14
Söz mətbəxi
bilməlisən ki, onu belə hormonik şəkildə istifadə edəsən? Ədəbiyyatımızda ilk
dəfədir ki, söz mətbəxlə, folklorla belə qeyri adi şəkildə bağlanır.
Yazıda qəribə bir yumor, bir sarkazm da var. Amma bu sarkazm sevgidən
irəli gələn bir sarkazmdır. Xalqını, millətini nə qədər sevməlisən ki, onu bu
qədər öyrənəsən, bu qədər ona nüfuz edə biləsən.
Tahir Əmiraslanov həmişə hər şeyin kökündə mətbəxin durduğunu de-
yir. Bunun bir sübutu kimi də dilimizdəki bir çox folklor nümunələrinin, ata-
lar sözlərinin, idiomatik ifadələrin, sözlərin mətbəxdən çıxmasını isbatlamaqla
ortaya qoyur. Yenə də heç kəsin indiyə qədər etmədiklərini edir. İndiyə qədər
açılmamış qatları açıb təəccübləndirir. O, həmişəki kimi yenə də ilk dəfə, birinci
dəfə bunları ortaya qoymaqla Azərbaycan dilinin ən heyrətamiz dərin qatlarına
baş vurur. Amma bunu çox sadəliklə anladır. Ümumiyyətlə onun yazıları elmi
olduqları qədər də, bədii, anlaşıqlı, sadə və təbiidir. Hər yazıda bir harmoniya
hiss edilməkdədir. Dilimizə olan bu sevgi “Yanar İşıq – Ana dilimiz” yazısında
da özünü büruzə verir. Bütün yazılarında üzə çıxan sufilik, şamanlıq, dərvişlik,
ozanlıq, aşıqlıq, şərq fəlsəfəsi elementləri bu yazıda da özünü göstərir. İndiyə
qədər daim işlətdiyimiz sözlərdəki dərin alt mənalarla yanaşı, burada yeni fəlsəfi
baxışlarıyla dilimizi bizə sevdirə-sevdirə şüurumuzun alt qatında gizlənənləri
üzə çıxarıb yenidən bizə aydınlaşdırır. Bizi daha çox özümüzə, uca Yaradanımı-
za, Allaha qaytarır. İnamımızı, imanımızı daha da möhkəmləndirir. Bu yazılarda
dilimizin proto dil, ilk dil olmasına inam yaradır, yaradıcılığa sövq edir.
Buradan biz aşıqlarımızı, ozanlarımızı, Dədə Qorqudu, Koroğlunu yeni-
dən dərk etməyə, onların formasını deyil, əsl məzmununu görməyə başlayırıq.
Aşıq sənətinə də bu baxış ədəbiyyatımızda ilk dəfə səslənir. O özü də işıqla-
nır, şölələnir və həmişə həyatda da olduğu kimi işıq saçır, hamıya aydınlıq
gətirir. Bu işıqda biz yenidən uca Yaradana, Dilimizə, Dinimizə, Vətənimizə
bir daha yenidən vuruluruq, oxuduqca təəccüblə sevinirik. Aslarla bağlı
mət bəx terminlərimizdə bizi yenidən soykökümüzə qayıtmağa çağırır. Bi-
zim soykökümüzdə unudulmuş As-Az tayfalarını yadımıza salır. İlk dəfə bu
nöqteyi-nəzərdən mətbəx terminlərimiz araşdırılır.
Kitabi Dədə Qorqud müəllifin həmişə müraciət etdiyi kitablardandır.
Amma onun Kitabi Dədə Qorquda yanaşması tam fərqlidir. O həmişə Kitabi
Dədə Qorqudun hələ təhlil edilmədiyini söyləyir, bu kitabı hələ yalnız oxu-
yanlar var, öyrənənlər, anlayanlar hələ heç nə yazmayıblar deyir. Dədə Qor-
quddakı sağraq terminini açıqlamasını verməklə ilk dəfə olaraq bu kitabda
Kitab haqqında
15
distillə yolu ilə alınmış içkidən, araqdan danışıldığını açıqlayır. Dil-termin
barəsində yazılmış məqalə, qəribə bir gözlənilməz nəticəyə, iqtisadi nəticəyə
gətirib çıxarır.
Azər bayramı yazısı soykökümüzdə duran Ac-Az tayfaları ilə bağlı möv-
zunu davam etdirir. İtirilmiş Azər bayramını bərpa etməyə çalışır. Ən qəribəsi
isə məntiqə söykənərək bu bayramda tam itirilmiş xörəklərimizin bərpa etmə-
sidir. Müx təlif xalqların ayin, mərasim mətbəxlərini dərindən bilməsi, qidanın
psixofizioloji təsirini, fəsillik xüsusiyyətlərini, mühitlə, ocaqla bağlılığından
çıxış edərək, müqayisəli təhlilə söykənərək ilk dəfə elmdə itirilmiş gida siste-
minin bərpasını görürük.
Qobustan qayalarında tapılmış, mahiyyəti alimlər tərəfindən izah edilə
bilməyən xətlənmiş bezoar keçi rəsmlərinin də ilk dəfə açılışını T.Əmiraslanov
verib. Müəllif müxtəlif ölkələrin elmi konfranslarında yüzlərcə alimə bu faktı
açıqlayıb, Azərbaycanın dünya mətbəx mədəniyyətinin beşiyi olduğunu, ilk
kulinariya məktəblərinin məhz Qobustanda olduğunu isbatlayıb.
Kulinariya incəsənəti, Qazandan çıxan incəsənət və Mədəniyyət yazısı
estetikanın, etikanın, müxtəlif incəsənət nümunələrinin məhz mətbəxdən qay-
naqlandığını, məhz mətbəxdə yarandığını çox qəribə bir tərzdə isbatlayır.
Yemək, sevmək və yaratmaq yazısı da artıq bu estetikanın elmi fəlsəfi
isba tının əsaslandırmasını davam edir. Qəribədir ki, onun yazdığı bu qəribə
fikirləri düşündükcə, oxuduqca daha çox inanırsan.
Bitki mənşəli qida məhsullarının dizaynı estetikanın iqtisadiyyatla bağlı bir
istiqamətinə yönəlir. Amma bu estetik düşüncə “Gözəllik ondur, doqquzuncu-
su dondur” yazısında daha qabarıq özünü göstərir. Yenə də bildiyimiz ifadələrə
tamamilə gözləmədiyimiz tərəfdən baxılır. Gözəlliyə, estetikaya yeni inandırıcı
bir tərif, gözəlliyin 6 kriteriyası və onların vəhdəti kimi göstərilməsi. Gözəlliyin
riyazi düsturlarla, rəqəmlərlə ifadəsi,
π rəqəminin gözəllik konstantı kimi boş-
qaba, xörəklərin bəzənməsinə gətirilməsi elmimizdə ilk dəfə baş verir. Riyaziy-
yat, estetika, etika, fəlsəfə, sosial elmlər, dini və s. elmlər bir yazıda bir araya
gətirilməklə məsələyə yeni bir kompleks yanaşma metodikasını qoyur ki, bu
müəllifin həm bu, həm də digər yazılarında özünü büruzə verir. Yazıda yenə
asları, Dədə Qorqudu, Koroğlunu görürük. Milli mənbəyimizin, milli ideologi-
yamızın, əxlaqi dəyərlərimizin köklərini bir yazıda aşkar anlayırıq.
Matriarxat məqaləsində bunlar davam edir. Polemika formasında başla-
yan yazı qadına bugünkü münasibətin kökündən yanlışlığını göstərir, qadı-
16
Söz mətbəxi
nı öz gözəlliyinə, müqəddəsliyinə, kamilliyinə qaytarır, gender problemine
fərqli münasibət göstərir. Bir çox sosial-iqtisadi hadisələr bir-biri ilə bağlı
surətdə təhlil edilir. Çox uzağa gedən nəticələr çıxarılır. Yazıdakı ironiya,
sarkazm, gülüş qadın-kişi bərabərliyi haqqında fikirlərimizdə çevriliş edə
bilir. İdeologiyanın siyasətə, milli düşüncə tərzinə təsiri incəliklə araşdırı-
lır. Sonra müəllif gözlənilmədən bizi yaranışın əvvəlinə aparır, metofizik
fikirlərlə, fizika, riyaziyyat, astronomiya ilə ədəbi bədii vəhdətdə ilk dəfə
kainatın karusel modelini verir. Şərq fəlsəfəsi düşüncəsinə dayanaraq boşluq
nəzəriyyəsini çox rahatca açıqlayır. Metofizik təcrübənin sufizmin, qnos-
tisizmin, şamanizmin, lamaizmin tətbiqi yolları, praktikası və nəzəriyyəsi
açıqlanır. Meracın forma və yolları araşdırılır. Sonra niyə məhz Həvvanın
barı birinci yeməsinin səbəblərini araşdırarkən məişət versiyasında gözəl
bir ədəbi nümunəylə qarşılaşır, müəllifi bir ədəbiyyatçı, yazar, yazıçı kimi
görürük. Bizi güldürən-düşündürən bir vəziyyətə salır bu hissə. Amma za-
rafatla necə düzgün, dəqiq psixoloji təhlil verdiyinin şahidi oluruq. Yenə də
həmişə olduğu kimi mətbəxlə bağlanan qəribə bir yazı-çadra məsələsinin
açıqlanması və s. Müəllifin açıqladığı məsələlərinin əksəriyyətinə ilk dəfə
belə izahlar verilir. İçərisində bu qədər elm olan yazı insanı çəkib arxasınca
aparır, yormur.
Azəri xanımlar haqqında traktatı öncəki yazının-matriarxın davamı kimi
dəyərləndirmək olar. Burada müəllifin Azəri xanımlarına verdiyi dəyər, qa-
dınlarımızı daha da yüksəklərə qaldırır. Milli adətlərimizə yenidən baxmağa,
onlara qayıtmağa sövq edir.
“Kəmər məsələsi” Matriarxat yazısındakı çadranın izahı ilə səsləşir. Adi
gö rü lən şeylərin, paltarın, çadranın, qalstukun, kəmərin, qurşağın arxasın-
da du ran məntiqlərin, dəyərlərin, düşüncələrin bu qədər dərində gizlənən
gözəl li yi ni açır. Hələ ədəbiyyatda heç kəs geyim nümunələrinə bu qədər
nüfuz edib, belə yanaşa bilməmişdi. Hər yazısında olduğu kimi bu yazısın-
dakılar da yenilik, kəşfdir. Sa də cə üzərində mübarizə gedən “Sarı gəlin”in
niyə məhz bizim olmasının izahı yazının yüksəkliyini göstərmək üçün
kifayətdir. Kitabda “Mətbəx dastanları” kitabından “Daş haqqında dastan”
və əvvəlki kitablara da xil edilməmiş küftə, fi sincan və plov haqqında dastan-
lar daxil edilmişdir. Hər bir dastan sırf elmi-texnoloji yazı olmaqla bərabər,
həm də ədəbi bədii gözəlliklə yazılıb. Mirzə Əli Möcüzlə, Mirzə Ələkbər
Sabirlə və digər şairlərlə deyə-gülə çox ciddi məsələlər araşdırılır bu das-
Kitab haqqında
17
tanlarda. Bu qədər ciddiliyin bu qədər yüngül, anlaşıqlı tərzdə verilməsi də
təəccübləndirməyə, sevindirməyə bilmir.
Dünya elmi və bədii ədəbiyyatında kulinariyaya aid belə əsərlər ilk dəfədir
ki, yazılır. İstifadə edilmiş əsərlərin əksəriyyəti ilk dəfədir ki, tədqiqata cəlb
edilir. Azərbaycandakı digər mütəxəssislər bu ədəbiyyatla ümumiyyətlə ilk
dəfədir ki, tanış edilir.
Tovuz və Gəncə regional mətbəxləri haqqında yazılar da, çay haqqındakı
yazı da o biri yazılarla bir ahəngdə olduğu üçün kitaba salınıb.
Ümumiyətlə kitab bir nəfəsə oxunsa da hər əsəri bir ayrı gündə oxumaq
daha məsləhətdir. Bu ləzzəti uzatmaqla bərabər daha yaxşı anlamağa kömək
edəcək. Ümumiyyətlə kitabda verilən hər əsər üçün ayrıca bir kitab yazıla
bilər. Mən də daha çox yazmadım ki, deyəcəklər atasıdır ona görə tərifləyir.
Oxuyandan sonra Siz də tərifləyəcəksiniz.
Əmiraslanova Aynurə Tahir qızı
AXDU-nin və ADİU-nin magistrı,
ingilis dili üzrə tərcüməçi, mühəndis texnoloq
Milli Kulinariya Mərkəzinin baş texnoloqu
18
Söz mətbəxi
SÖZ MƏTBƏXİ
Ey mərifət sahibiyəm deyənlər, öz qövmünə və başqalarına nəyisə söylə-
mək istəyənlər! Əvvəlcədən özünüzlə duz götürün ki, öncədən fikirlərinizi
yaxşı-yaxşı duzlayasınız, bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda
saxlayasınız ki, ağzınızı açanda duzsuz-duzsuz danışmayasınız
1
. Yoxsa duz-
suz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar
2
. O qədər gülər ki, gülməkdən
qarnı partlayar
3
, ləvəngisi tökülər.
Ey səxavət sahibləri! Fikirlərini duzlamayıb, yanınızda duzsuz-duzsuz
da nışanlara səxavət göstərin, amma onlara qulaq asmayın, çətinə düşəndə isə
onlardan mərhəmət, kömək ya anlayış gözləməyin. Çünki duzsuz fikirləri və
sözlərilə çörəyinizin duzunu
4
qaçıracaqlar, beləliklə də onlara verdiyiniz çö-
rəyin duzu olmayacaq. Ona görə də onlarla duz-çörək
5
deyil, duzsuz çörək
kəsmiş hesabında olacaqsınız.
Ey qonaqpərvərlər! Kəsəndə qonağınıza həmişə ağ deyil, qara qoç kəsin ki,
qonaqlarınız fəxrlə sonra deyə bilsinlər ki, bizə filankəs bir qara qoç kəsdi
6
, çün-
kü qara qoyunun qovurması dadlı, özu də ətli olur
7
, hətta arıq olsa belə. “Bizə bir
ağ qoç” kəsdilər deyə nədənsə öyünə bilmirik. Bizdə gərək avtomobil də qara
olsun, oğlumuza qoyduğumuz ad da, dərdi var olan qız
8
da, yalan dediyimiz bu
qızın yanındakı üzümüz
9
də, mahnı qoşub oxuduğumuz gilə
10
də, bizi basmasın
deyə bizim basdığımız
11
da, cibə tökdüyümüz kişmiş
12
də, gözümüzə gələn su
13
da, paltar da, arvad da, canına and içdiyimiz lələş
14
də, qoyun da, bizi yandıran
bağ
15
da, zəhmətlə qazandığımız pulu saxladığımız gün
16
də, əhvalımız pis olan-
da qanımızın boyandığı rəng də, ağ deyib işığa çıxartdığımız yalan
17
da. Ona görə
də bizim üçün qaradan artıq
18
, bəlkə də üstün rəng yoxdur. Hətta onu sevmədiyi-
miz dostlarımıza belə yaxırıq
19
ki, özümüz kimi onları da qara günə
16.1
qoyaq,
sonra baxıb deyək ki, şükür Allaha ki, onlara baxanda biz toya gedəsiyik
20
. Toya
gedəndə də qara geyinirik ki, çirkabımızı ört-basdır edək.
Çünki, duzsuz-duzsuz danışıb coşduqda ağzımıza çullu dovşan belə sığ-
mır
21
. Sonra bu duzsuz sözlərlə ağzımızdan qaynayan
22
, ət qazanda köpüklənən
Söz mətbəxi
19
kimi köpük axır
23
, kəf tökülür ətrafdakıların təfəkkürünə. İçkili, kefli adamlar
kimi kifli sözlər danışır, camaata kəf gəlir
24
, bundan ləzzət alır, keflənirik. Hətta
artıq indi mötəbər yerlərdən ağzından süd iyi gələnlər
25
də elə qatıqlayırlar
26
ki,
qalırsan mat-məəttəl. Avazları yaxşı gələndə
27
də görürsən ki, oxuduqları yenə
elə it otu, bağa yarpağıdır
28
. Bəziləri Vətəndən, anadan, torpaqdan elə qatıqlayır-
lar ki, adam istəyir bir qaymağına baxa, baxanda görürsən ki, şeytan qatığıdır
29
yemək olmaz. Belə bir vaxtda millətin duzlu söz sahibləri, xalqın qaymaqları
30
,
şirin danışa bilənləri xalqla deyil bir-birilə danışır, ya susur və beləliklə sözlərini
çürüdürlər
31
, bu çürümüş sözlər də ağzı bağlı çaydan kimi qaynayıb buxara çev-
rilir və yaddaşdan silinirlər. Adamları ac saxlamaq olmaz, həm də söz aclığı çox
ağır olur. Ac insanlar “ac”ıqlı olur, qılınca çapır
32
. Söz yarası isə sağalmır
33
.
Söz xaridarlarını sözləri doğrayıb, çeynəyə-çeynəyə xırdalayıb sağa-sola
xərcləyənlər əvəz edir indi. Bu boş-boş danışanlara avara-avara qulaq asıb
bəxtlərini, vaxtlarını onlarla birlikdə öldürənlər
34
də az deyil. Vaxtın, zamanın
başını kəsib, qanını axıtmaq, öldürmək bizdə adətə çevrilib. Düzdü elə də olur
ki, yaxşı sözlərə də eləcə qulaq asırıq, amma onları sırğa edib qulağımızdan
asmırıq
35
. Bu qulağımızdan alıb, o birindən veririk
36
. Ruslar ətri “eşidirlər”
37,
biz isə sözü ağzımızla deyir, qulağımızla yeyirik, o da ki ola söz mətbəxində
bişən söz ola. Belə söz nəinki qulaqdan, hətta daşdan belə keçir
38
.
Duz var təzyiqi dağa qaldırar, duz var təzyiqi dağdan endirər
39
. (Naxçıvan
duzu kimi).
Ona görə də danışanda duzsuz və çiy söz
40
danışmayın. Sözlərinizi ağzı-
nızda bişirib çıxardın
41
. Deyəndə elə söz deyin ki, şirin
42
olsun, şirə məxsus
olsun, yəni aslana, as oğlana, aslara məxsus olsun. Boş yerə norveçlilər asları
şərqdən gələn Allahlar adlandırmır. İslandlar bu günə qədər aslara boş yerə
sitayiş etmirlər ki. Meyvə cövhəri kimi, söz də təfəkkürün cövhəri, Şirəsidir.
Mübahisə edib sözləri çürütməyin
43
. Çünki çürümüş sözlər həmsöhbəti-
nizin boğazından keçməyəcək
44
, keçsə belə o onları həzm edə, sindirə
bilməyəcək
45
. Birinci halda o sizin boğazınızdan yapışacaq, ikinci halda özü
qarın ağrısına düşəcək.
Sözləri ucuz tutmayın. Ucuz sözün şorbası
46
olmur.
Gördün ki, qarşındakı çox duzsuz-duzsuz, ucuz, bişməmiş sözlər danışır,
bir sözlə zoğallayır
47
, onda qaytar, öz sözünü özünə elə yedizdir ki, dediyi
sözün əzabını özü çəksin, ya da elə əvvəlcədən onun sözünü ağzında qoy
49
.
Amma sözünü pambıqla
50
, şəkərlə
51
elə kəs ki, sənin sözlərindən qan iyi
20
Söz mətbəxi
gəlməsin
52
. Sənə söz demək istəyənin oturuşuna fikir ver. Gördün ki, şəstlə,
düz oturub qorxma, elə ki, gördün əyri oturub
53
, onda ehtiyatlı ol, fikirləş, gör
düz söz eşitmək istəyirsən ya yox. Elə adamla sözlərini meydana
54
buraxma.
Çünki, düz söz güləşib
55
qalib gələcək. Onsuzda düz söz sonda elə düz də
56
,
yəni düzlüyündə məğrur qalacaq.
Amma düz sözü də elə-belə döyüşə çıxarmaq olmaz. Gərək əvvəlcə bir bü-
lov daşı, ya dəri qayış, ya da bir sırtıq sifət
57
götürüb sözü yaxşıca itiləyəsən
58
ki, kəsərli olsun
59
, rəqibin yeddi qatından keçsin
60
.
Gördün ki, nadan kefini kök etmək üçün şitəşir, şit-şit danışır
61
, yəni şit
yağ kimi şit sözlərlə başqalarını incidir, onda, sal onun kefini söz qazanına,
üzərinə də xırda-xırda söz soğanını
62
doğra. Qoy soğan yeyib içi göynəsin
63
,
yanıb tökülsün
64
. Özü də qorxma soğan çox xeyirli şeydir. Göz yaşartsa da
mikrobları qırır.
O biri tərəfdən alçaq şəxsə sözü yedirtmək üçün onu gərək yaxşıca istiot-
layasan, acı bibərlə yaxşıca qarışdırasan ki, sözü dediyin adamı elə yandırıb
yaxsın
65
ki, üstünə tava qoyub cızdağı çıxana kimi cızhacız bişirəsən
66
. Bəzən
öncədən gərək dədəsini də şəlləyəsən dalına
110
, elə istiotlu söz vurasan ki,
dədəsini də yandırasan
67
. Ata-balanı belə yanan görən anaları da ağlar qala
68.
Elə söz var ki, qırmızı istiot vurursan, adamı yandırmır, eləcə isidir, ləzzət
verir. Belə sözlərlə yavaşca-yavaşca vam odda sevdiyini elə bişirirsən
68.1
ki,
yeməli olsun. Amma bişirəndə gərək məhz zərif vam odda bişirəsən ki, bir
azca pörtsün, dil-dodağı təpisin, təpitmə olsun. Elə olanda qaymaq dodaqlar-
dakı laktoza, yəni süd şəkəri karamelləşib dodaqları pənbələşdirəcək, onları
ballı, qaymaqlı edəcək
69
. Həm də dil şirin
70
, badam içinə dönəcək
71
. Amma söz
var ki, adamı üşüdür
72
. Belə sözlərdən ehtiyatla isti vaxtlarda istifadə etmək
lazımdır, yoxsa soyuq vaxtda deyərsən adamın qanı damarında donar
73
.
Bir sözlə danışanda duzlu, dadlı, tamlı danış
74
ki, ətrafdakılar tamaşaçıya,
yəni tamla yeyənə, tamla yaşayana, ləzzətlə yaşayana çevrilsinlər. Ağızları
tama gəlsin, mədəniyyətli olsunlar. Axı ürəkdə də mədəciklər var. Ürəyin yolu
da elə həmin mədəciklərdən keçir
75
.
Düzdü elə adamlar da var ki, dad, tam hiss eləmir. Belələri həyatı və söz ləri
ağızları ilə deyil gözləri ilə yeyirlər
76
. Gözlərdə isə dad reseptorları olmadığın-
dan onlar dad, tam hiss eləmirlər. Amma iyi çox yaxşı duyurlar. Harada aşdır,
onlar orada başdır
77
. Amma gözləri yenə acdır ki, ac
78
. Əslində belələrinin
sözləri yox, gözləri çox şor
79
olur, yəni duzlu, digər tərəfdənsə kəsmikli olur.
Söz mətbəxi
21
Yəni qəlblərinin aynası
80
duzla, kəsmiklə elə yaxmalanıb ki, aynadakı qəlb ar-
tıq görsənmir. Belə gözlər isə heç doymur ki, doymur
81
. Çox vaxt axırda onları
gözümçıxdıya salıb
82
, yediklərini gözlərindən gətirirlər
83
.
Özün də ehtiyatlı ol ki, məddahların yağlı sözlərini
84
yeməyəsən. Bizdə
axı tərif ustaları yağlı sözləri elə yedirdirlər ki, heç xəbərin olmur. Elə hey
şişir, şişirsən və bir gün partlamaya
85
düşürsən. Bəzən də əvvəlcə qoltuğu-
nun altına qarpız verirlər
86
ki, qürurlanasan. Qürurdan başını itirən anda isə
xoruzunu verirlər qoltuğuna
87
. Bunu ingilislər daha çox edir özgə millətlərə.
Ona görə də ingilislərin dediklərinə qulaq vermə, sözlərinə etibar eləmə, hətta
duzlu söz desələr də. Çünki başqa millətlərə deyəndə onlar sözə ingilis duzu
88
qatırlar. İşdi şayəd bilmədin yedinsə mütləq qarnını ağrıdıb, səni gücdən sala-
caq və ingilisə möhtac edəcək.
Danışanda xəsis olma, sözlərini ağzından səlis, bütöv çıxart, sözlərin yarı-
sını udub
89
, ala-yarımçıq buraxma. Elə danış ki, diş həkiminə ehtiyac olmasın,
sözləri ağzından kəlbətinlə çıxartmasınlar
90
. Həm də ağzın var ikən burnunda
danışma. Ən əsası da bizim sənətdə gigiyenadır. Söz qazanına mikrob bu-
raxma, bütün yeməyi korlarsan. “Şey”, “zad”, “ee” və s kimi mikroblardan,
parazitlərdən, viruslardan sözlərini qoru.
Çalış sözləri de, qoşub onları tüpürmə ki, sonra tüpürcək yalayana
91
dönməyəsən və qırmızı olmaq
92
istəmirsənsə sözlərini göyərtmə
93
.
Qəribə bir paradoks var.
Nədənsə, Biz Sizə qulluq etmək, yəni qul olmaq istəyirik deyə, xalqa söz
deyənlər istəklərinə çatıb millətə qul olandan sonra ağalarından qat-qat yaxşı
yaşayırlar. Ağalarını zəlil eləyirlər.
Söz demək üçün ağız açmaq
94
lazımdır. Ağız açmaq isə baş əymək, nəyisə
istəmək deməkdir. Deməli Siz ağız açanda hörmət, izzət, hakimiyyət, var-
dövlət, maddi-mənəvi nə isə istəyirsiniz.
Ona görə də ağız açmamışdan fikirləşin, görün nə istəyirsiniz, bu cama-
atdan nə verib ala bilmirsiniz
95
. Çünki çox vaxt ağız açanlar millətdən nəsə
diləyənlər, dilənçilər ağızlarını xahişlə yox, təkəbbürlə, inamla, tələblə, hədə-
qorxuyla açırlar. Dilənçilər yaman həyasızlaşıblar.
Dilənçilərdən biri, “Camaat bizə səs verin, bizə səs versəniz gələcəkdə
biz daha yaxşı yaşayacağıq” deyəndə səs verən məzlumlardan biri (qəribədir
ki, səs verənlər adətən məzlum, səs alanlar hakim olurlar), “Bəs biz”? deyə
soruşanda dilini dilənçilər (ən dilçilər, dil pəhləvanları) elə kəsdilər
96
ki, o
22
Söz mətbəxi
birilərinə dərs olsun. O birilər də dillərini verməmək üçün səslərini verdilər.
Amma hakim olanlar sonra onların da səslərini kəsdilər
97
. Hələ də ağızlarından
qan iyi gəlir
98
, səslərinin qanı axır. Qan gələn yerin dibinə gərək duz tökəsən
ki, ağrıtsa da qanı kəssin, mikrobları öldürsün. Ona görə də, bəzən sözləri
səssiz demək lazım gəlir ki, dilinizi, ya səsinizi kəsməsinlər.
Bəzən sözü səslə, dillə, ağızla, qələmlə deyil, başqa formada da deyərlər.
Məsələn, oğlan qızdan cavab gözləyəndə qız iki həriflik “hə” sözünü həya-
sın dan ağzından çıxara bilməzdi (düzdü bu əvvəllər olurdu). Amma bu söz
onu içəridən necə yandırırdısa da qız başını yerə dikib qıp-qırmızı pul kimi
qızarır
99
, puçur-puçur tər tökürdü. Və səssiz deyilən bu iki hərfli sözdən səs
çıxmasa da sözün duzu o tərlə çıxırdı və “hə” duzla deyilirdi.
Bəzən də görürsən ki, iki kəlmə sözü demək üçün 50 qramlıq dil əvəzinə
2 kiloqramlıq baş o tərəf – bu tərəfə yellənir. Amma söz qazanı qaynayıb da-
şanda səs də azlıq edir, baş da, onda əllərdə qoşulur söhbətə, xüsusilə də Şərq
xalqlarında.
Ona görə də danışanda söz danış
100.
Şapalaqla üz qızartmaqdansa
101
kiri-
miş otursan yaxşıdır. Düz danış ki, duz dağına dönəsən
102
, yalan danışıb kələk
gəlmə ki, duzdağa düşməyəsən
103
. Qırx gün salam vermək istəmədiyin yerdə
də duz yemə
104
.
Çox qəribədir ki, biz yemək üçün heyvanları, quşları bordağa bağlayı-
rıq, bitkiləri yetişdiririk. Amma xəmiri acıdırıq, acdırırıq. Sonra onu yeyirik.
Bəlkə də əslində acmış xəmir bizi yeyir. Bəlkə doğrudan da biz acıtmasız,
sadə xəmir yeməliyik?
Acı sözlər
105
də bizi beləcə yeyir. Bəlkə onlardan ehtiyatla istifadə edək?
Buna görə də söz sahiblərindən
106
uzaq olun. Söz sahibləri sözü qul edib, sözə
ağalıq
107
edirlər. İstəyəndə verir, istəyəndə geri götürürlər, bəzən isə tamam
unudurlar qullarını. Çünki, əslində onlar söz sahibi yox imtiyaz, hakimiyyət
sahibidirlər. Əsil tək söz sahibi Uca Yaradandır ki, hər sözündə böyük hikmət,
qüdrət var. Söz qullarına
108
yaxın olun. Söz qulları mömin olanlardır ki, Allah-
dan aldıqları Quran yəni quruçuluğa xidmət edən sözün də, verdikləri sözün
də qulu olurlar.
Ey duz istehsalçıları! Yaranışın əvvəlində söz olub. O qədər duzlu söz
ki, həm aləmləri, həm kainatları, həm də bizim yer kürəmizi, bizi yaradıb. O
Sözdə gör nə boyda duz olub ki, nə qədəri hələ mədənlərdə, dəryalarda qalıb,
min illərdir ki, ha yeyirik yenə bitmir. Deməli elə ilk Sözün çox hissəsi duz
Söz mətbəxi
Dostları ilə paylaş: |