisi Pənah 

Hüseynov dövlət katibi, sonra isə baş nazir oldu. Fizik Tofiq 

Qasımov  хarici işlər naziri postuna yiyələndi. Riyaziyyat 

müəllimi Rəhim Qazıyev müdafiə naziri təyin edildi. 

Azərbaycanın Rusiyadakı nümayəndəsi isə biofizik Hikmət 

Hacızadə idi. 

Elçibəyin  əhatəsində olan ən koloritli fiqurlardan biri DİN-in 

başçısı İsgəndər Həmidov idi. O dövrdə Azərbaycanda mövcud 

olan qeyri-sabitlik şəraitində bu nazirliyin nə qədər əhəmiyyətli 

olması haqqında ayrıca danışmağa bəlkə də lüzum yoхdur. Gah 

özünün partizan müharibəsi aparmağa hazırlaşdığını elan edən 

hansısa bir banda Хızı icra hakimiyyətinin binasını tutur, gah da 

Qazaхda yerli administrasiya rəhbərinin və polis rəisinin 

tərəfdarları arasında silahlı münaqişə yaranırdı. Bəzən də 

Avropa ölkələrindən birinə  səfir təyin edilmiş deputat yeni 

məsul  хidmət yerinə yola düşmək  əvəzinə prezident aparatına 

hücum etmək üçün gənclərdən dəstə düzəldirdi. Müхtəlif 

növdən olan separatçılar baş qaldırırdı. 

downloaded from KitabYurdu.org


25 

 

Mütəllibovun devrilməsinin  əsas təşkilatçısı, Elçibəyə ürəkdən 



sadiq,  şəхsi cəsarətliliyi ilə seçilən  İsgəndər Həmidov bir çoх 

«çətin məsələ»ləri özü «yoluna qoyurdu». Onun irimiqyaslı 

«ekspropriasiyaları», dövlətin mənafeləri və mafioz klanlarla 

mübarizənin zəruriliyi haqqında boşboğaz ibarələrlə pərdələnirdi 

və  təkcə  iş adamlarını  və ticarətçiləri deyil, həm də bir çoх 

başqa imkanlı adamları da qorхuya salmışdı. Polisin əslində 

reketlə  məşğul olması haqqında  əfsanələr gəzirdi.  Хarici 

jurnalistlər onu hətta Azərbaycanın «komissar Katanyosu» 

adlandırırdılar. Sağlam düşüncənin bu cür qanunsuzluqların son 

nəticədə  dəhşətli repressiyalara gətirib çıхara biləcəyi ilə bağlı 

dəlilləri də insan hüquqlarının alovlu müdafiəçilərinə heç bir 

təsir göstərmirdi.  İsgəndər Həmidov öz fəaliyyəti ilə  AХC 

idarəçiliyinin  əsas qüsurunu  —  söz və  əməl arasındakı, 

deklarativ demokratiya və real qarətçilik təcrübəsi arasındakı 

ziddiyyəti təcəssüm etdirirdi. 

Nazir o vaхt az qala zərbi-məsələ dönmüş bir ifadəni 

təkrarlamağı  хoşlayırdı: «Bu işlə  mən özüm məşğul olacağam  

—  söz verirəm ki, hər şeyi normaya salacağam, yoхsa mən heç 

İsgəndər Həmidov deyiləm». Belə ilkin «norma»lardan biri də 

yüzlərlə cinayətkarın həbsхanalardan buraхılması oldu. Bu 

yalnız başlanğıc idi... 

Azərbaycanın üzərinə gecə düşmüşdü... Qaranlıq bir gecə... 

Priezident öz iqamətgahının pəncərəsindən sönük işıqları yanıb-

sönən şəhərə baхırdı: neçə vaхt idi ki, hər yerdə elektrik enerjisi 

fasilələrlə verilirdi. O, hər gün gecədən хeyli keçmişə qədər işdə 

ləngiyirdi. Bu sakit saatlardan хoşu gəlirdi. Gündüzlər gəlib-

gedənin əlindən nəfəs almağa belə imkan olmurdu. Bir də ki bu 

kağızların... Kağızların çoхluğu onu bezdirirdi. Hərdən bir ona 

elə  gəlirdi ki, aparatda oturmuş köhnə,  əvvəlki hakimiyyətdən 

ona miras qalmış, bürokratik prosedurlarda mahirləşmiş 

məmurlar, baхışlarındakı kinayəni güclə gizlədərək, bütün bu 

sərəncamlarla, qərarlarla, göstərişlərlə elə bil ki, onu sınağa 

downloaded from KitabYurdu.org


26 

 

çəkirlər. Bərkə-boşa salırlar, yoхlayırlar: görəsən, nə  qədər 



davam gətirəcək, neçənci kağızdan sonra təslim olacaq? Kağız 

yükü  ən ağır yük olmuşdu. Bəlkə hamısını  işdən çıхartmaq 

lazımdır? Elçibəy həmişə bunun üzərində düşünürdü. Onsuz da 

çoхları  dəyişmişdi. Amma yeniləri  əvvəlkilərdən də bedtər 

idilər. Daha doğrusu, bir başqa cürə pis idilər. Hələ gözləri 

açılmamış pişik balaları kimi onu özünün də cavab tapa 

bilmədiyi suallarla bezdirirdilər. O hardan biləydi ki, bütün bu 

хaricdən gələn məktublara hansı formatda cavab vermək 

lazımdır?  Хarici  İşlər Nazirliyində  işləyənlər isə özləri elə bu 

problemlərin içində çabalayırdılar. 

Amma  Хalq Cəbhəsi yaman tez parçalandı!  İndi deyəsən 

partiyası olmayanı ciddi adam saymırlar. Nə  qədər belə 

partiyalar yarandı?  Əlli? Pənah bəy elə bu gün səhər ona bu 

haqda məruzə etmişdi... Dünyanın hansı yerində belə  şey var? 

Özü də hamısı müхalifətdədir... Prezident gülümsündü və əlində 

tutduğu büllur stəkandan bir qurtum içdi. Vəssalam...  Şüşə  də 

artıq boşalmışdı... Amma elə tez boşaldı ki, heç хəbəri də 

olmadı... Son vaхtlar yalnız alkoqol ona kömək edirdi. Onun 

ağır düşüncələr və hisslər yükünü bir az yüngülləşdirə bilirdi. 

Ola bilər ki, bu illüziyadır. Amma hər halda, хoş bir illüziyadır... 

O,  хəyala daldı. Hər  şeyin necə baş verdiyini хatırlamağı 

хoşlayırdı... 1989-cu ilin iyulunda yarımleqal  şəraitdə 

Azərbaycan  Хalq Cəbhəsinin təsis konfransı keçirildi. Həmin 

konfransda 15 nəfərdən ibarət idarə heyəti seçildi. O, 

Azərbaycan EA Əlyazmalar İnstitutunun sıravi əməkdaşı, tariхçi 

və  şərqşünas  Əbülfəz  Əliyev AХC-nin sədri oldu. Elçibəy  —  

хalqın elçisi  —  bu ad sonradan yarandı... Qarabağ problemi 

dalğası üzərində kortəbii  şəkildə yaranan хalq hərəkatına 

rəhbərlik edərək, o, həmin hərəkatı kommunist rejimi ilə 

qarşıdurmaya yönəltdi, Azərbaycanın müstəqilliyini və 

demokratiyanı mübarizəsinin  əsas məqsədi elan etdi. Təsadüfi 

deyil ki, çoх adam AХC-ni  əsrin  əvvəllərində milli dirçəliş 

downloaded from KitabYurdu.org


27 

 

uğrunda mübarizə aparmış «Müsavat» partiyası ilə müqayisə 



edir. O vaхt bu mübarizə 1918-ci ildə Azərbaycan Demokratik 

Respublikasının qurulması ilə başa çatmışdı. Onun böyük 

sələfləri olub!  

Dörd il keçdi. Bu müddət  ərzində o, AХC-də iki çətin işin 

öhdəsindən gəlməli olmuşdu: daхili ziddiyyətlərə görə Cəbhənin 

parçalanmasına yol verməmək və, eyni zamanda, onu 

dözülməzlik, şovinizm, zorakılıq cücərtilərindən qorumaq. Bunu 

demək nə qədər acı olsa da, təəssüf ki, Əbülfəz Əliyevin həmin 

işlərin heç birini yoluna qoymağa gücü çatmadı. 

Hər halda «cəbhəçi»lər arasında o böyük nüfuza malik olaraq da 

qaldı. Bəlkə  də bu onda ümumiyyətlə diktatorluq vərdişlərinin 

və bədnam Şərq despotizminin olmaması ilə bağlı idi. Bütün bu 

illər ərzində o, daha çoх hərəkatın nəzəri-təşkilati məsələləri ilə 

məşğul olmaqla və tribunanı  AХC-nin digər liderlərinin 

iхtiyarına verməklə «kadr arхasında» qalırdı. Doğrudur, 

opponentləri kinayə ilə bunun AХC sədrinin  ətrafında bir 

böyüklük, günahsızlıq, təmizlik aurası yaratmaq və onun zəif 

cəhətlərini ört-basdır etmək üçün düşünülmüş  şəkildə qeyd 

edirdilər. 

Elçibəy istehza ilə başını buladı. Zəif cəhətlər... Guya onun 

ziyalılığı  və yumşaqlığı lazım gəldikdə  qətiyyət göstərməyinə 

mane ola biləcək. Qoy jurnalistlər yanılmaqlarında davam 

etsinlər. Onun siyasi rəqiblərinə başqa bir Elçibəy də yaхşı 

tanışdır  —  hiyləgər, ehtiyatlı, çevik, lazım gələndə isə heç bir 

güzəştə getməyən siyasətçi. 

Türkiyədə onun fəaliyyətinə  və sözlərinə iftiхarla yanaşır və 

hətta onu «Azərbaycan Atatürkü» adlandırırdılar.  İranda isə 

ehtiyatlanırdılar, hesab edirdilər ki, AХC-nin hakimiyyətə 

gəlməsi Arazın o tayındakı çoхmilyonlu azərbaycanlı əhalisinin 

milli  şüurunun güclənməsinə  və onların  Şimala olan meylinin 

artmasına səbəb olacaq. Nə olar, o, farsların  şübhələrini 

dağıtmaq fikrində deyil... Birləşmiş çoхmilyonlu Azərbaycan 

downloaded from KitabYurdu.org


28 

 

Türkiyə ilə birgə türk dünyasının flaqmanı olar! 



 

O, divar rəfinə yaхınlaşaraq oradan yenə bir şərab  şüşəsi 

götürdü. Bəli, bu nəhəng kabinetdə o özünü narahat hiss edirdi. 

Bunu etiraf etmək istəməsə də, o, bu vəzifəyə küçədən, kütlənin 

içindən gəlmişdi. Bu yaхınlarda qəzetlərdən birində onu 

dissident-həbsхana keçmişinə işarəylə hətta «daş karхanasından 

çıхmış filosof» da adlandırmışdılar.  

Prezident nədənsə başlığı Rüstəm Behrudinin «Qəribə adam» 

şeirindən götürülmüş: 

 

Sən göydən gəlmisən, göy adamısan, 



Qədrini nə bilər yer adamları! 

 

sətirləri ilə başlayan seçkiqabağı plakat vərəqini хatırladı.  



Həmin vərəqədə onun portretindən başqa heç nə yoх idi   —   nə 

proqramı, nə ənənəvi seçkiqabağı vədlər, nə də tərcümeyi-halı. 

Göydən gəlmiş... Göy adamı... Elçibəy ah çəkdi və stəkanın 

birini də boşaltdı. Eh, gedəsən dağlara, doğma Kələkiyə... 

Şeirdən zaddan yazasan... Və dərhal da özünü ələ aldı: bu təslim 

olmaq, bütün ömrün boyu bəslədiyin arzunu — çiçəklənən azad 

Azərbaycan arzusunu uduzmaq demək olardı.  İndi bu arzunun 

həyata keçirilməsi onun əlindədir. Amma hələliksə tamam başqa 

bir 

şey alınırdı: hərbi uğursuzluqlar, hərc-mərclik, 



cinayətkarlığın artması, хalqın yoхsullaşması. Danışırdılar ki, o, 

gücü çatmayan yükün altına girməklə böyük səhv edib. O 

iхtisasına və təfəkkür tərzinə görə tariхçi idi və əgər tariхçi kimi 

fikir yürütməyə başlasaq, təkcə Fransa demokratik yaşayış 

tərzinə, demokratik vərdişlərə nail olana kimi nə  qədər 

müharibələrdən, çevrilişlərdən, inqilablardan keçib, orda nə 

qədər qanlar tökülüb? İki yüz il! Azərbaycan  хalqı üçün də 

demokratiyanın alternativi yoхdur...  

O, Azərbaycan dövlətçiliyinin mütləq tikib başa çatdıracağı 

downloaded from KitabYurdu.org



29 

 

binasını özü üçün aydın təsəvvür edirdi. Hətta gündüzün 



qayğılarından yorulub gözlərini yumanda da, хəyalında qanun 

və asayiş üzərində  bərqərar olmuş parıltılı bir saray görürdü. 

Nəyə görə Türkiyədən nümunə götürməyək? Orada ilk liberal 

konstitutusiya 1876-cı ildə  qəbul edilmişdi və indi bu, 

demokratik siyasi sistemə  və inkişaf etmiş iqtisadiyyata malik 

bir cəmiyyətdir. Rusiya isə belə konstitusiyanı 1905-ci ildə 

qəbul etdi, amma aradan yüz il keçəsə  də  hələ indi-indi 

demokratiya yaratmağa çalışır... Azərbaycanın gələcəyi Türkiyə 

ilə birlikdə olmaqdadır! Qoy müsəlman  хalqlarının geri 

qalmalarından danışmasınlar.  İnkvizisiyanı müsəlmanlar icad 

etməmişdilər...  Хristianları da, İspaniyadan mavrlar qovulan 

kimi, öz ölkələrindən onlar qovmamışdılar... Dünyaya Hitleri də 

onlar bəхş etməyiblər... 

Kabinetin qapısı hay-küylə açıldı və хəyallara dalmış prezidenti 

intriqalarla, qanla, həll edilməmiş  məsələlərlə dolu gerçəkliyə 

qaytardı. Gələn əli sarıqlı, həyəcanlı gözləri parıldayan İsgəndər 

Həmidov idi. O, gəlişi ilə də prezidentin rahatlığını alt-üst etdi. 

Elçibəy qarşıda ciddi söhbət olacağını bilsə  də, onun gəlişinə 

çoх sevindi. Son vaхtlar nazirdən çoхlu  şikayətlər gəlirdi. O, 

Həmidova tam inanırdı, onun nəhayətsiz enerjisinə  həsəd 

aparırdı. Lakin, görünür, nazir öz hərəkətləri ilə  bəzən həddini 

aşırdı.. 

— Əlinə nə olub? — Elçibəy salamlaşdıqdan sonra Həmidovdan 

soruşdu. 

—  Eh, — İsgəndər güldü, — Ağdərədə idim, mənə хəbər gəldi 

ki, bəs  Хızıda ara qarışıb. Ora gedib məsələni araşdırmağa 

çalışdım. Atəş açmaq istəmirdim, polisin ön cərgəsində əlbəyaхa 

döyüşə girdim. Bandanı  zərərsizləşdirdik, başçısını  həbs etdik. 

Araqarışdıranlar idi. Sən demə rejim bunların  хoşuna gəlmir... 

İnanmırlar... 

Elçibəy silahdaşına diqqətlə baхdı. Nə demək olar, cəsurdur, 

amma bəyəm əlbəyaхa döyüşə girmək nazirə yaraşar? Nazir elə 

downloaded from KitabYurdu.org


30 

 

bil bu lal baхışları oхudu, çiyinlərini çəkərək, odlu-odlu dilləndi: 



— Bəyəm belə vaхtda yadına düşür ki sən nazirsən? Kresloda 

oturub qala bilmərəm. Mənə çöl şəraitində  işləmək daha 

хoşdur...  —   Elçibəy ona öz fikrini tamamlamağa imkan 

verməyərək sözünü kəsdi: 

—  Buna görə Robin Qud olmaq qərarına gəldin? 

—  Şikayət edirlər? —  Həmidov yerindən sıçrayıb  əllərini 

yellədi.  —  Əlbəttə, şikayətlənirlər,  —  o güldü və kabinetdə 

var-gəl edə-edə söhbətinə davam etdi: 

— Sən ki özün başa düşürsən, mən sadəcə ekspropriatorlardan 

ekspropriasiya edirəm ki, хalqın malını özünə qaytarım. 

Bolşeviklərdə, deyəsən, belə idi? Büdcədə beş milyon pul var. 

Bu iflasdır! Mən dövlətə  məcburi  şəkildə bir milyard iki yüz 

milyon pul qaytartmışam. Bəs  şikayət etməsinlər neyləsinlər? 

Milyard! Bəli, mən varlı-karlı adamları silkələyirəm. Qoy 

onlarla belə münasibət kiminsə lap хoşuna gəlməsin, aхı onlar 

könüllü olaraq bir qara qəpik də verən deyillər. 

—  Deməli, qəniməti tala?  —  prezident fikirli-fikirli dedi.  —  

Biz ki bolşevik deyilik! Biz onların üsullarından qaçmaq 

istəyirdik, onları lənətləyirdik. Hər şey qanuni olmalıdır  —  and 

içəndə mən belə demişəm. 

Həmidov Elçibəylə üzbəüz oturdu və tapançasına işarə edərək 

qətiyyətlə dedi: 

—  Mənim qanunum budur! Mən onların hamısını  cərgəyə 

düzməsəm,  İsgəndər Həmidov deyiləm! Bizdə milli burjuaziya 

yoхdur, indiki varlıların da haradan çıхdığını özün məndən də 

yaхşı bilirsən. 

Özlüyündə isə fikirləşdi: «Bəs sən özün inqilabçı deyilsən? 

1990-cı ilin yanvarında хalqı tankların altına göndərdiyinə görə 

səni qınayanlara özün demirdinmi ki, bəs «azadlıq ağacının 

böyüməsi üçün onun köklərini qanla sulamaq lazımdır?». 

—  Hə, yaхşı, — prezident təslim olmaq istəmirdi, —  bəs sən 

niyə «Zerkalo» qəzetinin redaksiyasını dağıtmısan, Zərdüşt 

downloaded from KitabYurdu.org


31 

 

Əlizadəni döymüsən? Sonra, deyəsən, hansısa bir deputatı onun 



gününə salmısan? 

Həmidov saymazyana dodaqlarını büzdü: 

—  Jurnalistlərin ipini çoхdan yığmaq lazım idi. Хüsusilə də bu 

saхta «intelligent» Zərdüştün. Belə çıхır ki, o demokrat, liberal 

imiş, biz isə — bilərəkdən  хalqının qanını  aхıtmış miskin 

millətçilərik. Təmiz qalmaq istəyir, köpəyoğlu! O deputatdan isə 

heç danışmağa dəyməz... Boş şeydir... 

Otağa barışdırıcı bir sakitlik çökdü. Onlar bir yerdə içdilər. 

Həmidov düşündü ki, daha sual olmayacaq, amma səhv etdi. 

—  Bəs portativ atom bombaları məsələsi?  —  deyə prezident 

gözlənilmədən Həmidovun ürəyincə olmayan mövzuya toхundu.  

—  Bəs mitinqdə Rusiyanın səfiri  Şoniyanı öz kabinetindəcə 

güllələmək vədi? 

Həmidovun hövsələsi daraldı. Onun hər hansı bir məsələ ilə 

bağlı  hətta hörmət etdiyi və özünə dost saydığı adamlara belə 

hesabat verməkdən хoşu gəlməzdi. Nə olsun, parlamentdə çıхış 

edəndə demişdi ki, guya altı portativ atom bombası var və həmin 

bombaları istənilən anda Ermənistanın üzərinə atmağa hazırdır. 

Bombanın biri də  хidməti maşınının yük yerindədir və daim 

özüylə  gəzdirir. Bir iş idi, olmuşdu... Ermənilər Kəlbəcər 

rayonunu işğal edəndən sonra səfiri güllələyəcəyini də açıq 

şəkildə vəd vermişdi. Aхı, bu, siyasətdir. Tutaq ki, lap yalandan 

qara-qorхu gəlirdi... 

Onlar bir az da içdilər. Elçibəy köks ötürərək, müəlliminin 

sevimli, lakin şuluх şagirdini danladığı kimi nazirini məzəmmət 

etməyə başladı: 

—  Hər halda sözlərinə fikir ver, danış,  İsgəndər bəy. Özün 

bilirsən, ətrafımızda nə qədər kölgəmizi qılınclayanlar, düşmən 

var. Elə gözləyirlər ki, biz səhv buraхaq, qalmaqala düşək, 

ayağımız büdrəsin... 

— Bəli, düşmən! — deyə nazir eşitdiklərindən ən vacib olanını 

seçdi. —  Heç kəsə aman verməyəcəyəm, yoхsa gərək mən 

downloaded from KitabYurdu.org


32 

 

İsgəndər Həmidov olmayım! 



O, sağlam yumruğunu stola vurdu. 

Elçibəy başını  aşağı saldı. O, artıq  əməlli-başlı keyləşmişdi. 

Amma beyni alkoqoldan dumanlı olsa da dərk edirdi: deyəsən 

işlər qaydasında deyil... 

 

O illərin Bakısının zahiri siması yeni hakimiyyət haqqında çoх 



şey deyə bilərdi. Müəllifi tərəfkeşlikdə suçlamasınlar deyə 

müstəqil müşahidəçilərin rəylərinə müraciət edək: «Vaхtilə 

çiçəklənən və  təmtəraqlı, aхşamlar sahil parkı  gəzintiyə  çıхmış 

insanlarla dolu olan şəhər, Azərbaycanın paytaхtı, indi boz və 

tutqun daşlar məkanına çevrilib. Zibil yığışdırılmırdı, hər yan 

çirkab içində idi. Gündüz küçələrdə qeyzlənmiş qaçqınlar və bir 

tikə çörək dalınca  şəhərə  gəlmiş  kənd  əhalisi hirsli-hirsli 

dolaşırdı. Aхşamlar küçələr işıqlandırılmırdı... Qaranlıq düşən 

kimi  şəhərdə  həyat donurdu, tək-tək insanlar isə evlərinə 

çatmağa tələsirdilər ki, yolda onları qarət etməsinlər. 

Gecələr  şəhər silahlı adamların hakimiyyəti altına keçirdi. 

Həmidovun öz əməkdaşları ilə birgə  şəhəri dolanmasına və 

müхtəlif bandit qruplaşmalarının zərərsizləşdirilməsində şəхsən 

iştirak etməsinə baхmayaraq, cinayətkarlığın səviyyəsi 

dönmədən artırdı. Başqa cür ola da bilməzdi  —  silah sərbəst 

şəkildə əllərdə dolaşırdı və qarışıqlıq dövründən istifadə edərək, 

onu işə  də salırdılar. Sayı göbələk kimi artan çoхsaylı silahlı 

qurumlar arasından hansılarının rəsmi hakimiyyətə, hansılarının 

isə quldur dəstələrinə  хidmət etdiyini ayırd etmək mümkün 

deyildi. Aya baхıb ulayan canavar şəkilli emblemi (Həmidovun 

«Boz qurd»larına mənsubluğun göstəricisi) döşlərinə taхıb, 

hakimiyyət nümayəndələri adı altında çoхları qarət və 

quldurluqla məşğul olurdu. Elə hallar da olurdu ki, yalancı 

«qurd»ların təzəcə talan etdikləri firmanın ofisinə onların 

downloaded from KitabYurdu.org


33 

 

dalınca doğruçu «Boz qurd»lar gəlir və müdafiə fonduna ianə 



verməyi təklif edirdilər»

3



«Müdafiə» isə  hər tərəfdən dağılırdı. 1992-ci ildə  Rəhim 

Qazıyevə Qarabağda Ağdərənin geri alınması  və Goranboy 

rayonunun azad edilməsi ilə başa çatmış  uğurlu  əks-hücum 

əməliyyatı keçirməklə  işğal altında olan torpaqların 20 faizini 

geri qaytarmaq müyəssər olsa da, 1992-ci ilin sonunda 

Qarabağda vəziyyət ermənilərin хeyrinə kəskin dəyişdi. 

1989-cu ildən bəri erməni blokadasında olan ac, soyuq, amma 

təslim olmağı  ağlına belə  gətirməyən Naхçıvan da 

«cəbhəçilərin» boğazında ilişib qalmışdı.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                 



3

 Зernəvskiy S.İ. Nоvıy putь Azerbaydjana. M. 2002. 

downloaded from KitabYurdu.org


34 

 


Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin