Paşa Yaqub
176
UFOLOGİYA
ELMİNİN SİRLƏRİ
Elmi-lədun işığında
G İ Z L İ E L M L Ə R
177
CİNLƏR İNSANLARIN SƏHHƏTİNƏ VƏ FİKİR-
LƏRİNƏ TƏSİR EDƏ BİLİRLƏR
llah-taala "Quran"da buyurur ki, "Biz hər bir
Peyğəmbər üçün cinlərdən və insanlardan
düşmənlər yaratdıq". Qeyd edək ki, cinlər neqativ
enerjidir və düşdükləri yerdə fəsad törədirlər. Necə ki,
virus, bakteriya düşdüyü yerdə fəsad törədər.
Yeri gəlmişkən, Peyğəmbərimiz bir hədisində: “Dır-
nağınızı kəsin, onun altında şeytan gizlənib” buyurur.
Müasir tibb elmi həmin fikri belə ifadə edir: “Dırnağı-
nızı kəsin, çünki, altında mikroblar, bakteriyalar gizlə-
nib”. Göründüyü kimi, hər iki fikirdə mahiyyət eynidir;
bir vaxt şeytan adlandırılan nəsnəni, indi virus, mikrob
adlandırırlar.
Elmi-lədun araşdırmalarımız göstərir ki, cinlər ne-
qativ enerji olaraq, hər bir insana daxil ola bilirlər. Bu
cür enerji daxil olan insanda ilk növbədə əsəbilik
müşahidə edilir. Daha sonra baş, çiyin ağrıları, oynaq
ağrıları, yuxuda diksinmələr, qorxu, qarabasma, dep-
ressiya, ürək döyüntüləri, həyəcanlanmalar, müxtəlif
sağalmaz xəstəliklər, uğursuzluqlar görünməyə başla-
yır... Necə ki, kompyuterimizə virus düşəndə onu don-
durur, müxtəlif fayl və proqramları silir, neqativ enerji
(cin-şeytan) da insan aurasına daxil olanda eləcə insa-
nın həyatını dondurur və səhhətində, sağlamlığında fə-
A
Paşa Yaqub
178
sadlar yaradır. Bu cür insanlar çox vaxt qərarsız olur-
lar. Yəni bir yerdə qərar tuta bilmirlər, darıxırlar, sə-
birsizləşirlər. Həmçinin bu enerji insan qəlbindəki
sevgi hissini (oxu: faylını, proqramını) silərək, yerinə
nifrət, inamsızlıq “yazır”. Nəticədə, qəlbinə həmin
enerji dolmuş şəxs dünənədək sevdiyi şəxsə bu gün
niftət etməyə başlayır, insanlardan uzaqlaşır, heç kəsə
inanmır və özünə qapanır. Buna psixologiya elmində
depressiya deyilir. Əslində isə, bu həmin neqativ ener-
jinin törətdiyi fəsaddır. Bu hallardan sonra insanda
yuxarıda sadaladığım əlamətlər, ağrılar baş verir. Ağır
hallarda insan intihara meyilli olur (qarşısı alınmazsa
bunu reallaşdırır).
n pisi də odur ki, bu cür insanlarda inam hissi
itdiyindən, çox vaxt həkimə, yaxud, Allahdan
elm verilmiş şəxsə müraciət etmək istəmirlər. Belə hal-
da gərək xəstənin sahibi ağıl nümayiş etdirsin və onu
aldadaraq, vəziyyətdən çıxarmağa çalışsın. Amma, tə-
əssüflər olsun ki, əksər valideynlər bu üsuldan istifadə
etmirlər və xəstə istəmir deyə, onun ruhunu müalicə et-
dirmirlər. Nəzərə alın ki, körpə uşaq heç vaxt çimmək
istəmir və suya salanda qışqıraraq müqavimət göstərir.
Buna baxmayaraq, ana çimməyin faydasını və vacibli-
yini dərk etdiyindən, müqavimətə məhəl qoymayaraq,
uşağı zorla da olsa çimizdirir.
Depressiyaya düşərək, özünə qapanan, ailə qurmaq
istəməyən (neqativ enerji ilə yüklənmiş bəzi insanlar
ailə qurmaq istəmirlər və onlara elə gəlir ki, istəsələr
Ə
G İ Z L İ E L M L Ə R
179
ailə qurarlar, sadəcə, özləri istəmirlər) gənclərin vali-
deynləri və yaxınları bu cür davranmalıdırlar. Yəni, on-
lara məcburi qaydada seans keçirməlidirlər. Bilməlisi-
niz ki, evlənmək istəməməyin, yaxud evlənməkdən
qorxmağın, bağlana bilməməyin kökündə paralel aləm-
də görünməyən qüvvələrin beyinə təsiri dayanır. Onlar
beyinə neqativ enerji ötürərək, evlənmək istəyinə qarşı
qorxu, həyəcan yaradırlar. Nəticədə insan bu istəkdən
vaz keçir (qorxu hissi sevgi hissini üstələyir). Məlumu-
nuz olsun ki, bu cür qara enerjidən təmizlənmək heç də
problem deyildir. Həkimlik təcrübəmizdə belə hallarla
hər gün qarşılaşırıq və valideynlər istədikdə bu proble-
mi cəmi 21 günə aradan qaldırmaq mümkündür. Bir
çox hallarda ağır xəstələr bu enerjidən təmizlənmək is-
təmirlər, çünki, bunun mahiyyətini dərk etmirlər. Buna
səbəb neqativ enerjinin onların beynini zəbt etməsi və
tam nəzarət altına salmasıdır. Adətən bu cür xəstələrdə
heç nəyə, heç kəsə inam hissi olmur. Onlar bu prob-
lemdən ancaq valideynləri ağıllı, dərrakəli olanda qur-
tula bilirlər. Yeri gələndə bu cür xəstələri düşdükləri
bataqlıqdan aldada-aldada çıxarmaq lazımdır. Onlarda
qərar vermə qabiliyyəti olmadığından, özləri bataqlıq-
dan çıxmaları barədə heç vaxt qərar verə bilməzlər (bu
cür xəstələr adi bir qonaq getməyə qərar verə bilmirlər
- hər beş dəqiqədən bir fikirlərini dəyişirlər; verdikləri
qərarlarhəmişə öz ziyanlarına olur). Təcrübədən bizə
məlumdur ki, yaxınları müdaxilə etmədikdə bu cür
problemi olan adamlar qocalana qədər ailə qurmurlar
Paşa Yaqub
180
və tənha qalırlar. Yaşlaşanda isə, həm çoxsaylı xəstə-
liklərdən, həm də tənhalıqdan əziyyət çəkirlər. Odur ki,
övladı əsəbdən və depressiyadan əziyyət çəkən vali-
deynlər özləri bu sahənin mütəxəssisinə, bilicisinə
müraciət edib, məsləhət almalıdırlar.
Bu cür hallarda tibbi yolla müalicə əsəbləri müvəq-
qəti sakitləşdirsə də, tətbiq edilən dərman vasitələri
mədə, böyrək və qara ciyərdə fəsadlar törədir. Həmçi-
nin, bu cür problemlər orqanizmdə hormonal dəyişiklik
yaratdığından, onları qəbul edən xəstələr əks cinsə ma-
raq göstərmirlər. Bu da subay xəstələrin evlənməsinə,
ailəlilərin isə, həyat yoldaşları ilə münasibətlərinə
problem yaradır. Bilmək lazımdır ki, bu cür problemlər
ruhla bağlı olduğundan, bunu ancaq ruhu bilənlər (el-
mi-lədunla) aradan qaldıra bilərlər.
Söz ardı: iş təcrübəmdə cinlərlə intim əlaqədə
olan, hətta, onlardan uşaq dünyaya gətirən insanlarla
tez-tez qarşılaşıram və cəmi 21 günə bu münasibətə
son verirəm.
G İ Z L İ E L M L Ə R
181
2020-ci İLDƏ BƏŞƏRİYYƏT TİLSİMDƏN
XİLAS OLACAQ
20 ədədinin "Quran"dakı sirləri
...Elə ki, Musa Peyğəmbər səkkiz il çobanlıq müd-
dətin tamamladı, əlavə də iki il artıq işlədi ki, qayınata-
sı Şüeyb Peyğəmbər razı qalsın. Daha sonra Allahdan
qəbul etdiyi vəhy üzrə həyat yoldaşını da götürüb, ye-
nidən Misirə (Fironu haqqa dəvət etmək üçün) üz tut-
du. Ayrılarkən Şüeyb Peyğəmbər ona Adəm Peyğəm-
bərdən miras qalmış əsanı bağışladı; hansı ki, həmin
əsa bütün peyğəmbərlərin əlindən keçərək vərəsəlik
yolu ilə Şüeybə çatmışdı. O da Allahın əmri ilə əsanı
Musa əleyhissalama bağışladı...
...Musa Fironun sarayına daxil olaraq, Allah tərə-
findən göndərilmiş elçi olduğunu bildirdi və ondan Al-
lahlıq iddiasından əl çəkməyi, zülmə son qoymağı tələb
etdi. Əks halda ona Allahdan bəla gələcəyini xəbər ver-
di. Firon cavab verdi ki, sən mənim sarayımda böyü-
mədinmi? Sonra da bir qibtini öldürüb qaçdın; indi də
peyğəmbərlik iddiasına düşmüsən? Belə dedikdən son-
ra Firon onu öldürtmək istədi. Bu vaxt Musa əlindəki
əsanı yerə atdıqda, qüdrəti-İlahidən əsa əjdahaya dö-
nüb, Fironun üstünə yeridi. Zalım şah qorxuya düşərək
fikirləşmək üçün üç gün vaxt istədi. Sonra saray əyan-
larını məşvərətə yığıb, onlardan məsləhət istədi. Əyan-
Paşa Yaqub
182
lar dedilər ki, Musa sehrbazdır, onun etdiyi də cadudur.
Onun qabağına biz Misirdəki ən güclü cadugərləri çı-
xarmalıyıq. Beləliklə, Misirdəki ən güclü cadugərlər tə-
cili saraya yığıldı. Firon onlara vəziyyəti anlatdıqda
sehrbazlar dedilər ki, sən onu bizə həvalə elə, öhdəsin-
dən gələrik. Qərar verildi ki, qibtilərə məxsus bayram
günündə bütün xalq meydana yığışsın; onların qarşısın-
da sehrbazlar Musanı məğlub edib, Fironun Allah oldu-
ğunu xalqa sübut etsinlər.
...Elan olunmuş gündə xalq meydana cəm oldu.
Musa və qardaşı Harun da, sehrbazlar da, saray əyanla-
rı da... hər kəs öz yerini tutdu. Firon soruşdu ki, birinci
kim başlamaq istəyir? Musa dedi sehrbazlar başlasın-
lar. Belə olduqda sehrbazlar əvvəlcədən meydanın or-
tasına topladıqları qamış və ip topasına sehrli sözlər
oxudular. Tilsimin təsirindən qamışların hərəsi bir ila-
na dönüb, Musanın üzərinə yeriməyə başladılar. Musa
belə halla ilk dəfə qarşılaşdığından qorxub geri çəkil-
məyə başladı. Bu vaxt Allahdan vəhy gəldi ki, qorxma,
əlindəki əsanı yerə at. Musa atdıqda əsa əjdahaya dönə-
rək, sehrbazların ilanlarının hamısını uddu.
adugərlər Musanın bu möcüzəsi qarşısında
heyrət edərək, ona təslim olduqlarını bildirdi-
lər. Firon bundan qəzəblənərək oradakı sehrbazların
hamısının asılmasına qərar verdi.
Bu əhvalat “Quran”da öz əksini belə tapmışdır:
“Onlar dedilər: “Ya Musa! Özün seç. Ya sən əv-
vəlcə əsanı yerə tulla, ya da biz birinci tullayaq!
C
G İ Z L İ E L M L Ə R
183
Musa dedi: “Xeyr, əvvəlcə siz tullayın!” Sehrbaz-
lar əllərindəkini yerə atan kimi onların sehri üzündən
birdən Musaya elə gəldi ki, onların ipləri, qamışları və
dəyənəkləri hərəkətə gəlib ilan kimi qarnı üstə sürünür.
Musanın canına qorxu düşdü. Biz ona belə buyur-
duq: “Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlin-
dəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını bir
anda udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən
(əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara ge-
dirsə getsin, mətləbinə çatmaz!”
Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb
sehrbazların iplərini, qamışlarını yerli-dibli uddu. Nə-
hayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə
iman gətirdik!” – deyib səcdəyə qapandılar.
Firon, dedi: “Mən sizə izin verməmişdən əvvəl siz
Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən
böyüyünüzdür. Mən də sizin əl-ayağınızı çarpaz kəsdi-
rib xurma ağaclarının kötüklərindən asacağam. Onda
hansımızın (mən Fironun, yoxsa Musanın Allahının)
əzabının daha şiddətli və daha sürəkli olduğunu bilə-
cəksiniz!” “Quran”, 20-ci surə, 65-71-ci ayələr.
“Quran”da təsbit olunmuş bu hadisədə diqqət çə-
kən bir neçə məqam vardır. Bunlardan biri ondan iba-
rətdir ki, əhvalat niyə məhz 20 ədədinə bağlandı (20-ci
surədə danışıldı)?
Elmi-lədun araşdırmalarımız sübut edir ki, “Qu-
ran”ın düzülüşü təsadüfi olmayıb, xüsusi bir qanunauy-
ğunluğa tabedir. Qeyd edim ki, 20 ədədi lədun elmində
Paşa Yaqub
184
sehr, tilsim rəmzi sayılır. Araşdırmalarımız göstərir ki,
magik təsirə (sehrə, caduya) məruz qalmış insanların
yuxusuna girən ədəd ən çox 20 (!) ədədi olur. Belə
adamlar yuxuda ya 20 nömrəli marşrutda getdiklərini
görürlər, ya kiminsə onlara 20 manatlıq əskinaslar ver-
diyini, yaxud da özlərini seriyası 20 olan şəhərdə (Gən-
cədə) görürlər. Nəticədə real həyatda onların səfərləri
baş tutmur, uğursuzluqları olur, yaxud, gözlədikləri
yerdən onlara pul verilmir. Bunun elmi-lədun yozumu
odur ki, belə yuxu görən şəxsin magik təsir (neqativ
enerji) səbəbindən yolları bağlıdır...
usa əleyhissalamla cadugərlərin qarşılaşma
səhnəsində diqqət çəkən digər məqam, onla-
rın meydana yığdıqları ip və qamışların ilana çevrilmə-
sidir. Sual yaranır: bu əşyalar niyə başqa heyvana de-
yil, məhz ilana çevrildi?
Araşdırmalarımız göstərir ki, ilan neqativ enerjiyə
malik olduğundan, qara magiyanın təsirinə məruz qa-
lan insanların yuxuda ən çox gördüyü heyvan da məhz
ilan olur.
Yeri gəlmişkən, artıq biz elm əsri olan 21-ci əsrin
20-ci ilindəyik. Bu gün dünyada sehrin, cadunun ən
yüksək səviyyədə yayılmasının şahidiyik. Belə ki, artıq
dövlət başçıları səviyyəsində bu kimi çirkin işlərlə
məşğul olanların varlığı heç kəsdə şübhə doğurmur. Bu
səbəbdən Dünyada xeyir-bərəkət çəkilməkdə, xəstəlik-
lər, fəlakətlər tüğyan etməkdədir...
Elmi-lədun araşdırmalarımız göstərir ki, məhz əs-
M
G İ Z L İ E L M L Ə R
185
rin 20-ci ilində bəşəriyyət düşdüyü bu tilsimli vəziyyət-
dən xilas ola biləcəkdir. Bu xilasedicilik isə, əvvəlki
yazılarımızda bəhs etdiyimiz Xilaskarın vasitəsi ilə
mümkün olacaqdır. Belə ki, 2020-ci ildə meydana çı-
xacaq Xilaskar Musa əleyhissalamın və digər peyğəm-
bərlərin yükləndiyi elmi-lədunla yükləndiyindən, müa-
sir fironların qurduqları sehrləri bu elmlə dağıdacaqdır.
Nəticədə insanlar zülmdən xilas olaraq, öz azadlıqları-
na qovuşacaqlar...
Paşa Yaqub
186
BABİL ƏHALİSİNİN DİLİ BİR GECƏDƏ
NİYƏ DƏYİŞİLDİ?
...Tufandan sonra Allah-taala Nuha gözaydınlığı
verdi ki, artıq ağ günə çıxdınız, bundan sonra sənin
övladların hər tərəfə yayılıb dünyanı abad edəcəklər. O
da bu xəbəri sevincək oğlanlarına çatdırdı. Günlər keç-
dikcə Həzrət Nuhun üç oğlundan nəsillər törəyib art-
mağa başladı. Onlar Dəclə və Fərat çaylarının arasında
özlərinə şəhər salıb kompakt halda yaşayırdılar. Bu şə-
hərdə əvvəl Nuhun nəvəsi (Hamın oğlu) hökumət edir-
di. Sonra Peyğəmbərin digər oğlundan (Kənandan)
törəyən Böyük Nəmrud hakimiyyətə gəldi. O, əmr etdi
ki, şəhərdə uca bir köşk (və yaxud qala) inşa etsinlər ki,
bir daha (Nuhun dövründəki kimi) tufan baş verərsə,
camaat ora sığınaraq xilas olsunlar. Onların bu dərrakə-
sizliyi Allaha xoş getməyərək, başa çatmaqda olan bi-
nanı bir gecədə yerlə-yeksan etdi və həmin andaca şə-
hər əhalisinin dilinin dəyişməsinə qərar verdi. Səhər
açılanda insanlar bir-birlərinin danışdıqlarından heç nə
başa düşmədilər. Beləliklə, o şəhərdə heç kəs yaşama-
yıb, hərə öz ailəsini götürüb bir diyara üz tutdu. Bu sə-
bəbdən həmin şəhərin adı Babil qaldı ki, mənası dillə-
rin dəyişilməsi deməkdir (Hazırda həmin şəhərin xara-
balıqları indiki Bağdad şəhərinin 85 km cənubunda hə-
lə də qalmaqdadır).
G İ Z L İ E L M L Ə R
187
abildə baş verən təfriqədən sonra Nuhun törə-
mələri dünyanın müxtəlif istiqamətlərində
məskunlaşdılar və özlərinə yaşayış məskənləri saldılar.
İllər keçdikcə Nuhdan qalan din də yox olmağa başla-
dı. Onların bəziləri Günəşi, bəzilri Ayı, bir dəstəsi ul-
duzu, başqa hissəsi də heyvanları, daşları özlərinə Al-
lah qəbul etdilər. Beləliklə, müxtəlif millətlər və dinlər
meydana gəlməyə başladı.
“... Şübhəsiz ki, bunda (bu əhvalatda) düşünən bir
qövm üçün ibrətlər vardır”. “Quran”, “Rumlular” surə-
si, 21.
Maraqlıdır ki, Babil şəhərinin adı “Quran”ın cəmi
bir ayəsində - “İnək” ("Bəqərə") surəsinin 102-ci ayə-
sində çəkilir:
“Süleymanın səltənətinə (şahlığına) dair şeytanla-
rın oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman
bu kitablara uymadığı üçün kafir olmadı, lakin şeytan-
lar bildikləri sehri və Babildə Harut və Marut adlı iki
mələyə nazil olanları xalqa öyrədərək kafir oldular.
Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş
imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş
heç kəsə sehr öyrətmirdilər. Bununla belə cadugərlər
yenə də ər-arvad arasına nifaq salan işləri onlardan
öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə
zərər verə bilməzlər. Onlar (cadugərlər) ancaq özləri-
nə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər.
Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın
kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirət-
B
Paşa Yaqub
188
də payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini
nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!”
2:102.
Sual yaranır: niyə Harut və Marut adlı mələklər
sehri (tilsimi) məhz Babil şəhərində öyrətdilər? Başqa
şəhərdə öyrədə bilməzdilərmi? Bu təsadüfdürmü? “Qu-
ran” məntiqinə görə həyatda təsadüf yoxdur və hər şey
zərurətdən doğur. Elə isə, onların niyə Babili seçmələ-
rini elmi-lədun yolu ilə araşdıraq.
əmin vaxt Yerdə xaraba qalmış (və yaxud qa-
lacaq) ilk və yeganə şəhər Babil idi. Sehrin,
cadunun da ilk dəfə orada öyrədilməsi barədə “Qu-
ran”da xəbər verilməsi oxucuya bu cür bəd əməllərin
xarabalığa bağlılığı (xarabalıqla nəticələnməsi) mesajı-
nı verməkdədir. Müşahidələr göstərir ki, bu cür fitnə-
fəsad əməllər (magiya) baş verdiyi və istiqamətləndiril-
diyi yerlərdə ailələrin dağılması və həmin yerin xaraba-
lığa çevrilməsi ilə nəticələnir.
Ayıq adamlara məlumdur ki, bu gün istər Şərq, is-
tərsə də Qərb dövlətlərində bütün prezidentlərin saray-
larında bu cür bəd əməllərlə məşğul olan “maq”lar
(cadugərlər) fəaliyyətdədirlər. Məhz bunun nəticəsidir
ki, Şərq ölkələrinin bir çoxu bu gün Babilin günündə-
dir – yerində xarabalıq qalıb. Sabah Qərbin də bu və-
ziyyətdə olmayacağına heç kəs zəmanət vermir. İbrə-
tamiz deyilmi?
Təəssüfləndirici haldır ki, bu gün bir çox kitab ma-
H
G İ Z L İ E L M L Ə R
189
ğazalarında Babildə öyrədilən sehr əməlləri kitab halın-
da satılmaqdadır və insanlar kütləvi şəkildə bu kitabları
alıb ondan “bəhrələnir”lər. Cadugərlik bu gün dünyada
ən gəlirli sahələrdən birinə çevrilmişdir. Məhz bunun
nəticəsidir ki, cəmiyyətdə ailələrin sürətlə dağılması
(xaraba qalması), ruzi-bərəkətin çəkilməsi və gənclər
arasında intihar hallarının az qala kütləvi hala çevril-
məsi müşahidə olunmaqdadır.
Nə qədər ki, şəhərlər hamısı Babilə çevrilməyib,
insanlar bu cür bəd əməllərdən uzaq durmalıdırlar. Al-
laha sığının ki, nicat tapasız.
“Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları
yalnız (haqqı) bilənlər anlayarlar”. “Hörümçək” surə-
si, 43.
Paşa Yaqub
190
ÖVLİYALAR ARASINDA İŞ BÖLGÜSÜ
raşdırmalarımız göstərir ki, övliyalıq məqamı-
na yüksəlmiş şəxslərin hər biri Allah tərəfin-
dən müəyyən bir vəzifə ilə görəvləndirilmişdir.
Ariflərin ən məşhuru, yüksək elmlər və mərifətlər
sahibi, ariflərin başı olan zata Qütb-ül-arifin deyilir.
Qütb-ül-irşad isə, aləmin irşadına (doğru yolu tap-
masına) və hidayətinə (səadətə və qurtuluşa çatmasına)
vəsilə olan vəli zat, mürşiddir. Yəni, aləmin irşadı və
hidayəti üçün feyzlərin gəlməsinə vasitə olur.
Qütb-ül-irşad hər zaman olmur. Elə zamanlar olur
ki, aləm imandan və hidayətdən büsbütün məhrum qa-
lır. Rəsulullah əfəndimiz dövrünün Qütb-ül-irşadı idi.
Qütb-ül-irşad vasitəsi ilə bütün insanlara iman və
hidayət gəlməkdədir. Fəqət qəlbi pozuq olanlara nə qə-
dər feyzlər gəlsə də onlara faydası olmaz. Bu, şəkər
xəstəsinə verilən qiymətli qidaların onun qanında zəhər
halına gəlməsi kimidir. Yaxud ağzının dadı qaçan xəs-
tənin ən dadlı qidaları dadsız bilməsi kimidir.
Qütb-ül-irşad kamil və mükəmməl, yetişmiş və ye-
tişdirəbilən olur. Əsrlərdən, uzun illərdən sonra bir də-
nəsinə rast gəinirsə yenə böyük nemətdir. Hər şey
onunla nurlanır. Onun bir baxışı və bir kəlmə sözü
qəlblərdən çox mərəzləri yox edər.
Böyük vəli İmam Rəbbani bu mövzuda bunları
A
G İ Z L İ E L M L Ə R
191
söyləmişdir: “Kəmali-fərdiyyəyə də sahib olan qütb-ül-
irşad çox az bulunur. Əsrlərdən, çox uzun zamanlar-
dan sonra belə bir gövhər dünyaya gəlir. Qaralmış
olan aləm onun gəlişiylə aydınlanır. Onun irşadının və
hidayətinin nurları zaman-zaman bütün dünyaya yayı-
lır. Hər kəs ondan feyz alır. Arada o olmadan kimsə bu
nemətə qovuşmaz. Onun hidayətinin nurları ən qüvvətli
radio dalğaları kimi bütün dünyaya yayılar. O böyük
zatı tanıyan və sevən bir kimsə onu düşünürsə, yaxud o
bir kiməsni sevər, onun yüksəlməsini istərsə, o kimsə-
nin qəlbində sanki bir pəncərə açılar; bu yolda sevgi
və ixlasına görə qəlbi o dəryadan daim feyz alar. Bu-
nun kimi bir kimsə Allah-təalanı zikr edirsə və bu zatı
heç düşünməzsə, məsələn, onu tanımazsa, yenə ondan
feyz alar. Fəqət birinci feyz daha böyük olar. Onu in-
kar edər, yaxud, bəyənməzsə, bu böyük zatın qəlbini
qırmışsa, Alah-təalanı zikr etsə belə rüşd və hidayətə
qovuşmaz. Ona inanmaması və yaxud qəlbini qıması
feyz yolunu qapadar. O zat bunun zərərini istəməsə be-
lə, hidayətə qovuşmaz. Rüşd və hidayət var görünürsə
də, əslində çox azdır, yaxud faydasızdır. O zata inanan
və sevənlər onu düşünməsələr və Allahı zikr etməsələr
belə, yalnız onu sevdikləri üçün rüşd və hidayətə qovu-
şarlar”.
vliyaların bir qisminin vəzifəsi insanları irşad
etmək, doğru yola yönəltmək olduğu halda, di-
gər qismi də vardır ki, onların vəzifəsi insanlara yardım
etmək, xidmət göstərməkdir. Allahın sevimli qulları
Ö
Paşa Yaqub
192
olan bu şəxslərin dünyanın nizamı (düzəni) ilə görəvli
olduqlarını hər kəs bilməz (dərk etməz). Bunlardan biri
vəfat etdikdə yerinə digəri təyin olunar, bu vəzifə ilə
görəvləndirilər. Onlar irşad əhli, yəni, insanlara doğru
yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardım-
larda bulunarlar. Yer üzündə bunların sayının bəzi
alimlər yeddi, bəziləri qırx, bəziləri isə, yetmiş olduğu-
nu söyləmişlər.
Fəxri-Kainat Peyğəmbərimiz onlar haqqında bu-
yurmuşdur: "Ümmətim arasında hər zaman 40 kişi bu-
lunur. Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir.
Allah-təala onlar səbəbi ilə qullarından bəlaları götü-
rər. İnsanlar onların Allah yanında dərəcə və mövqelə-
rini bilməzlər. Onlar bu mərtəbəyə namaz və orucla ye-
tişmədilər".
Abdullah ibn Məsud: "Ya Rəsulallah! Nə ilə bu də-
rəcəyə çatdılar?" - deyə, soruşdu.
"Comərdliklə və müsəlmanlara nəsihət etməklə ye-
tişdilər" - deyə, buyurdu.
Müşkül işlərin asanlaşması və çətinliklərin aradan
qaldırılması ilə görəvləndirilən övliyalar da vardır ki,
onlara Qütb-ül-ebdal və ya Qütb-ül-medar (medar
qütbü) deyilir.
Qütb-ül-ebdal – aləmin nizamı ilə əlaqələnən, bol-
luq-qıtlıq, barış-savaş, xəstəlik-sağlamlıq, ruzi, yağmur
və buna bənzər olaylarla görəvləndirilən, hər kəsin ta-
nımadığı (dərk etmədiyi) Allah adamı olub, əmrində
G İ Z L İ E L M L Ə R
193
üçlər, yeddilər, qırxlar deyə söylənilən yenə bu işlərlə
vəzifəli seçilmiş insanların olduğu böyük vəlilərdir.
Böyük Alim İmam Rəbbaninin bildirdiyinə görə Qütb-
ül-ebdal (Qütm-ül-medar) hər zaman bulunur. Həzrət
Rəsulullahın zamanında da vardı. Fəqət bunlara inziva
(gizlilik, hamının dərk etməməsi) lazımdır. Odur ki, bu
şəxsləri hər kəs dərk etməz. Hətta, bunlardan bir çoxu
öz-özlərini tanımazlar. Yenə İmam Rəbbani həzrətləri
buyurur: “ Qütb-ül-ebdal aləmdə, dünyada hər şeyin
var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi)
gəlməsinə vasitə olar. Hər şeyin yaradılması, ruzilərin
göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələ-
rin şəfa tapması Qütb-ül-ebdal (Qütm-ül-medar) deyi-
lən zatın feyzləri ilə olur”.
Dostları ilə paylaş: |