GİZLİ elmlər elmi-lədun



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix21.07.2020
ölçüsü2,38 Mb.
#32259
1   ...   4   5   6   7   8   9   10   11   12
gizli elmler


 
 
 
Paşa Yaqub 
 
194
 
 
FİRONLARIN ZÜLMÜNDƏN QURTULMAQ 
ÜÇÜN İNƏK QURBANI KƏSİLMƏLİDİR 
 
“Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: 
“Allah sizə bir inək kəsmənizi 
 
əmr edir!”  - dedi. 
Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?”
 
 - dedi-
lər”. (Musa da:) Allah Özü məni cahil olmaqdan sax-
lasın!” - dedi”. Quran, “İn
 
ək”  surəsi, 67 
 
lm  və  Peyğəmbərlik  əsri  olan  XXI  əsr  başla-
yanda  Rəbbim  mənə  elə  bir  elm  (elmi-ladun) 
bəxş  etdi  ki,  onunla  Quranın  açılmamış  sirlərinə  işıq 
salıb  bir  çox  mətləbləri  üzə  çıxarmaq  mümkün  ol-
du. Yuxarıdakı  yazılarımda  bu  mətləblərdən  bəzilərini 
diqqətinizə çatdırdım. Bu söhbətimiz isə, "İnək" (“Bə-
qərə”) surəsi barədədir. Daha doğrusu surədə keçən əh-
valatın həyatda başıma gəlməsindən danışacam. 
Əvvəlcə  qeyd  edim  ki,  surənin  mahiyyəti  ondan 
ibarətdir ki, Misirdə iki tayfadan biri (Firon tayfası) o 
birinə  (Musa  tayfasına)  zülm  edirdi  və  onlara  heç  bir 
hüquq tanımırdı, istədiyi adamı öldürsəydi qanı batırdı. 
Musa  qövmünün  isə,  qarşı  tərəfə  toxunmaq  hüququ 
yox idi. 
Belə  bir  şəraitdə  Musa  (ona  Salam  olsun)  tayfası-
nın xilası üçün Rəbbinə dua etdi və cavab aldı ki, qızılı 
rəngdə, üç yaşında, kələ görməmiş bir inək (düyə) qur-
E

G İ Z L İ   E L M L Ə R  
 
195
ban  kəssələr,  onu  qəbul  edib,  tayfanı  zülümdən  azad 
edərəm (bax: “İn
 
ək”  surəsinin 67-72-ci ayələrinə) 
Surədəki sirləri Elmi-ladunla öyrənərkən mənə mə-
lum oldu ki, bu gün bəşəriyyət həmin situasiyanı yaşa-
maqdadır  və  insanlar  müasir  firoonların  zülümündən 
qansız xilas olmaq istəyirlərsə, həmin əlamətlərdə inəyi 
(düyəni) tapıb, ikinci dəfə qurban kəsməlidirlər. Surə-
nin 2 rəqəmi ilə nömrələnməsi də məhz bununla bağlı-
dır  (ümumiyyətlə,  Quranda  keçən  bütün  hadisələr  bu 
əsrdə bu və ya digər formada görünəcək). 
unu  biləndən  sonra,  mən  həmin  əlamətlərdə 
inəyi axtarmağa başladım. Bir neçə ildən son-
ra  bir  şair  dostum  (o  həm  də  tamadadır)  yanıma  gəlib, 
dedi inək axtarırsan? Əvvəl heç nə yadıma düşmədiyin-
dən,  “yox”  dedim.  Dedi  bu  gecə  yuxumda  filankəsi 
gördüm,  qabağında  bir  topa  öz  heyvanlarını  aparırdı, 
içərisində qızılı rəngdə bir düyə vardı, bir səs mənə dedi 
ki, bu düyə Paşa Yaqubun neçə ildir axtardığı düyədir. 
Şair  dostum  yuxunu  danışanda,  yadıma  düşdü  ki, 
mən “Quran”dakı inəyi axtarıram, Allah-taala mənə ni-
şan  verir.  Dediyi  adamı  tanıyırdım,  axşamüstü  evinə 
gedib, bu əlamətlərdə düyəsinin olub-olmadığını, satıb-
satmadığını  soruşdum.  Kişi  dedi  elə  bir  heyvanımız 
var,  üç  yaşındadır,  çöldə-bayırda  azad  gəzsə  də,  kələ 
başqa heyvanlara yaxınlaşır, nədənsə ona yaxınlaşmır. 
Dəfələrlə  satmaq  istəmişəm,  arvad  qoymur  ki,  həyəti-
mizin yaraşığıdır, satmıram. 
Maraq üçün gedib heyvanlar saxlanan yerdə həmin 

Paşa Yaqub 
 
196
inəyə  baxdım.  Gördüm  “Quran”dakı  bütün  əlamətlər 
bunda  var.  Təxmini  hesabladım  ki,  bunun  ən  yüksək 
bazar  qiyməti  100 "şirvan"  olar  (kilo-kilo  satarsa).  Ev 
sahibinin arvadına bu məbləği təklif etdim ki, heyvanı 
sat  mənə.  Dedi  pula  ehtiyacım  yoxdur,  satmıram.  Ar-
dıycan  soruşdu  ki,  doğmayan  heyvana  nə  əcəb  bu  qə-
dər təklif edirsən, hansı ki, bazarda bu pula daha sərfə-
lisin ala bilərsən? 
Qurban kəsəcəyimi deyəndə, arvada gülməli gəldi, 
dedi  inəkdən  qurbanmı  olar?  ("Onlar dedilər: "Bizi 
məsğərəyəmi qoyursan?" Quranın həmin ayəsi). 
Səhəri  gün  həmin  qadına  150,  birisi  gün  isə  200 
"şirvan"  və  yaxud,  bəyəndiyiniz  yanı  balalı  bir  inəyi 
bazardan  alıb  düyəni  onunla  dəyişməyi  təklif  etdim 
(and olsun ki, həmin anda mənim bir maşın pulum ol-
saydı,  hamısını  ona  təklif  edərdim).  Arvad  iki  ayağını 
bir başmağa dirəyib, satmayacağını dedi. 
undan əlavə, qonşu qadınların da yanında mə-
nim dəli olduğumu, erkək heyvanlar dura-dura 
dişini qurban kəsmək istədiyimi lağnan danışırmış. So-
nuncu söhbətimdə ona bildirdim ki, mənə satmırsansa, 
eybi yoxdur, amma bu heyvanı heç vaxt qəssaba satma, 
çünki oradan restoranlara və içki məclislərinə gedəcək 
və  günaha  batacaqsan,  düyədə  Allahın  nişanəsi  oldu-
ğundan, ona kələ yaxınlaşmır. Mən danışdıqca gördüm 
arvad gülür... 
Bir neçə aydan sonra xəbər tutdum ki, həmin düyə-
ni 70 "şirvana" qəssaba satıblar, bir neçə heyvanla bir-
B

G İ Z L İ   E L M L Ə R  
 
197
likdə.  Arvadı  qəfil  sancı  tutduğundan,  Bakıdakı  klini-
kaardan  birində  əməliyyat  olunub.  Bu  minvalla  ailə 
üzvləri dalbadal bir neçə dəfə əməliyyat olandan sonra, 
həmin  həyətdəki  heyvan  sürüsündən  əsər-əlamət  qal-
madı. Aradan cəmi bir neçə il keçib, həmin ailədəki bir 
dəstə  külfətdən  də  heç  kəs  qalmayıb,  sonuncu  həmin 
qadın dünyasını dəyişdi. Allah hamısına rəhmət eləsin, 
günahlarını bağışlasın... 
...  Bu  əhvalatı  danışmaqda  məqsədim  insan  oğlu-
nun diqqətini bir daha həmin qurbana cəlb etməkdir ki, 
müasir fironların zülmündən qansız-qadasız qurtarmaq 
üçün  Rəbbim  onun  kəsilməsini  istəyir.  Qurbana  şərik 
olmaq üçün say məhdudiyyəti yoxdur və onu istənilən 
ölkədə zülmə məruz qalan toplum cəmləşərək, halallıq-
la alıb, kəsə bilər. 
Bu qurbanlıqda başqa nüanslar da var ki, bunlar ic-
timaiyyət üçün deyil. 
"Nəhayət onlar inəyi tapıb kəsdilər. Amma az 
qalmışdı ki, bu işi yerinə yetirməsinlər". Quran, 2:71 
 
 
 
Paşa Yaqub 
 
198
 
 
İDARƏÇİLİYİN 
SİRLƏRİ  
 
Elmi-lədun işığında 
 
 
 
 
 
 
 

G İ Z L İ   E L M L Ə R  
 
199
 
 
DÖVLƏT DƏ İNSAN KİMİ CANLIDIR – 
DOĞULAR, BÖYÜYƏR, YAŞLANAR VƏ ÖLƏR 
 
induların müqəddəs kitablarında da xilaskarın 
zühuru  haqqında  müjdələr  var.  Bu  kitablarda 
deyilir:  
 “Dördüncü dövrün axırlarında yer əhli fəsada çə-
kilər və onların əksəri kafir olar. Onlar böyük günah-
lar edərlər və hakimləri alçaq bir şəxs olar. Həmin 
dövrün insanları bir-birini yırtan canavara bənzəyər. 
Kahinlər və din adamları yolunu azar, haqq oğruların 
əlinə düşər, təqvalı və zahid insanlar alçaldılar... 
 Həmin vaxt “Brəhman Kəla”, yəni  şücaətli bir 
dindar zühur edər və öz elmi ilə yer üzündə  fəsadın 
kökünü kəsər. O, pak insanları hifz edəcək”. 
 
 ”Şakomuni” kitabında deyilir: “Dünya hakimiyyəti 
aləmin yaranmışlarının ağası  nəslindən olan böyük 
“Kəşnin” əlinə keçəcək. O şərq və qərb dağlarına ha-
kim olacaq. Bütün ilahi dinlər bir dinlə  əvəz olacaq. 
Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq”. 
 Hindu kitablarından olan ”Vişn-cok” kitabında ya-
zılır:  “Dünyanın sonunda hakimiyyət Allahı sevən və 
Onun xalis bəndələrindən olan bir şəxsin əlinə keçəcək. 
Onun adı Xoşbəxtdir”. 
 Hindu kitablarından olan “Bask” kitabında yazılır: 

Paşa Yaqub 
 
200
“Dünya həyatı adi bir şəxsin hakimiyyəti ilə tamamla-
nacaq. O, mələklərin, cin və insanların rəhbəridir. 
Haqq onunladır. O, suya, quruya, dağlara hakim ola-
caq. Göylərdə və yerdə olandan xəbər verəcək. Ondan 
böyüyü dünyaya gəlməmişdir”. 
 “Upanişad”  kitabında  deyilir:  “O, dünyanın axır-
larında zühur edər. Ağ ata süvar olar, əlində yalın qı-
lınc tutar. Quyruqlu ulduz tək işıq saçar. Bütün rəzil 
insanları həlak edər, yeni bir həyat qurar. Paklığı yer 
üzünə qaytarar”.  
 
Dövlət də insan kimi canlıdır... 
 
eri gəlmişkən, orta əsrlərdə yaşamış təcrübəli 
dövlət  xadimi  və  tarixçi  İbn  Xəlduna  görə, 
dövlətlər  də  insanlar  kimi  doğular,  böyüyər,  yaşlanar 
və ölər. Buna görə də o, dövlətin keçirdiyi mərhələləri 
5 yerə ayırır.  
 Birinci  mərhələ  fəth  və  quruluş  mərhələsidir.  Bu 
mərhələdə oturaq bir rəhbərliyin əlindən hərbi güclə iq-
tidar ələ keçirilir. Əsəbiyyə bağlarının çox güclü oldu-
ğu, hökmdarların bir kraldan daha çox bir başçı olduğu 
mərhələdir. 
 İkinci  mərhələdə  hökmdar  iqtidarı  inhisarlaşdır-
mağa  başlayır.  Bunun  üçün  özünün  başa  keçməsinə 
kömək  edən  təbii  həmrəylikdə  "təmizlik"  aparmağa 
Y

G İ Z L İ   E L M L Ə R  
 
201
başlayar, onun gücünə ortaq olanları yox edər, birbaşa 
özünə  bağlı  olan  muzdlu  döyüşçü  və  bürokratlardan 
təşkil  olunmuş  bir  əhatə  yaratmağa  başlayar.  Bundan 
başqa mütəfəkkirlərdən ibarət məsləhətçiləri olar. 
 İbn  Xəldunun  düşüncəsinə  görə,  mütəfəkkirlər  ən 
pis  siyasi  məsləhətçilərdir.  Siyasi  hadisələri  ayrıca 
görmək  yerinə  bir-biri  ilə  müqayisə,  mübahisə  edərək 
gördükləri üçün mənfi siyasi məsləhətlər verə bilirlər.  
 İbn  Xəlduna  görə  hökmdarlara  əsl  yararlı  məslə-
hətləri  "orta  bir  zəkaya  sahib  olan  fövqəladə  şəxslər" 
verirlər. 
 Üçüncü  mərhələ  iqtisadi  rifahın  artdığı,  mədəni 
ünsürlərin  inkişaf  etdiyi  bir  yüksəliş,  ya  da  dəbdəbə 
mərhələsidir. Bu mərhələdə hökmdar şəxsi gəlirini ar-
tırmaq,  tabeliyində  olanların  vergilərini  azaldaraq 
dövlətin  maliyyə  mənbələrini  artırmaq  və  yenidən 
düzəltmək,  şəhərləri  gözəlləşdirmək  üçün  çalışır.  Hər 
kəs iqtisadi rifahdan öz payını alır, sənətkarlıq və elm 
inkişaf edir, hakim təbəqələr özlərini mədəni layihələ-
rin qoruyucuları olaraq göstərərlər. Rifah və sərbəstlik 
dövlətin suveren vəziyyətinə çevrilər.  
 Dördüncü  mərhələ  doymaq,  təmin  və  özünü  bə-
yənmək mərhələsidir. Sabitlik və sülhün hakim olduğu, 
idarəetmədə yenilikçi heç bir təşəbbüsün olmadığı, əv-
vəlki idarəetmənin təqlid edildiyi və bundan imtina et-
mənin  dövlətin  dağılmasına  səbəb  olduğuna  inanılan 
bir mərhələdir. 
Paşa Yaqub 
 
202
 Həm idarə edənlər, həm də idarə olunanlar bu sa-
bitlik və rifahın əbədi olacağına inanarlar. Dövlət quru-
cularının gücü və uğurlarına görə bu mərhələ çox uzun 
müddət  davam  edə  bilər.  Ancaq  bu  mərhələdə  hiss 
olunmadan geriləmə, dağılma başlayır və dövlət sonun-
cu mərhələ olan "eyş-işrət və israf" mərhələsinə keçir. 
 Sonuncu  mərhələ  eyş-işrət  və  israf  mərhələsidir. 
Bu mərhələdə hökmdarların iqtisadi və toplum hadisə-
lərini  şəxsi  arzuları  ilə  idarə  etməyə  çalışması  ilə 
dövlətdə sağalması mümkün olmayan xəstəliklər mey-
dana çıxır. 
ökmdar  sahib  olduğu  lüks  həyatı,  ordunu  və 
bürokratları saxlamaq üçün vergiləri artırma-
ğa məcbur olur. Artan vergi iqtisadi fəaliyyətlərin azal-
masına  səbəb  olur  və  hökmdarın  məqsədinin  əksinə 
olaraq,  dövlətin  gəlirləri  azalır.  Dövlətin  gözləmələri 
zəifləyər və ümidsizlik yayılar. İqtisadi fəaliyyətlər da-
yanar  və  insanlar  uzun  müddətli  planlara  girişməzlər. 
Doğum  həddi  aşağı  düşər,  əhalisi  çox  olan  şəhərlərdə 
sıxlıq və ekoloji problemlər ortaya çıxar. Dövlət dağıl-
mağa başlayar. Mərkəzdən uzaqda yerləşən valilər, ge-
nerallar,  şahzadələr,  ya  da  başqa  dövlətlər  dövlətdən 
torpaq parçaları əldə etməyə başlayarlar. Paytaxtda da 
ordu  və  bürokratlar  hökmdarın  nüfuzunu  ələ  keçirmə-
yə,  hökmdarı  sadəcə  "oyuncağa"  çevirməyə  başlayar-
lar.  Nəticədə  xaricdən  gələn  və  əsəbiyyəsi  güclü  gənc 
H

G İ Z L İ   E L M L Ə R  
 
203
və  sağlam  bir  topluluq  dövləti  zəbt  edər  və  çürümüş 
quruluşu yox edib yenisini qurarlar. 
 Hər dövlət bu mərhələləri yaşayar və bunlar dövri 
olaraq həmişə təkrarlanar. Göründüyü kimi, bir mərhə-
lədən  digərinə  keçiş  ictimai  quruluşdakı  təbii  güclərlə 
izah olunur. İbn Xəlduna görə bu proses bir ictimai qa-
nundur və şəxslərin iradəsinə tabe olmaz ... 
Paşa Yaqub 
 
204
 
 
DÖVLƏT QURULUŞU BU CÜR OLSA RÜŞVƏT 
ALMAQ MÜMKÜN OLMAZ 
 
u gün dünya ölkələrinin böyük əksəriyyətində 
insanlar korrupsiya bataqlığında boğulmaqda-
dırlar. Millətlərin içərisində olan az sayda ağıl sahibləri 
bu bataqlıqdan xilas yollarını düşünməkdədirlər. Bunu 
nəzərə  alıb,  elmi-lədun  yolu  ilə  bizə  öyrədilmiş  dövət 
quruluşu  sistemini  təqdim  edirik  ki,  xalqlar  gələcəkdə 
bu  sistemi  öz  ölkələrində  tətbiq  etməklə,  elə  dövlət 
qursunlar  ki, o quruluşda  məmurlar istəsələr belə  kor-
rupsiyaya qurşanmaları mümkün olmasın. 
Öncə  qeyd  edək  ki,  ən  qədim  dövrlərdən  başlaya-
raq,  korrupsiya  dövlətlərin  idarəetmə  sisteminin  kö-
künü  zədələmiş,  mütəşəkkil  cinayətkarlığa  yol  açmış, 
cinayətkar qruplaşmaların yaranmasına səbəb olmuş və 
bu  qrupların  əsas  strategiyasına  və  taktikasına  çevril-
mişdir. Məmur özbaşınalığı, vəzifə saxtakarlığı, vəzifə-
dən sui-istifadə etmə halları, rüşvətxorluq, dövlət əmla-
kının  talan  edilməsi,  maliyyə  fırıldaqları  və  bu  kimi 
başqa  cinayət  əməllərinin  kökündə  məhz  korrupsiya 
dayanır. 
 Korrupsiya  hüquqi  aktların  və  dövlətin  inkarı  de-
məkdir.  Korrupsiya  zülmü,  zorakılığı,  özbaşınalığı  və 
s.  bu  kimi  alçaq  və  rəzil  xüsusiyyətləri  özündə  ehtiva 
edən çox zərərli bir əməldir. Korrupsiya fahişəlik qədər 
B

G İ Z L İ   E L M L Ə R  
 
205
qədim bir əməldir. Hüquqi aktların işləməməsi korrup-
siyanın  əsas  səbəblərindən  biri  kimi  göstərilməlidir. 
Korrupsiyanın  qarşısını  almaq  üçün  məmurun  maaşı 
artırılmalı  və  göstərdiyi  xidmətə  uyğun  bonus  əlavə 
edilməlidir. 
 Məhkəmə  hakimiyyətində  korrupsiyanın  olması-
nın əsas səbəbləri bunlardır:  
- hakimlərə ciddi cəza nəzərdə tutulmaması; 
- hüquqi aktlardakı qeyri-müəyyən nitq hissələrin-
dən istifadənin çox olması (hüquqi aktlarda boşluqların 
yaranmasına səbəb olur); 
- ictimai nəzarətin olmaması; 
 - nəzarətedici orqanın olmaması; 
- cəzasızlıq sindromu; 
- sahibkarların azad olmaması; 
- hüquqi aktların işləməməsi; 
- hakimlərin şəffaf seçilməməsi və s.  
Korrupsiyanın  əcdadı  mənəvi  pozğunluqdur.  Rüş-
vət alan məmura ilk öncə xəbərdarlıq edilməli və onun 
iş  yeri  dəyişilməlidir.  Əgər  o  ikinci  dəfə  bu  hərəkəti 
edərsə,  o  zaman  onun  bütün  əmlakı  dövlət  tərəfindən 
alınmalı, hərracda satılmalı və ehtiyacı olanlara əvəzsiz 
verilməlidir. 
 Yaradan insana var-dövləti ona görə verir ki, insan 
onu xoş niyyətlər üçün istifadə etsin və ehtiyacı olana 
yardım etsin. 
İnsanın  insana  qarşı  törətdiyi  cinayətin  kökündə 
şübhəsiz,  varlanmaq  ehtirası  dayanır.  Varlı  olmaq  və 
Paşa Yaqub 
 
206
ya  yaxşı  yaşamaq  hamının  istəyi  olsa  da,  başqasının 
hesabına  varlanmaq  hər  adamın  arzusu  deyil.  Hər  bir 
insan  öz  zəhməti  hesabına  varlanmalı,  yalnız  haqqı 
olan maddi nemətlərlə kifayətlənməlidir.  
İnsanlar bilməlidirlər ki, var dövlət toplamaq insa-
nın ən böyük missiyası olsaydı, təbii ki, bunu peyğəm-
bərlər, alimlər, filosoflar hamıya bəyan edərdilər. İnsa-
nın  ən  böyük  missiyası  xeyir  əməl  sahibi  olmaq  və 
elmlənməkdir. Şübhəsiz, insanın ən böyük amalı bəşə-
riyyəti  maarifləndirmək,  əhəmiyyətli  ideyalar  irəli 
sürmək və həyatı dərk etməkdir. 
y  rəhbərlər!  İşçilərnizə  inanın;  amma,  daima 
onları yoxlayın. Hər şeyə şübhə ilə yanaşmaq 
olar, amma hər şeyə inamsızlıq göstərmək olmaz.  
Yuxarıda qeyd etdiyimiz kimi, insan övladı bu gün 
korrupsiyalaşmış  dövlət  qurumlarının  yarıtmaz  fəaliy-
yəti nəticəsində əzab çəkməkdədirlər. Bunu nəzərə ala-
raq, Yaradanın bizə öyrətdiyi dövlət quruluşu modelini 
sizlərə təqdim edirik. Əgər öz ölkələrinizdə bu modeli 
tətbiq  edərsinizsə,  məmurlar  istəsələr  belə,  rüşvət  ala 
bilməyəcəklər. 
Əl  idarəçiliyin  simvoludur;  məgər  insanlar  bunu 
bilmirlərmi?  Əldə  beş  barmaq  olduğu  kimi,  dövlətin 
idarəçiliyi də beş yerə bölünməlidir: 
1) Baş barmaq - məhkəmə hakimiyyətini; 
2)  İşarə barmağı - nəzarətedici hakimiyyəti;  
3) Orta  barmaq  -  imtahanları  təşkil  edən  hakimiy-
yətin bir qolunu; 
E

G İ Z L İ   E L M L Ə R  
 
207
4)  Üzük barmağı - qanunverici hakimiyyəti; 
5)  Kiçik barmaq isə, icraedici hakimiyyəti bildirir.  
Quracağınız  dövlətdə  hakimiyyətin  bu  qolları  qar-
şılıqlı fəaliyyət göstərməli və öz səlahiyyətləri daxilin-
də müstəqil olmalıdırlar. 
Məhkəmə  hakimiyyətinin  müstəqilliyini  təmin  et-
mək  üçün,  hakimliyə  namizədlər  ilk  olaraq  imtahan 
versinlər  (imtahanları  vahid  qurum  təşkil  etməlidir.) 
Sonra  isə,  hakimlər  yüksək  bal  toplayan  namizədlər 
arasından xalq tərəfindən seçki yolu ilə seçilsinlər.  
Məhkəmələr  Cinayət,  Mülki,  İnzibati,  İqtisadi, 
Apellyasiya və Ali məhkəmələrə bölünsünlər. Ölkədəki 
bütün təhqiqat və istintaqları Məhkəmə hakimiyyəti ya-
nında İstintaq və Təhqiqat Komitəsi aparsın. 
 
Senzorluq 
 
əhkəmə  qərarlarının  icrasına  Nəzarətedici 
orqan  nəzarət  etsin.  Nəzarətedici  orqanı 
“Baş Senzorluq”  adlandırın.  Senzorun  rəhbəri  “Baş 
senzor” adlansın. Senzorluq ölkədə bütün hüquqi akta-
ların icrasına nəzarət etsin. Senzorun işçiləri Ali hüquq 
təhsilli olmalı və işə imtahan verərək seçilməlidirlər. 
 Baş  Senzor  senzorlar  arasından  stajı,  biliyi  və 
təcrübəsi  nəzərə  alınmaqla,  püşk  atma  yolu  ilə  7  il 
müddətinə  seçilsin  və  bir  daha  bu  vəzifəni  tuta  bil-
məsin.  
Baş  Senzor  seçilmiş  şəxs,  səlahiyyət  müddəti  bit-

Paşa Yaqub 
 
208
dikdə birbaşa Dövlət Şurasının üzvü sayılsın. 
Dövlət Şurasının üzvləri, insan hüquq və azadlıqla-
rına ziyan verəcək hər bir qərara veto qoymaq hüququ-
na malik olsunlar və onlar toxunulmaz sayılsınlar.  
İmtahan Şurası ən savadlı, bilikli elm adamların-
dan ibarət tərkibdə yaradılsın və şuranın əsas məqsədi 
dövləti savadlı kadrlarla təmin etmək olsun. 
Qanunverici hakimiyyət isə, Hüquqi aktların eks-
pertiza  şurasıdır.  Şura  bütün  hüquqi  aktlar  qəbul  edil-
məmişdən əvvəl onun ekspertizasını həyata keçirsin və 
şuranın işçiləri ən savadlı hüquqşunas, iqtisadçı və di-
gər peşə sahiblərindən ibarət olsun. Şurada qanunveri-
cilik  təşəbbüsünü  hər  bir  vətəndaş  elektron  və  yazılı 
formada  bildirə  bilər.  Şurada  millət  vəkilləri  olmasın. 
Şurada ancaq ekspert və mütəxəssislər təkliflər hazırla-
sınlar. Təkliflər ümumi bəşəri dəyərlərə zidd olmamalı-
dır.  Şurada  hazırlanmış  qanunlar  (və  onlara  vaxtaşırı 
edilən  dəyişikliklər)  ümumxalq  referendumu  ilə  qəbul 
edilsin. 
 
Strateq 
 
İcraedici hakimiyyətinizin başçısını Strateq adlan-
dırın.  Strateq  öz  icra  səlahiyyətlərini  həyata  keçirmək 
üçün  ixtisaslaşmış  qurumlara  rəhbərləri  Baş  senzorluq 
və İmtahan şurası ilə razılaşdırmaqla təyin etsin. Stra-
teq 7 il müddətinə seçilsin. Strateq seçilmiş şəxs bir da-
ha yenidən strateq seçilə bilməz. Əvvəllər strateq seçil-

G İ Z L İ   E L M L Ə R  
 
209
miş  şəxs  səlahiyyət  müddəti  bitdikdən  sonra  birbaşa 
Dövlət Şurasının üzvü olsun.  
trateq  ölkəni  aşağıdakı  xalq  tribunları  vasitəsi 
ilə idarə etsin: 
Hərbi  işlər  üzrə  xalq  tribunu  –  bütün  silahlı 
qüvvələrə, hərbi sənayeyə və hərbi xidmətə çağırışa nə-
zarət etsin.  
Maliyyə işləri üzrə xalq tribunu – dövlətdə işlə-
yən  işçiləri  və  işləməyən  vətəndaşları  sosial  müavinət 
və pensiya alan şəxsləri hər ay vaxtlı-vaxtında pulla tə-
min etsin. 
Daxili  işlər  üzrə  xalq  tribunu (bu vəzifə həm də 
vitse-strateq sayılsın) – ölkənin miqrasiya, vergi, göm-
rük siyasətinə, fövqəladə hallara və türmələrə nəzarəti 
həyata keçirsin. Bu quruma rəhbərlik edən şəxs dövlə-
tin bütün qubernatorlarının başçısı sayılsın. 
 Qubernatorlar İmtahan şurasının təşkil etdiyi im-
tahanları müvəffəqiyyətlə verən şəxslərdən ən  çox bal 
toplamış şəxs seçilsin. Əgər iki və daha artıq ən çox bal 
toplamış şəxs olarsa, onda qubernatoru onlar arasından 
püşkatma yolu ilə seçin. 
 Qubernatorlar  öz  ərazilərində  qeydiyyat  idarələri-
nə,  təhsilə,  səhiyyəyə,  ekologiya  idarələrinə  və  s  tam 
nəzarət etsinlər.  
Mədəniyyət  işləri  üzrə  xalq  tribunu  –  turizmə, 
idmana, tikinti və bərpa işlərinə nəzarət etsin və tikinti-
lərə icazə versin.  
 Yüksək  texnologiyalar  və  Nəqliyyat  işləri  üzrə 

Paşa Yaqub 
 
210
xalq tribunu – su, quru, dəmir yolu, hava, kosmosdakı 
işlərə nəzarəti və aidiyyatı yerlərdəki təmir bərpa işləri-
nə nəzarəti həyata keçirsin.  
Xarici  işlər  üzrə  xalq  tribunu  –  ölkənizin  xarici 
siyasətini müəyyən etsin. 
İnsan  və  Dövlətin  mühafizəsinin  təşkili  üzrə 
xalq tribunu – dövlətinizin və vətəndaşlarınızın təhlü-
kəsizliyini təmin etsin. 
İqtisadi inkişaf üzrə xalq tribunu – kənd təsərrü-
fatı və digər dövlət inkişafı üçün müxtəlif proqramları 
hazırlasın və onları icra etsin.  
ütün Banklar dövlətin müstəsna mülkiyyətin-
də olsun. Sələmi haram elan edin. Bank işçilə-
ri maaşlarını dövlətdən alsınlar.  
Xalq  tribunları  və  qubernatorlarınızın  səlahiyyət 
müddəti beş il olsun və bir şəxs yalnız bir dəfə həmin 
vəzifələri tuta bilsin.  
Bu  gün  dünyada  olan  xalqların  böyük  əksəriyyəti 
korrupsiyalaşmış dövlət qurumlarının əsarətində qalıb-
lar  və  çıxış  yolu  axtarırlar.  Yuxarıda  göstərdiyimiz 
dövlət  quruluşu  sistemi  bəşəriyyətə  bir  model  olaraq 
təklif  edilir.  Əgər  sizlər  həqiqətən  də  korrupsiya  ilə 
mübarizə  aparıb,  onun  kökünü  kəsmək  istəyirsinizsə, 
onda öz ölkələrinizdə bu modeli tətbiq etməyiniz təklif 
olunur.  
 
 
 
B

G İ Z L İ   E L M L Ə R  
 
211
Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin