BAR VERƏN AĞAC ƏKİN
“Biz onların (kafirlərin) yurdunu viran qoyub, ye-
rində yulğun bitirərik”. "Quran".
qil insanlar həmişə bar verən ağac əkərlər ki,
gələcək nəsillər onların zəhmətindən fayda
görsünlər və onlara rəhmət oxusunlar.
Cahillər isə, bunun fərqinə varmazlar, barsız ağac
əkərlər. Bu da onların paxıllığını, qəlbi darlığını büruzə
verər. Yəni, cahillər istəməzlər ki, əkdikləri ağacın
meyvəsini gələcəkdə kimsə yesin.
Son dövrlər küçələrə həmişə barsız ağaclar əkilir.
Ən pisi də odur ki, enliyarpaqlı yox, iynəyarpaqlı ağac-
lar əkirlər. Bu ağacların ətrafa nə qədər neqativ enerji
ötürdüyünü bilsəniz, heç buralarda yaşamaq istəməzsi-
niz. Bunu öz üzərinizdə aydın hiss etmək istəyirsinizsə,
iynəyarpaqlı ağacın (el arasında bunlara “yolka” deyir-
lər) kölgəsində olan kafedə oturub bir çaynik çay için.
Özünüzdə baş ağrısı, yorğunluq hiss edəcəksiniz. Enli-
yarpaqlı ağacların kölgəsi isə, əksinə, yorğunluğu çıxa-
rır, insana rahatlıq gətirir. Meyvə ağacının kölgəsində
isə, daha xoş əhval-ruhiyyə hiss etmək mümkündür.
Bunu onunla müqayisə etmək olar ki, küçədə bəzi
adamlar qarşımıza çıxanda əhvalımız korlanır (baxma-
yaraq ki, onların bizə bir pisliyi keçməyib), bəzi adam-
lardan isə, bizə xoş əhval gəlir (onların bizə yaxşılığı
A
G İ Z L İ E L M L Ə R
139
dəyməsə də). Ağaclar da belədir – bəzilər xoş təsir et-
dikləri halda, digərləri (iynəyarpaqlılar) neqativ təsir
edir.
Bu hal kimyəvi elementlərdə də özünü büruzə verir.
Belə ki, dövri cədvəldəki elementlərdən çoxu ikili xassə-
yə malikdirlər – qarşılaşdıqları elementdən aslı olaraq
gah mənfi, gah da müsbət xassə nümayiş etdirirlər.
Qeyd edim ki, insanlarda, bitkilərdə və kimyəvi
elementlərdə müşahidə olunan bu xüsusiyyət heyvan-
larda da özünü qabarıq büruzə verir. Məsələn, yolda
gedərkən qarşımıza bir ceyran, yaxud maral şıxsa necə
sevinəriksə (baxmayaraq ki, onlardan bizə maddi fayda
gəlməyəcək), ilan, yaxud vəhşi heyvan çıxsa o qədər
qorxub, narahat olarıq...
rabir Bakı kəndlərinə yolum düşəndə yol qıra-
ğında tikilmiş zəngin imarətlərin həyətlərinə
gözucu nəzər salıram; böyük əksəriyyətinə iynəyarpaq-
lı ağaclar əkiblər. Onları görəndə heyrətdən donub qalı-
ram: insan bu qədər xərc çəkib torpaq alıb, imarət tik-
dirib, həyətinə 5-6 meyvə ağacı əkmir ki, gələcəkdə
kimsə ondan üzüb yeyəndə könülləri xoş olsun və əkə-
nə rəhmət oxusunlar...
Barsız ağaclar əkirlər, sonra da gedib marketdən si-
çan, əqrəb, donuz geni daşıyan meyvələri alıb gətirib
övladlarına yedizdirirlər. Dərk etmirlər ki, o meyvələri
yeyən uşaqlar tədricən valideynlərinin yox, meyvədəki
heyvan genlərinin daşıyıcısına çevrilirlər...
A
Paşa Yaqub
140
Ölüsünə ehsan vermək istəyən 12 ədəd
meyvə ağacı əksin
eyvə ağacından söz düşmüşkən, ölüsü üçün
ehsan vermək istəyənlərə tövsiyə olunur ki,
mərhumun ehsanı üçün 12 ədəd meyvə ağacı əksinlər.
Ölən adamın varisləri o ağaclara ehtiramla yanaşsınlar
və qulluq etsinlər. Ağacların meyvələrini hər il yetim-
lərə və imkansızlara paylayıb, ölən adam üçün dua et-
mələrini xahiş etsinlər. Onların hər il etdikləri dualarla
ölən adamın günahları ya tamam, ya da qismən bağış-
lanır (çünki, valideyn dünyasını dəyişsə də, övladların
etdikləri yaxşı əməllər onun əməl dəftərinə yazılır və
savab qazandırır).
Ölən adam əgər çoxlu var-dövlət qoyub gedibsə,
ölən günü həmin var-dövlətdən 40 yetimi doyuzdur-
maq tövsiyə olunur (və yaxud, heyvan kəsib, 40 yeti-
min evinə pay göndərmək olar).
Mərhumun ilində isə, yeddi yetim doyuzdurmaq
tövsiyə olunur.
Mərhum yuxunuza girirsə, üç yetim doyuzdurun.
Söz ardı: ancaq yetimlərə (və yoxsullara) verilənlər
Allah dərgahında ehsan olaraq qəbul edilir.
M
G İ Z L İ E L M L Ə R
141
QURANIN BAĞLI
AYƏLƏRİNİN
SİRLƏRİ
Elmi-lədun işığında
Paşa Yaqub
142
“QURAN”IN BAĞLI AYƏLƏRİNİ
DƏRK ETMƏK MÜMKÜNDÜR
uran”da 30 mütəşabih (bağlı, mənası bilin-
məyən) ayə vardır ki, bugünədək mənası
açılmamışdır. Bu haqda Rəbbim belə buyurur:
“Sənə Kitabı nazil edən Odur. Onun (Kitabın) bir
hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qis-
mi isə, mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilin-
məyən) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olan-
lar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək
məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar).
Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan
(yaxud Allahın elm bəxş etdiyi şəxslərdən) başqa heç
kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara
iman gətirdik, onların hamısı Rəbbimizin dərgahından-
dır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk
edərlər”. "Quran", “İmran Ailəsi” surəsi,7-ci ayə.
“Quran”ın bağlı ayələrindən bəhs edən bu kəlam-
lardan məlum olur ki, onların mənasını Allah və bir də
Onun Özünün elm bəxş etdiyi şəxslər (elmi-ladun sa-
hibləri) anlayarlar. Yəni, o şəxslər ki, onlar elmi birba-
şa Rəbbimin Özündən vəhy yolu ilə qəbul etmişlər.
Qeyd edim ki, bağlı ayələr “Quran”ın iyirmi doqquz
surəsinin başlanğıcında gəlmişdir. Bunu nəzərə alıb,
“Q
G İ Z L İ E L M L Ə R
143
“Quran”ın 29-cu surəsindən başlayaraq, müqəddəs ki-
tab üzərində belə bir riyazi gəzişmə edək:
29-cu surə 69 ayədir;
69-cu surə 52 ayədir;
52-ci surə 49 ayədir;
49-cu surə 18 ayədir;
18-ci
surə 110 ayədir;
110-cu surə 3 ayədir.
3-cü surə...
Beləliklə, gəlib çıxdıq mütəşabih (bağlı) ayədən
bəhs etdiyimiz 3-cü ("İmran ailəsi") surəyə. Və bura
qədər bir-birinə riyazi yolla bağlanan yeddi surə gəldik.
unu nəzərə alıb, 3-cü (!) surənin 7-ci (!) ayəsi-
nə baxsaq, mütəşabih ayələrdən bəhs edən yu-
xarıdakı ayənin üzərinə gəlib çıxdığımızı görərik:
“Sənə Kitabı nazil edən Odur. Onun (Kitabın) bir
hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qis-
mi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilin-
məyən) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə)
olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna ver-
mək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olar-
lar). Halbuki onların yozumunu (həqiqi mənasını) Al-
lahdan (yaxud Allahın elm bəxş etdiyi şəxslərdən) baş-
qa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz on-
lara iman gətirdik, onların hamısı Rəbbimizin dərga-
hındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar
B
Paşa Yaqub
144
dərk edərlər”. Quran, “İmran Ailəsi” surəsi, 7-ci ayə.
Bu, həm də onu sübut edir ki, insan beyninin məh-
sulu olmayan bu riyazi gedişlə həmin ayənin üzərinə
gəlib çıxan adam, elə həmin ayədə xəbər verilən elm
verilmiş adamdır ki, mütəşabih ayələri dərk edə bilir
(bu riyazi gedişə ağılla fikir versək, bunun insan beyni-
nin məhsulu olmadığını, yalnız Allahdan vəhy, elm qə-
bul etməklə mümkün olduğunu dərk edərik).
mma, təəssüf ki, bu gün yaşadığımız cəmiyyət
Allahdan vəhy, yaxud elm qəbul etməyin
mümkünlüyünü həzm edə bilmir. Bu da imanın azlığı,
yarımçıqlığı ilə əlaqədardır. İndi mütəşabih ayələri
dərk etməklə bağlı təqdim edəcəyimiz bir hesablama
(riyazi gediş) Allahdan bu gün də vəhy qəbul etməyin
mümkünlüyünü ağıl sahiblərinə sübut edəcəkdir.
Bağlı ayələrin niyə məhz iyirmi doqquz surənin əv-
vəlində gəlməsinin mənası isə, bu ədədin keçən yazıla-
rımda qeyd etdiyim kimi, həm Yer kürəsinin, həm də
qiyamətin rəmzi olmasıdır. Belə ki, Yerin 29 faizi qu-
rudur. Həmçnin, 29-cu surə 69 ayədən ibarətdir və 69-
cu surə də “Haqq olan qiyamət” adlanmaqla, qiyamət
rəmzi sayılır. Buradan aydın olur ki, bu iki ədəd bir-bi-
rinə bağlı ədədlərdir.
İndi isə, “Quran”dakı mütəşabih ayələrdən birinin
hikmətlərinə nəzər salmağa çalışaq.
Yaradıcılığımı izləyənlər bilirlər ki, son 20 ildə
Yerdə baş verən qiyamət əlamətlərini, təyyarə və enerji
qəzalarını elmi-ladun üsulu ilə tədqiq edirəm (tədqiqat-
A
G İ Z L İ E L M L Ə R
145
larımın nəticələrini bir neçə kitabımda və məqalələrim-
də, həmçinin burada tirajlamışam).
“ƏLİF, LAM, MİM, SAD” bağlı ayəsi
enerjiyə işarədir.
Bu əsrdə baş verən və bir neçə ölkəni qaranlığa
qərq edən enerji qəzalarını araşdırarkən, diqqəti çəkən
ən maraqlı məqam onların “Quran”ın bağlı (mütəşabih)
ayələri ilə əlaqələnməsidir. İindiyədək bəzi sirləri aç-
mamaqçün onların bu məqamlarını şərh etməmişəm.
Yeri gəlmişkən, burada elə həmin gizli saxladığım mə-
qamlara aydınlıq gətirmək istəyirəm.
Belə ki, 2003-cü ilin 13 avqustunda Meksika, Ka-
nada və Amerikada baş verən, dünyanın hegemon
dövlətini bir həftə qaranlıqda qoyan müəmmalı enerji
qəzası yəqin ki, çoxlarınızın yadındadır. Həmin hadisə
baş verən gün elm və kamillik əsri olan XXI əsrin 955-
ci günü idi.
Maraqlıdır ki, elm mənbəyi olan “Quran”ın 955 ci
(!) ayəsi (başdan saydıqda) 7-ci surənin 1-ci (mütəşa-
bih) ayəsidir:
“ƏLİF, LAM, MİM, SAD”
Burada diqqət çəkən maraqlı məqam bağlı ayədə
hərflərin sayının 13 olmasıdır. Enerji qəzasının baş ver-
diyi tarix də 13-dür (13 avqust)!
Əvvəlki yazılarımda 13 ədədini təhlil edərkən, bu-
nun “Göy gurultusu” surəsinin sıra nömrəsi olmaqla, il-
Paşa Yaqub
146
dırıma, enerjiyə (!) bağlı olması haqda çoxsaylı faktlar
sadalamışdım.
Amerlkada baş verən enerji qəzasının baş verdiyi
günün və həmin günlə uzlaşan “Quran” ayəsinin nöm-
rəsinin 955 olduğunu nəzərə alıb, bu ədəddən “Qu-
ran”ın surələrinin (114) və səhifələrinin (286) sayını
çıxaq:
955 – 114 – 286 = 555
lınan 555 ədədi Quranda tövbə və cəza rəmzi
sayılır (555 ədədi barədə yazının əvvəlində
şərh vermişəm).
Yuxarıda bəhs etdiyim 955-ci (mütəşabih) ayənin
hikmətlərini daha dərindən dərk etmək üçün burada
hərflərin sayı olan 13 ədədinin digər mənalarına nəzər
salaq.
Bununçün, əvvəlcə 3-cü surənin 13-cü ayəsinə
(3:13) baxaq:
“İki dəstənin qarşı-qarşıya durması sizin üçün də-
lildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri
isə kafirlər idi (Möminlər 313 nəfər, kafirlər isə təqri-
bən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan
ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər (ya-
xud kafirlər möminləri iki özləri qədər, yəni təxminən
iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq,
yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Al-
lah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki,
A
G İ Z L İ E L M L Ə R
147
bu bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan)
ötrü bir ibrət dərsidir”. “Quran”, 3:13
313 nəfərdən bəhs edən əhvalatın məhz 3-cü surə-
nin 13-cü ayəsində getməsi təsadüf sayıla bilməz (Qu-
ran məntiqinə görə həyatda təsadüf yoxdur).
Rəqəmlər üzərində tədqiqat aparan rəssam dostum
Həmid Məhərrəmovun bu günlərdə 13 rəqəmi ilə bağlı
mənə yazdığı bir hikməti də burada qeyd etməyim yeri-
nə düşər: “1” rəqəmi ərəbcə “Əlif”ə, 3 rəqəmini isə çe-
virəndə “lam”a bənzəməklə, ərəbcə bu ədəd (13 yaxud
313) “Allah” sözünün bənzəridir (bax: Allah sözünün
ərəbcə yazılış formasına).
Hesablamalarımız göstərir ki, 2003-cü ilin 13 av-
qustunda (əsrin 955-ci günü) Amerka kimi dünya hege-
monu olan bir dövlətin (və onun ətrafındakı dövlətlə-
rin) işığını bir həftəlik söndürməklə, Rəbbim həmin
dövlətlərin rəhbərlərinə və sakinlərinə, onların simasın-
da bütün bəşəriyyətə tövbə edib, doğru yola qayıtmaq
üçün mesaj verirdi. Bu kodlaşdırılmış xəbərdarlığa mə-
həl qoymamağın nəticəsidir ki, bu gün dünyada fəla-
kətlərin ardı-arası kəsilmir.
Təəssüf, heç kəs düşünmür ki, bu gün televiziya-
dan izlədiyi mikro qiyamət sabah onun yaşadığı yerdə
də baş verə bilər! Bundan sığortalanmaq üçün mütləq
tövbə etməli və Allahın qoyduğu yolla getməlidir. Bizə
məlumdur ki, bu əsrdə baş verəcək böyük qiyamətdən
qabaq lokal (mikro) qiyamətlər baş verəcək ki, bununla
da Yer kürəsi indiki murdarlıqlardan təmizlənərək,
Paşa Yaqub
148
özünün kamillik dövrünə qədəm qoyacaqdır.
Rəbbim yaratdığı bəndələrin hamısının bu kamillik
dövründən bəhrələnməsini istəyir. Ona görə də bən-
dələrini xəbərdar edir ki, bəla gəlməzdən öncə tövbə
etsinlər və qiyamət günü Allahın hüzuruna üzüağ get-
sinlər:
“Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əza-
bının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin
gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əla-
mətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya
imanından bir xeyir qazanmamış şəxsə sonrakı imanı
heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də
gözləyirik!” Quran, 6:158.
Ümid edirik ki, bu hikmətləri dərk edərək, insanlar
tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa rəzalə-
tə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortala-
nacaqlar.
G İ Z L İ E L M L Ə R
149
QƏDR GECƏSİNDƏKİ RİYAZİ
QANUNAUYĞUNLUQ
ildiyimiz kimi, Yerə endirilən dörd səmavi ki-
tabın - Tövrat, Zəbur, İncil, Quran - hamısı
Ramazan ayında nazil olub. Bu barədə "Quran"da belə
buyurulur:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil et-
dik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi
min aydan daha xeyirlidir! O gecə mələklər və ruh
(Cəbrayıl) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə
enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) sa-
lamatlıqdır!” “Qədr” surəsi, 1-5-ci ayələr.
Elmi-lədun araşdırmalarımız göstərir ki, "Quran"ın
düzülüşündə böyük bir riyazi dəqiqlik vardır. Yəni, su-
rələrin və ayələrin nömrələnməsi təsadüfi olmayıb, sirli
bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq
özünü “Qədr” surəsində və Qədr gecəsinin ehtimal
olunduğu Ramazan ayının dörd (əhya adlanan) gecələ-
rində də büruzə verir.
Belə ki, "Quran"ın “Qədr” surəsi 97-ci surədir və 5
ayədən ibarətdir.
Bunu nəzərə alıb, 97-ni 5-ə bölsək, 19 alınır və 2
qalıq qalır.
Qədr gecəsinin ehtimal olunduğu (gizləndiyi) Əhya
gecələri isə, 19-dan başlamaqla, bunlardır:
19; 21; 23; 25.
B
Paşa Yaqub
150
Maraqlıdır ki, bunların hər birinin üzərinə qalıqdakı
2-ni əlavə etdikdə, növbəti əhya gecəsinin tarixi alınır:
19 + 2 = 21;
21 + 2 = 23;
23 + 2 = 25;
25 + 2 = 27.
“Hər gecəni qədr bil”
eri gəlmişkən, xalq arasında işlənən “Hər ge-
cəni Qədr bil; hər gələni Xızır bil” məsəlinin
də böyük bir fəlsəfi mənası vardır. İnsan hər gecə elə
ibadət etməlidir ki, sanki Qədr gecəsi ibadət edir. Nə
bilmək olar, bəlkə elə bu gecə onun duası qəbul olacaq.
Ümumiyyətlə, insanın duası hansı gecə qəbul olunarsa,
onun üçün həmin gecə elə Qədr gecəsi kimidir.
Məsəlin ikinci hissəsində işlənən “Hər gələni Xızır
bil” ifadəsinə gəldikdə isə, burada da böyük bir məna
vardır. Belə ki, qapımıza gələn, yaxud qarşımıza çıxan
tanımadığımız adamla hörmətlə davranmalıyıq. Nə bil-
mək olar, bəlkə elə Xızır Əleyhissalamdır, bizi sınama-
ğa gəlib? Yaxud, bu şəxsin Allah yanındakı hörməti,
dərəcəsi peyğəmbərlərin hörməti qədər yüksəkdir.
Bütün bunları nəzərə alan ata-babalarımız bizlərə tanı-
madığımız adamlara qarşı ehtiyatlı olmağı və nəzakətlə
davranmağı öz məsəlləri ilə tövsiyə etmişlər.
Y
G İ Z L İ E L M L Ə R
151
“And olsun ki, Biz Quranı (ondan) ibrət almaq
(öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq.
Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən)
varmı?!” “Ay” surəsi, 17-ci ayə.
Paşa Yaqub
152
BELƏ ETSƏNİZ, VƏHY QƏBUL
EDƏRSİNİZ
“... Səni də yalnız (möminlərə) müjdə verən və
(günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”.
“Quran”, 17:105.
lmi-lədun araşdırmalarımız göstərir ki, Pey-
ğəmbərlik haqqında Yer əhlinin təsəvvürləri
tamamilə yanlışdır. Öncə qeyd edək ki, Peyğəmbərlik
kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə
görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bil-
məz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan iradə
və cəsarət tələb edir.
İnsan hər hansı bir məqama layiq olarsa, Allah o
məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda əda-
lətsizlik olardı ki, bu da ədalət sahibi olan Allaha ya-
raşmaz.
Biz bir məqama layiq deyiliksə, bu, o demək deyil
ki, başqaları da o məqama layiq deyillər və yüksələ bil-
məzlər! Bu, ona bənzəyir ki, abituriyent universitetə
qəbul olmaq üçün lazım olan balı toplaya, amma, ona
deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmu-
san, filan millətdənsən, sənə olmaz. Belə ədalətsizliyi
Allahdan gözləyirsinizmi? Şəxsən mən gözləmirəm və
bunun belə olmadığını da dəqiq bilirəm!
E
G İ Z L İ E L M L Ə R
153
Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiklərini
etdik, onların əxlaqına, imanına, səxavətinə sahib ol-
duq, Allah bizi onların məqamına yüksəltmədi?
İş burasındadır ki, biz peyğəmbərlərin əməllərini
təkrarlamırıq, bir-birimizi istismar edirik və topladığı-
mız haram pulla gedib Həcci ziyarət edirik ki, qayıdan-
da bizə "Hacı" deyib, hər yerdə başa keçirsinlər, sonra
da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına
yüksələ bilməz...
Quranda yüzlərlə ayə vardır ki, istənilən adamın
bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə
işarə verilir:
"Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrin-
dən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları
(əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan on-
lara) bildirin: “Məndən başqa heç bir Tanrı yoxdur.
Məndən qorxun!” “Bal arısı” surəsi, 2-ci ayə.
Bu və digər ayələrdə Allah-taala istədiyi bəndəsinə
vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xə-
bərverən (carçı) seçə biləcəyinə açıq-aşkar işarə verir.
İstəyirsiniz "Quran"ı dərk etməyin və Peyğəm-
bərlik məqamına yüksəlməyin sirrini sizə açım:
- İndiyədək etdiyiniz günahlara görə tövbə edin;
- Təkəbbürdən və lovğalıqdan uzaq olun,
- Sadə həyat tərzi keçirin;
- Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol
göstərməyə çalışın və özünüz buna nümunə olun;
Paşa Yaqub
154
- Əxlaqınızı saflaşdırın və Qurana uyğunlaşdırın;
- "Quran"ı oxuyarkən orada mötərizə arasında (“Ya
Məhəmməd”, “Ya Peyğəmbər”) yazıldığını gördü-
yünüz zaman xəyalən mötərizə arasında öz adınızı tə-
səvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul
edin və onu yerinə yetirməyə çalışın;
- Quranda münafiqlərdən, kafirlərdən, zalımlardan
bəhs edərkən və tərcüməçilər mötərizə arasında VII əs-
rə aid adamların adını çəkdikcə, siz o adların yerində
tanıdığınız bu xarakterli adamların adını təsəvvür
edin (unutmayın ki, Yaradan "Quran"da Peyğəmbərə
deyil, oxucuya xitab edir. Bu kitab hansı dövrdə oxu-
nursa, o dövrə də aiddir.) Onda Quranı tam dərk edə-
cəksiniz və tanıdığınız yaxşı-pis bütün insanların ob-
razlarını bu kitabda görəcəksiniz.
Bir müddət belə ("Quran"ın buyurduğu kimi) yaşa-
dıqdan sonra, görəcəksiniz ki, “Quran”ın bütün ayələri-
ni vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil)
obrazlardan biri olduğunuza əmin olacaqsınız.
Bir məqamı da diqqətinizə çatdırım ki, Quran 114
surədən ibarətdir və sonuncu – 114-cü surəsi “İnsanlar”
adlanır. Deməli, 114 ədədi tək Quran rəmzi olmayıb,
həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitab-
da bütün növ insanların obrazları təsvir edilib. Bu ob-
razların hamısının (peyğəmbərlərin, fironların, nəmrud-
ların, kafirlərin, möminlərin...) prototipləri hər zaman
cəmiyyətdə görünüb, görünür və qiyamətədək də
görünəcək!
G İ Z L İ E L M L Ə R
155
Sual yaranır: "Quran"ı vəhy şəklində qəbul edən
Əhmədə niyə müqəddəs kitabda Məhəmməd deyə xitab
olundu?
Cavab budur: Nə qədər ki, kamilləşməmişdi, Əh-
məd idi; kamillik məqamına yüksəldikdən sonra artıq
Məhəmməd oldu.
Yəni, Məhəmməd obrazı "Quran"da kamillik sim-
voludur və Yer üzərində keçmişdə, indi və gələcəkdə
yaşamış və yaşayacaq bütün kamil insanları (peyğəm-
bərləri, imamları, övliyaları) özündə ehtiva edir.
Allah bu məqama yüksəlməyi hamıya nəsib etsin!
“Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə ve-
rənlər və (zalımları) qorxudanlar (xəbərdar edənlər)
olaraq göndərdik”. “Mağara” surəsi, 5.
Dostları ilə paylaş: |