B
Paşa Yaqub
122
GÜL BECƏRMƏYİN İNSAN
XARAKTERİNƏ TƏSİRİ
ül əkin, gül becərin!” Bu tövsiyə Nostrada-
musun kitabında yer alıb və bu cümlənin alt
qatında çox böyük mənalar gizlənir. İndi biz sizinlə
birlikdə bu mənaların seyrinə dalmağa çalışaq.
İnsan oğlunun məşğul olduğu sahə mütləq onun xa-
rakterinə təsir edir. Bunu adi həyatda, istənilən peşə sa-
hiblərinə diqqətlə nəzər saldıqda aydın görmək mümkün-
dür. Bu mənada insan hər gün vaxtının bir neçə saatını
gül bəsləməyə sərf edərsə, bir neçə ildən sonra güldə olan
zərifliyi, gözəlliyi, təravəti, ətri həmin adamın xarakterin-
də müşahidə etmək mümkündür (yəqin bu səbəbdən idi
ki, Osmanlı dövlətinin qanunlarına görə hər bir qəssab
ilin bir ayını gülçülük təsərrüfatında işləməyə məcbur
edilirdi).
Nostradamus bu deyimlə qadınları da nəzərdə tuta
bilərdi. Çünki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi,
cəmiyyətin də gözəlliyi qadınlardır. Məlum bir afo-
rizmdə bu barədə necə də gözəl deyilmişdir:
Qadına gül vermək böyük qəbahət -
Çünki özü güldür, qoxur təravət.
Onlarla da təmas insana (kişiyə) nəvaziş, incəlik
təlqin edir (qadın olmayan kollektivlərdə həmişə ko-
budluq hökm sürür).
“Ç
G İ Z L İ E L M L Ə R
123
ostradamus bu deyimlə övladlara da işarə vu-
ra bilərdi. Çünki, onlar da bizim gül balaları-
mızdır və onlarla da təmas insanın xarakterinə müsbət
təsir edir. Övladın qoxusu hər bir valideyn üçün əvəzo-
lunmaz ətirdir. Allah hamınızın balalarınızı xoşbəxt
eləsin!
Fürsəti qaçırmayın - gül əkin, gül becərin...
N
Paşa Yaqub
124
SƏNƏTKARA ÖZ YERİNDƏ
QİYMƏT VERİLMƏZ
ənət adamı olan dostlarımın demək olar hamısı
gileylənirlər ki, kənar yerlərdə sənətimizə yük-
sək qiymət verildiyi halda, öz doğulduğumuz yerin in-
sanları bizə qiymət vermirlər.
Bəzi dostlarım bunu yaşadığı yerin əhalisinin qə-
dirbilməzliyi, sənətdən baş çıxarmaması kimi qiymət-
ləndirirlər.
Bilməlisiniz ki, bunun səbəbi, "günahı" heç də ya-
şadığınız yerin əhalisində deyildir. İnanmırsınızsa, sizə
yüksək qiymət verilən yerlərdə yerli sənətkarlardan so-
ruşun, görün onlara həmin yerdə qiymət verirlərmi?
Əlbəttə “yox” deyəcəklər.
Bu problemlə tək bir sənətlə məşğul olanlar deyil,
bütün sənət sahələrinin sənətkarları qarşılaşırlar. Odur
ki, məsələnin kökünə bir nəzər salmağı lazım bildim.
El arasında “Öy (ev) buzoyundan öküz olmaz” mə-
səli təsadüfən yaranmayıb. İnsan cəmiyyəti yaranandan
yanaşma bu cür olub.
Ona görə də, bizdən qabaq yaşamış aqillər başqala-
rından fərqli qabiliyyəti, istedadı olan adamlara (sənət-
karlara) məsləhət görmüşlər ki, öz sənətinizlə yüksəl-
mək və ad-san qazanmaq istəyirsinizsə, mütləq yaşadı-
ğınız yeri tərk etməlisiniz.
S
G İ Z L İ E L M L Ə R
125
Bunu belə izah edirlər ki, əgər sən xüsusi istedada
sahib olub, məsələn, bir elmi kitab, yaxud bir əsər yaz-
mısansa, yaşadığın yerin adamları onu oxuduqca, göz-
lərinin qabağına sənin uşaqlıqda onlarla bərabər etdiyin
günah işlər gələcək... və beləliklə də sənin elmin o
günahların kölgəsində qalacaq və həmin əhalinin
gözlərində dəyərsiz olacaq.
Dağ ancaq uzaqdan əzəmətli görünər
ənin gəncliyindən və uşaqlığından (günahların-
dan) xəbərsiz olan uzaq yerin əhalisi isə, sənin
kitabına və yaxud, istedadına yüksək qiymət verəcək-
lər. Çünki, onların sənin uşaqlığından, gəncliyindən xə-
bərləri yoxdur.
Bilməlisiniz ki, dağ nə qədər uzaqda olsa, onun
əzəməti bir o qədər böyük görünər. Üstünə çıxanda isə,
insan özünü o dağdan da əzəmətli hiss edər. Beləliklə
də, insanın gözündə həmin dağın əzəməti itib gedər.
Bu səbəbdən insanlar xoşbəxtliyi həmişə uzaqlarda
axtarırlar. Daha bilmirlər ki, yaxınlaşanda onsuz da o
əzəmətdən əsər-əlamət qalmayacaq...
Ona görə də çalışın ətrafınızdakıları qiymətləndirə-
siniz. Nə qədər çətin olsa da...
S
Paşa Yaqub
126
CƏMİYYƏTİN ÇÜRÜMƏSİ İLƏ NARIN
ÇÜRÜMƏSİ BƏNZƏR PROSESDİR
“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli iş-
lər görməyi əmr edən və pis əməlləri qadağan edən
bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən ni-
cat tapmış şəxslərdir”. “Quran”, 3:104.
on dövrlər Azərbaycanda baş verən mənəvi
aşınma cəmiyyəti çürütməkdədir ki, bu da hər
bir düşünən insanı narahat edir. Yeri gəlmişkən, insan
təbiətin bir üzvü olduğundan, cəmiyyətimizdə baş ve-
rən çürümə prosesini təbiətin digər sahələrində gedən
çürümə ilə müqayisə edək. Onu da qeyd edək ki, Allah
yaratdığı bütün heyvan və bitkiləri insanlara nümunə
olaraq yaratmışdır. Məsələn, “Quran”ın “Bal arısı” su-
rəsində açıq-aşkar göstərilir ki, Biz bal arısını dövlət,
ordu, ailə qurmaq və onları idarə etmək üçün insanlara
nümunə yaratdıq. Eləcə də bir çox meyvələr kollektiv
yaşamaq və birgəyaşayış qaydalarına əməl etmək üçün
insanlara nümunədir. Məsələn, götürək narı. Narın də-
nələri cəmiyyətin fərdlərinə işarədir. Allah hər bir gi-
lənin qidasını kapilyarlar vasitəsi ilə özünə çatdırdı-
ğı kimi, hər bir bəndəsinin də ruzisini özünə çatdı-
rır. İnsanın nardan öyrənəcəyi, nümunə götürəcəyi çox
şeylər vardır. Təəssüflər olsun ki, cahilliyimiz öyrən-
məyimizə, gördüyümüzdən nümunə götürməyimizə
S
G İ Z L İ E L M L Ə R
127
imkan vermir. Ağıl sahibi olsaydıq, görərdik ki, narın
dənələri özlərinə gələn ruziyə qane olurlar və digər gi-
lənin ruzisinə şərik olmurlar (qidasını mənimsəmək
üçün biri-digərini əzmirlər). Bununla da birgəyaşayış
qaydalarına əməl etməklə, kamillik (yetişkənlik) mər-
hələsinə çatırlar.
İnsan cəmiyyətində isə, bu nizama demək olar ki,
əməl olunmur. İnsanların böyük əksəriyyəti cahil və
nadan olduqlarından, özlərinə gələn ruzi ilə kifayətlən-
məyib, başqalarının da var-dövlətini mənimsəmək üçün
onları əzməklə məşğuldurlar. Buna nail olduqdan sonra
isə, əzən fərd özündən daha güclü fərd tərəfindən əzilir
və bu proses dayanmadan davam edir... Bu əzilmələr,
sıradan çıxmalar məhz birgəyaşayış qaydalarına (yara-
dılış
qanunauyğunluqlarına)
əməl
etməməyin,
gördüyümüzdən ibrət almamağın nəticəsidir.
