Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan
ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm!
(Zəriyət, 56-57)
Allah səni Adəm övladlarından bəzilərinin etdiyi kimi, nəsə əldə etmək, nailiyyətlər
qazanmaq, hansısa peşə ilə məşğul olmaq və Onun üçün mal-dövlət toplamaq üçün
yaratmayıb. Yox. Allah bütün bunlardan zəngindir. Allah aləmlərdən zəngindir. Buna
görə Allah deyir:
“Mən onlardan ruzi istəmirəm və Məni yedizdirmələrini də
istəmirəm”
– çünki Allah ruzi verir, amma Özü qidalanmır. Allah bütün bunlardan
zəngindir, Onun Ona ibadət edilməsinə də ehtiyacı yoxdur, hətta küfr etsələrdə, bunun
Onun sahib olduqlarına heç bir təsiri olmayacaq. Yalnız sənin Ona ehtiyacın var, sənin
bu ibadətə ehtiyacın var, Onun lütfüdür ki, sənə ibadət etməyi buyurur, bu sənin
xeyirin üçündür. Çünki əgər ibadət etsən, Allah Subhanə və Təala Öz lütfünü bəxş
edəcək, belə ki, ibadət – bu və o biri dünyada bəxşiş verilməsi üçün səbəbdir. Beləliklə,
11
kim ibadətdən fayda əldə edir? Əlbəttə ki, qul (insan), halbuki Allah bütün
yaradılmışlardan zəngindir.
Dostları ilə paylaş: |