GİZLİ elmlər elmi-lədun



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix21.07.2020
ölçüsü2,38 Mb.
#32259
1   2   3   4   5   6   7   8   9   ...   12
gizli elmler


 
 

Paşa Yaqub 
 
122
 
 
GÜL BECƏRMƏYİN İNSAN 
XARAKTERİNƏ TƏSİRİ 
 
ül əkin, gül becərin!” Bu tövsiyə Nostrada-
musun kitabında yer alıb və bu cümlənin alt 
qatında  çox  böyük  mənalar  gizlənir.  İndi  biz  sizinlə 
birlikdə bu mənaların seyrinə dalmağa çalışaq. 
İnsan oğlunun məşğul olduğu sahə mütləq onun xa-
rakterinə təsir edir. Bunu adi həyatda, istənilən peşə sa-
hiblərinə diqqətlə nəzər saldıqda aydın görmək mümkün-
dür.  Bu  mənada  insan  hər  gün  vaxtının  bir  neçə  saatını 
gül bəsləməyə sərf edərsə, bir neçə ildən sonra güldə olan 
zərifliyi, gözəlliyi, təravəti, ətri həmin adamın xarakterin-
də müşahidə etmək mümkündür  (yəqin bu səbəbdən idi 
ki, Osmanlı dövlətinin qanunlarına görə  hər bir qəssab 
ilin bir ayını gülçülük təsərrüfatında işləməyə  məcbur 
edilirdi). 
Nostradamus bu deyimlə qadınları da nəzərdə tuta 
bilərdi. Çünki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, 
cəmiyyətin  də  gözəlliyi  qadınlardır.  Məlum  bir  afo-
rizmdə bu barədə necə də gözəl deyilmişdir: 
Qadına gül vermək böyük qəbahət - 
Çünki özü güldür, qoxur təravət. 
Onlarla  da  təmas  insana  (kişiyə)  nəvaziş,  incəlik 
təlqin  edir  (qadın  olmayan  kollektivlərdə  həmişə  ko-
budluq hökm sürür). 
“Ç

G İ Z L İ   E L M L Ə R  
 
123
ostradamus bu deyimlə övladlara da işarə vu-
ra bilərdi. Çünki, onlar da bizim gül balaları-
mızdır və onlarla da təmas insanın xarakterinə müsbət 
təsir edir. Övladın qoxusu hər bir valideyn üçün əvəzo-
lunmaz  ətirdir.  Allah  hamınızın  balalarınızı  xoşbəxt 
eləsin! 
Fürsəti qaçırmayın - gül əkin, gül becərin... 
 
 
 
 

Paşa Yaqub 
 
124
 
 
SƏNƏTKARA ÖZ YERİNDƏ  
QİYMƏT VERİLMƏZ 
 
ənət adamı olan dostlarımın demək olar hamısı 
gileylənirlər ki, kənar yerlərdə sənətimizə yük-
sək qiymət verildiyi halda, öz doğulduğumuz yerin in-
sanları bizə qiymət vermirlər. 
Bəzi  dostlarım  bunu  yaşadığı  yerin  əhalisinin  qə-
dirbilməzliyi,  sənətdən  baş  çıxarmaması  kimi  qiymət-
ləndirirlər. 
Bilməlisiniz ki, bunun səbəbi, "günahı" heç də ya-
şadığınız yerin əhalisində deyildir. İnanmırsınızsa, sizə 
yüksək qiymət verilən yerlərdə yerli sənətkarlardan so-
ruşun,  görün  onlara  həmin  yerdə  qiymət  verirlərmi? 
Əlbəttə “yox” deyəcəklər. 
Bu problemlə tək bir sənətlə məşğul olanlar deyil, 
bütün  sənət  sahələrinin  sənətkarları  qarşılaşırlar.  Odur 
ki, məsələnin kökünə bir nəzər salmağı lazım bildim. 
El arasında “Öy (ev) buzoyundan öküz olmaz” mə-
səli təsadüfən yaranmayıb. İnsan cəmiyyəti yaranandan 
yanaşma bu cür olub. 
Ona görə də, bizdən qabaq yaşamış aqillər başqala-
rından fərqli qabiliyyəti, istedadı olan adamlara (sənət-
karlara) məsləhət görmüşlər ki, öz sənətinizlə yüksəl-
mək və ad-san qazanmaq istəyirsinizsə, mütləq yaşadı-
ğınız yeri tərk etməlisiniz. 
S

G İ Z L İ   E L M L Ə R  
 
125
Bunu belə izah edirlər ki, əgər sən xüsusi istedada 
sahib olub, məsələn, bir elmi kitab, yaxud bir əsər yaz-
mısansa, yaşadığın yerin adamları onu oxuduqca, göz-
lərinin qabağına sənin uşaqlıqda onlarla bərabər etdiyin 
günah  işlər  gələcək...  və  beləliklə  də  sənin  elmin  o 
günahların  kölgəsində  qalacaq  və  həmin  əhalinin 
gözlərində dəyərsiz olacaq. 
 
Dağ ancaq uzaqdan əzəmətli görünər 
 
ənin gəncliyindən və uşaqlığından (günahların-
dan) xəbərsiz olan uzaq yerin əhalisi isə, sənin 
kitabına  və  yaxud,  istedadına  yüksək  qiymət  verəcək-
lər. Çünki, onların sənin uşaqlığından, gəncliyindən xə-
bərləri yoxdur. 
Bilməlisiniz  ki,  dağ  nə  qədər  uzaqda  olsa,  onun 
əzəməti bir o qədər böyük görünər. Üstünə çıxanda isə, 
insan özünü o dağdan da əzəmətli hiss edər. Beləliklə 
də, insanın gözündə həmin dağın əzəməti itib gedər. 
Bu səbəbdən insanlar xoşbəxtliyi həmişə uzaqlarda 
axtarırlar.  Daha  bilmirlər  ki,  yaxınlaşanda  onsuz  da  o 
əzəmətdən əsər-əlamət qalmayacaq... 
Ona görə də çalışın ətrafınızdakıları qiymətləndirə-
siniz. Nə qədər çətin olsa da... 
 

Paşa Yaqub 
 
126
 
 
CƏMİYYƏTİN ÇÜRÜMƏSİ İLƏ NARIN 
ÇÜRÜMƏSİ BƏNZƏR PROSESDİR 
 
“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli iş-
lər görməyi  əmr edən və pis əməlləri qadağan edən 
bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən ni-
cat tapmış şəxslərdir”. “Quran”, 3:104. 
on  dövrlər  Azərbaycanda  baş  verən  mənəvi 
aşınma  cəmiyyəti  çürütməkdədir  ki,  bu  da  hər 
bir düşünən insanı narahat edir. Yeri gəlmişkən, insan 
təbiətin  bir  üzvü  olduğundan,  cəmiyyətimizdə  baş  ve-
rən  çürümə  prosesini  təbiətin  digər  sahələrində  gedən 
çürümə ilə müqayisə edək. Onu da qeyd edək ki, Allah 
yaratdığı  bütün  heyvan  və  bitkiləri  insanlara  nümunə 
olaraq yaratmışdır. Məsələn, “Quran”ın “Bal arısı” su-
rəsində  açıq-aşkar  göstərilir  ki,  Biz  bal  arısını  dövlət, 
ordu, ailə qurmaq və onları idarə etmək üçün insanlara 
nümunə yaratdıq. Eləcə də bir çox  meyvələr kollektiv 
yaşamaq və birgəyaşayış qaydalarına əməl etmək üçün 
insanlara nümunədir. Məsələn, götürək narı. Narın də-
nələri cəmiyyətin fərdlərinə işarədir. Allah hər bir gi-
lənin qidasını kapilyarlar vasitəsi ilə özünə çatdırdı-
ğı kimi, hər bir bəndəsinin də ruzisini özünə çatdı-
rır. İnsanın nardan öyrənəcəyi, nümunə götürəcəyi çox 
şeylər  vardır.  Təəssüflər  olsun  ki,  cahilliyimiz  öyrən-
məyimizə,  gördüyümüzdən  nümunə  götürməyimizə 
S

G İ Z L İ   E L M L Ə R  
 
127
imkan  vermir.  Ağıl  sahibi  olsaydıq,  görərdik  ki,  narın 
dənələri özlərinə gələn ruziyə qane olurlar və digər gi-
lənin  ruzisinə  şərik  olmurlar  (qidasını  mənimsəmək 
üçün  biri-digərini  əzmirlər).  Bununla  da  birgəyaşayış 
qaydalarına  əməl  etməklə,  kamillik  (yetişkənlik)  mər-
hələsinə çatırlar. 
İnsan  cəmiyyətində  isə,  bu  nizama  demək  olar  ki, 
əməl  olunmur.  İnsanların  böyük  əksəriyyəti  cahil  və 
nadan olduqlarından, özlərinə gələn ruzi ilə kifayətlən-
məyib, başqalarının da var-dövlətini mənimsəmək üçün 
onları əzməklə məşğuldurlar. Buna nail olduqdan sonra 
isə, əzən fərd özündən daha güclü fərd tərəfindən əzilir 
və  bu  proses  dayanmadan  davam  edir...  Bu  əzilmələr, 
sıradan çıxmalar məhz birgəyaşayış qaydalarına (yara-
dılış 
qanunauyğunluqlarına) 
əməl 
etməməyin, 
gördüyümüzdən ibrət almamağın nəticəsidir. 
 
Cəmiyyətdə gedən çürümə prosesini bu cür  
dayandırmaq olar 
 
arda ibrət alınası digər məqam onun daxilində 
- təbəqələr arasında olan pərdələridir. Təcrü-
bə göstərir ki, narın daxilində çürümə ilk növbədə 
pərdədən  başlayır:  pərdə  çürüyüb  qurtardıqdan 
sonra dənələr (oxu: fərdlər) çürüməyə başlayır. İn-
sanlar  bundan  ibrət  götürüb  cəmiyyətin  müxtəlif 
təbəqələri  arasında  pərdələri  qoruyub  saxlamalı-
dırlar. 

Paşa Yaqub 
 
128
Məhz  bu  səbəbdən  yaşadığımız  cəmiyyətdə  gedən 
çürümə prosesini narda gedən çürümə ilə müqayisə et-
dik. Təəssüflər olsun ki, bu gün dünyada aparılan məq-
sədyönlü  siyasət  nəticəsində  yaşadığımız  cəmiyyətdə 
pərdələr  demək  olar  ki,  götürülüb.  Pozğun  həyat  tərzi 
və  açıq-saçıqlıq  təbliğ  edilərək,  insanların  həyat  nor-
masına çevrilib. Bu da cəmiyyətin mənəvi çöküşünə və 
Allahın  qəzəbinə  səbəb  olmuşdur.  Bu  barədə  Rəbbim 
"Qurani-Kərim"də belə buyurur: 
“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstər-
mək üçün libaslarını soyundurub valideyninizi (və ya-
xud Adəm və  Həvvanı) Cənnətdən qovdurduğu kimi, 
Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, 
o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bil-
mədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gə-
tirməyənlərin dostları etdik. 
Onlar bu cür ədəbsizlik etdikləri zaman: “Ataları-
mızı belə gördük. Bunu bizə Allah əmr etmişdir”, - de-
yirlər. De: “Allah ədəbsizlik  əmr etməz. Allaha qarşı 
bilmədiyiniz şeyimi deyirsiniz?” 7:27-28. 
çıq-saçıqlığı  tənqid  etdiyimiz  zaman  elə  bil-
məyin  ki,  biz  bütün  qadınların  çadraya 
bürünüb  evdə  oturmalarını  təbliğ  edirik.  Əsla  yox! 
Təcrübə göstərir ki, çadraya bürünməmiş də qadın abır-
həyasını, ismətini qoruya bələr. Sadəcə, ciddi və əxlaq-
lı qadınlar geyim tərzinə görə digər (küçə) qdınlarından 
fərqlənməlidirlər.  Yəni,  insan  küçədə  qarşısına  çıxan 
qadının  geyiminə  baxarkən,  onun  əxlaqlı,  yaxud,  əx-
A

G İ Z L İ   E L M L Ə R  
 
129
laqsız  (sahibli,  yxud,  sahibsiz)  olduğunu  sezməlidir. 
Allah da “Quran”da bizlərə məhz bu mesajı verir. Belə 
ki, örtünməklə bağlı olan ayədə məhz belə buyurulur: 
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mömin-
lərin övrətlərinə de ki, evdən çıxdıqda cariyələrə oxşa-
masınlar deyə, örtüklərini örtsünlər. Bu, onların tanın-
ması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) 
və onlara əziyyət verilməməsi üçün daha münasibdir. 
Allah bağışlayandır, rəhm edəndir!” “Quran”, 33:59. 
u ayə o vaxt nazil oldu ki, müharibədə əsir alı-
nan və iman gətirməyən qadınlar vardı ki, on-
lar  hüquqsuz  olduğundan  küçədə  onlara  sataşırdılar. 
Bəzən  elə  olurdu  ki,  cahil  insanlar  küçədə  mömin 
(hüquqlu)  qadına  da  sataşırdılar  (onları  cariyələrdən 
ayırd edə bilmədikləri üçün). Bütün bu yaramazlıqların 
baş  verməməsi  üçün  yuxarıdakı  ayə  nazil  oldu  ki, 
mömin (sahibli) qadınlar öz geyim tərzlərinə görə əsir 
alınmış (sahibsiz) qadınlardan fərqlənsinlər. Bu fərqli-
lik  o  vaxt  ancaq  baş  örtüyü  ilə  ola  bilərdi.  Çünki  o 
dövrün qadınları hamısı uzun libas geyinirdilər. Onları 
ancaq  baş  örtüyü  ilə  bir-birindən  (azad  qadını  cariyə-
dən) fərqləndirmək olardı. 
İndiki dövrdə isə, cəmiyyətimizdə əsir (cariyə) qa-
dınlar olmasa da, küçə qadınları (yaxud bar qadınları) 
kimi  qəbul  edilən  bir  təbəqə  mövcuddur  ki,  onlar  öz 
açıq-saçıq geyimləri ilə başqalarından fərqlənirlər. Tə-
əssüflər  olsun  ki,  cəmiyyətimizdə  belə  bir  tendensiya 
müşahidə edilməkdədir ki, əxlaqlı (sahibli) qadınlar ge-

Paşa Yaqub 
 
130
yim tərzləri ilə artıq onlarla (sahibsizlərlə) bəhsə girir-
lər. Beləliklə də küçədə rastlaşdığımız qadınların han-
sının  sahibli,  hansının  sahibsiz  (bar  qadını)  olduğunu 
müəyyənləşdirmək bir çox hallarda çətinlik törədir. Bu 
da  Allahın  qəzəbinə  gətirib  çıxaran  və  cəmiyyətin 
çürüməsinə  səbəb  olan  əlamətlərdəndir.  Bunu  aradan 
qaldırmaq  istəyənlər  yaxşı  olar  ki,  başlarını  bağlamır-
larsa,  heç  olmasa  küçə  qadınlarından  fərqlənən  (bədə-
ninin müəyyən yerləri görünməyən) paltar geyinsinlər. 
 
Haqqı tələb edənlər özləri HAQQA  
boyun əyməlidirlər
 
Son  dövrlər  insanlarımızda  müşahidə  edilən  neqa-
tiv  əlamətlərdən  biri  də  çoxluğun  verdiyi  sözə  (vədə, 
əhdə) əməl etməmələridir. Yəni, insanlar etməyəcəkləri 
bir şeyi çox məsuliyyətsizcəsinə vəd edib, boyunlarına 
götürürlər. Sabah həmin əhdə (verdikləri sözə) əməl et-
məyərək  çox  böyük  günaha  yüklənirlər  (!).  Beləliklə, 
insanlarımızın  böyük  əksəriyyəti  cahillikləri  ucbatın-
dan  özlərini  günaha  yükləyirlər  və  Allahın  qəzəbinə 
gətirirlər. Çünki vəd barəsində Allah xüsusi ayə göndə-
rib və verdiyimiz sözə görə bizim sorğu-sual olunaca-
ğımızı bildirib: 
“Əhdə  vəfa edin! Çünki insan əhd barəsində  (tək 
söz verdiyi adama deyil, həm də) Allah qarşısında ca-
vabdehdir”. “Quran”, 17:34. 
Təcrübə göstərir ki, hansı qövm yolun azarsa, pər-

G İ Z L İ   E L M L Ə R  
 
131
dələri  aradan  götürərsə,  ona  müxtəlif  bəlalarla  yanaşı, 
həm də qəddar, insafsız başçılar qismət olar. Allah bu 
cür rəhbərlərin əlilə həmin milləti cəzalandırar. Həm də 
belə rəhbərlərin ayağı ilə ölkədən xeyir-bərəkət çəkilər, 
yoxsulluq, səfalət, aclıq baş alıb gedər: 
“Beləliklə, hər bir obanın günahkarlarını oranın 
başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər 
məkrlə  məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı 
məkr edərlər, lakin (bunun)  fərqinə varmazlar”.  “Qu-
ran”, 10:123. 
unu dərk edən aqillər tövsiyə etmişlər ki, əgər 
zalım  bir  rəhbərlə  qarşılaşmısınızsa,  onu  də-
yişməyə  çalışmaqdansa,  özünüzü  dəyişin.  Çünki  “Qu-
ran”da  buyurulduğu  kimi,  hakimiyyət  Allaha  məxsus-
dur və onu istədiyi vaxt (millətin layiq olduğu forma-
da) dəyişməyə qadirdir. Deməli, yaxşı (insaflı, ədalətli) 
rəhbər arzulayan millət ilk növbədə öz əxlaqı və əməl-
lərilə buna layiq durumda olmalıdır! 
Müşahidələrimiz göstərir ki, millətimiz haqqı tələb 
etdiyi halda, özü Haqqa boyun əymir – bu və ya digər 
formada başqalarının haqqını tapdalayır (əziyyət verir). 
Odur ki, haqqı tələb edənlər özləri HAQQA boyun əy-
məlidirlər
 
 

Paşa Yaqub 
 
132
 
 
CAHİL İNSAN KAL ƏNCİR KİMİDİR –  
DİYİRLƏNİB KÖKÜNDƏN UZAQLAŞAR 
 
uxarıdakı yazımızda cəmiyyətdə gedən mənə-
vi  aşınma,  çürümə  prosesini  narın  çürüməsi 
ilə  müqayisə  etdik.  Bildiyimiz  kimi,  cəmiyyətin 
çürüməsi,  mənəvi  aşınma  ilk  növbədə  gənclərə  təsir 
edir  və  onların  yetkinləşməsinə  mənfi  təsir  göstərir. 
Son dövrlər gənclərin milli-mənəvi dəyərlərdən sürətlə 
uzaqlaşması  və  Avropanın  parıltılı  həyatına  meyillən-
məsi də məhz bununla əlaqədardır. 
Bunu əncir ağacının meyvələri ilə müqayisə etmək 
olar. Belə ki, əncirin üstündəki meyvələr həm kal, həm 
də dəymiş olarkən tökülürlər. Fərq ondadır ki, yetişmiş 
əncirlər  ağacın  kökünə  düşüb  orada  öz  toxumları  ilə 
yenidən cücərdiyi halda, kal meyvələr tökülərkən diyir-
lənib  ağacın  kökündən  uzaqlaşırlar.  Ətrafımızdakı  in-
sanlara dərindən nəzər salsaq, eyni mənzərəni görərik: 
yetkin  insanlar  əslinə,  kökünə,  milli  dəyərlərə  sadiq 
qaldıqları  halda,  cahillər  bütün  bu  dəyərlərdən  nəinki 
uzaqlaşırlar,  hətta  dəyərlərə  qarşı  mübarizə  aparmağa 
başlayırlar.  Nəticədə  mənəvi  aşınma  sürətlənir  və  cə-
miyyət çürüməyə doğru gedir. 
Elmi-lədun  araşdırmalarımız  göstərir  ki,  bütün 
bunlar təsadüfən baş verməyib, məqsədyönlü siyasətin 
nəticəsidir.  Bu  siyasət  dünyaya  sahiblənmək  istəyən 
Y

G İ Z L İ   E L M L Ə R  
 
133
masson lojaları tərəfindən yönləndirilir. Bu gün dünya-
nı əslində mafiyalar idarə edirlər; olkələrdəki hakimiy-
yətlər hər biri bu mafiya zəncirinin bir həlqəsidir. On-
lar  ən  böyük  zərbəni  xalqın  mənəviyyatına,  əxlaqına 
vururlar.  Bunu  da  KİV  vasitələri  ilə  həyata  keçirirlər. 
Belə  ki,  televiziyalarda,  qəzetlərdə,  saytlarda  əxlaqsız 
müğənniləri  və  s.  bu  qəbildən  olanları  önə  çıxararaq, 
insanların  gözünə  soxmaqla,  pozğunluğu  təbliğ  edən 
serial  və  filmləri  nümayiş  etdirməklə  insanların  tərbi-
yəsinə, əxlaqına sağalmaz yaralar vururlar. Əxlaqı po-
zuq insanlar isə, o qədər cılızlaşar ki, öz dəyər-qiymət-
ni  bilməz  və  heç  vaxt  böyük  ideyalar,  amallar,  bəşəri 
dəyərlər  uğrunda  mübarizə  aparmazlar  (indiki  kimi). 
Belə insanlar özlərini çox ucuz satarlar ki, bu da mas-
sonlara  sərf  edən  bir  vəziyyətdir.  Bütün  bunlara  görə 
bu gün Azərbaycanda əxlaq faciəsi hökm sürür... 
nu da qeyd edək ki, dünyanı yönləndirən ma-
fiyalar  (massonlar)  demokratiyanı,  haqq-əda-
ləti  ancaq  avropalılar  üçün  nəzərdə  tutublar.  Onlar 
Azərbaycana  və  digər  şərq  ölkələrinə  ancaq  xammal 
bazası  kimi  baxırlar.  Ona  görə  də  bu  cür  dövlətlərə 
sözəbaxan, özlərinə tabe olan rəhbərlər təyin edib, on-
ların əli ilə sərvətləri talamaqla məşğuldurlar. 
Taladıqları haram sərvətlərdən kiçik bir hissəni də 
həmin  dövlətlərin  siyasi  cəhətdən  fəal  kəsiminə  qrant 
adı  ilə  ötürürlər  ki,  onlar  səslərini  kəssinlər  və  xalq 
üçün yalançı bir ümid yerinə çevrilsinlər. Siyasi parti-
yaların qorunub saxlanması ölkədə yalançı bir demok-

Paşa Yaqub 
 
134
ratiya  imici  yaradır.  Həm  də  xalqın  fəal  hissəsi  başqa 
ideyalar (İslam və s.) ətrafında birləşməyə meyl etmir-
lər. Hamı ümidini siyasi təşkilatlara bağlayır. Beləliklə, 
millətin ümidlərini də nəzarət altında saxlayırlar. 
Onu  da  bilməliyik  ki,  siyasi  partiyalara  qrant  ayı-
ran fondların bəzilərinin rəhbərləri Dünyada qadın tica-
rətinə rəhbərlik edirlər. Belə çirkli pulların bir hissəsini 
də  Azərbaycandakı  siyasi  hərəkatlara  ötürdüklərinə 
görə buradakı xalq hərəkatı haramlaşdı, çirkaba bulaş-
dı. Massonlar bunu qəsdən etdilər. Çünki, onlar bilirlər 
ki,  müqəddəs  ideyaların  qarşısını  almağın  əsas  yolu 
onu haramlaşdırmaq, çirkaba batırmaqdır. Ona görə də 
son dövrlər aparılan mübarizələr heç bir effekt vermir. 
raşdırmalarımız göstərir ki, cəmiyyəti mənəvi 
cəhətdən  aşındıran,  çürüdən  səbəblərdən  biri 
də qanunların düzgün tərtib edilməməsidir; yəni, yara-
dılış qanunları ilə uzlaşdırılmamasıdır. Belə ki, qanun-
verici  orqanlarımız  heyvanlar  haqqında  qanun  qəbul 
edərkən,  onların  bütün  xüsusiyyətlərini  (balalama 
dövrü, ovlanma dövrü və s.) nəzərə aldıqları halda, in-
sanlar  üçün  qəbul  etdikləri  qanunda  bu  xüsusiyyətlər 
nəzərə alınmır. Belə ki, bildiyimiz kimi, bütün dövrlər-
də və cəmiyyətlərdə qadınların sayı kişilərinkindən da-
im üstün olur. Bundan əlavə isə, qadın cinsindən olan-
lar 15 yaşdan sonra yetkinliyə çatırlar və ailə qurmağa 
can atırlar (və yaxud bioloji tələbatlarını ödəməyə me-
yilli olurlar). Qadınlarda hətta 70-80 yaşda da ailə qur-
maq şansı yaranarsa, bu onlarda problem yaratmır (fizi-
A

G İ Z L İ   E L M L Ə R  
 
135
ki cəhətdən buna qadir olurlar). Kişilərdə isə, belə de-
yildir. Onlar adətən 20 yaşdan sonra ailə qurmağa meyl 
edirlər  (əgər  maddi  imkanları  yol  verirsə).  60  yaşdan 
sonra isə, kişinin ailə qurması fiziki cəhətdən nadir hal-
larda  mümkün  olur.  Bütün  bu  və  digər  (kişilərin  ruzi 
dalınca səfər etmələri, hərbiyə və s. getmələri) faktları 
nəzərə alanda görürük ki, bütün cəmiyyətlərdə ailə qur-
maq  istəyən  qadınlarla  kişilər  (tələblə  təklif)  arasında 
ən azı üç-dörd dəfə fərq olur. Yəni, ailə qurmağa qabil 
olan hər bir kişiyə azı 3-4 qadın düşür. Məhz buna görə 
də  hər  şeyi  qabaqcadan  görən  və  problemləri  nəzərə 
alan  Rəbbim  bir  kişiyə  zərurət  yaranarsa,  dördə  qədər 
qadınla evlənməyə icazə verir: 
“... Sizə halal olan (bəyəndiyiniz) qadınlardan iki, 
üç və dörd nəfərlə nikah bağlayın!  Əgər onlarla əda-
lətlə dolanmağa  əmin deyilsinizsə, o halda təkcə bir 
nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlə-
nin. Bu, ədalətli olmağa daha yaxındır”.  “Qadınlar” 
surəsi, 3-cü ayə. 
İndi  gəlin  görək  qanunverici  orqanlar  bu  yaradılış 
qanunlarını  nəzərə  alırlarmı?  Nəzərə  alsaydılar,  hər 
halda cəmiyyətimizi çürüdən hallar (fahişəlik, zinakar-
lıq, qadın ticarəti və s.) bugünkü kimi tüğyan etməzdi. 
xucuda  haqlı  sual  yaranacaq  ki,  parlamentlər 
niyə  insanlar  haqqında  qanun  qəbul  edərkən 
onların bioloji xüsusiyyətlərini nəzərə almırlar? Alma-
yanda bu cür pozğun həyatla qarşılaşırıqsa, bəs alsalar 
nə baş verərdi? 

Paşa Yaqub 
 
136
Araşdırmalarımız  göstərir  ki,  bu  gün  dünyada  qa-
dın ticarətinə nəzarət edənlər Avropada oturan və bey-
nəlxalq fondlara rəhbərlik edənlərdir. Onlar demokrati-
ya adı altında ikinci, üçüncü qurup ölkələrin parlament 
seçkilərinə qrant ayırmaqla, yaxud öz nüfuzlarından is-
tifadə edərək birbaşa idarəçilərə təsir etməklə, qanunla-
rın  yaradılış  qanunları  (insanın  bioloji  xüsusiyyətləri) 
ilə uzlaşdırılmasına heç vəchlə imkan vermirlər. Çünki 
bu  halda  “tələblə  təklif”  bərabərləşər,  qadın  artıqlığı 
yaranmaz. Beləliklə də dünyada qadın ticarətinə böyük 
zərbə  dəyər  (qadınların  sayı  artıq  olmasa  və  onlar  öz 
tələbatlarını ödəməyə yollar axtarmasalar, qadın ticarə-
tinə də şərait yaranmaz). 
eç öz-özünüzə sual vermisinizmi niyə Avropa 
və oradan yönləndirilən (təsir dairəsində olan) 
dövlətlərin qanunlarında bir kişinin saysız-hesabsız qa-
dınlarla (yaxud qadının çoxlu kişilərlə) qeyri-rəsmi şə-
kildə (vətəndaş nikahı adıyla)  birgə yaşamasıına icazə 
verildiyi halda, niyə rəsmi (qeydə alınmış) şəkildə buna 
icazə verilmir? Bu, ona bənzəmirmi ki, ağacdakı mey-
vəni  oğurluq  yeyə  bilərsən,  amma  icazəli  (halal)  yeyə 
bilmərsən (?). Bu, anormallıq deyilmi? 
Niyə belə edirlər? 
Səbəbi odur ki, əgər buna rəsmi icazə verilərsə, be-
kar (ərsiz) qadınların sayı azalar və bu da qadın ticarə-
tinə, qadın alverinə zərbə vurar (!). İndi sizə aydın ol-
dumu ikinci, üçüncü qrup ölkələrə öz fərdi fondundan 
milyardlarla  pul  buraxan  adamlar  bu  pulu  haradan  və 
H

G İ Z L İ   E L M L Ə R  
 
137
necə qaytarırlar? Məhz QADIN TİCARƏTİNDƏN! 
Bu gün biz (və bir çox cəmiyyətlər) bunun acılarını 
yaşamaqdayıq. Cəmiyyətimiz çürüyür və o, bu gün əx-
laq  faciəsi  ilə  üzləşib.  Qadınlarımız  rəsmi  şəkildə  ailə 
qurmaqda  çətinlik çəkdiklərindən, öz bioloji tələbatla-
rını qeyri-rəsmi (zinakarlıqla) ödəmək məcburiyyətində 
qalırlar. Bu da qorxuya, stresə, əsəb gərginliyinə və bir 
çox xəstəliklərin yaranmasına, cəmiyyətin pozulmasına 
gətirib çıxarır... 
mma,  insanlarımız  (əsasən  də  qadınlarımız) 
nəzərə  alsınlar  ki,  Allah  hər  bir  çətinlikdən 
çıxmaq üçün yollar qoyub. Yəni, sizin bəyəndiyiniz ki-
şilə  nikahınıza  dövlət  qanunları  rəsmi  icazə  vermirsə 
(qeyri-rəsmi əlaqəyə icazə verir), onda heç olmasa, əla-
qənizi Allahın Kitabına uyğun qurun: (ən azı) dörd nə-
fər  etibarlı  şahid  tutun  və  onların  qarşısında  ər-arvad 
olduğunuzu elan edin və üzərinizə şəriətə müvafiq ər-
arvadlıq məsuliyyəti götürün. Bu cür nikahı dövlət ta-
nımasa da, heç olmasa Allah dərgahında qəbul ediləcək 
və siz bir-birinizə halal olacaqsınız. Bu, nə qədər yaxşı 
olmasa da hər halda zinakarlıqdan, günaha batmaqdan, 
yalançı  siğədən,  qorxu  və  həyəcan  keçirməkdən  çox 
yaxşıdır. Həm də yaşadığımız cəmiyyəti (gəmini) aşın-
madan və çürümədən qorumuş olarıq. 
“... İçərinizdən iki ədalətli şahid tutun. Siz də, ey şa-
hidlər! Allah üçün doğru şahidlik edin! Bununla Allaha 
və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. 
Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış 
yolu əta edər”. “Quran”, “Boşanma” surəsi, 2-ci ayə. 

Paşa Yaqub 
 
138
 
 
Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin