GİZLİ elmlər elmi-lədun



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix21.07.2020
ölçüsü2,38 Mb.
#32259
1   ...   4   5   6   7   8   9   10   11   12
gizli elmler


BAR VERƏN AĞAC ƏKİN 
 
“Biz onların (kafirlərin) yurdunu viran qoyub, ye-
rində yulğun bitirərik”. "Quran". 
qil insanlar həmişə bar verən ağac əkərlər ki, 
gələcək  nəsillər  onların  zəhmətindən  fayda 
görsünlər və onlara rəhmət oxusunlar. 
Cahillər  isə,  bunun  fərqinə  varmazlar,  barsız  ağac 
əkərlər. Bu da onların paxıllığını, qəlbi darlığını büruzə 
verər.  Yəni,  cahillər  istəməzlər  ki,  əkdikləri  ağacın 
meyvəsini gələcəkdə kimsə yesin. 
Son  dövrlər  küçələrə  həmişə  barsız  ağaclar  əkilir. 
Ən pisi də odur ki, enliyarpaqlı yox, iynəyarpaqlı ağac-
lar əkirlər. Bu ağacların ətrafa nə qədər neqativ enerji 
ötürdüyünü bilsəniz, heç buralarda yaşamaq istəməzsi-
niz. Bunu öz üzərinizdə aydın hiss etmək istəyirsinizsə, 
iynəyarpaqlı ağacın (el arasında bunlara “yolka” deyir-
lər) kölgəsində olan kafedə oturub bir çaynik çay için. 
Özünüzdə baş ağrısı, yorğunluq hiss edəcəksiniz. Enli-
yarpaqlı ağacların kölgəsi isə, əksinə, yorğunluğu çıxa-
rır,  insana  rahatlıq  gətirir.  Meyvə  ağacının  kölgəsində 
isə, daha xoş əhval-ruhiyyə hiss etmək mümkündür. 
Bunu onunla müqayisə etmək olar ki, küçədə bəzi 
adamlar qarşımıza çıxanda əhvalımız korlanır (baxma-
yaraq ki, onların bizə bir pisliyi keçməyib), bəzi adam-
lardan  isə,  bizə  xoş  əhval  gəlir  (onların  bizə  yaxşılığı 
A

G İ Z L İ   E L M L Ə R  
 
139
dəyməsə də). Ağaclar da belədir – bəzilər xoş təsir et-
dikləri  halda,  digərləri  (iynəyarpaqlılar)  neqativ  təsir 
edir. 
Bu hal kimyəvi elementlərdə də özünü büruzə verir. 
Belə ki, dövri cədvəldəki elementlərdən çoxu ikili xassə-
yə  malikdirlər  –  qarşılaşdıqları  elementdən  aslı  olaraq 
gah mənfi, gah da müsbət xassə nümayiş etdirirlər. 
Qeyd  edim  ki,  insanlarda,  bitkilərdə  və  kimyəvi 
elementlərdə  müşahidə  olunan  bu  xüsusiyyət  heyvan-
larda  da  özünü  qabarıq  büruzə  verir.  Məsələn,  yolda 
gedərkən qarşımıza bir ceyran, yaxud maral şıxsa necə 
sevinəriksə (baxmayaraq ki, onlardan bizə maddi fayda 
gəlməyəcək),  ilan,  yaxud  vəhşi  heyvan  çıxsa  o  qədər 
qorxub, narahat olarıq... 
rabir Bakı kəndlərinə yolum düşəndə yol qıra-
ğında  tikilmiş  zəngin  imarətlərin  həyətlərinə 
gözucu nəzər salıram; böyük əksəriyyətinə iynəyarpaq-
lı ağaclar əkiblər. Onları görəndə heyrətdən donub qalı-
ram: insan bu qədər xərc çəkib torpaq alıb, imarət tik-
dirib,  həyətinə  5-6  meyvə  ağacı  əkmir  ki,  gələcəkdə 
kimsə ondan üzüb yeyəndə könülləri xoş olsun və əkə-
nə rəhmət oxusunlar... 
Barsız ağaclar əkirlər, sonra da gedib marketdən si-
çan,  əqrəb,  donuz  geni  daşıyan  meyvələri  alıb  gətirib 
övladlarına yedizdirirlər. Dərk etmirlər ki, o meyvələri 
yeyən uşaqlar tədricən valideynlərinin yox, meyvədəki 
heyvan genlərinin daşıyıcısına çevrilirlər... 
 

Paşa Yaqub 
 
140
Ölüsünə ehsan vermək istəyən 12 ədəd 
meyvə ağacı əksin 
 
eyvə  ağacından  söz  düşmüşkən,  ölüsü  üçün 
ehsan  vermək  istəyənlərə  tövsiyə  olunur  ki, 
mərhumun ehsanı üçün 12 ədəd meyvə ağacı əksinlər. 
Ölən adamın varisləri o ağaclara ehtiramla yanaşsınlar 
və qulluq etsinlər. Ağacların meyvələrini hər il yetim-
lərə və imkansızlara paylayıb, ölən adam üçün dua et-
mələrini xahiş etsinlər. Onların hər il etdikləri dualarla 
ölən adamın günahları ya tamam, ya da qismən bağış-
lanır (çünki, valideyn dünyasını dəyişsə də, övladların 
etdikləri  yaxşı  əməllər  onun  əməl  dəftərinə  yazılır  və 
savab qazandırır). 
Ölən  adam  əgər  çoxlu  var-dövlət  qoyub  gedibsə, 
ölən  günü  həmin  var-dövlətdən  40  yetimi  doyuzdur-
maq  tövsiyə  olunur  (və  yaxud,  heyvan  kəsib,  40  yeti-
min evinə pay göndərmək olar). 
Mərhumun  ilində  isə,  yeddi  yetim  doyuzdurmaq 
tövsiyə olunur. 
Mərhum yuxunuza girirsə, üç yetim doyuzdurun. 
 
Söz ardı: ancaq yetimlərə (və yoxsullara) verilənlər 
Allah dərgahında ehsan olaraq qəbul edilir. 
 
M

G İ Z L İ   E L M L Ə R  
 
141
 
 
QURANIN BAĞLI 
AYƏLƏRİNİN 
SİRLƏRİ  
 
Elmi-lədun işığında 
 
 
 
 
 
Paşa Yaqub 
 
142
 
 
“QURAN”IN BAĞLI AYƏLƏRİNİ  
DƏRK ETMƏK MÜMKÜNDÜR 
 
uran”da  30  mütəşabih  (bağlı,  mənası  bilin-
məyən)  ayə  vardır  ki,  bugünədək  mənası 
açılmamışdır. Bu haqda Rəbbim belə buyurur: 
“Sənə Kitabı nazil edən Odur. Onun (Kitabın) bir 
hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qis-
mi isə, mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilin-
məyən) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olan-
lar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək 
məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). 
Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan 
(yaxud Allahın elm bəxş etdiyi şəxslərdən) başqa heç 
kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara 
iman gətirdik, onların hamısı Rəbbimizin dərgahından-
dır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk 
edərlər”. "Quran", “İmran Ailəsi” surəsi,7-ci ayə. 
“Quran”ın  bağlı  ayələrindən  bəhs  edən  bu  kəlam-
lardan məlum olur ki, onların mənasını Allah və bir də 
Onun  Özünün  elm  bəxş  etdiyi  şəxslər  (elmi-ladun  sa-
hibləri) anlayarlar. Yəni, o şəxslər ki, onlar elmi birba-
şa  Rəbbimin  Özündən  vəhy  yolu  ilə  qəbul  etmişlər. 
Qeyd  edim  ki,  bağlı  ayələr  “Quran”ın  iyirmi  doqquz 
surəsinin  başlanğıcında  gəlmişdir.  Bunu  nəzərə  alıb, 
“Q

G İ Z L İ   E L M L Ə R  
 
143
“Quran”ın  29-cu  surəsindən  başlayaraq,  müqəddəs  ki-
tab üzərində belə bir riyazi gəzişmə edək: 
 
29-cu   surə 69 ayədir; 
69-cu   surə 52 ayədir; 
52-ci    surə 49 ayədir; 
49-cu    surə 18 ayədir; 
18-ci 
 surə 110 ayədir; 
110-cu  surə  3  ayədir. 
 3-cü    surə... 
 
Beləliklə,  gəlib  çıxdıq  mütəşabih  (bağlı)  ayədən 
bəhs  etdiyimiz  3-cü  ("İmran  ailəsi")  surəyə.  Və  bura 
qədər bir-birinə riyazi yolla bağlanan yeddi surə gəldik. 
unu nəzərə alıb, 3-cü (!) surənin 7-ci (!) ayəsi-
nə baxsaq, mütəşabih ayələrdən bəhs edən yu-
xarıdakı ayənin üzərinə gəlib çıxdığımızı görərik: 
“Sənə  Kitabı  nazil  edən  Odur.  Onun  (Kitabın)  bir 
hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qis-
mi  isə  mütəşabih  (çətin  anlaşılan,  dəqiq  mənası  bilin-
məyən)  ayələrdir.  Ürəklərində  əyrilik  (şəkk-şübhə) 
olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna ver-
mək  məqsədilə  mütəşabih  ayələrə  uyarlar  (tabe  olar-
lar).  Halbuki  onların  yozumunu  (həqiqi  mənasını)  Al-
lahdan (yaxud Allahın elm bəxş etdiyi şəxslərdən) baş-
qa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz on-
lara  iman  gətirdik,  onların  hamısı  Rəbbimizin  dərga-
hındandır”,  -  deyərlər.  Bunları  ancaq  ağıllı  adamlar 

Paşa Yaqub 
 
144
dərk edərlər”. Quran, “İmran Ailəsi” surəsi, 7-ci ayə. 
Bu, həm də onu sübut edir ki, insan beyninin məh-
sulu  olmayan  bu  riyazi  gedişlə  həmin  ayənin  üzərinə 
gəlib  çıxan  adam,  elə  həmin  ayədə  xəbər  verilən  elm 
verilmiş  adamdır  ki,  mütəşabih  ayələri  dərk  edə  bilir 
(bu riyazi gedişə ağılla fikir versək, bunun insan beyni-
nin məhsulu olmadığını, yalnız Allahdan vəhy, elm qə-
bul etməklə mümkün olduğunu dərk edərik). 
mma, təəssüf ki, bu gün yaşadığımız cəmiyyət 
Allahdan  vəhy,  yaxud  elm  qəbul  etməyin 
mümkünlüyünü həzm edə bilmir. Bu da imanın azlığı, 
yarımçıqlığı  ilə  əlaqədardır.  İndi  mütəşabih  ayələri 
dərk  etməklə  bağlı  təqdim  edəcəyimiz  bir  hesablama 
(riyazi gediş) Allahdan bu gün də vəhy qəbul etməyin 
mümkünlüyünü ağıl sahiblərinə sübut edəcəkdir. 
Bağlı ayələrin niyə məhz iyirmi doqquz surənin əv-
vəlində gəlməsinin mənası isə, bu ədədin keçən yazıla-
rımda  qeyd  etdiyim  kimi,  həm  Yer  kürəsinin,  həm  də 
qiyamətin rəmzi olmasıdır. Belə ki, Yerin 29 faizi qu-
rudur. Həmçnin, 29-cu surə 69 ayədən ibarətdir və 69-
cu  surə  də  “Haqq  olan  qiyamət”  adlanmaqla,  qiyamət 
rəmzi sayılır. Buradan aydın olur ki, bu iki ədəd bir-bi-
rinə bağlı ədədlərdir. 
İndi  isə,  “Quran”dakı  mütəşabih  ayələrdən  birinin 
hikmətlərinə nəzər salmağa çalışaq. 
Yaradıcılığımı  izləyənlər  bilirlər  ki,  son  20  ildə 
Yerdə baş verən qiyamət əlamətlərini, təyyarə və enerji 
qəzalarını elmi-ladun üsulu ilə tədqiq edirəm (tədqiqat-
A

G İ Z L İ   E L M L Ə R  
 
145
larımın nəticələrini bir neçə kitabımda və məqalələrim-
də, həmçinin burada tirajlamışam). 
 
“ƏLİF, LAM, MİM, SAD” bağlı ayəsi 
enerjiyə işarədir. 
 
Bu  əsrdə  baş  verən  və  bir  neçə  ölkəni  qaranlığa 
qərq edən enerji qəzalarını araşdırarkən, diqqəti çəkən 
ən maraqlı məqam onların “Quran”ın bağlı (mütəşabih) 
ayələri  ilə  əlaqələnməsidir.  İindiyədək  bəzi  sirləri  aç-
mamaqçün  onların  bu  məqamlarını  şərh  etməmişəm. 
Yeri gəlmişkən, burada elə həmin gizli saxladığım mə-
qamlara aydınlıq gətirmək istəyirəm. 
Belə ki, 2003-cü ilin 13 avqustunda Meksika, Ka-
nada  və  Amerikada  baş  verən,  dünyanın  hegemon 
dövlətini  bir  həftə  qaranlıqda  qoyan  müəmmalı  enerji 
qəzası yəqin ki, çoxlarınızın yadındadır. Həmin hadisə 
baş verən gün elm və kamillik əsri olan XXI əsrin 955-
ci günü idi. 
Maraqlıdır ki, elm mənbəyi olan “Quran”ın 955 ci 
(!)  ayəsi  (başdan  saydıqda)  7-ci  surənin  1-ci  (mütəşa-
bih) ayəsidir: 
“ƏLİF, LAM, MİM, SAD” 
Burada  diqqət  çəkən  maraqlı  məqam  bağlı  ayədə 
hərflərin sayının 13 olmasıdır. Enerji qəzasının baş ver-
diyi tarix də 13-dür (13 avqust)! 
Əvvəlki yazılarımda 13 ədədini təhlil edərkən, bu-
nun “Göy gurultusu” surəsinin sıra nömrəsi olmaqla, il-
Paşa Yaqub 
 
146
dırıma, enerjiyə (!) bağlı olması haqda çoxsaylı faktlar 
sadalamışdım. 
Amerlkada baş verən enerji qəzasının baş verdiyi 
günün və həmin günlə uzlaşan “Quran” ayəsinin nöm-
rəsinin  955  olduğunu  nəzərə  alıb,  bu  ədəddən  “Qu-
ran”ın  surələrinin  (114)  və  səhifələrinin  (286)  sayını 
çıxaq: 
955 – 114 – 286 = 555 
 
lınan 555 ədədi Quranda tövbə və cəza rəmzi 
sayılır  (555  ədədi  barədə  yazının  əvvəlində 
şərh vermişəm). 
Yuxarıda bəhs etdiyim 955-ci (mütəşabih) ayənin 
hikmətlərini  daha  dərindən  dərk  etmək  üçün  burada 
hərflərin sayı olan 13 ədədinin digər mənalarına nəzər 
salaq. 
Bununçün,  əvvəlcə  3-cü  surənin  13-cü  ayəsinə 
(3:13) baxaq: 
“İki dəstənin qarşı-qarşıya durması sizin üçün də-
lildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri 
isə kafirlər idi (Möminlər 313 nəfər, kafirlər isə təqri-
bən  min  nəfər  idilər).  (Möminlər  kafirlərin) onlardan 
ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər  (ya-
xud kafirlər möminləri iki özləri qədər, yəni təxminən 
iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, 
yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Al-
lah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, 
A

G İ Z L İ   E L M L Ə R  
 
147
bu bəsirət sahiblərindən  (gözüaçıq,  ayıq  adamlardan) 
ötrü bir ibrət dərsidir”. “Quran”, 3:13 
313 nəfərdən bəhs edən əhvalatın məhz 3-cü surə-
nin 13-cü ayəsində getməsi təsadüf sayıla bilməz (Qu-
ran məntiqinə görə həyatda təsadüf yoxdur). 
Rəqəmlər üzərində tədqiqat aparan rəssam dostum 
Həmid Məhərrəmovun bu günlərdə 13 rəqəmi ilə bağlı 
mənə yazdığı bir hikməti də burada qeyd etməyim yeri-
nə düşər: “1” rəqəmi ərəbcə “Əlif”ə, 3 rəqəmini isə çe-
virəndə “lam”a bənzəməklə, ərəbcə bu ədəd (13 yaxud 
313) “Allah” sözünün bənzəridir (bax: Allah sözünün 
ərəbcə yazılış formasına). 
Hesablamalarımız  göstərir  ki,  2003-cü  ilin  13  av-
qustunda (əsrin 955-ci günü) Amerka kimi dünya hege-
monu  olan  bir  dövlətin  (və  onun  ətrafındakı  dövlətlə-
rin)  işığını  bir  həftəlik  söndürməklə,  Rəbbim  həmin 
dövlətlərin rəhbərlərinə və sakinlərinə, onların simasın-
da bütün bəşəriyyətə tövbə edib, doğru yola qayıtmaq 
üçün mesaj verirdi. Bu kodlaşdırılmış xəbərdarlığa mə-
həl  qoymamağın  nəticəsidir  ki,  bu  gün  dünyada  fəla-
kətlərin ardı-arası kəsilmir. 
Təəssüf,  heç  kəs  düşünmür  ki,  bu  gün  televiziya-
dan izlədiyi mikro qiyamət sabah onun yaşadığı yerdə 
də  baş  verə  bilər!  Bundan  sığortalanmaq  üçün  mütləq 
tövbə etməli və Allahın qoyduğu yolla getməlidir. Bizə 
məlumdur ki, bu əsrdə baş verəcək böyük qiyamətdən 
qabaq lokal (mikro) qiyamətlər baş verəcək ki, bununla 
da  Yer  kürəsi  indiki  murdarlıqlardan  təmizlənərək, 
Paşa Yaqub 
 
148
özünün kamillik dövrünə qədəm qoyacaqdır. 
Rəbbim yaratdığı bəndələrin hamısının bu kamillik 
dövründən  bəhrələnməsini  istəyir.  Ona  görə  də  bən-
dələrini xəbərdar edir ki, bəla gəlməzdən öncə tövbə 
etsinlər və qiyamət günü Allahın hüzuruna üzüağ get-
sinlər: 
“Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əza-
bının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin 
gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət  əla-
mətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş  və ya 
imanından bir xeyir qazanmamış şəxsə sonrakı imanı 
heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də 
gözləyirik!” Quran, 6:158. 
Ümid edirik ki, bu hikmətləri dərk edərək, insanlar 
tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa rəzalə-
tə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortala-
nacaqlar. 
 
 
 
 
 
 
 
 
 
 
 

G İ Z L İ   E L M L Ə R  
 
149
 
QƏDR GECƏSİNDƏKİ RİYAZİ  
QANUNAUYĞUNLUQ 
 
ildiyimiz kimi, Yerə endirilən dörd səmavi ki-
tabın  -  Tövrat,  Zəbur,  İncil,  Quran  -  hamısı 
Ramazan ayında nazil olub. Bu barədə "Quran"da belə 
buyurulur: 
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil et-
dik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi 
min aydan daha xeyirlidir! O gecə  mələklər və ruh 
(Cəbrayıl) Rəbbinin izni ilə  hər bir işdən dolayı yerə 
enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) sa-
lamatlıqdır!” “Qədr” surəsi, 1-5-ci ayələr. 
Elmi-lədun araşdırmalarımız göstərir ki, "Quran"ın 
düzülüşündə böyük bir riyazi dəqiqlik vardır. Yəni, su-
rələrin və ayələrin nömrələnməsi təsadüfi olmayıb, sirli 
bir  qanunauyğunluğa  tabedir.  Bu  qanunauyğunluq 
özünü  “Qədr”  surəsində  və  Qədr  gecəsinin  ehtimal 
olunduğu Ramazan ayının dörd (əhya adlanan) gecələ-
rində də büruzə verir. 
Belə ki, "Quran"ın “Qədr” surəsi 97-ci surədir və 5 
ayədən ibarətdir. 
Bunu  nəzərə  alıb,  97-ni  5-ə  bölsək,  19  alınır  və  2 
qalıq qalır. 
Qədr gecəsinin ehtimal olunduğu (gizləndiyi) Əhya 
gecələri isə, 19-dan başlamaqla, bunlardır: 
19; 21; 23; 25. 

Paşa Yaqub 
 
150
 
Maraqlıdır ki, bunların hər birinin üzərinə qalıqdakı 
2-ni əlavə etdikdə, növbəti əhya gecəsinin tarixi alınır: 
 
19 + 2 = 21; 
21 + 2 = 23; 
23 + 2 = 25; 
25 + 2 = 27. 
 
“Hər gecəni qədr bil” 
 
eri gəlmişkən, xalq arasında işlənən “Hər ge-
cəni Qədr bil; hər gələni Xızır bil” məsəlinin 
də  böyük  bir  fəlsəfi  mənası  vardır.  İnsan  hər  gecə  elə 
ibadət  etməlidir  ki,  sanki  Qədr  gecəsi  ibadət  edir.  Nə 
bilmək olar, bəlkə elə bu gecə onun duası qəbul olacaq. 
Ümumiyyətlə, insanın duası hansı gecə qəbul olunarsa, 
onun üçün həmin gecə elə Qədr gecəsi kimidir. 
Məsəlin ikinci hissəsində işlənən “Hər gələni Xızır 
bil”  ifadəsinə  gəldikdə  isə,  burada  da  böyük  bir  məna 
vardır. Belə ki, qapımıza gələn, yaxud qarşımıza çıxan 
tanımadığımız adamla hörmətlə davranmalıyıq. Nə bil-
mək olar, bəlkə elə Xızır Əleyhissalamdır, bizi sınama-
ğa  gəlib?  Yaxud,  bu  şəxsin  Allah  yanındakı  hörməti, 
dərəcəsi  peyğəmbərlərin  hörməti  qədər  yüksəkdir. 
Bütün bunları nəzərə alan ata-babalarımız bizlərə tanı-
madığımız adamlara qarşı ehtiyatlı olmağı və nəzakətlə 
davranmağı öz məsəlləri ilə tövsiyə etmişlər. 
Y

G İ Z L İ   E L M L Ə R  
 
151
“And olsun ki, Biz Quranı (ondan) ibrət almaq 
(öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. 
Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) 
varmı?!” “Ay” surəsi, 17-ci ayə. 
 
 
Paşa Yaqub 
 
152
 
 
BELƏ ETSƏNİZ, VƏHY QƏBUL  
EDƏRSİNİZ 
 
“... Səni də yalnız  (möminlərə) müjdə verən və 
(günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. 
“Quran”, 17:105. 
 
lmi-lədun  araşdırmalarımız  göstərir  ki,  Pey-
ğəmbərlik  haqqında  Yer  əhlinin  təsəvvürləri 
tamamilə  yanlışdır.  Öncə  qeyd  edək  ki,  Peyğəmbərlik 
kamilliyin  sonuncu  mərhələsidir.  “Quran”  məntiqinə 
görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bil-
məz.  Sadəcə,  bu  mərhələyə  yüksəlmək  insandan  iradə 
və cəsarət tələb edir. 
İnsan  hər  hansı  bir  məqama  layiq  olarsa,  Allah  o 
məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda əda-
lətsizlik  olardı  ki,  bu  da  ədalət  sahibi  olan  Allaha  ya-
raşmaz. 
Biz bir məqama layiq deyiliksə, bu, o demək deyil 
ki, başqaları da o məqama layiq deyillər və yüksələ bil-
məzlər!  Bu,  ona  bənzəyir  ki,  abituriyent  universitetə 
qəbul olmaq üçün lazım olan balı toplaya, amma, ona 
deyələr  ki,  sən  filan  ildə,  yaxud  filan  yerdə  doğulmu-
san,  filan  millətdənsən,  sənə  olmaz.  Belə  ədalətsizliyi 
Allahdan gözləyirsinizmi? Şəxsən mən gözləmirəm və 
bunun belə olmadığını da dəqiq bilirəm! 
E

G İ Z L İ   E L M L Ə R  
 
153
Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiklərini 
etdik,  onların  əxlaqına,  imanına,  səxavətinə  sahib  ol-
duq, Allah bizi onların məqamına yüksəltmədi? 
İş  burasındadır  ki,  biz  peyğəmbərlərin  əməllərini 
təkrarlamırıq,  bir-birimizi  istismar  edirik  və  topladığı-
mız haram pulla gedib Həcci ziyarət edirik ki, qayıdan-
da bizə "Hacı" deyib, hər yerdə başa keçirsinlər, sonra 
da  deyirik  ki,  indi  heç  kəs  Peyğəmbərlik  məqamına 
yüksələ bilməz... 
Quranda yüzlərlə ayə vardır ki, istənilən adamın 
bu məqama yüksələ bilməsinə  və  vəhy qəbul etməsinə 
işarə verilir: 
"Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrin-
dən istədiyinə  (!) göndərib belə buyurar: “İnsanları 
(əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan on-
lara) bildirin: “Məndən başqa heç bir Tanrı yoxdur. 
Məndən qorxun!” “Bal arısı” surəsi, 2-ci ayə. 
Bu və digər ayələrdə Allah-taala istədiyi bəndəsinə 
vəhv  göndərə  biləcəyinə,  istədiyi  bəndəsini  özünə  xə-
bərverən (carçı) seçə biləcəyinə açıq-aşkar işarə verir. 
İstəyirsiniz "Quran"ı dərk etməyin və Peyğəm-
bərlik məqamına yüksəlməyin sirrini sizə açım: 
 
- İndiyədək etdiyiniz günahlara görə tövbə edin; 
- Təkəbbürdən və lovğalıqdan uzaq olun
- Sadə həyat tərzi keçirin; 
- Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol 
göstərməyə çalışın və özünüz buna nümunə olun; 
Paşa Yaqub 
 
154
Əxlaqınızı saflaşdırın və Qurana uyğunlaşdırın; 
- "Quran"ı oxuyarkən orada mötərizə arasında (“Ya 
Məhəmməd”,  “Ya  Peyğəmbər”)  yazıldığını  gördü-
yünüz  zaman  xəyalən  mötərizə  arasında  öz  adınızı  tə-
səvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul 
edin və onu yerinə yetirməyə çalışın; 
- Quranda  münafiqlərdən, kafirlərdən, zalımlardan 
bəhs edərkən və tərcüməçilər mötərizə arasında VII əs-
rə  aid  adamların  adını  çəkdikcə,  siz  o  adların  yerində 
tanıdığınız  bu  xarakterli  adamların  adını  təsəvvür 
edin (unutmayın  ki,  Yaradan  "Quran"da  Peyğəmbərə 
deyil,  oxucuya  xitab  edir.  Bu  kitab  hansı  dövrdə  oxu-
nursa,  o  dövrə  də  aiddir.)  Onda  Quranı  tam  dərk  edə-
cəksiniz  və  tanıdığınız  yaxşı-pis  bütün  insanların  ob-
razlarını bu kitabda görəcəksiniz. 
Bir müddət belə ("Quran"ın buyurduğu kimi) yaşa-
dıqdan sonra, görəcəksiniz ki, “Quran”ın bütün ayələri-
ni vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) 
obrazlardan biri olduğunuza əmin olacaqsınız. 
Bir məqamı da diqqətinizə çatdırım ki, Quran 114 
surədən ibarətdir və sonuncu – 114-cü surəsi “İnsanlar” 
adlanır.  Deməli,  114  ədədi  tək  Quran  rəmzi  olmayıb, 
həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitab-
da bütün növ insanların obrazları təsvir edilib. Bu ob-
razların hamısının (peyğəmbərlərin, fironların, nəmrud-
ların,  kafirlərin,  möminlərin...)  prototipləri  hər  zaman 
cəmiyyətdə  görünüb,  görünür  və  qiyamətədək  də 
görünəcək! 

G İ Z L İ   E L M L Ə R  
 
155
Sual yaranır: "Quran"ı  vəhy  şəklində  qəbul edən 
Əhmədə niyə müqəddəs kitabda Məhəmməd deyə xitab 
olundu? 
Cavab  budur:  Nə  qədər  ki,  kamilləşməmişdi,  Əh-
məd  idi;  kamillik  məqamına  yüksəldikdən  sonra  artıq 
Məhəmməd oldu. 
Yəni,  Məhəmməd  obrazı  "Quran"da  kamillik  sim-
voludur  və  Yer  üzərində  keçmişdə,  indi  və  gələcəkdə 
yaşamış və yaşayacaq bütün kamil insanları (peyğəm-
bərləri, imamları, övliyaları) özündə ehtiva edir. 
Allah bu məqama yüksəlməyi hamıya nəsib etsin! 
“Biz peyğəmbərləri yalnız  (möminlərə) müjdə ve-
rənlər və  (zalımları)  qorxudanlar  (xəbərdar edənlər) 
olaraq göndərdik”. “Mağara” surəsi, 5. 
 
 
Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin