35
“Cad yeməkdən cəvcəmiz (ağızın kənarı) cadar-cadar oldu” və bir də 9-cu
bənddə göstərilən bayatı deyimin birinci bəndi:
Cadı doğradım südə
Ağlamağım gəldi.
Cad bu gün çox az bişirilən, amma qarğıdalı ölkəmizə gəldikdən son-
ra uzun müddət qarğıdalı unundan bişirilmiş bir çörəkdir. Hətta 70-ci illərdə
mənim nənəm Gilas, Tovuzun Dondarquşçu kəndində bu çörəyi hərdən bir
bişirərdi. Qaynar-qaynar yavan, ya südlə, ya yağla yeməyi çox xoşlardıq. Cad
çörəyinin üstü cadar-cadar, girintili, çıxıntılı “cod” olurdu. Ona görə də adına
cad, (cod) demişlər. Sonralar bu çörək növü gürcülərə də keçmiş, ona gürcülər
“mçadi” adı vermişlər. İndiki texnologiyalarla qarğıdalı qabarıqcıqları (xlop-
ya) hazırlanır, otellərdə səhər yeməyinə südlə bir yerdə verilir.
Nənəm onu bizə ləzzət almaq üçün yuxa salanda əlavə bir çörək kimi
bişirərdi. Amma daha əvvəllər, buğda unu qıt olanda, kasıbçılıqdan arpa və
qarğıdalı unundan çörək bişirilərdi.
Buğdadan fərqli olaraq arpa və qarğıdalının tərkibində qlutin olmadığın-
dan onlardan qıcqırtılmış xəmir almaq olmurdu, çörək də cod olurdu. Cad
çörəyimiz cod olduğu üçün, xüsusilə soyuq halda yeyiləndə ağızın kənarlarını
(cəvcəmizi) cıza bilir. Ona görə onu südə doğrayardılar. Südlə dadı gözəl tutur.
Amma cadın çörək əvəzi çox yeyilməsi qıtlıq, kasıbçılıq əlaməti hesab edilir-
di. Ona görə də bu deyimdə “Ağlamağım gəldi” ifadəsi yerindədir. Hərçənd
ki, indi turistlər və varlılar bu ləzzəti almaq üçün xeyli pul xərcləməli olurlar
ki, buna da artıq ağlamağım yox, gülməyim gəlir.
12. “Qırmızı fətir, sarı plovum
Doğramazlar səni bozbaşa arpa”
– deyimində adı çəkilən fətir çörəyi sacın üstündə buğda unundan bişirilən
çörəklərimizdəndir, sarı plov isə zəfəranlı plov növlərindəndir.
Bozbaş isə çoxsaylı duru xörək adlarımızdandır. (Parça bozbaş, küftə boz-
baş və s.). Burada arpa deyildikdə arpanın özü deyil (çünki arpanın özü doğran-
maz), arpa çörəyi (somun, arpa, cadı) nəzərdə tutulur ki, bu da 11-ci bənddə
dediyimiz kimi, qıtlıq, kasıbçılıq əlamətidir. XII əsrdə Xaqani, Nizami Gəncəvi
36
Söz mətbəxi
də həyatlarından şikayətləndikləri zaman, layiq olduqları dəyərləri almadıqları-
nı, maddi çətinliklərini ifadə etmək üçün arpa çörəyi yediklərini yazırlar.
13. Mənim anam Gülzar, bizə çörək adlarını öyrədəndə belə bir ifadə
söylər, bizə əzbərlətdirərdi. “Xamralı-xas, bağrına bas; fətir, bir ucdan gətir;
yuxa, dürmələ tıxa; lavaş, ye yavaş-yavaş; istərsən çörək, zəhmətini çək”. Xam-
ralı çörəyini anam sacın yan tərəfində qoyulmuş yastı, düzbucaqlı dəmirlərin
üzərində yumru (girdə) qalın çörək kimi bişirərdi. İndi hərdən satışda da bu
çörəklərə rast gəlirik. Xamralı yuxa kimi nazik, xəmirsiz deyil, iki barmaq
qalınlığında, yumşaq, xəmir kimi çörəkdir. Ona görə də adına xəmirli, xamralı
deyilib. Bəlkə də xamr Alı sözündən Alı, Əli xəmiri mənasındadır. Xas sözü
təmiz, qarışıqsız deməkdir. Xas şəkər, xas un və s. bu kimi. Fətir, yuxa məlum
milli çörəklərimizdəndir. Dürmək, yuxanı dürmələməklə, bürmələməklə yara-
nan, dünyanın ən gigiyenik milli, belə demək mümkünsə, buterbrodlarımızdır.
Lavaş isə yuxa kimi iki növ olur: təndir lavaşı və sac lavaşı.
14. Yenə də Naxçıvan deyimlərindən:
Bulamac qazanı asıldı
Qapı bacalar basıldı;
Yandı dilim bulamac
Kəsildi kilim bulamac;
Bulamacı buladım
Buladıqca yaladım.
Bulamac barədə Sönməz Abbaslı da buna oxşar bir deyim verir.
Abad olsun dədəm evi
Bulamacı bulardım
Buladıqca yalardım
Bərbad olsun dədəm evi
Altda daş, üstdə aş
Bulamac “bulama” və “ac” sözlərindən əmələ gəlib. “Ac” sözü “acan
üçün” “aş”, “yemək” mənasında işlədilir. Bir çox mətbəx terminlərimizin ad-
larında ac sözü özünə yer tutub, məsələn, bozlamac, tutmac, güllac və s. Bula-
ma isə daimi qarışdırılan, bulanan xörəklərin adıdır.
Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
37
Bulamanın bir növü milli mətbəximizdə müalicə məqsədilə hazırlanır.
Boğazı, sinəsi, səsi tutulan adamlara verilir. Qaynar südə çalınmış yumurta
qarışdırılır, bulanır və bulana-bulana bal əlavə edilir. Maye halında olduğun-
dan içilir. Bəzi türk ellərində quymaq, bulambac, dolaz, püşürük kimi adlar
verilən bir mühəlləbi növü var. Qaynar suya un və şəkər tökülüb bulana-bu-
lana (daim qarışdırıla-qarışdırıla) üzərinə əridilmiş kərə yağı gəzdirilir. Yəni
xəşilin bir növü kimi hazırlanır. Qaşıqla götürülüb bəhməzə batırılıb yeyilir.
Başqa bir quymaq növümüz doğuşdan sonra qadına verilir. Quymaqda bal, ya
bəhməz birbaşa qarışığın içərisinə tökülür, ərinmiş yağ daha çox olur.
Naxçıvan bölgəmizdə, xüsusilə də Ordubadda və İrəvan xanlığı camaatımız
Sucuq (bastıx) hazırlayarkən bəhməzdən (doşabdan) un, qoz unu, nişasta və s.
qarışdırmaqla bir kütlə hazırlayır. Bu kütlə Bakı ətrafında daha da qatılaşdırılıb
bərkidilir və ona riçal, irçal da deyilir. Qışda yağla yeyilir. İpə qoz, fındıq dü-
zülüb hazırlanır. Bu kütləyə batırılıb, çıxarılır və qurudulub, sucuq əldə edilir.
Gürcülər sucuğa çurxçxela deyir və danışırlar ki, “çurxçxela” əvvəllər gürcü
ordusuna verilib. Amma ipə düzülmüş qoz, fındıq batırılmış kütləyə gürcülər
“tatara” yəni “tatarlarınkı” deyir. “Tatar” isə gürcücə azəri de məkdir.
Beləliklə, Gürcüstanda azərilərə məxsus tatara, bəzi Azərbaycan böl gə-
lərində isə irçal, riçal deyilən bu məhsula Naxçıvanda bulamac da deyirlər.
Mürəbbə də bişirəndə uşaqlar hamısı barmağını salıb dadına baxdıqları kimi,
bulamacda da eyni şeyi edirlər.
Bulamacı buladım
Buladıqca yaladım –
Ya barmaq yalanırdı, ya qarışdıran, bulayan ağac qaşığın, balaca kürəyin
ucunda – üstündə qalan hissənin dadına baxılırdı. Qaynar kütləni bulayan
ağac taxtanın ucunu yalayanda dil də, dodaq da yanır, bəzən də qabıq qoyur.
Bulamac qazanı asılanda, qohum, qonşu uşaqları təzə bulamacın dadına
baxmaq üçün qapı-bacanı basırdılar, sanki basqına gəlirdilər. Əlbətdə ki, ağzı-
nı şirin etməmiş heç bir qonaq yola salınmazdı.
Ehtimal ki, kilimin hənadan kəsilmə vaxtı da bulamac bişən vaxta düşüb
və bu deyim də o üzdən yaranıb.
Əvvəllər ocağın (buxarının) kənarlarında qarmaq olurdu, qazanı bu qar-
maqdan asırdılar. Çöldə ocaq qalayanda isə iki haçalı ağac basdırılır, haçaya
38
Söz mətbəxi
uzununa bir ağac da qoyulurdu ki, bu ağacdan qazanı ocağın üstünə asardılar.
İndi də qazanı ocağa “qoymaq” əvəzinə qazan “asmaq” ifadəsini işlədirik.
Osmanlı dönəmində uşaqlar üçün “qutu balı” adıyla kiçik qutularda qatılaş-
dırılmış bəhməz satılırdı. Bu bəhməzə “bulama” deyirdilər. Bulama hazırlamaq
üçün qatı və açıq rəngli bəhməzə çövən kökü və ya yumurta ağı qatılır, əllə,
ya ağac alətlə çalınırdı, döyülürdü. Bu bulamaya “çalma”, “telbis” də deyilirdi.
Evliyə Çələbi, Aydıncik və Lapseki bulamasının adlarını çəkir. Zilədə hazırlanan
bulamaya Zilə bəkməzi deyirlər. Bu gün Türkiyədə çırpma, çalma dəzgahlarında
hazırlanıb taxta qutulara doldurulur, adına bulama, çalma bəkməzi, təlbis, qutu
balı deyilir. Sönməz Abbaslının verdiyi deyimin ikinci hissəsində
“Bərbad olsun dədəm evi
Altda daş, üstdə aş”
Hissəsi başqa bir variantda da oxuna bilərdi:
“Bərbad oldu dədəm evi
Altda daş, üstdə aş”
Bu halda bu bənzətmə aydınlaşır. Altda daş deyəndə söhbət ocaq daşın-
dan, üstdə aş deyəndə isə ölü aşından söhbət gedir. Ata evində böyüklərdən
biri rəhmətə gedəndə ata evi bərbad olur, dağılır.
Və yaxud:
“Bərbad oldu dədə evi
Altda daş, üstdə daş”
Variantı da ola bilər ki, bu zaman ev dağıldı, ya birbaşa mənada zəlzələdən,
ya da məcazi mənada dədə evi dağıldı. Yalnız bu hallarda sözlər yerinə düşür
və qarğış kimi səslənmir, daha inandırıcı olur.
15. Yenə də Səyyarə Sadıqovanın topladığı deyimlərdən:
Salmança saldım saca
Salınca qarnım aca
Sədərəkdə salmanca deyilən bitkiyə İrəvan camaatımız da salmança, To-
vuzda, Culfada unnuca, Babəkdə (Nehrəmdə) yağlıca deyirlər.
Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
39
Ehtimal ki, salamanca sac içində bişirilən xörəyə salındığı üçün belə de-
yilir, tatarlarda “salamata” olduğu kimi. Digər tərəfdən, unnuca (salamança)
bir çox bölgələrimizdə kətənin içərisinə vurulur. Zəngəzur, Göyçə, İrəvan,
Gəncə, Tovuz, Qazax, Gədəbəy və s. bölgələrdə kətə iri qutab kimi göyərtiylə
sacda hazırlanır. Aypara şəkilində olur. Naxçıvanda isə zərf kimi bükülür. Or-
dubadda ona “xitab” deyilir. Kətə sacın üzərinə salındığı üçün bu ehtimal daha
böyükdür.
Ola bilsin ki, gicitkan kətəsi, Cincilim kətəsi kimi, unnuca kətəsinə “sal-
manca kətəsi” deyilib, sonra isə qısaca salmança da deyilə bilərdi. Bu deyim
də buradan qaynaqlanır. Salmança kətəsini beləliklə həm Sədərək, həm də
ümumnaxçıvan yeməklərinə aid etmək olar.
16. Daha bir bayatı qarğış:
Açıqıcılar yarpağı
Astanalar torpağı
Hər kim balamı istəmir
Gözünə bibər yarpağı.
Açıcıqıcı (acıqımı, qıjı) – xaççiçəklilər fəsiləsindəndir. Latınca adı NOS-
TURTİUM OFFİCİNALE-dir.
Xalq təbabətində yeməli ot kimi də işlədilir. Kür-Araz, Samur-Dəvəçi,
Lənkəran, Abşeronda və s. yayılmışdır. Xoşagələn ətirli dadı var, bibər yarpa-
ğı isə acılıq verdiyindən bayatıda işlənir.
17. “Bəhməz aldım bal çıxdı” ifadəsini də çoxlarımız eşitmişik. Əlbətdə
ki, tutdan, qarpızdan, üzümdən və s. bitkilərdən alınan şəfalı bəhməzləri, do-
şab ları da tanıyırıq. Azərbaycan balı da qədimdən yemək və müalicə məq sə-
di lə istifadə edilib. Məcazi mənada evə gətirilən gəlinə aid edilir. Əvvəllər
babalarımız qıza görməzə-bilməzə vurulurdular. Çünki qızlar hicabda, çadra-
da gizlindəydilər. Onlarla söhbət edərkən qızların ağlına-dərrakəsinə, şəx siy-
yə tinə vurulan babalarımız onun yaxşı xanım, həyat yoldaşı, ana olacağını
anlayıb alırdılar. Gəlinin evdarlığını, səliqəsini və s. analar, bacılar, yengələr
görüb bilib bəyə çatdırırdılar. Bu təriflərdən sonra görməzə-bilməzə ən azın-
dan bəkməz, yəni sağlamlıq gətirən şirin bir həyat yoldaşı gözləmində olurdu.
Evə gətirəndən sonra onun xarici görünüşünü görür, gördüyü işləri, rəftarını
görüb doşab deyil bal aldıqlarını deyirdilər.
40
Söz mətbəxi
İndiki kimi qadının xarici görünüşünə baxıb cinsəl istəklərini sevgi bilib
evlənmirdilər.
18. “Halva-halva deməklə ağız şirin olmaz” halva dedikdə qədimdən,
ümumiyyətlə bişirilən, hazırlanan bütün şirniyyatlar, halvaçatlar nəzərdə tu-
tulurdu.
19. Bir atalar sözündə “Arvadı əri saxlar, pendiri dəri” deyilir. Burada
da ta qədimlərdən istifadə etdiyimiz “motaldan” söhbət gedir. Türkiyədə ona
“tulum” deyirlər. Motalın içərisində pendir həm yaxşı qalır, həm fermantasiya
olur, keyfiyyəti və dadı yaxşılaşır.
Beləliklə bu atalar sözündə ər – motala, çöldə (bayırda) olana, “arvad” isə
pendirə içəridə olana bənzədilir. Məcazi mənada ər cismə, bədənə, qadın isə
ruha bənzədilir. Cism, bədən zəif, gücsüz olarsa, ruh onu tərk edər mənasını
da vermək olar. Yəni “ruhu yerdə saxlayan candı” mənasında. Biz bunu Molla
Nəsrəddinin lətifəsindən də görürük.
Bir dəfə Nəsrəddin inəyini satmağa aparır və çərçiyə verir. Çərçi o qədər
tərifləyir ki, Nəsrəddin inəyi özü alır, çərçidən gətirir. Arvada da deyir ki, inək
çox yaxşı inəkdir, ona görə özüm aldım. Arvad da Nəsrəddinə yeməyə qaymaq
qoyur. Deyir: “A kişi mən az pula daha çox aldım. Qaymaq satan üzünü çevirəndə
qızıl qolbağımı tərəzinin o biri gözünə saldım”. Nəsrəddin soruşur: “Bəs qaymaq
satan görmədi?” Arvadı: “Yox”– deyir: “elə tərəzi qarışıq götürüb apardı”.
Nəsrəddin: “Hə arvad belə getsə mən bu evi çöldən sən də içəridən lap
düzəldəcəyik” – deyə münasibət bildirir. Burada da ərin “çöl”, arvadın isə “iç”
olduğu vurğulanır. Həm lətifənin, həm atalar sözünün bir milli təfəkkürdən
gəldiyi görsənir.
20. Nə tökərsən aşına, o da çıxar qaşığına. “Aş” dilimizdə xörəyə, plova
verilən ad, qaşıq isə aşı yemək üçün istifadə edilən alətdir.
21. “Harda aşdı, orda başdı”. İfadə iki mənalıdı. 1-ci mənada əvvəllər
mətbəximizdə təndirdə qızardılmış başla verilən “baş plov” növü vardı. Bəzi
türk xalqlarında indi də hazırlanır.
22. “Molla aşı gördü, quran yadından çıxdı”. Yalnız tənqid mənasında de-
yil. Əvvəllər molla yalnız yasda deyil, toyda da iştirak edirdi.
Bu deyim isə aşın necə ləzzətli xörək olduğunu xəbər verir. Belə düşüncə
başqa türk mətbəxlərində də var. Məsələn, türklərdəki “imam bayıldı” xörəyi.
Yəni xörək o qədər ləzzətlidir ki, imam (molla) özündən getdi. Türklərlə tə-
mas da olmuş Bağdad ərəblərinin və türklərinin məsəlində də: “Görən cənnətdə
Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
41
nə verirlər” sualına “kərəyağlı plov” cavabı da bu məsəllə səsləşir. Yəni plovu
görən molla artıq cənnətdə olduğunu zənn edib, quranı unudur.
23. “Çörəyi dizinin üstündədir” – deyimi çörək ayaqlayan, duz-çörək qədri
bil məyən, etibarsız adam mənasında işlədilir. Əvvəllər süfrə arxasında əyləşəndə
diz üstə oturardılar. Məcazi mənada çörəyi dizinin üstündə olan adam süfrəyə otu-
rar kən dizi ilə çörəyi sanki tapdalayırdı (məcazi mənada). İndi süfrə arxasında
kə til lərdə oturduğumuz üçün bu deyimin necə əmələ gəldiyini başa düşmürük.
24. “Ağ ayranı itə tökərlər, qara kişmişi cibə”. Məcazi mənada insana xa-
rici görünüşünə görə deyil, məna tutumuna görə qiymət verilməlidir, mənasına
gələn bu deyimdə, qara, büzüşmüş, çirkin də olsa, qara kişmişdi, həm şirin,
həm də cibdə gəzdirməyə münasib olduğu göstərilir. Həm də ta qədimdən
ba balarımız pulu kisədə, qurşaqda saxlardılar. Ciblərinə isə dəsmala bükül-
müş qənd, kişmiş, fındıq qoyardılar. At belində səfərə gedəndə elə at üstündə
atışdırardılar. Həm də qarşılarına çoluq-çocuq (yəni uşaq-muşaq) gələndə on-
lara da pay verər, ağızlarını şirin edərdilər. Kişmişi cibdə gəzdirmək bir növ
dəbdəydi. Deyim də buradan yaranıb.
25. “Düşmən səni daşnan, sən onu aşnan” öyüdündə də dərin məna var.
Aş dilimizdə həm yeməyə, həm plova deyilir. Süfrəmizin ən ləziz yeməyi olan
aşın düşmənə təklif edilməsi qəribə görsənsə də, süfrənin barışdırıcı, sülhda-
şı yıcı funksiyasını qabardır. Pablo Neruda, “Macarıstanın dadı” kitabında
ya zır: “xalqlar əllərində qılınc, dəhrə, balta, silah ilə süfrəyə gedirlər. Əgər
bütün xalqların ətrafında otura biləcəyi bir süfrə tapılsa, o süfrənin üzərində
sülh göyərçinləri uçacaq”. Heç zaman ələ keçməmiş, Demokratik Almaniya
Respublikasının kəşfiyyatının şefi Markus Volfun aşbaz olması onun işləməsi
üçün şərait yaradırdı. Almaniyanın eks kansleri Helmut Holl da aşbaz idi və
danışıqlarda bundan məharətlə istifadə edirdi. Xalqımız isə bütün bu siyasəti
bir sətirlə ifadə edib.
26. Dilimizdə belə bir deyim də var: “Süddən yanıq olub”. Adətən, zəif,
xəstə, fiziki cəhətdən gözəl olmayan, bəzən bir az söz gec çatan və s. bu kimi
adamlar haqqında deyilir. Bu ifadə “Yazıq uşaq süddən yanıq oldu”, “Yazıq
süddən yanıq olub”, “Ana südündən yanıq olub” formalarında işlənir. Bütün bu
deyimlərdə işlədilən “süd” ifadəsi ana südünə aiddir. Xalqımız uşağın iki il ana
südü əmməsini vacib sayıb. Ana xəstə olanda uşağa “süd anası” süd verirdi.
Ala-yarımçıq ana südündən kəsilənə “süddən yanıq” deyirdilər. Belə
uşaq ların açıq, ya gizli formada qüsürlu olacağını xalqımız bilirdi. Ana südü
42
Söz mətbəxi
almaması, hansısa qüsürla uşağa bir “damğa” vuracaqdı. Damğanı isə heyvan-
lara qızdırılmış əşyayla vurduqlarından, damğa vurulan yer “damğalanırdı”,
“yandırılırdı”. Buna görə də uşaq südsüzlüklə daxildən damğalanır, yandırılır,
“yanıq”, yəni nişanəli (qüsurlu) olurdu. Digər tərəfdən yanıq sözünü süddən
yan keçirilmiş, süd verilməmiş kimi anlamaq olardı. Onda yanıq sözü bu hər
iki anlamın birliyindən əmələ gəlib.
Məsələn, “dolma” adının da doldurmaq (pomidor, bibər, badımcan və s.)
və dolamaq (yarpaq, kələm və s.) sözlərindən əmələ gəldiyi kimi.
27. Belə bir deyim də var: “Danlanmaqdan üzüm dan əppəyinə döndü”.
“Dan əppəyi” nədir. Əppək sözünün mənası məlumdur. Çörək mənasında
işlədilir.
Öncə “dan” sözünün mənasını araşdıraq. Dan sözüylə bağlı aşağıdakı söz-
ləri daha çox işlədirik.
Dan – səhər tezdən
Dan – qab mənasında (nəməkdan, çaydan və s.)
Dana – inəyin buzovdan böyük balası.
Danə – say mənasında (bir dənə, iki dənə)
Danə – elmli, ağıllı (danəndə) folklorumuzda işlədilən sözdür.
Danə – dənə-dənə (buğda dənəsi mənasında)
Danə çörək – dənədən, taxıldan hazırlanmış çörək mənasında işlədilə bi-
lər. Lakin “danlamaq” feililə, müqəddəs olan çörək anlamı bir araya sığmır.
Say mənasında da çörəklə birgə danə sözünü işlətmək dilimizə yatmır.
“Danlanmaqdan çörəyim alim çörəyinə döndü” ifadəsi də qəribə səslənir.
Bu indi alimlərin kasıb yaşamalarına işarə etsə də, məsəl indi yox, qədimdə
yaranıb. Əvəllər isə kasıbçılığa görə arvadları ərlərini danlamazdılar, alimlər
də pis yaşamırdılar.
Qab çörəyi ifadəsi də ağır yüklüdür.
Dana, buzov çörəyi düz anlamı vermir. Həm də belə halda elə “dana əp-
pəyinə”, yəni heyvan yeminə döndü ifadəsi səslənərdi.
Ehtimal ki, burada söhbət məhz “səhər çörəyindən” gedir. Amma səhər
ye diyimiz anlamında deyil. Səhər-səhər “dan yeri sökülür” deyirik. “Dan” əs-
lində “qaranlıq” mənasında işlədilir, yəni səhərlər “dan – qaranlıq sökülür”.
Çörəyə aid ediləndə qaranlıq – dan sözü rəng mənasında işlədilib. Qaranlıq
rəngində, yəni qara rəngdə. Yəni “Danlanmaqdan üzüm qara çörəyə dön-
dü”. Qara çörək xas undan hazırlanan çörəkdən daha aşağı keyfiyyətliydi. Bu
Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
43
mənada “üzüm ağdı” sözünü işlədirik. Danlanan adama bəzən “üzün qara ol-
sun” deyirik. Bu zaman ağ üzlü, üzü xas ağ çörəyə bənzəyənin üzü qaralır,
qara əppəyə, dan əppəyinə dönür.
Fikrimizcə məsəlin belə yozumu daha inandırıcı və həqiqətə uyğundur.
28. “Qarın qardaşdan irəlidir” deyimini çoxları yeməklə bağladıqların-
dan bu deyimi də burada verməyi vacib bildim. Əslində bu deyimin yeməklə
əlaqəsi yoxdur. Qardaş dünyaya gəlməzdən əvvəl, anada “qarın” əmələ gəlir.
Boylu qadının qarnı şişir, qarından sonra qardaş doğulur. Ona görə də “Qarın
qardaşdan irəlidir”.
29. “Dəyirman öz işini görür, “çax-çax” baş ağrıdır” (və ya “şax-şax” baş
ağrıdır).
“Çax-çax”, ya “şax-şax” deyəndə çoxlarımız bunu “səs” kimi başa dü-
şürük. Buna görə də kitablarda “çax-çax” və “şax-şax” sözləri tire ilə yazı-
lır. Əslində isə “şaxşax”, ya “çaxçax” yazılmalıdı. Çünki şaxşax (çaxçax) at
nalı formasında alətdir. Dənin yaxşı üyüdülməsi üçün dəyirman daşının və
taxtasının birləşdiyi yerə bez bağlanırdı. Buna bağlı olan nal şəkilli alət, şax-
şax isə dəyirman daşı hərləndikcə şaqqıldayırdı. Adına bəzən “çaqqıldak” da
deyirdilər. Çaxçaxın səsindən dəyirmançı dəyirmanın necə işlədiyini, hansı
keyfiyyətdə un üyütdüyünü bilərdi, dəyirmanı bu səsə görə tənzimləyirdi. İndi
elektrik dəyirmanlarında bu işi kompyuterlər gördüyündən şaxşaxa ehtiyac
qalmayıb.
Amma elektrik dəyirmanları sürətlə işlədiklərindən un bir az dəyirmanda
“yanır”, “bişir”. Su dəyirmanlarının unu isə daha sağlam, daha ətirli olur. Mə-
nim ana babam Rza kişinin Tovuz rayonunun Dondarquşçu kəndindəki, arxın
üstündəki su dəyirmanı indi də durur. Suyun gücünü elektrikə çevirib, onu
naqillərlə şəhərə daşımaq elektrik dəyirmanına vermək nə qədər itkilərə səbəb
olur. Sonra buğdanı maşınla şəhərlərə daşımaq, una döndərib yenidən kəndə
daşımaq, əlavə qurğuların və s. alınması, keyfiyyətsiz un almaq üçün böyük
məsafələr tələb edir. Amma hər kənddə bir-iki su dəyirmanı, yel dəyirmanı
qoyulsa un həm ucuz başa gələr, həm keyfiyyətli olar, həm də bəlkə də bir mu-
zey eksponatı kimi həm bizə, həm turistlərə “şaxşaxı” da görmək maraqlı olar.
30. “Onun ələyi ələnib, xəlbiri də göydə fırlanır” kimi bir deyimimiz var.
İş işdən keçib, sona yaxınlaşır, məsələ bitib mənasında işlədilir.
Xəlbir (xəlbir) iri deşikləri olan ələyə bənzər bir alətdir. Xırmanda buğda-
nı daşdan kəsəkdən sünbül tullantılarından ayırmaq üçün işlənirdi. Xırmanc
44
Söz mətbəxi
bitəndə, iş görüləndən sonra xəlbiri damda, çardaqda hündür bir yerdən gələn
ilə qədər asardılar. Damın çölündə havada asılan xəlbir külək dəyəndə tərpənir,
sanki fırlanırdı. Xəlbirin göydə fırlanması buradan qaynaqlanır.
“Ələyi ələnib” isə əlbəttə ki “unu ələnib” mənasındadır. Bu hal dilimizdə
mövcud olan hadisələrdəndir. Məsələn, “su sulamaq”; “ölü ölüb” kimi
ifadələrdə olduğu kimi.
31. “Çörəyi ver çörəkçiyə, birini də artıq”. Əvvəllər bəzi kəndlərlə
məhəllədə, ümumi bir təndir, ya kürə qoyulurdu. Tovuz rayonunun Dondar-
quşqu kəndində isə ğil təpədə oyulmuş ümumi bir külfə vardı. Məhəllə camaa-
tı növbə ilə bu ocaqlarda çörək bişirirdi. Həyətlərində də hamının sacı, təndiri,
kürəsi olsa da ümumi ocaqda çörək bişirmək daha ucuz başa gəlirdi, çünki ya-
nacaq daha az işlənirdi. Artıq qızdırılmış ocaqda çörək salmaq daha sərfəliydi.
Bu məhəllə ocağını tikən, ya ona baxan məsul bir adam olurdu. Ona “çörəkçi”
deyirdilər. “Çörəkçi Fatma” və bu kimi. Kim özü çörək bişirməyi çatdırmaz-
sa kündələrini çörəkçiyə verib bişirməsini xahiş edərdi. Ocaqçı növbədə olan
ocaqqalayanın (növbədə olan ailə odunu, təzəyi, çırpını verərdi) yerinə oca-
ğı da qalayardı. Çörəkçiyə çörək bişirənlər zəhmət haqqı kimi bişirdikləri
çörəkdən verərdilər. Buradan da “çörəyi ver çörəkçiyə, birini də artıq” ifadəsi
yaranmışdır.
32. İndi də bəzən eşidirik ki, “gedim çörək salım”. Keçmişdən bu günə
qədər daha çox yediyimiz çörəklər sac üstündə bişən çox nazik yuxalar, la-
vaşlardır ki, bunları çox iri, nazik yuvarlaq şəkildə yayıb sacın üstünə oxlovla
salırlar, sərirlər. Min illərcə davam edən bu adətdən indi hətta qalın, salınma-
yan, sərilməyən çörəklər barəsində də çox vaxt “bişirmək” yox, “salmaq” feili
işlədilir. “Qazan asmaq” ifadəsində olduğu kimi. Təndirdə çörək bişirənlər isə
“çörək yapım” deyirlər. Çünki hazırlanmış çiy lavaş rəfətənin üzərinə salınıb
içəridən təndirin divarına yapışdırılır, “yapılır”.
33. “Ürəyi yuxadır” ifadəsi, qəlbi kövrək, nazik, təmiz adamları bildirmək
üçün işlədilir.
Yuxa sözünün mənası da nazik, kövrək mənasındadır. Çörək olduğu üçün
həm də təmiz müqəddəslik rəmzidir. Bəzi kəndlərdə “yuxaya” nazik də deyi-
lir. Norveçdə də yuxa bişirir və ona “nazik çörək” deyirlər. İfadə də buradan
yaranıb.
34. Bəzən qarşımızdakı insanı rahat etmək üçün ona “rahat ol”, “narahat
olma” əvəzinə “xatircəm ol” deyirik.
Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
Dostları ilə paylaş: |