Cəmiyyətdə gedən çürümə prosesini bu cür
dayandırmaq olar
arda ibrət alınası digər məqam onun daxilində
- təbəqələr arasında olan pərdələridir. Təcrü-
bə göstərir ki, narın daxilində çürümə ilk növbədə
pərdədən başlayır: pərdə çürüyüb qurtardıqdan
sonra dənələr (oxu: fərdlər) çürüməyə başlayır. İn-
sanlar bundan ibrət götürüb cəmiyyətin müxtəlif
təbəqələri arasında pərdələri qoruyub saxlamalı-
dırlar.
N
Paşa Yaqub
128
Məhz bu səbəbdən yaşadığımız cəmiyyətdə gedən
çürümə prosesini narda gedən çürümə ilə müqayisə et-
dik. Təəssüflər olsun ki, bu gün dünyada aparılan məq-
sədyönlü siyasət nəticəsində yaşadığımız cəmiyyətdə
pərdələr demək olar ki, götürülüb. Pozğun həyat tərzi
və açıq-saçıqlıq təbliğ edilərək, insanların həyat nor-
masına çevrilib. Bu da cəmiyyətin mənəvi çöküşünə və
Allahın qəzəbinə səbəb olmuşdur. Bu barədə Rəbbim
"Qurani-Kərim"də belə buyurur:
“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstər-
mək üçün libaslarını soyundurub valideyninizi (və ya-
xud Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi,
Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki,
o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bil-
mədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gə-
tirməyənlərin dostları etdik.
Onlar bu cür ədəbsizlik etdikləri zaman: “Ataları-
mızı belə gördük. Bunu bizə Allah əmr etmişdir”, - de-
yirlər. De: “Allah ədəbsizlik əmr etməz. Allaha qarşı
bilmədiyiniz şeyimi deyirsiniz?” 7:27-28.
çıq-saçıqlığı tənqid etdiyimiz zaman elə bil-
məyin ki, biz bütün qadınların çadraya
bürünüb evdə oturmalarını təbliğ edirik. Əsla yox!
Təcrübə göstərir ki, çadraya bürünməmiş də qadın abır-
həyasını, ismətini qoruya bələr. Sadəcə, ciddi və əxlaq-
lı qadınlar geyim tərzinə görə digər (küçə) qdınlarından
fərqlənməlidirlər. Yəni, insan küçədə qarşısına çıxan
qadının geyiminə baxarkən, onun əxlaqlı, yaxud, əx-
A
G İ Z L İ E L M L Ə R
129
laqsız (sahibli, yxud, sahibsiz) olduğunu sezməlidir.
Allah da “Quran”da bizlərə məhz bu mesajı verir. Belə
ki, örtünməklə bağlı olan ayədə məhz belə buyurulur:
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mömin-
lərin övrətlərinə de ki, evdən çıxdıqda cariyələrə oxşa-
masınlar deyə, örtüklərini örtsünlər. Bu, onların tanın-
ması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi)
və onlara əziyyət verilməməsi üçün daha münasibdir.
Allah bağışlayandır, rəhm edəndir!” “Quran”, 33:59.
u ayə o vaxt nazil oldu ki, müharibədə əsir alı-
nan və iman gətirməyən qadınlar vardı ki, on-
lar hüquqsuz olduğundan küçədə onlara sataşırdılar.
Bəzən elə olurdu ki, cahil insanlar küçədə mömin
(hüquqlu) qadına da sataşırdılar (onları cariyələrdən
ayırd edə bilmədikləri üçün). Bütün bu yaramazlıqların
baş verməməsi üçün yuxarıdakı ayə nazil oldu ki,
mömin (sahibli) qadınlar öz geyim tərzlərinə görə əsir
alınmış (sahibsiz) qadınlardan fərqlənsinlər. Bu fərqli-
lik o vaxt ancaq baş örtüyü ilə ola bilərdi. Çünki o
dövrün qadınları hamısı uzun libas geyinirdilər. Onları
ancaq baş örtüyü ilə bir-birindən (azad qadını cariyə-
dən) fərqləndirmək olardı.
İndiki dövrdə isə, cəmiyyətimizdə əsir (cariyə) qa-
dınlar olmasa da, küçə qadınları (yaxud bar qadınları)
kimi qəbul edilən bir təbəqə mövcuddur ki, onlar öz
açıq-saçıq geyimləri ilə başqalarından fərqlənirlər. Tə-
əssüflər olsun ki, cəmiyyətimizdə belə bir tendensiya
müşahidə edilməkdədir ki, əxlaqlı (sahibli) qadınlar ge-
B
Paşa Yaqub
130
yim tərzləri ilə artıq onlarla (sahibsizlərlə) bəhsə girir-
lər. Beləliklə də küçədə rastlaşdığımız qadınların han-
sının sahibli, hansının sahibsiz (bar qadını) olduğunu
müəyyənləşdirmək bir çox hallarda çətinlik törədir. Bu
da Allahın qəzəbinə gətirib çıxaran və cəmiyyətin
çürüməsinə səbəb olan əlamətlərdəndir. Bunu aradan
qaldırmaq istəyənlər yaxşı olar ki, başlarını bağlamır-
larsa, heç olmasa küçə qadınlarından fərqlənən (bədə-
ninin müəyyən yerləri görünməyən) paltar geyinsinlər.
Haqqı tələb edənlər özləri HAQQA
boyun əyməlidirlər!
Son dövrlər insanlarımızda müşahidə edilən neqa-
tiv əlamətlərdən biri də çoxluğun verdiyi sözə (vədə,
əhdə) əməl etməmələridir. Yəni, insanlar etməyəcəkləri
bir şeyi çox məsuliyyətsizcəsinə vəd edib, boyunlarına
götürürlər. Sabah həmin əhdə (verdikləri sözə) əməl et-
məyərək çox böyük günaha yüklənirlər (!). Beləliklə,
insanlarımızın böyük əksəriyyəti cahillikləri ucbatın-
dan özlərini günaha yükləyirlər və Allahın qəzəbinə
gətirirlər. Çünki vəd barəsində Allah xüsusi ayə göndə-
rib və verdiyimiz sözə görə bizim sorğu-sual olunaca-
ğımızı bildirib:
“Əhdə vəfa edin! Çünki insan əhd barəsində (tək
söz verdiyi adama deyil, həm də) Allah qarşısında ca-
vabdehdir”. “Quran”, 17:34.
Təcrübə göstərir ki, hansı qövm yolun azarsa, pər-
G İ Z L İ E L M L Ə R
131
dələri aradan götürərsə, ona müxtəlif bəlalarla yanaşı,
həm də qəddar, insafsız başçılar qismət olar. Allah bu
cür rəhbərlərin əlilə həmin milləti cəzalandırar. Həm də
belə rəhbərlərin ayağı ilə ölkədən xeyir-bərəkət çəkilər,
yoxsulluq, səfalət, aclıq baş alıb gedər:
“Beləliklə, hər bir obanın günahkarlarını oranın
başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər
məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı
məkr edərlər, lakin (bunun) fərqinə varmazlar”. “Qu-
ran”, 10:123.
unu dərk edən aqillər tövsiyə etmişlər ki, əgər
zalım bir rəhbərlə qarşılaşmısınızsa, onu də-
yişməyə çalışmaqdansa, özünüzü dəyişin. Çünki “Qu-
ran”da buyurulduğu kimi, hakimiyyət Allaha məxsus-
dur və onu istədiyi vaxt (millətin layiq olduğu forma-
da) dəyişməyə qadirdir. Deməli, yaxşı (insaflı, ədalətli)
rəhbər arzulayan millət ilk növbədə öz əxlaqı və əməl-
lərilə buna layiq durumda olmalıdır!
Müşahidələrimiz göstərir ki, millətimiz haqqı tələb
etdiyi halda, özü Haqqa boyun əymir – bu və ya digər
formada başqalarının haqqını tapdalayır (əziyyət verir).
Odur ki, haqqı tələb edənlər özləri HAQQA boyun əy-
məlidirlər!
B
Paşa Yaqub
132
CAHİL İNSAN KAL ƏNCİR KİMİDİR –
DİYİRLƏNİB KÖKÜNDƏN UZAQLAŞAR
uxarıdakı yazımızda cəmiyyətdə gedən mənə-
vi aşınma, çürümə prosesini narın çürüməsi
ilə müqayisə etdik. Bildiyimiz kimi, cəmiyyətin
çürüməsi, mənəvi aşınma ilk növbədə gənclərə təsir
edir və onların yetkinləşməsinə mənfi təsir göstərir.
Son dövrlər gənclərin milli-mənəvi dəyərlərdən sürətlə
uzaqlaşması və Avropanın parıltılı həyatına meyillən-
məsi də məhz bununla əlaqədardır.
Bunu əncir ağacının meyvələri ilə müqayisə etmək
olar. Belə ki, əncirin üstündəki meyvələr həm kal, həm
də dəymiş olarkən tökülürlər. Fərq ondadır ki, yetişmiş
əncirlər ağacın kökünə düşüb orada öz toxumları ilə
yenidən cücərdiyi halda, kal meyvələr tökülərkən diyir-
lənib ağacın kökündən uzaqlaşırlar. Ətrafımızdakı in-
sanlara dərindən nəzər salsaq, eyni mənzərəni görərik:
yetkin insanlar əslinə, kökünə, milli dəyərlərə sadiq
qaldıqları halda, cahillər bütün bu dəyərlərdən nəinki
uzaqlaşırlar, hətta dəyərlərə qarşı mübarizə aparmağa
başlayırlar. Nəticədə mənəvi aşınma sürətlənir və cə-
miyyət çürüməyə doğru gedir.
Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün
bunlar təsadüfən baş verməyib, məqsədyönlü siyasətin
nəticəsidir. Bu siyasət dünyaya sahiblənmək istəyən
Y
G İ Z L İ E L M L Ə R
133
masson lojaları tərəfindən yönləndirilir. Bu gün dünya-
nı əslində mafiyalar idarə edirlər; olkələrdəki hakimiy-
yətlər hər biri bu mafiya zəncirinin bir həlqəsidir. On-
lar ən böyük zərbəni xalqın mənəviyyatına, əxlaqına
vururlar. Bunu da KİV vasitələri ilə həyata keçirirlər.
Belə ki, televiziyalarda, qəzetlərdə, saytlarda əxlaqsız
müğənniləri və s. bu qəbildən olanları önə çıxararaq,
insanların gözünə soxmaqla, pozğunluğu təbliğ edən
serial və filmləri nümayiş etdirməklə insanların tərbi-
yəsinə, əxlaqına sağalmaz yaralar vururlar. Əxlaqı po-
zuq insanlar isə, o qədər cılızlaşar ki, öz dəyər-qiymət-
ni bilməz və heç vaxt böyük ideyalar, amallar, bəşəri
dəyərlər uğrunda mübarizə aparmazlar (indiki kimi).
Belə insanlar özlərini çox ucuz satarlar ki, bu da mas-
sonlara sərf edən bir vəziyyətdir. Bütün bunlara görə
bu gün Azərbaycanda əxlaq faciəsi hökm sürür...
nu da qeyd edək ki, dünyanı yönləndirən ma-
fiyalar (massonlar) demokratiyanı, haqq-əda-
ləti ancaq avropalılar üçün nəzərdə tutublar. Onlar
Azərbaycana və digər şərq ölkələrinə ancaq xammal
bazası kimi baxırlar. Ona görə də bu cür dövlətlərə
sözəbaxan, özlərinə tabe olan rəhbərlər təyin edib, on-
ların əli ilə sərvətləri talamaqla məşğuldurlar.
Taladıqları haram sərvətlərdən kiçik bir hissəni də
həmin dövlətlərin siyasi cəhətdən fəal kəsiminə qrant
adı ilə ötürürlər ki, onlar səslərini kəssinlər və xalq
üçün yalançı bir ümid yerinə çevrilsinlər. Siyasi parti-
yaların qorunub saxlanması ölkədə yalançı bir demok-
O
Paşa Yaqub
134
ratiya imici yaradır. Həm də xalqın fəal hissəsi başqa
ideyalar (İslam və s.) ətrafında birləşməyə meyl etmir-
lər. Hamı ümidini siyasi təşkilatlara bağlayır. Beləliklə,
millətin ümidlərini də nəzarət altında saxlayırlar.
Onu da bilməliyik ki, siyasi partiyalara qrant ayı-
ran fondların bəzilərinin rəhbərləri Dünyada qadın tica-
rətinə rəhbərlik edirlər. Belə çirkli pulların bir hissəsini
də Azərbaycandakı siyasi hərəkatlara ötürdüklərinə
görə buradakı xalq hərəkatı haramlaşdı, çirkaba bulaş-
dı. Massonlar bunu qəsdən etdilər. Çünki, onlar bilirlər
ki, müqəddəs ideyaların qarşısını almağın əsas yolu
onu haramlaşdırmaq, çirkaba batırmaqdır. Ona görə də
son dövrlər aparılan mübarizələr heç bir effekt vermir.
raşdırmalarımız göstərir ki, cəmiyyəti mənəvi
cəhətdən aşındıran, çürüdən səbəblərdən biri
də qanunların düzgün tərtib edilməməsidir; yəni, yara-
dılış qanunları ilə uzlaşdırılmamasıdır. Belə ki, qanun-
verici orqanlarımız heyvanlar haqqında qanun qəbul
edərkən, onların bütün xüsusiyyətlərini (balalama
dövrü, ovlanma dövrü və s.) nəzərə aldıqları halda, in-
sanlar üçün qəbul etdikləri qanunda bu xüsusiyyətlər
nəzərə alınmır. Belə ki, bildiyimiz kimi, bütün dövrlər-
də və cəmiyyətlərdə qadınların sayı kişilərinkindən da-
im üstün olur. Bundan əlavə isə, qadın cinsindən olan-
lar 15 yaşdan sonra yetkinliyə çatırlar və ailə qurmağa
can atırlar (və yaxud bioloji tələbatlarını ödəməyə me-
yilli olurlar). Qadınlarda hətta 70-80 yaşda da ailə qur-
maq şansı yaranarsa, bu onlarda problem yaratmır (fizi-
A
G İ Z L İ E L M L Ə R
135
ki cəhətdən buna qadir olurlar). Kişilərdə isə, belə de-
yildir. Onlar adətən 20 yaşdan sonra ailə qurmağa meyl
edirlər (əgər maddi imkanları yol verirsə). 60 yaşdan
sonra isə, kişinin ailə qurması fiziki cəhətdən nadir hal-
larda mümkün olur. Bütün bu və digər (kişilərin ruzi
dalınca səfər etmələri, hərbiyə və s. getmələri) faktları
nəzərə alanda görürük ki, bütün cəmiyyətlərdə ailə qur-
maq istəyən qadınlarla kişilər (tələblə təklif) arasında
ən azı üç-dörd dəfə fərq olur. Yəni, ailə qurmağa qabil
olan hər bir kişiyə azı 3-4 qadın düşür. Məhz buna görə
də hər şeyi qabaqcadan görən və problemləri nəzərə
alan Rəbbim bir kişiyə zərurət yaranarsa, dördə qədər
qadınla evlənməyə icazə verir:
“... Sizə halal olan (bəyəndiyiniz) qadınlardan iki,
üç və dörd nəfərlə nikah bağlayın! Əgər onlarla əda-
lətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir
nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlə-
nin. Bu, ədalətli olmağa daha yaxındır”. “Qadınlar”
surəsi, 3-cü ayə.
İndi gəlin görək qanunverici orqanlar bu yaradılış
qanunlarını nəzərə alırlarmı? Nəzərə alsaydılar, hər
halda cəmiyyətimizi çürüdən hallar (fahişəlik, zinakar-
lıq, qadın ticarəti və s.) bugünkü kimi tüğyan etməzdi.
xucuda haqlı sual yaranacaq ki, parlamentlər
niyə insanlar haqqında qanun qəbul edərkən
onların bioloji xüsusiyyətlərini nəzərə almırlar? Alma-
yanda bu cür pozğun həyatla qarşılaşırıqsa, bəs alsalar
nə baş verərdi?
O
Paşa Yaqub
136
Araşdırmalarımız göstərir ki, bu gün dünyada qa-
dın ticarətinə nəzarət edənlər Avropada oturan və bey-
nəlxalq fondlara rəhbərlik edənlərdir. Onlar demokrati-
ya adı altında ikinci, üçüncü qurup ölkələrin parlament
seçkilərinə qrant ayırmaqla, yaxud öz nüfuzlarından is-
tifadə edərək birbaşa idarəçilərə təsir etməklə, qanunla-
rın yaradılış qanunları (insanın bioloji xüsusiyyətləri)
ilə uzlaşdırılmasına heç vəchlə imkan vermirlər. Çünki
bu halda “tələblə təklif” bərabərləşər, qadın artıqlığı
yaranmaz. Beləliklə də dünyada qadın ticarətinə böyük
zərbə dəyər (qadınların sayı artıq olmasa və onlar öz
tələbatlarını ödəməyə yollar axtarmasalar, qadın ticarə-
tinə də şərait yaranmaz).
eç öz-özünüzə sual vermisinizmi niyə Avropa
və oradan yönləndirilən (təsir dairəsində olan)
dövlətlərin qanunlarında bir kişinin saysız-hesabsız qa-
dınlarla (yaxud qadının çoxlu kişilərlə) qeyri-rəsmi şə-
kildə (vətəndaş nikahı adıyla) birgə yaşamasıına icazə
verildiyi halda, niyə rəsmi (qeydə alınmış) şəkildə buna
icazə verilmir? Bu, ona bənzəmirmi ki, ağacdakı mey-
vəni oğurluq yeyə bilərsən, amma icazəli (halal) yeyə
bilmərsən (?). Bu, anormallıq deyilmi?
Niyə belə edirlər?
Səbəbi odur ki, əgər buna rəsmi icazə verilərsə, be-
kar (ərsiz) qadınların sayı azalar və bu da qadın ticarə-
tinə, qadın alverinə zərbə vurar (!). İndi sizə aydın ol-
dumu ikinci, üçüncü qrup ölkələrə öz fərdi fondundan
milyardlarla pul buraxan adamlar bu pulu haradan və
H
G İ Z L İ E L M L Ə R
137
necə qaytarırlar? Məhz QADIN TİCARƏTİNDƏN!
Bu gün biz (və bir çox cəmiyyətlər) bunun acılarını
yaşamaqdayıq. Cəmiyyətimiz çürüyür və o, bu gün əx-
laq faciəsi ilə üzləşib. Qadınlarımız rəsmi şəkildə ailə
qurmaqda çətinlik çəkdiklərindən, öz bioloji tələbatla-
rını qeyri-rəsmi (zinakarlıqla) ödəmək məcburiyyətində
qalırlar. Bu da qorxuya, stresə, əsəb gərginliyinə və bir
çox xəstəliklərin yaranmasına, cəmiyyətin pozulmasına
gətirib çıxarır...
mma, insanlarımız (əsasən də qadınlarımız)
nəzərə alsınlar ki, Allah hər bir çətinlikdən
çıxmaq üçün yollar qoyub. Yəni, sizin bəyəndiyiniz ki-
şilə nikahınıza dövlət qanunları rəsmi icazə vermirsə
(qeyri-rəsmi əlaqəyə icazə verir), onda heç olmasa, əla-
qənizi Allahın Kitabına uyğun qurun: (ən azı) dörd nə-
fər etibarlı şahid tutun və onların qarşısında ər-arvad
olduğunuzu elan edin və üzərinizə şəriətə müvafiq ər-
arvadlıq məsuliyyəti götürün. Bu cür nikahı dövlət ta-
nımasa da, heç olmasa Allah dərgahında qəbul ediləcək
və siz bir-birinizə halal olacaqsınız. Bu, nə qədər yaxşı
olmasa da hər halda zinakarlıqdan, günaha batmaqdan,
yalançı siğədən, qorxu və həyəcan keçirməkdən çox
yaxşıdır. Həm də yaşadığımız cəmiyyəti (gəmini) aşın-
madan və çürümədən qorumuş olarıq.
“... İçərinizdən iki ədalətli şahid tutun. Siz də, ey şa-
hidlər! Allah üçün doğru şahidlik edin! Bununla Allaha
və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir.
Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış
yolu əta edər”. “Quran”, “Boşanma” surəsi, 2-ci ayə.
A
Paşa Yaqub
138
Dostları ilə paylaş: |