ruhiyyə (enerji) arzulayıram.
G İ Z L İ E L M L Ə R
23
SİRAT KÖRPÜSÜ “PRAQLATKA”
FUNKSİYASINI YERİNƏ YETİRİR
aradılışdan və fizikanın qanunlarından söz
düşmüşkən, diqqətinizi Sirat körpüsünə cəlb
etmək istəyirəm. Bu məqamda gördüyüm hikmətli bir
yuxunu diqqətinizə çatdırım: yuxuda gördüm camaatla
birlikdə Sirat körpüsünü keçmək üçün növbəyə
düzülmüşük. Sirat körpüsü tük kimi nazik olduğundan,
heç kəs keçə bilmirdi. Gedənlər ortada dərəyə yıxılır,
yıxılanları görüb, növbədə olanlar körpüyə çıxmağa
ehtiyat edirdilər ki, onlar da yanar odun içinə yıxıla-
caqlar...
Mən yaxınlaşıb körpüyə çıxdım və rahat irəliləmə-
yə başladım. Hiss etdim ki, körpü bayaqkı kimi nazik
deyil və getdikcə enlənir. Həm də sağ tərəfimdən bir
işıq (nur) seli körpüyə düşürdü ki, (bax: 66-cı surənin
8-ci ayəsinə) bu da körpünün işıqlanmasına və geniş-
lənməsinə səbəb olurdu...
Körpünün ortasına çatanda gördüm artıq körpü
“praqlatka” (ara qat) formasındadır. Praqlatka haqqında
onu deyim ki, bu detal mühərrikin içərisinə qoyulur.
Mühərriki sökərkən onun iki hissədən ibarət olduğunu
görmək olur. Və bu iki hissəni bir-biri ilə bitişdirərkən
arasına həmin bu “praqlatka” (ara qat) deyilən detal qo-
yulur.
Y
Paşa Yaqub
24
Məndə sual yarandı ki, nəyə görə Sirat körpüsü
“praqlatka” formasındadır? Həmin anda beynimə infor-
masiya sızdı ki, Allah-taala Kainatı mühərrik formasın-
da, iki hissədən ibarət yaradıb. Bu iki hissənin biri bu
dünya, digəri o dünyadır. Kainatın iki hissəsini birləş-
dirən SİRAT körpüsü əslində “praqlatka” funksiya-
sını yerinə yetirir…
Günlər niyə tez keçir?
ir dostum da söhbət edir ki, yuxuda məni göyə
qaldırıb, Kəhkəşanı, Kainatın idarə olunması-
nı göstərdilər. Böyük bir çarxı göstərib: "Fələyin çərxi-
dir” - dedilər. Onu mələklər fırladırdılar. Şüuraltı
söhbət gedirdi. Dedilər son illər bizə bu çərxi sürətlə
fırlatmaq əmri verilib. Biz də əvvəlki illərdən daha
sürətlə fırladırıq. Sual verdim ki, niyə sürətlə fırladırsı-
nız? Dedilər: “Yerdə şeytani dövrdür, zalımlar höku-
mət edirlər. Bu dövrdən mömünlər, saleh insanlar çox
əziyyət çəkirlər. Onların zülmü tez başa çatsın deyə bu
çərxı sürətlə fırladırıq. Ona görə də son dövrlər günlər
daha tez gəlib keçir. Hadisələr də sürətlə baş verir...”.
“Bu insanlar üçün elə bir moizədir ki, onunla
həm qorxsunlar, həm Allahın tək bir Tanrı olduğunu
bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsın-
lar!” “Quran”, 14:52.
B
G İ Z L İ E L M L Ə R
25
AZƏRBAYCAN
– SİRLİ
MƏKAN
Paşa Yaqub
26
QIZ QALASININ SİRLƏRİ
“Biz hər şeyi sayıb yazmışıq”. Quran
akının simvoluna çevrilən və yaşı yüz illərlə
ölçülən Qız qalasında (əksər tədqiqatçılar qa-
lanın XII əsrdə müdafiə məqsədi ilə tikildiyini qəbul
etmişdir; qalanın daş kitabəsində kufi xətti ilə “Qübbə
Məsud bin Davud” adı həkk olunmuşdur) bir çox sirlər
gizlənməkdədir. Astronomik məqsədlə tikilən bu ob-
yektdən bizdən qabaqkı sivilizasiyalar rəsədxana kimi
istifadə etmişlər. Memarlıq formasına görə Şərqdə ye-
ganə abidə olan Qız qalasının bəzi riyazi kodlarını diq-
qətinizə çatdırmaq istəyirik.
Hesablamalarımız göstərir ki, “9” formasında tiki-
lən qalanın kodları 9 rəqəminə (eləcə də “Quran”ın 9-
cu surəsinə) bağlanır.
Qalada diqqət çəkən digər məqam gövdə hissəsin-
də 32 diş; çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır.
Bunların da fərqi 9-a bərabərdir.
32 - 23 = 9 (!)
Onu da qeyd edim ki, dünyadakı 11 iqlim qurşa-
ğından 9-u Azərbaycandadır.
Burada haşiyə çıxaraq, oxucuların diqqətini “Qu-
B
G İ Z L İ E L M L Ə R
27
ran”da 9 rəqəmi ilə gələn su-
rələrə cəlb etmək istəyirik.
Qeyd edək ki, 9 “Tövbə” su-
rəsinin sıra nömrəsidir. “Qu-
ran”da cəzadan bəhs edən su-
rələr 9 rəqəmi ilə gəlir və sayı
11 olan bu (9, 19, 29, 39,
......109) surələrdəki ayələri
cəmləsək, 555 ədədi alınır:
129 + 98 + 69 + 75 + 18 + 24 +
52 + 46 + 30 + 8 + 6 = 555
Yenə də qayıdaq Qız qa-
lasındakı rəqəmlərə. Maraqlıdır ki, qalanı tədqiq edən
bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının
555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn:
159 + 951 = 1110 : 2 = 555
258 + 852 = 1110 : 2 = 555
357 + 753 = 1110 : 2 = 555
456 + 654 = 1110 : 2 = 555
Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının
kodu hesab edirlər.
ildiyimiz kimi, “Quran”ın 9-cu surəsi yeganə
surədir ki, “Bismillah”sız başlayır. Sual yaranır:
Niyə bəs “Tövbə” (9) surəsi “Bismillah”sız başlayır?
Elmi-lədun araşdırmalarımızla bu suala cavab tap-
mağa çalışaq. Hesablamalarımız göstərir ki, 9-cu surə
22-ci (Həcc) surənin davamıdır.
Xatırladım ki, elm və peyğəmbərlik rəmzi olan XXI
B
Paşa Yaqub
28
əsrin 2-ci (!) Qurban bayramı günü ( 22. 0 2. 200 2) mənə
məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki
hökm bugünkü Qurban bayramına da şamil olunur.
Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) ol-
duğu vurğulanaraq, doğru yolda olmadıqları insanların
diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara
dörd ay möhlət verilir:
“Allahdan və Onun Peyğəmbərindən saziş bağladı-
ğımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay
sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya
bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli
olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından
qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar)
olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9)
surəsinin ilk üç ayəsinə.
llahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24
iyunda (bayram 3 gündür) bitəcəyini bildiyi-
mizdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa
açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik və
gözlənilən bəladan xalqı xəbərdar etdik (5 iyun 2002-ci
il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap
olundu).
Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş ve-
rən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesi-
nin başlanğıcı qoyuldu.
Ondan sonra Yerdə baş verən bütün təbii fəlakətlər
və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu
A
G İ Z L İ E L M L Ə R
29
zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi
hesablamalarla sübut etmişik.
Beləliklə, riyazi dildə desək, “Quran”da "iyirmi
iki" "doqquza" çevrilir.
Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da
cəlb etmək istəyirəm. Bu hikmət insanın anatomik qu-
ruluşunda da özünü büruzə verir. Belə ki, insan anato-
miyası 220 sümüyün birləşməsindən yaranmışdır ki,
(sıfır məna bildirmədiyindən mötərizəyə alaq) bunlar-
dan 22-si başdadır.
araqlıdır ki, “Quran”ın 22-ci surəsi “Həcc”
surəsidir və burada Allahın evi, başqa sözlə
desək, enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin
ətrafına fırlanmaqdan söhbət açılır. Bütün bunlar tə-
sadüfi deyildir.
Yeri gəlmişkən, 2-ci Qurban bayramı günü qəbul
etdiyim və cəmiyyətə ötürdüyüm informasiyanın ( 22
iyunla bağlı) doğruluğunu sübut etmək üçün daha bir
dəlil gətirim: elm əsrinin birinci, ikinci və üçüncü Qur-
ban bayramlarının 286-cı günləri – müvafiq olaraq:
- 14 dekabr 2001-ci il;
- 4 dekabr 2002-ci il;
- 24 noyabr 2003-cü il tarixlərində Günəş tutulub.
Həmçinin, 22 iyun 200 2-ci il tarixinin 286-cı günü
– 3 aprel 2003-cü il tarixlərdə Günəş tutulub.
(“Quran”ın səhifələrinin sayı olan 286 ədədinin
hikmətləri barədə “Astronomiya elminin sirləri”
bölümündə geniş bəhs edəcəyik).
M
Paşa Yaqub
30
Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları
ilə eyni statusa malik olmasını sübut edir. Onu da əlavə
edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq
möhlət başa çatan gün – 24 iyunda (bayram üç gün ol-
duğundan, möhlət də üç günə bitir) Ay tutulması baş
verdi.
Vicdan – insanın daxili transformatorudur
22-nin 9-a çevrilməsi tək “Quran” və anatomiya
elmlərində deyil, fizika elmində də özünü büruzə verir.
Belə ki, diqqətinizi cihazların daxilində qoyulmuş
transformatorun funksiyasına cəlb etmək istəyirəm. Bu
transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq
9-a çevirərək istifadə edirlər.
Buradan belə qənaət hasil olur ki, insan öz enerjisi-
ni əməli işə çevirərkən, onu vicdanının (daxili transfor-
matorunun) süzgəcindən keçirməlidir. Yəni, “Tövbə”
surəsinin sərhədləri daxilində əməllər etməlidir: Öz
enerjisini günah işlərə sərf etməməlidir.
Əgər insan fizikanın qanunlarına tabe olmayıb, öz
enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez
bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə
həyəcanlı hadisələrin (qəzaların, zəlzələlərin, ...) artma-
sı da məhz bu amillə əlaqədardır.
İyirmi iki ilə doqquzun fərqi isə, 13-ə bərabərdir:
22 - 9 = 13
G İ Z L İ E L M L Ə R
31
ildiyimiz kimi, 13 ədədi “Quran”da ildırım,
cəza rəmzidir. Buradan aydın olur ki, biz
tövbə etmədikcə və öz enerjimizi əmələ çevirərkən,
onu vicdan süzgəcindən keçirmədikcə, cəmiyyətimizdə
qəzalar və həyəcanlı hadisələr getdikcə intensivləşmək-
dədir. Bütün bunlardan sığortalanmağın yolu TÖVBƏ-
DƏN (9) keçir. Artıq neçə illərdir ki, mən bu qanuna-
uyğunluğa riayət edirəm və mənə inananlara da bunu
tövsiyə edirəm. Allah sizləri qorusun!
"Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə)
ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş
məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım
olan məmləkətləri yox etdik!" Quran, 28:5.
(Qeyd: 13 ədədi barədə “Kimyanın sirləri”
bölümündə geniş bəhs edəcəyik).
B
Paşa Yaqub
32
ASTRONOMİYANIN
SİRLƏRİ
Elmi-lədun işığında
G İ Z L İ E L M L Ə R
33
DÖVRÜMÜZÜN VARAQA BİN
NOFƏLİ KİMDİR?
arixə nəzər saldıqda hər bir peyğəmbərin
özündən əvvəl xəbər verəninin olduğunu
görürük. Məsələn, İslam Peyğəmbərinin xəbər verəni
(səmavi kitablarla yanaşı) Varaqa bin Nofəl idi.
Həzrət Peyğəmbərimizin sevimli həyat yoldaşı Xə-
dicə xanımın əmizadəsi olan Varaqa bin Nofəl döv-
rünün ən savadlı və açıq fikirli, yeniliyə meyl edən
adamı idi. O, "Tövrat"ı, "Zəbur"u və "İncil"i dərindən
bilməklə yanaşı, bunları ərəbcəyə tərcümə etmişdi.
Həmçinin, bu səmavi kitabların əsasında, onların doğ-
ruluğunu təsdiq edən “Kitabi-müqədd
əs” əsərini yaz-
mışdı.
Bir çox dilləri bilən Varaqa bin Nofəl, dinlər tarixi,
dinlərlə əlaqəli insanların həyat və fəaliyyəti, hekayələ-
ri barədə zəngin məlumatlar toplamış, bu mövzuda ki-
tablar yazmışdı.
... Bir gün Xədicə xanım yuxuda gördü ki, Günəş
yerə enib, onun evinə girdi və çıxaraq, bütün Məkkə
əhalisinin evlərini işıqlandırdı. Yuxusunu əmisi oğlu
Varaqaya danışdıqda, “Gördüyün bu röya yaxında bir
peyğəmbərin zühur edəcəyinə və sənin də həmin pey-
ğəmbərin zövcəsi olacağına işarədir” - dedi.
Ərəbistan əhalisi o zamanlar yəhudilər, xristianlar
T
Paşa Yaqub
34
və bütpərəstlərdən ibarət olmaqla, çoxluq bütə sitayiş
edirdi. Varaqanın axtardığı təkallahlılıq inancı Məkkə-
də mövcud deyildi. Bu səbəbdən Varaqa Zeyid bin
Amir ilə birlikdə səyahətə çıxıb, Şamda, Bursada xris-
tian alimlərlə tanış olub, söhbətləşdilər. Ancaq İsanın
təbliğ etdiyi dindən əsər-əlamət qalmadığına əmin ol-
dular. Etibarlı bir qaynaq axtararkən, əfsanələrlə, xura-
fatla qarşılaşdılar. Həqiqi “İncil”i tapa bilməyən Vara-
qa və Zeyd, qüreyşin bütlərindən qaçdıqları halda, xris-
tianların üçtanrılıq, heykəllər, təsvirlər aləminə
düşdülər. Bu mənasız, cansıxıcı diyardan çıxıb, şimala
doğru üz tutdular. Nəhayət, Mosulda sadəcə, Allahın
rizasını qazanmağa çalışan bir nasturi rahibi ilə tanış
olan Varaqa və Zeyd, ondan çox faydalanırlar və axtar-
dıqlarına yaxın olan inancını bəyənirlər.
əmin vaxtlar Məhəmməd də bütə tapınmağa
nifrət edirdi. O da Həzrət Musa və Həzrət İsa
kimi, cahiliyyat dövrünü yıxmağa çalışırdı. Və heykəl-
lərə tapınmağı doğru hesab etmirdi. Onun həmfikirləri
Varaqa, Kıyıs bin Saidə, Abdullah bin Çehişt, Osman
bin Halis idi. Bu dörd hənif bir gün Məkkədə böyük
məbudlardan (Lat, Uzza, Manat) birinin dini mərasimi-
nə qatıldılar. Onlar sakit bir guşəyə çəkilərək, cahil in-
sanların ibadətlərini seyr edirdilər. Qurbanlar kəsilib,
məbut təvaf edilirdi. Şüursuz bir daş parçasına ibadət
edən insanların halına acıyan bu dörd nəfər, özlərinə
haq bir din arayacaqlarına söz verdilər. Dördü də bu fi-
kirdə birləşdilər. Onların başçıları Varaqa bin Nofəl
H
G İ Z L İ E L M L Ə R
35
idi. Bu dörd hənif, dövrün Peyğəmbəri olaraq Məhəm-
mədi görürdülər (hansı ki, o ərəfədə Məhəmmədə hələ
vəhy gəlməmişdi və özünü peyğəmbər elan etməmiş-
di). Onu bu məqama yetişdirməyə çalışırdılar.
Buradan anlaşılır ki, bu böyük şəxsiyyətlər İsla-
miyyətin qurulması üçün gizli bir cəmiyyət olaraq çalı-
şıblar. Məhəmmədin Varaqanın əmisi qızı, zəngin Xə-
dicə ilə evlənməsi də bu səbəbdən ola bilər. Öncəsi bi-
linməsə də, rəsmi nikahdan (25 yaş) Peyğəmbərlik ya-
şına (40 yaşa) qədər keçən 15 il ərzində Məhəmməd
Varaqa və digər həniflərdən davamlı olaraq bilgi alır və
qarşıdakı təbliğlərdə istifadə edəcəyi, günün şərtlərin-
dən olan tarixi, etnoqrafiyanı, coğrafiyanı, dinləri və
hekayələri öyrənərək, öz elmi biliklərini zənginləşdirir-
di. Beləliklə, Məhəmmədin öz dövrünün ən savadlı və
zəngin biliyə malik bir şəxsiyyəti olaraq yetişməsində
Varaqanın və onun ətrafında olan həniflərin böyük rolu
olduğu danılmaz faktlardandır.
kilən və daimi qulluq edilən bu elm ağacı ar-
tıq öz bəhrəsini verməkdə idi. Hira dağındakı
mağarada uzun müddət - gündüzlər və gecələr fikir
mübadiləsi, İlahidən alınan ilham, yavaş-yavaş daşları
yerinə otuzdurmaqda idi. İdeoloji devrim çox yaxın-
daydı.
Bu arada Ukkaz meydanında qızılı bir dəvə üzərin-
də Kıyıs bin Saidə Ərəb xalqına mənalı və xəbərverici
məşhur xitabını etdi. O zaman Həzrət Məhəmməd 38
yaşında olmaqla, bu alovlu və oyandırıcı hənifi diqqət-
Ə
Paşa Yaqub
36
lə dinləmişdi. Bilavasitə, bu sözlər onun ruhunda yeni
bir cığır açdı:
“Sizi əmin edirəm ki, Allah dərgahında bir din var
ki, indi tapındığımız dindən daha sevimli və Allahın gə-
ləcək Peyğəmbəri vardır ki, gəlməsi lap yaxındadır;
kölgəsi başımızın üzərinə gəldi. Nə mutlu o kimsəyə ki,
ona iman edib də, o da ona hidayət edə. Vay o bədbəx-
tə ki, ona qarşı üsyan edə və müxalifət ola. Yazıqlar ol-
sun ömrünü qəflətdə keçirən ümmətlərə!”.
O, bu sözlərlə ərəb xalqına Məhəmmədin gələcəyi-
ni xəbər verirdi. Və bundan sonra Məhəmməd İslamiy-
yəti qurmaq əzmində bulundu; Cənabi Haqdan
nübüvvət və risaləti qəbul etdi.
ira dağında Həzrət Cəbrayıl ilk dəfə nazil ola-
raq, vəhy gətirəndə Məhəmməd əleyhissalam
qorxmuş, həyəcanlı halda evə gəldi və olanları həyat
yoldaşına danışdı. Möminlərin anası Xədicə xanım,
Varaqa bin Nofələ üz tutub, baş vermiş hadisəni izah
etməsini istədi. O, əmisi qızını diqqətlə dinlədikdən
sonra: “Get həyat yoldaşına söylə ki, qorxmasın, bu
əlamətlər onun peyğəmbərliyinə işarədir. Ona görünən
Həzrət Cəbrayıldır; gətirdiyi isə, Allahın vəhyidir”.
Bəzi mənbələrdə qeyd edilir ki, Həzrət Məhəmməd
Hira dağında baş verənləri Varaqaya anlatdıqda: “Ya
Məhəmməd, səni təbrik edirəm, Həzrət İsanın özündən
sonra gələcəyini xəbər verdiyi Peyğəmbər sənsən. Sənə
çox əziyyət verəcəklər. Çünki, peyğəmbərliyə yetişən
kimsələrə qövmü arasından bir çox düşmənlər çıxmış-
H
G İ Z L İ E L M L Ə R
37
dır. Kaşki, gənc olsa idim, Məkkədən çıxarıldığın za-
man sənə xidmət və yardım edə bilsəydim”
- deyərək,
Məhəmməd əleyhissalamı qucaqlayıb öpdü...
Tarix təkrar olunur. Yaşadığımız dövrə açıq gözlə
baxsaq, görərik ki, o vaxt xristianlıqdan əsər-əlamət
qalmadığı kimi, indi də İslamdan demək olar ki, əsər-
əlamət qalmayıb. Mənəviyyatı saflaşdırmaq, şəxsiyyəti
formalaşdırmaq üçün göndərilən İslam dini, bu gün
açıq-aşkar mafiyalara xidmət etməkdə və dünyada
müharibələrin, qətliamların, qarətlərin pərdələnməsi
üçün bir alət rolunu oynamaqdadır. Nə qədər acınacaqlı
da olsa, biz bunu (ürək ağrısı ilə) etiraf etməliyik. Di-
nin mafiyalaşmasından dolayı artıq elə bir mənzərə ya-
ranıb ki, İslam deyəndə bəşəriyyətdə bir qorxu, xof ya-
ranır. Danılmaz faktdır ki, bu gün valideynlərin böyük
əksəriyyəti övladlarını məscidlərdən uzaq tutmağa çalı-
şırlar.
əmiyyətə açıq gözlə baxdıqda, istər Şərqdə, is-
tər Qərbdə, istərsə də Cənub və Şimalda yaşa-
yan insan övladının bu və ya digər formada cahiliyyat
içində yaşadığını görmək olur. Şərq insanı bu gün hey-
kəllərə tapınırsa, Qərb insanı təsvirlərə, bütlərə, üçal-
lahlılığa tapınır...
Yerin dörd bir tərəfində insan oğlu fani dünya malı
üçün günahsız insanların qanını su kimi axıtmaqdadır.
Bəşər tarixinə nəzər salsaq, görərik ki, insanlığın indiki
qədər vəhşiləşdiyi bir dövrü olmamışdır. Bu da onu
göstərir ki, bəşəriyyətin çox hissəsi artıq Ulu Yarada-
C
Paşa Yaqub
38
nın göndərdiyi heç bir dinə inanmır və onun qanunları-
na tabe olmur.
nu da qeyd etməliyəm ki, bəşər tarixində indi-
ki vəhşilik və zülm heç bir zaman olmasa da,
bu və ya digər formada dinsizlik, pozğunluq, Yarada-
nın qanunlarına sayğısızlıq dövrləri olmuşdur. Belə
dövrlərin hamısında cəmiyyətin içərisindən bir nəfər
Xilaskar (qurtarıcı) meydana çıxaraq, insanları doğru
yola dəvət etmiş və sülhü, əmin-amanlığı bərqərar edə-
rək, cəmiyyətdə nizam yaratmışdır.
Bu gün bəşəriyyət yenə də həmin dövrü yaşadığın-
dan, artıq yeni bir Xilaskarın (nizamlayıcının) meydana
çıxmasına zərurət yaranmışdır.
Tarixdən məlumdur ki, hər bir Xilaskar (Peyğəm-
bər) öz dövrünün ən savadlı, bəsirətli adamı olub və in-
sanları tamamilə yeni (dövrə, zamana uyğun) bir ideo-
logiya ətrafında birləşdirərək, sülhə, barışa nail olub.
Elə isə, sual yaranır: Yeni Xilaskar bəşəriyyəti
hansı ideologiya ətrafında birləşdirəcək ki, Yer üzündə
axan qanlar dayansın? (Bugünə qədərki ideologiyaların
- Musəvilik, İsavilik və İslam - iflasa uğradığı göz
önündədir və bəşəriyyəti onların ətrafında birləşdirmək
utopiyadır). Növbəti yazımızda bu suala cavab tapma-
ğa çalışacağıq.
O
G İ Z L İ E L M L Ə R
39
BƏŞƏRİYYƏTİ KİM XİLAS EDƏCƏK?
uxarıda qeyd etdiyimiz kimi, bəşəriyyət elə
bir mərhələyə gəlib çatıb ki, artıq bir millət
digər millətə, bir dinin nümayəndəsi digər dinə inana-
na, bir təriqətə tapınan, başqa təriqətə qulluq edənə
düşmən kimi baxır və onu məhv etmək, talamaq üçün
qanlı qırğınlar törədirlər. Bu səbəbdən dünyada qan su
yerinə axmaqdadır...
Qeyd etdik ki, tarixin bu kimi dönəmlərində həmi-
şə xalqın içərisindən bir Xilaskar (Peyğəmbər) meyda-
na çıxmış və bəşəriyyəti düşdüyü böhranlı vəziyyətdən
xilas etmişdir.
Sual yaranır: Bəs indiki dövrdə dünyada axan qan-
ları, məzlumların göz yaşlarını kim durduracaq?
Tarixə nəzər saldıqda görürük ki, hələ neçə əsr biz-
dən qabaq yaşamış bir çox kahinlər və münəccimlər bu
dönəmdə meydana çıxacaq Xilaskar barədə xəbər ver-
miş, öz əsərlərində onun əlamətlərini göstərmişlər. Mə-
sələn, məşhur kahin Nostradamus Yaxın Şərq mənşəli
bir Mehdinin (Xilaskarın) Asiyada meydana çıxacağını
və onun gəlişi ilə, Dünyanın 2016-2020 illər arasında
Qızıl Çağa girəcəyini söyləmişdir. Məşhur kahin Xilas-
kardan kitabın onuncu dərsinin 75-ci dördlüyündə bəhs
edərək söyləyir:
Y
Paşa Yaqub
40
“Uzun müddətdir gözlənilən adam heç dönməyəcək
Avropaya;
Asiyada ortaya çıxacaq;
Hermesin birliyindən gələn biri;
Şərqin bütün krallarının üstündə səslənəcək”.
Şifrə şərhçiləri bunu belə şərh edirlər: "Kahin
“gözlənil
ən adam” dedikdə Mehdini (xristianlara
görə İsanı) nəzərdə tutur, və Mehdi (Xilaskar) Asiyada
ortaya çıxacaq".
Bəs xəbər verilən Xilaskar nə vaxt gələcək?
Şifrə təhlilçiləri bu tarixi "Qızıl Çağ" olaraq şərh
edirlər. Təhlilçi Peter Pendiriyə döyüşlərin ardından in-
san oğlunun gözəllik və barışla tanış olacağı bu dövrün
başlanğıc tarixini belə verir: 2016-2020-ci illər arası.
"Pisliyin yaxşılıqla döyüşü" ilə əlaqədar Nostrada-
musun kral II Henriyə yazdığı məktubu araşdıran Pen-
diriyə məktubun son sətirlərinə diqqət çəkir: “Bu gün,
bu gün və bir az zaman sonrası yox olacaq. Bu uzun
sürən dövrdən sonra, Saturnun səltənəti, Qızıl Çağ ye-
nidən başlayacaq. Qullarının ağrısını hiss edən Yara-
dan, Şeytanı dibsiz quyunun dərinliklərinə atacaq. Da-
ha sonra Allah ilə insan arasında universal bir sülh
başlanacaq. Və Şeytan illər boyunca orada bağlı qala-
caq. Və daha sonra bağlarından qurtulacaq”.
Burada diqqət çəkən məqamlardan biri üçüncü sə-
tirdə Xilaskarın “Hermesin birliyindən gələn biri” kimi
xəbər verilməsidir.
Bildiyimiz kimi, Hermes Misir mifologiyasında
G İ Z L İ E L M L Ə R
41
“Tanrının mesajçısı”dır. Yəni, Nostradamus Asiyada
ortaya çıxacaq bu liderin əslində Orta Şərq - Misir tari-
xinə bağlı olacağını bildirmiş olur.
Araşdırmalarımız göstərir ki, “Hermes” Misir di-
lində İdris Peyğəmbərin adıdır.
Məlum olduğu kimi, İdrisin əsl-nəsəbi dörd nəsillə
Şis Peyğəmbərə yetişir. İbn Əsir yazır ki, Adəm dünya-
dan gedəndə İdrisin 368 yaşı vardı. Onun ibri dilində
adı Xunux, ərəbcədə isə, Uxnux kimi tələffüz olunur.
Bəzi tədqiqatlara görə, Yunan hikmət alimləri onun
adını Hirmisül, yaxud, Həkim Hirmis qoymuşlar. Hir-
mis ərəbcə olub, yunanca “İrmis”, "Merkuri ulduzu"
mənasındadır. Onun anadan olduğu şəhəri bəziləri Ba-
bil, bəziləri isə, qədim Misirin paytaxtı Mənəf şəhəri
adlandırırlar.
Nübüvvət mənsəbi Əbul-bəşər Adəm və onun
övladı Şisdən sonra bütün xüsusiyyətlər, İsmi-əzəm və
vəsiyyətnamə ilə ona yetişdi. Əbdül Vəhhab Nəccarın
"Qisəsül-ənbiya" kitabında İdrisin Misirə gəlməsi, ora-
da məskunlaşması və camaatı haqqa dəvət etməsi yazı-
lır. Əlavə edilir ki, o dövrün camaatı yetmiş iki dildə
danışırdılar və Allah-taala bütün bunları ona öyrətdi.
İdris də siyasət, şəhər idarəetmə və ölkə qayda-qanun-
larını camaata öyrətdi. Həmçinin şəhərsalma yollarını
da onlara öyrətdi. Bunun nəticəsində yer kürəsində 188
şəhər salındı və onların ən kiçiyi Rəha şəhəri idi.
İdris camaatı Allahın dininə, yeganəliyinə və Ona
ibadət etməyə dəvət edərək deyirdi: "Bu dünyada yax-
Paşa Yaqub
42
şı, saleh əməl axirətdə Onun əzabından qurtuluşa sə-
bəbdir".
O, camaatı dünyada zöhdlə yaşamağa və ədaləti
bərqərar etməyə çağırırdı. Həmçinin, onları müəyyən
vaxtlarda namaz qılmağa, müəyyən günlərdə oruc tut-
mağa, düşmənlərə qarşı cihad etməyə, zəkat verməyə,
zəiflərə kömək etməyə, cənabətdən paklığa, it və donuz
kimi heyvanlardan çəkinməyə, məstedici içkilərdən
uzaq olmağa və s. kimi haram şeylərdən çəkinməyi
əmr edirdi. Onlar üçün bəzi bayramlar da təyin etmişdi
ki, onlarda qurban kəssinlər. O, özündən sonra gələn
peyğəmbəri müjdə verib onun nişanələrini camaata çat-
dırdı və camaatı üç təbəqəyə - kahinlər, əmirlər və rəiy-
yətə böldü.
Tarixdə İdris peyğəmbərin ən böyük peyğəmbər-
lərdən olması və Allah-taalanın bütün mənəvi, zahiri və
batini nemətləri onda toplaması qeyd olunur. Nübüvvət
mənsəbindən əlavə, zahirdə də qüdrət və əzəmətə çat-
ması, camaatın ona hökmran kimi itaət etməsi və
böyük hörmətlə yanaşması yazılır.
Belə rəvayət olunur ki, İdrisin dövründə zalım bir
padşah yaşayırdı. O zorla camaatın əkin sahələrini və
mal-dövlətlərini əlindən almışdı. Onun gözəl bir qadını
var idi və işlərini onunla məsləhət edir, onun dediyi ilə
rəftar edirdi. Bir gün zülmləri səbəbindən İdrisin nifrə-
tinə giriftar oldular. Padşah özü, o gözəl qadını və
bütün tabeçiləri naümid oldular. İllər boyu camaata qıt-
lıq üz verdi...
G İ Z L İ E L M L Ə R
43
Tarixi mənbələrdə xəbər verilir ki, “İdrisin boyu
hündür, sinəsi geniş, səsi alçaq, danışığı sakit və yeri-
yəndə addımlarını qısa atırdı... O, paltar tikən ilk şəxs
idi və hər vaxt iynə vuranda Allaha təsbih edir, onun
böyüklüyünü və birliyini xatırladırdı. Hər gün camaatın
yaxşı əməl etməklərinə baxmayaraq onun əməlləri asi-
mana qalxırdı".
O dövrdə mələklər yerə enib camaatla əl verib sa-
lamlaşır və söhbət edirdilər. Bu, onların saleh, pak və
layiqli bəndə olmalarından irəli gəlirdi. Bu vəziyyət
Həzrət Nuha qədər davam etdi. Ondan sonra artıq ca-
maat mələkləri görmədilər.
İmam Sadiq (ə) Səhlə məscidinin fəziləti barəsində
buyurur: "Hər vaxt Kufəyə getdiniz, hökmən Səhlə
məscidinə gedib namaz qılın və Allahdan öz istəkləri-
nizi diləyin, çünki, Səhlə məscidi İdris Peyğəmbərin
evi idi və orada dərzilik edib namaz qılardı".
Sual yaranır: Bütün dinlərin, kahinlərin, öngörü-
cülərin xəbər verdikləri Xilaskarı (Mehdini, Pangeyisti)
Nostradamus niyə İdris Peyğəmbərə bağlı olacağını xə-
bər verir?
Tarixi mənbələrdə onun İdris adlandırılması həd-
dən artıq dərs və kitabla məşğul olması ilə əlaqədardır.
Tarix və rəvayətlərə görə ilk yazı yazan, paltar tikən və
dərzilik öyrədən şəxs İdris idi. Ondan qabaq insanlar
özlərini heyvan dəriləri ilə örtürdülər. O, bir çox elmlə-
rin - nücum (münəccimlik), hesab (cəbr), həndəsə, he-
yət (astronomiya) və s. elmlərin mənşəyi və ilk müəlli-
Paşa Yaqub
44
mi hesab edilir. İdris bunları heç yerdən oxumurdu
(çünki o dövrdə kitab yox idi), o, bunları elmi-lədun
yolu ilə mənimsəyirdi. Yəni, Allahdan gələn vəhylərlə
mənimsəyirdi və yazaraq insanlara öyrədirdi. Ona görə
də bu elmlərin ilk mənbəyi İdris Peyğəmbər sayılırdı...
Müasir dövrdə meydana çıxacaq Xilaskarın da elm
cəhətdən İdris əleyhissalama oxşaması onun elmi-lə-
dun sahibi olacağına işarə verməklə, həm də İdris və
ondan sonra gələn bütün peyğəmbərlərin missiyalarını
davam etdirəcəyini bildirir...
Ruh kompyuter proqramı kimidir
Elmi-lədun araşdırmalarımız ruhda sonsuz sayda
funksiyalar olduğunu göstərir. Bunları açmaq qadağan
olunduğundan, qısaca ruhun bir xüsusiyyətini izah et-
mək istərdik. Ruh bir missiyadır. Ruh, həm də, komp-
yuterə yüklənmiş proqrama bənzəyir ki, eyni proqramı
iki kompyuterə yükləməklə o kompyuterləri eyniləşdir-
mək (eyni missiyanın daşıyıcısına çevirmək) müm-
kündür.
Bildiyimiz kimi, kompyuter insanın “alt kopyası”
olaraq yaradılıb. “Alt kopiya”ları proqramlarla eyniləş-
dirmək mümkün olduğu kimi, “üst kopiya”ları (insan-
ları) da ruhlarla (missiyalarla) eyniləşdirmək müm-
kündür (bu barədə bundan artıq yaza bilmərik).
Qısa olaraq onu bildirək ki, zühuru 2016 - 2020-ci
illər arasında gözlənilən Xilaskar əslində İdris Peyğəm-
G İ Z L İ E L M L Ə R
45
bərdən üzü bəri bütün peyğəmbərlərin (o cümlədən İsa-
nın) və imamların (o cümlədən 12-ci İmam Mehdinin)
missiyasının davamçısıdır. Eyni zamanda, onların el-
milə (elmi-lədunla) yüklənmiş olacaq.
Mənə inanmayan axşam Aya baxsın
Elmi-lədun bilgilərimiz göstərir ki, tarixi mənbə-
lərdə xəbəri verilən Xilaskar Azərbaycanda meydana
çıxacaqdır.
Sözlərimin doğruluğunu sübut etmək üçün Aydakı
bir sirri sizə açmaq istəyirəm. Bu sirr, Ayın üzərində
görünən “ləkə”lərlə bağlıdır. Bu “ləkə”lərin nəyə işarə
olduğu indiyədək elmə məlum olmadığından, bu barə-
də dillərdə, ağızlarda daim əfsanələr, miflər dolaşmış-
dır. Elmi-lədun araşdırmalarımızla məlum oldu ki, bu
“ləkə”lər əslində, bir vaxtlar mövcud olmuş Pangeya
adlı materikin xəritəsidir. Coğrafiya elmindən bilindiyi
kimi, ilk yaranışda Yer kürəsi cəmi bir materikdən iba-
Paşa Yaqub
46
rət olub ki, onun da adı Pangeya olub. Həmin materiki
əhatə edən okean isə Pantalas adlanıb...
Zaman keçdikcə, həmin Pangeya materiki əvvəlcə
iki hissəyə, sonra isə, altı hissəyə bölünüb.
Göründüyü kimi, ilk yaranışda Yer kürəsi bütöv ol-
muş, əsrlər keçdikcə, parçalanaraq indiki halına gəl-
mişdir. Necə ki, insanlar əvvəlcə bir atadan, bir anadan
doğulduqdan sonra, millətlərə, xalqlara parçalandılar;
daha sonra irqlərə, dinlərə, təriqətlərə... bölündülər və
indiki parçalanmış hallarına gəldilər.
Həmin eyni atanın və ananın övladları artıq biri-
birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o
birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır
və içirlər də!
Bütün bunların qarşısın almaq, insanları din və di-
gər mafiyaların əsarətindən qurtarmaq üçün yaxın
dövrdə Pangeizm ideyası yenidən doğularaq, dünyaya
yayılacaq və insanlara elmlənməyi, Kainatı və yaradılı-
şı dərk etməyi tövsiyə edəcək. 2020-ci il ərzində pan-
geistlərin təbliğatı bütün dünyaya yayılacaq və insanlar
öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıda-
caqlar.
“Pangeoist”
sözünün mənşəyi, “Pan os”
-
“tam”, “bütöv”, “kök”
(özül); “geo” - “Yer” məna-
sı verməklə, “bütöv Yer”
mənasını bildirir. Bu ideya-
nın daşıyıcıları pangeistlər adlanır.
“De: 'Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq
(Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə sa-
G İ Z L İ E L M L Ə R
47
vab, doğru yoldan azan isə, özünə günah qazanar.
Mən sizə zamin deyiləm!' Quran, 10:108.
Oxucuda sual yaranacaq ki, yeni Xilaskar və onun
ardıyca gedənlər dinsizmi olacaqlar?
Əlbəttə ki, yox! Onlar Yaradanın birliyini qəbul
edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa
və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük ve-
rəcəklər. Sadəcə, indi mövcud olan (mafiyaların nəza-
rətində olan) heç bir ibadətgaha getməyəcəklər və özlə-
ri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarı-
da qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə ol-
duğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı
daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası
olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (tək
Allahlığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid
bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt iba-
dətgah olmayıb).
Beləliklə, yeni Xilaskar həm millətləri, həm də din-
ləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir
ki, bu da insanlar arasında sülhün, əmin-amanlığın ya-
ranmasına və pozulmuş nizamın bərpa olmasına səbəb
olacaqdır...
Yeni Xilaskar insanlara təbliğ edəcək ki, insan öz
taleyini əslində özü (öz əməllərilə) yazır. Yəni, bu il ər-
zində insanlara etdiyiniz yaxşılıq (yaxud pislik) alnını-
za yazılır və növbəti ildə həmin şeylər bu və ya digər
formada özünüzə qayıdır... Odur ki, ona inananlar daim
yaxşılıq edib, yaxşılıq da görəcəklər.
Paşa Yaqub
48
Yeni Xilaskara inananlar gün ərzində beş dəfə Ya-
radanı zikr edib (yada salıb) beş dəfə də ətrafdakı in-
sanlara yaxşılıq edəcəklər. Bununla da Yaradana olan
ibadətləri (sözdə və əməldə) tamamlanmış olacaqlar.
Bütün bunları təklikdə və yalnız Yaradan xatirinə edə-
cəklər.
Şübhəsiz ki, oxucuda bir sual da yaranacaq: “Bə-
şəriyyət pangeizm ideyası ətrafında birləşib, vahid hala
gəldikdən sonra ictimai quruluş necə olacaq? Kapita-
lizm, sosializm, yoxsa kommunizm olacaq?”
Mənə məlum olan odur ki, gələcəkdə bəşəriyyət bu
quruluşların heç birində yaşamayacaq. Gələcək qurulu-
şun adı İnformasionizm olacaq. Bu quruluşda əsas
məsələ məlumat olacaq. Düzgün məlumat hər şeydən
qiymətli olacaq.
Hakimiyyət quruluşu isə, Meritokratiya olacaq.
“Meritokratiya” - savadlıların və ağıllıların hakimiy-
yəti deməkdir. Yəni, pangeyizmdə insanlara mənsub
olduqları partiyaya görə deyil, malik olduqları savada,
ağıla görə yanaşılacaq.
Onu da bildirim ki, həmin vaxt insanlarda elm çox
güclü inkşaf edəcək və digər planetlərdə yaşayan canlı-
ların elminə yaxın, bəlkə də onlardan da çox olacaq.
Həmin dövrdə mədəniyyət və incəsənət də indikin-
dən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar in-
sanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir.
Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, is-
tənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana,
G İ Z L İ E L M L Ə R
49
yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş
edib, tikdirə biləcəksiniz.
Pangeizmdə kimlər müqəddəs sayılır?
Dostları ilə paylaş: |