GİZLİ elmlər elmi-lədun



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix21.07.2020
ölçüsü2,38 Mb.
#32259
1   ...   4   5   6   7   8   9   10   11   12
gizli elmler


 
 
 
 
 
Paşa Yaqub 
 
156
 
 
TƏBABƏTİN 
SİRLƏRİ  
 
 
 
 
 
 
 
 
 

G İ Z L İ   E L M L Ə R  
 
157
 
 
YAQUB PEYĞƏMBƏR OĞLANLARINI BƏD 
NƏZƏRDƏN BELƏ QORUDU 
 
“Şübhəsiz ki, Yəqub onu (vəhylə)  öyrətdiyimiz 
üçün bir elm sahibi idi. Lakin insanların  əksəriyyəti 
bunu (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə 
elm öyrətməsini) bilməz!” “Quran”, “Yusif” surəsi, 68. 
 
aqub  Peyğəmbərin  həyatında  diqqət  çəkən 
məqamalardan  biri  də  onun  oğlanlarını  bəd 
nəzərlərdən qorumasıdır. Belə ki, o, on bir oğlunu Mi-
sirə ərzaq dalınca göndərərkən, tapşırdı ki, hamınız şə-
hərin eyni qapısından daxil olmayın – yarınız bir, yarı-
nız da digər qapıdan girin; sizə göz dəyməsin. Bu barə-
də “Quran”ın “Yusif” surəsində Allah belə buyurur: 
“Yəqub dedi: “Oğullarım! Misirə eyni bir qapıdan 
girməyin, ayrı-ayrı qapılardan daxil olun ki, sizə göz 
dəyməsin. Bununla belə, mən Allahın qəza-qədərini siz-
dən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Alla-
hındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül 
edənlər də ancaq Ona təvəkkül etsinlər!” 12:67. 
Aydındır  ki,  “Quran”  əslində  peyğəmbərlərə  yox, 
öz oxucusuna müraciət edir və sətiraltı (kodlaşdırılmış) 
mesajlar verir. Bu ayədə Allah-taala Öz oxucusuna Ya-
qub Peyğəmbərin dili ilə mesaj ötürür ki, özünüzü bəd 
nəzərlərdən  (neqativ  enerjidən)  qoruyun.  Elmi-lədun 

Paşa Yaqub 
 
158
araşdırmalarımız göstərir ki, insanlar bu mesajı diqqətə 
almadıqlarına  (əhəmiyyət  vermədiklərinə)  görə  bunun 
ziyanını çəkməkdədirlər. 
Bu, bir faktdır ki, sovet dönəmi ilə müqayisədə bu 
gün müxtəlif xəstəliklər həddən artıq artmışdır. Müqa-
yisə etdiyimiz dövrdə hər rayonda bir, Bakıda isə, cəmi 
bir neçə xəstəxana vardı. Buna baxmayaraq, bu az say-
da xəstəxanalar insanların sağlamlığını təmin edə bilir-
dilər. 
u  gün  kəndlərin  demək  olar  hamısında  tibb 
məntəqələri  fəaliyyət  göstərir;  rayon  mərkəz-
lərində  xəstəxana  ilə  yanaşı  özəl  tibb  müəssisələri  və 
diaqnostika mərkəzləri fəaliyyətdədir. Bakıda isə, xəs-
təxanaların demək olar ki, sayı hesabı yoxdur – az qala 
hər addımda bir xəstəxana var. İlk baxışdan fikirləşmək 
olar  ki,  belə  az  əhalisi  olan  ölkədə  bunca  xəstəxana 
varsa, yəqin oralarda xəstə qıtlığı olar və oranın həkim-
ləri  bekar  qalarlar.  Lakin,  həmin  tibb  müəssisələrinə 
girdikdə bunun belə olmadığını, əksinə, istənilən həki-
min  qapısı  ağzında  uzun-uzun  növbələr  olduğunu 
görmək  mümkündür.  Nəzərə  alsaq  ki,  insanlarımız 
müalicə üçün İrana və s. qonşu dövlətlərə də tez-tez üz 
tutur və bu üzdən sərhəd-keçid məntəqələrində də xəs-
tələrin belə növbələri var, onda gözlərimiz önündə hey-
rətamiz mənzərə yaranır. 
Sual  olunur:  son  illər  nə  baş  verir  ki,  cəmiyyətdə 
bu qədər xəstəlik yaranır? Bu istiqamətdə apardığımız 
araşdırmalar, sorğular göstərdi ki, bir klinikada həkim 
B

G İ Z L İ   E L M L Ə R  
 
159
növbəsi  gözləyən  adamlar  keçən  aylarda  başqa-başqa 
klinikalarda müalicə olunublar. Belə çıxır ki, bu klini-
kada da müalicə almış adamlar yəqin indi başqa klini-
kalarda  və  yaxud  sərhəd-keçid  məntəqəsində  növbə 
gözləyirlər... Beləliklə, eyni xəstələr illər uzunu bir çox 
klinikalarda həkim növbəsi gözləyirlər... 
Bəs  bunun  səbəbi  nədir?  Həkimlərimizin  savad-
sızlığımı? Müasir diaqnostika aparatlarının çatışmaz-
lığımı?.. 
Araşdırmalarımız  göstərir  ki,  səbəb  bunlardan  heç 
biri  deyildir.  Yəni,  həkimlərimiz  onlara  tədris  edilmiş 
elmi heç  də pis  mənimsəməyiblər; diaqnostika aparat-
ları da kifayət qədər müasir və boldur. Elə isə, bəs niyə 
bu  xəstələr  sağalmırlar  və  karusel  kimi  klinikalar  ara-
sında fırlanırlar? 
Şübhəsiz ki, bunun sirləri vardır. Yaqub əleyhissa-
lamın  oğlanlarını  neqativ  təsirlərdən  qoruması  ayəsini 
təsadüfən  xatırlatmadıq.  Nəzərə  alaq  ki,  Allah-taala 
mənası olmayan bir epizodu “Quran”a salmaz. Elmi-lə-
dun  araşdırmalarımız  bu  gün  cəmiyyətdə  tüğyan  edən 
və sağalmayan xəstəliklərin sirrinin həmin ayədə oldu-
ğunu  göstərir:  “Yəqub  dedi:  “Oğullarım!  Misirə  eyni 
bir  qapıdan  girməyin,  ayrı-ayrı  qapılardan  daxil  olun 
sizə göz dəyməsin...” 
Apardığımız  tədqiqatlar  göstərir  ki,  neqativ  enerji 
bütün  xəstəliklərin  özülünü  (fundamentini)  təşkil  edir. 
Yəni, xəstəliyi binaya bənzətsək, onun fundamenti ne-
qativ enerjidir (pis nəzərlər, magik təsirlər və s.). Xəstə 
Paşa Yaqub 
 
160
həkimə  müraciət  edərkən  onu  diaqnostika  aparatların-
dan  keçirib,  düzgün  diaqnoz  qoyurlar  və  “binanı” 
sökməyə  başlayırlar.  “Fundament”ə  qədər  “sökülmə” 
çox uğurla gedir, bura çatdıqda isə, müalicə dayandırı-
lır.  Çünkü,  tibb  elmi  və  diaqnostika  aparatları  neqativ 
enerjini  təyin  etməkdə  acizdir.  Beləliklə,  xəstə  özünü 
sağalmış  hiss  edir  və  aparatlar,  analizlər  də  onun  sağ-
lamlığını təsdiq edir (bu, çayır bitkisinin gövdəsini kə-
sib,  kökünü  saxlamağa  bənzəyir).  Beləliklə,  xəstə  evə 
buraxılır.  Lakin,  “fundament”  (neqativ  enerji)  orqa-
nizmdə qaldığından, az müddət keçəndən sonra xəstə-
lik təkrar daha kəskin formada dirçəlməyə başlayır. Tə-
bii  ki,  bu  vaxt  xəstənin  beynindən  keçən  ilk  fikir  hə-
kimlərin savadsızlığı, onu aldadaraq külli miqdarda pu-
lunu mənimsədikləri barədə olur. Ona görə də bir çox 
hallarda pasiyent təkrar həmin klinikaya yox, başqa bir 
klinikaya və yaxud xaricə üz tutur və yenə də eyni hal-
la  qarşılaşır...  Beləliklə,  karusel  yaranır.  Bu  gün  tibb 
müəssisələrində  növbələrin  yaranmasının  sirri  məhz 
budur: “Quran”dan kənar düşməyimiz və orada verilən 
mesajlara laqeyd yanaşmağımız. 
iqqətinizi çox da uzaq olmayan bir keçmişə - 
50-60 il bundan qabağa yönəltmək istəyirəm. 
Hansı ki, həmin dövrdə Azərbaycanda (eləcə də dünya-
da)  tibb  elmi  inkişaf  etməmişdi.  Sual  yaranır:  niyə  tibb 
elmi inkişaf etməyən dövrdə bu qədər xəstə yox idi? Ni-
yə o vaxt xəstələr adi ara həkimlərinin verdiyi müalicəvi 
otlarla indikindən daha effektli müalicə olunurdular? 
D

G İ Z L İ   E L M L Ə R  
 
161
Bunun  səbəbi  heç  də  ara  həkimlərinin  indiki  tibb 
işçilərindən  savadlı  olmasında  deyildir.  Əslində  səbəb 
o  vaxtkı  insanların  xəstələnən  vaxt  kəramət  sahibləri 
(Allah dostları) ilə təmasda olmasında idi. Kitabın əv-
vəlində  kəramət  sahiblərini  tester  cihazı  ilə  boşuna 
müqayisə etməmişdik. Bu cihaz dəyişən cərəyanı sabit 
cərəyana  çevirdiyi  kimi,  kəramət  sahibi  də  xəstəliyin 
fundamenti olan neqativ enerjini insandan yox edir və 
daxili  enerjisini  sabitləşdirir.  Bundan  sonra  köksüz 
(özülsüz)  xəstəlik  ya  cüzü  müalicə,  ya  da  insanın  öz 
daxili enerjisi ilə əriyib getməyə başlayır. 
Bəs xəstəliyin fundamenti sayılan neqativi necə tə-
yin etmək olar? 
Qeyd edək ki, belə insanlarda baş və boyun ağrıla-
rı, əsəb, yuxusuzluq, diksinmə, qorxu, qarabasma, qor-
xulu  yuxular  görmə,  sağalması  problemə  çevrilən 
müxtəlif xəstəliklər... kimi hallar özünü büruzə verir. 
Dərmanların  tərkibində  olan  keyidici  maddələr 
müalicə vaxtı ağrıların müvəqqəti olaraq dayanmasına 
səbəb  olsa  da,  müalicə  dayandırılarkən  bu  əlamətlər 
təkrar görünməyə və orqanizmdə fəaliyyəti dayandırıl-
mış (dondurulmuş) xəstəlik dirçəlməyə başlayır... 
“Yaqub belə cavab verdi: “Mən dərd-sərimi yal-
nız Allaha ərz edirəm və Allahdan (gələn elmlə) sizin 
bilmədiklərinizi də bilirəm!” “Quran”, 12:86. 
 
Neqativ enerji insanı depressiyaya salır və intiha-
ra sövq edir. 
Paşa Yaqub 
 
162
sixoloji  və  elmi-lədun  araşdırmalarımız  göstə-
rir  ki,  neqativ  enerji  insanda  depressiyaya  və 
ümidsizliyə səbəb olur. Bu qara enerjini kompyuterləri-
mizə  düşən  virusla  da  müqayisə  etmək  olar.  Virus 
kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildi-
yi  kimi,  neqativ  enerji  də  insanın  həyatını  dondurur. 
Həmçinin,  bu  vaxt  insanda  olan  məhəbbət  hissi  (oxu: 
faylı,  proqramı)  yox  olur.  Bildiyimiz  kimi,  insanı 
dünyaya  bağlayan  yaxınlarına,  doğmalarına  olan  mə-
həbbət hissidir. Məhz bu hissin sayəsində insan dünya-
nın bütün məşəqqətlərinə dözür, özünün və doğmaları-
nın  yaşaması  uğrunda  mübarizə  aparır.  Neqativ  enerji 
ilk  növbədə  insanda  məhəbbət  hissinin  yox  olmasına 
səbəb  olur  ki,  bunun  yerini  nifrət,  kin-kidurət  kimi 
mənfi  hisslər  (fayllar)  tutur.  Beləliklə,  onu  dünyaya 
bağlayan tellər qırılmış olur. Odur ki, bu cür təsirə mə-
ruz  qalan  insanlarda  həyat  eşqi  olmur,  insanlardan 
uzaqlaşır, ailəsindən üz döndərir, özünə qapanır və yu-
xarıda sadaladığım digər hallar tədricən baş verir (qar-
şısı alınmazsa intiharla nəticələnir). 
Bu mövzuda “Quran”ın “İnək” surəsinin 102-103-
cü ayələrində geniş bəhs olunur. Ayələrin məzmunun-
dan  aydın  olur  ki,  bəzi  insanlar  (onlara  xalq  arasında 
falçı,  cadugər,  elmi  camiədə  isə  “maq”  deyilir)  ər-ar-
vad arasına nifaq salmaq üçün Harut və Marut adlı iki 
mələkdən (şeytandan) sehr öyrənirlər... 
Narahatlıq  yaradan  bir  məqamı  da  vurğulamaq  is-
təyirəm  ki,  sehrbazlıq,  cadugərlik  Musa  Peyğəmbərin 
P

G İ Z L İ   E L M L Ə R  
 
163
zamanından sonra heç vaxt indiki qədər geniş vüsət al-
mamışdır. İnsanların demək olar ki, əksər hissəsi onla-
rın  “xidmətindən”  istifadə  edərək,  məqsədinə  nail  ol-
mağa,  digər  insanlara  problem  yaratmağa  çalışırlar. 
Yaxınlığınızda  yaşayan  istənilən  cadugərin  qapısında 
düzülən  növbələrə  baxsanız,  bunu  özünüz  də  aydın 
görə  bilərsiniz.  Nəzərə  alsaq  ki,  hər  şəhərdə,  rayonda 
belə  falçıların  sayı  minlərlədir,  onda  nə  qədər  insanın 
onlara müraciət etməsini və yüzminlərlə insanın neqa-
tiv  təsirə  məruz  qalmasını  təsəvvür  etmək  çətin  deyil. 
Məhz bu növbələrin, belə “xidmətlərin” nəticəsidir ki, 
bu  gün  cəmiyyətdən  xeyir-bərəkət  çəkilməkdə,  aclıq, 
səfalət hər yanı bürüməkdə, ailələr sürətlə dağılmaqda, 
hər gün intihar xəbərləri gəlməkdədir... 
Oxucuda sual yaranacaq ki, onların xidmətindən is-
tifadə  edib  hansısa  məqsədə  nail  olmaq  müm-
kündürmü? Əsla yox! Qəti şəkildə sizi əmin edirəm və 
Allahı, “Quran”ı şahid gətirirəm ki, sehrbazların, cadu-
gərlərin (eləcə də bu kimi işlərlə məşğul olan mollala-
rın) xidmətindən istifadə etməklə, heç bir xoş məqsədə 
nail olmaq mümkün deyildir! Bu, necə mümkün ola bi-
lər ki,  Allah onları “Quran”da lənətləyir və  cəhənnəm 
vəd edir?! Ancaq onların dağıtdığı ailələrə, bədbəxt et-
diyi  insanlara  baxıb  “sevinmək”  olar.  Təəssüf  ki,  bu 
gün cəmiyyətimizdə bu kimi ürəkağrıdan hallara baxıb 
sevinən  paxıl  insanlar  da  az  deyildir.  Məhz  belələrini 
nəzərdə  tutub  Rəbbim  “Sübh”  surəsində  buyurur: 
“...Ovsun oxuyub düyünlərə üfürən, yaxud cadu edib 
Paşa Yaqub 
 
164
iplərə düyün vuran qadınların şərindən və bir də pa-
xıllığı tutanda paxılın  şərindən...”  (bax:  “Fələq”, 
“Nas” surələrinə). 
yədə  paxıl  adamlardan  təsadüfən  bəhs  olun-
mur. Təcrübə göstərir ki, bu cür nalayiq işlər-
lə  əsasən  paxıl  adamlar  məşğul  olurlar.  Yəni,  onları 
sehrbazların  növbəsində  durmağa  vadar  edən  səbəb  öz 
qohumlarına, qonşularına qarşı olan hədsiz paxıllıq his-
sidir...  Amma,  bəzən  avamlıqdan  (ufologiya  elmindən 
bixəbərlikdən)  da  cadugərlərə  üz  tutanlar,  onlardan  öz 
dərdlərinə çarə gözləyənlər var. Onların atdıqları addım 
suda boğulanın saman çöpünə əl atmasına bənzəyir. 
Oxucuda  haqlı  bir  sual  da  yaranacaq  ki,  magiya 
pisliyə qadirdisə (onların hər cür pisliyə qadir olduqla-
rını Allah-taala "Qurani-Kərim"də təsdiq edir və bunu 
təsdiq edən ayələri yuxarıda qeyd etdim) bəs niyə yax-
şılığa da qadir olmasın? Bunun sirri nədir? 
Maraqlı sualdır. Maraqlı da cavabı var: bunun sirri-
ni onların istifadə etdikləri əşyalarda və o əşyaların tər-
kibindəki kimyəvi birləşmələrdə, maddələrdə axtarmaq 
lazımdır.  Araşdırmalarımız  göstərir  ki,  sehrbazlar  bir 
qayda olaraq neqativ enerjiyə malik olan maddələrdən 
hazırlanmış əşyalardan istifadə edirlər (uran və s. kim-
yəvi elementlər ətrafa zəhərli şüalar buraxdığı kimi, bə-
zi elementlər də neqativ enerji ötürərək, insanın aurası-
nı  pozur  ki,  bu  da  xəstəliyə  və  yuxarıda  sadaladığım 
mənfi  hallara  səbəb  olur).  Məhz  bunun  nəticəsidir  ki, 
bu  cür  təsirə  məruz  qalan  insanlar  adətən  yuxularında 
A

G İ Z L İ   E L M L Ə R  
 
165
canavar, ilan və s. neqativ heyvanların üstlərinə hücum 
etdiyini görürlər və bu da onlarda yuxu pozğunluğuna, 
yersiz qorxuya səbəb olur. 
İnsanlar  cadugərlərdən  o  vaxt  uzaqlaşarlar  ki,  bu 
sahədə  maariflənsinlər.  Yəni,  ufologiya  elmindən  xə-
bərdar olsunlar. Sehrbazların işinin mahiyyətini bilsin-
lər. Bu yazını da biz məhz bu səbəbdən yazdıq. Yəni, 
insanlara  yalnız  “getmə”  deməklə,  onları  çəkindirmək 
olmaz.  Əksinə,  qadağan  etdikcə,  onlarda  daha  da  ma-
raq  yaranacaq.  Çünki,  Yaradanın  sözünə  baxmayan 
bəndə  (Allah  “Quran”da  sehrbazlara  getməyi  qadağan 
edir) gəlib hansısa bir ziyalının qadağasınamı tabe ola-
caq?! Əsla tabe olmayacaq. Tabe olsaydı, bu gün cadu-
gərlərin  qapısının  qarşısında  bunca  uzun  növbələr  ya-
ranmazdı. Əlac qalır bu sahədə insanları maarifləndir-
məyə. Yəni, işin mahiyyətini açmağa. Bu sahədə oxu-
cunun gözünü açmaq üçün daha bir gizli  məqama ay-
dınlıq gətirmək istəyirik. Sual olunur: niyə şama, kofe-
yə,  karta  baxaraq  dil-dil  ötən  falçı,  bu  vasitələr 
götürülsə (şam söndürülsə, kofe bayıra atılsa) lal olur? 
Cavabı budur ki, şeytan oddan yaranıb, şamın da yanar 
hissəsi  oddur,  hansıki,  şeytan  onun  içindədir  və  infor-
masiyanı da məhz oradan ötürür. Odur ki, həmin anda 
şamı üfürsəniz, informasiya mənbəyini kəsmiş olacaq-
sınız. Elə isə, cadugərin qarşısında oturan insan bir an-
lıq özünə sual versin: mən şeytanamı pənah gətirdim? 
Bu,  mənə  yaraşarmı?  Şeytandan  nicat  tapmaq 
mümkündürmü?  Məndən  öncə  kimsə  şeytandan  xeyir 
Paşa Yaqub 
 
166
görübmü? İnsan bu sualları özünə versə, məncə, bir da-
ha oralarda növbə gözləməz. Kofedə, kartda də böyük 
magik qüvvə - neqativ enerji vardır ki, fəsad törədə bi-
lir. Məhz bu fəsadın nəticəsidir ki, kofeni içən insanda 
bir qayda olaraq yuxu pozğunluğu baş verir. 
 
Nə etməli? 
 
xucuda bir sual da yaranacaq ki, bəs nə etmə-
li? Əgər kimsə bu cür təsirə məruz qalıbsa və 
onda yuxarıda sadaladığım əlamətlər müşahidə olunur-
sa, bundan necə xilas olsun? 
Araşdırmalarımız göstərir ki, hələ ta qədimdən son 
50-60  ilə  qədər  (tibb  elmi  xeyli  inkişaf  edənədək)  bu 
cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə 
olan kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlə-
rə, sonrakı dövrlərdə isə, Allahın em verdiyi şəxslərə) 
üz tutar, dərdlərini onlara danışar və onların xeyir-dua-
sı ilə özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan, 
enerji) hiss edərdilər. Yazının əvvəlində tester cihazın-
dan təsadüfən bəhs etmədim. Peyğəmbərlərin və digər 
kəramət sahiblərinin bu funksiyası fizikada tester ciha-
zının funksiyası ilə üst-üstə düşür… 
Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mə-
nəvi  həkimlər  adlandırır  və  onları  maddi  həkimlərlə 
(tibb işçiləri ilə) belə müqayisə edir: 
“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tu-
taraq baxırlar və verdikləri əczalarla (dərmanlarla) in-
O

G İ Z L İ   E L M L Ə R  
 
167
sanın cismini müalicə edirlər. Mənəvi həkimlər isə, 
nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi 
elmlə (elmi-ladunla) insanın ruhunu müalicə edirlər. 
Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”. 
Həkimlik təcrübəmiz göstərir ki, neqativ enerjinin 
təsirinə  məruz qalaraq sağalmaz xəstəliklərə düçar 
olan insanı Efir enerjisi ilə çox asanlıqla müalicə edib 
sağaltmaq mümkündür. 
(Efir enerjisi barədə əvvəlki yazılarımızda bəhs et-
diyimiz kimi, aşağıda da danışacağıq). 
 
 
 
 
Paşa Yaqub 
 
168
 
 
AUTİZMLİ, ŞİKƏST DOĞULANLARIN  
SAYININ ARTMASININ SİRLƏRİ 
 
ibb  elmi  təsdiq  edir  ki,  1980-ci  illərin  ortala-
rından  sonra,  autizmlə  doğulan  uşaqların  sa-
yında həddindən artıq artım baş vermişdir. Təkcə autizm 
deyil, şikəst və əsəbi uşaqların sayı həmin illərdən daha 
da  çoxalmağa  başladı.  Təbii  ki,  bunların  səbəbləri  var-
dır. 1985-ci ilin sonlarından Sovet hökuməti dağıldı və 
yeni bir dövr başladı. Bu, yeni bir eranın başlanğıcı de-
mək  idi.  Bu  dövrdən  falçıların  sayı  artdı  və  sürətlə  in-
sanlara “vergi” verilməyə başladı. Bu da şeytani dövrün 
başlanğıcı demək idi. İnsanlar falçıların xidmətindən is-
tifadə  etdikcə,  mənfi  enerji  ilə  yüklənirdilər.  Beləliklə, 
insanlarda qara enerji yayılmağa başladı. 
Mənfi enerjilər, qadınların ana bətninə və onurğa-
sına yüklənməklə, baş, çiyin ağrıları, ürək döyüntülə-
ri, qorxu, boğulma, qarabasma, özünəqapanma, qorxu-
lu  yuxular  görmə,  qərarsızlıq,  əsəbilik  və  s.  ağrıların 
yaranmasına  səbəb  olur.  Bu  cür  əlamətlərdən  bir 
neçəsi olan qadınlar hamilə qaldıqda onlardan doğulan 
uşaqlarda autizm olur. Ən yüngül halda doğulan uşaq-
da əsəb pozuntuları müşahidə olunur. Mənfi enerjilər, 
eyni  zamanda  uşaqların  şikəst  doğulmasına  da  səbəb 
olan  hallardandır.  Təəssüf  ki,  müasir  dövrdə  insanlar 
falçı yanına daha çox gedirlər. Əslində həmin şəxslər 
T

G İ Z L İ   E L M L Ə R  
 
169
belə  etməklə  özlərini  mənfi  enerji  ilə  yükləyirlər. 
Unutmaq  olmaz  ki,  hər  bir  doğulacaq  körpənin  sağ-
lamlığı  ana  bətnində  qoyulur.  Ana  doğum  prosesini 
sakit  və  əsəbsiz  keçirirsə,  doğulacaq  körpədə  sağlam 
dünyaya gələcək. 
eri gəlmişkən qeyd edim ki, bu gün cəmiyyət-
də  geniş  şəkildə  yayılan  neqativ  enerji  tək 
autizmli uşaqların doğulmasına səbəb olmur; bu enerji 
həm  də  ailələrin  sürətlə  dağılmasına,  uğursuzluqlara, 
evlərdə sirli yanğınlar baş verməsinə, xəstəliklərin art-
masına və intiharların tüğyan etməsinə səbəb olur. 
 
 

Paşa Yaqub 
 
170
 
 
EYNİ AİLƏDƏ UŞAQLARIN NİYƏ BİRİ YARA-
ŞIQLI, DİGƏRİ ÇİRKİN OLUR? 
 
yni  valideynlərdən  yaranan  uşaqlardan  birinin 
yaraşıqlı,  digərinin  çirkin  olduğunu  görməyə 
artıq adət etmişik. Bunun səbəbləri tarix boyu cəmiyyə-
ti düşündürsə də, doğru-düzgün elmi izahı tapılmayıb. 
Son vaxtlar ünvanımıza bu mövzuda çoxsaylı sual-
lar  gəldiyini  nəzərə  alıb,  bu  istiqamətdə  monitorinq 
aparmaq qərarına gəldik. Oxucular üçün maraqlı olaca-
ğını  nəzərə  alıb,  monitorinqin  nəticələrini  diqqətinizə 
çatdırırıq. 
Ailə psixoloqu və elmi-lədun bilicisi olaraq, bu cür 
fərqli görünüşə malik uşaqların anaları arasında apardı-
ğımız  sorğular  maraqlı  bir  mənzərəni  ortaya  qoydu. 
Məlum  oldu  ki,  hansı  qızlar  ki,  sevib  ailə  qurublar  və 
hamilə olarkən əsəb, stress, ağrı, qorxu keçirməyiblər, 
onların  uşaqları  göyçək  və  yaraşıqlı  doğulurlar.  Yəni, 
uşaq  qarşılıqlı  məhəbbətdən  yarananda  və  ana  sağlam 
olanda, doğulan uşaq yaraşıqlı və sakit olur. 
Lakin, elə analar da var ki, qızlıq dövründə onların 
qəlbində  sevgi  hissi  olmayıb  (yaxud  çox  zəif  olub), 
əsəb, stress, qorxu keçirib; baş, onurğa və s. orqanların-
da ağrılar olub. Aybaşı dövründə güclü sancılar və ana-
lıq orqanlarında problemlər olub... Bu əlamətlərdən bir 
neçəsi olan qızlar ailə qurduqdan və hamilə qaldıqdan 
E

G İ Z L İ   E L M L Ə R  
 
171
sonra, sadaladığım əlamətlər bir qayda olaraq daha da 
artıb. Nəticədə, doğulan uşaq digərlərinə nisbətən daha 
çirkin və əsəbi olub. 
Elə ailələr də var ki, onlarda bir-iki övlad yaraşıqlı 
doğulduqdan  sonra,  növbəti  uşaq  çirkin  doğulub.  Test 
sorğularından  məlum  olur  ki,  əvvəlki  uşaqlara  hamilə 
olarkən, ananın psixoloji və sağlamlıq durumu normal 
olsa  da,  sonrakı  hamiləlik  vaxtı  ətraf  mühitdən  gələn 
neqativ enerjilər səbəbindən, onda əsəb və gərginlik ar-
tıb. Analıq orqanlarında sancılar, daxili orqanlarda ağ-
rılar; qorxu, ümidsizlik... yaranıb. Depressiv vəziyyətə 
düşdüyündən,  ana  çox  vaxt  ağlayıb...  Nəhayət,  həmin 
gərgin hamiləlikdən doğulan uşaq, əvvəlkilərə nisbətən 
çirkin, əsəbi, bəzi ağır hallarda isə, qüsurlu doğulub. 
 
Bu əlamətləri olan qızlar ailə qurmağa 
meyilli olmurlar 
 
İlk  uşaqları  nisbətən  çirkin  və  əsəbi  olan  analar 
arasında apardığımız rəy sorğularından məlum olur ki, 
onlar  sevərək  ailə  qurmayıblar.  Menstruasiya  dövrləri 
həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verib. 
Əks cinsə həvəsləri olmayıb. Buna görə də evlilik tək-
liflərinə çox vaxt “yox” deyiblər. Nəhayət, yaşları keç-
dikdən  sonra,  belə  qızlar  yaxın  ətraflarının  təzyiqi  və 
təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” de-
yiblər. Ailə qurduqdan sonra isə, sıxıntıları daha da ar-
tıb. Yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə ha-
Paşa Yaqub 
 
172
miləlik keçirərək, ilk övladlarını dünyaya gətiriblər. Bu 
cür çətin hamiləlik nəticəsində doğulan ilk uşaq adətən 
çirkin  və  əsəbi  olur.  Bundan  sonra  analarda  bir  qədər 
yüngülləşmə  baş  verir.  Sanki,  içlərindəki  ağrı-acını, 
gərginliyi  uşaqla  bərabər  kənara  atırlar  (əslində  uşağa 
keçirirlər). 
Bundan sonra rahatlanan analar, ikinci, üçüncü də-
fə hamilə qalarkən, bu dövrü nisbətən rahat və ağrısız 
keçirirlər. Nəticədə, növbəti doğulan uşaqlar əvvəlkinə 
nisbətən  daha  yaraşıqlı  və  əsəbləri  daha  sakit,  zirək 
olurlar. 
Oxucuda sual yaranacaq ki, qızlarda və hamilə qa-
dınlarda baş verən bütün bu depressiv hallar, həyəcan, 
fobya, ağrılar, sancılar nəyin nəticəsidir? Nədən yara-
nır? 
ualınıza cavab olaraq bildirim ki, bütün bunlar 
ətraf mühitdən gələn neqativ enerjilərin təsirin-
dən yaranır. Bu enerji əsasən insanın onurğasında topla-
naraq  ostroxondroza,  yaxud,  fəqərə  yırtıqlarına  səbəb 
olur. El arasında “duzlaşma” deyilən bu ağrılar onurğa-
da skalyoz, kipoz da yarada bilir. Onurğada toplanan ne-
qativ enerji əsəbə, baş ağrısına, miqrenə səbəb olmaqla 
yanaşı, beldə və qıçlarda da güclü ağrılar yaradır. 
Ətraf mühitdən orqanizmə daxil olan neqativ ener-
jinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanları-
dır.  Bu  halda  həm  kişidə,  həm  də  qadında  cinsi  istək-
sizlik yaranır. Bu  cür enerjilər qızların (qadınların) ən 
çox  analıq  orqanlarında  toplanmaqla,  menstruasiyanı 
S

G İ Z L İ   E L M L Ə R  
 
173
pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumur-
talıqlarda  kistaların,  polikistozların,  miomaların...  ya-
ranmasına gətirib çıxarır. Belə qızlarda (və qadınlarda) 
adətən  cinsi  istəksizlik  müşahidə  edilir.  Son  nəticədə, 
yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qız-
lar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Sə-
bəb onların qəlbindən sevgi və inam hissinin (oxu: fay-
lının)  silinməsidir.  Belə  ki,  kompyuterlərimizə  düşən 
virus ondakı fayl və proqramları necə silirsə, insana da-
xil olan neqativ enerji də qəlblərdən sevgi və inam fay-
lını  elə  silir.  Bu  proses  orqanizmin  müxtəlif  nahiyələ-
rində səbəbi bilinməyən ağrılarla müşahidə olunur. Nə-
ticədə, belə qızlar ətrafdakıların təzyiqi ilə ailə qursalar 
da,  onlardan  doğulan  uşaqlar  başqalarına  nisbətən  çir-
kin, bəzi hallarda isə, əsəbi, xəstə və zəif olurlar. 
Sual  yaranır:  neqativ təsirə niyə  məhz zərif cinsin 
nümyanəndələri məruz qalırlar? 
Qeyd  edək  ki,  neqativ  enerji  kişilərə  də  təsir  edir. 
Lakin,  qadın  ruhu  həssas  və  zərif  olduğundan,  onlara 
daha tez və güclü təsir göstərir. 
Qadınların daha çox neqativə yüklənməsinin digər 
səbəbi onların geyimləri və gözəllikləri ilə bağlıdır. Be-
lə  ki,  zərif  cinsin  nümayəndələri  daim  geyim-kecimli 
və  baxımlı  olduqlarından,  bəzi  insanların  (hətta  əks 
cinsin də) gözündə olan Selen maddəsinin şüasına mə-
ruz qalırlar. Bu şüa, neqativ enerji şəklində qadınların 
bədəninə  hopa  və  yuxarıda  sadalanan  fəsadları  törədə 
bilir. 
Paşa Yaqub 
 
174
Qadınların  bu  enerjiyə  yoluxmasının  digər  səbəbi, 
cəmiyyətdə  magiyanın  geniş  yayılması  və  insanların 
(özəlliklə  də  qadınların)  bir-birlərinə  qarşı  bu  qara 
enerjidən istifadə etməsidir ki, nəticədə yuxarıda sada-
ladığım fəsadlar baş verir... 
 
İnsanın sağlamlığı ana bətnindən başlayır 
 
raşdırmalarımız  göstərir  ki,  neqativ  enerji  in-
sana bir  çox hallarda irsən keçir.  Yəni,  fiziki 
qanunlara uyğun olaraq, enerji heç vaxt itmir; birindən 
digərinə keçir. Bir zamanlar valideynlərdə olan neqativ 
enerji, onlar öldükdən sonra, övladlarında davam etmə-
yə  başlayır  (bu,  hazırda  ən  çox  yayılmış  haldır).  Fikir 
versəniz görərsiniz ki, hansı ailədə ağır xəstəlikdən, in-
tihardan dünyasını dəyişən varsa, çox keçmir ki, həmin 
ailənin digər üzvü ağır xəstələnir. Bunun ilk əlamətləri 
qorxu, həyəcanla başlayır, getdikcə (qarşısı alınmadıq-
da) ağır xəstəliklərə, fəsadlara səbəb olur. 
Yuxarıda  qeyd  etdiyim  kimi,  neqativ  enerji  uşağa 
həm də ana bətnində olarkən hopur və uşaq böyüdükcə 
özünü  (əsəb,  immunitet  zəifliyi,  qorxu  və  s.  formada) 
büruzə  verməyə  başlayır.  Deməli,  insanın  sağlamlığı 
ana bətnindən başlayır. 
Bəs bütün bunlardan necə xilas olmaq olar? 
Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə 
də,  bizim  yaratdığımız  elmi-lədun  müalicə  metodu 
(“Efir” enerjisi") ilə bu enerjidən və onun fəsadlarından 
A

G İ Z L İ   E L M L Ə R  
 
175
(əsəbdən, sancılardan, ağrılardan, ostroxondrozdan, şiş-
lərdən və s.) xilas olmaq mümkündür. Bütün bu neqa-
tiv əlamətlərdən xilas olan qızda məhəbbət hissi bərpa 
olur və o, sevərək ailə qurur. Hamiləlik dövründə heç 
bir  ağrı,  depressiv  hal  keçirmir.  Beləliklə  də,  doğulan 
uşaqlar daha yaraşıqlı, əsəbləri sakit və ağıllı olurlar. 
Onu  da  qeyd  edək  ki,  bu  müalicə  metodunda  heç 
bir dərman vasitəsindən istifadə edilmədiyinə görə, ha-
miləliyə heç bir əks - təsir göstərmir. 
Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin