Hər kim bizim əmr etmədiyimiz hər hansı bir əməli etsə, o rədd ediləcək
(Müslim (1718) Aişədən (Allah ondan razı olsun) rəvayət etdi).
Yəni vacibdir ki, ibadət peyğəmbərin (مﻠﺳ و ﮫﯾﻠﻋ ﷲ ﻰﻠﺻ) sünnəsinə uyğun olsun,
insanların xoş niyyətlərinə, fikirlərinə və arzularına əsaslanmasın. Əgər onun gətirdiyi
şəriətə əsaslanmırsa, o, bidət sayılır ki, bu da onu edənə fayda deyil, zərər verir. Belə ki,
əməl sahibi günah edir və elə zənn edir ki, əməli ilə Allaha yaxınlaşır.
Düzgün sayılması və sahibinə fayda verməsi üçün vacibdir ki, ibadət bu iki şərti
özündə birləşdirsin: ixlas və peyğəmbərimizin (مﻠﺳ و ﮫﯾﻠﻋ ﷲ ﻰﻠﺻ) sünnəsinə əsaslanmaq.
Əgər ona şirk qatılsa, batil olar. Həmçinin bidət əməl olsa, yenə də batil olacaq. Əgər bu
iki şərt olmasza, ibadətin heç bir faydası yoxdur, çünki Allahın buyurduğu kimi deyil.
Allah Öz Kitabında və Peyğəmbərinin (مﻠﺳ و ﮫﯾﻠﻋ ﷲ ﻰﻠﺻ) dili ilə buyurduqlarından başqa
heç bir ibadəti qəbul etmir.
12
Allahın rəsulundan (مﻠﺳ و ﮫﯾﻠﻋ ﷲ ﻰﻠﺻ) başqa elə bir insan yoxdur ki, onun yolunu davam
etdirmək vacib olsun. Ondan başqasına isə o halda tabe olmaq olar ki, o kəs
peyğəmbərə (مﻠﺳ و ﮫﯾﻠﻋ ﷲ ﻰﻠﺻ) əks heç nə etməsin, əks halda tabe olmaq olmaz. Uca
Allah buyurur:
ﱠرﻟا او ُ ﻌﯾ ِطَأ َو َﻪـ ﱠﻠﻟا او ُ ﻌﯾ ِطَأ اوُﻧَﻣآ َنﯾ ِذﱠﻟا ﺎ َ ﻬﱡﯾَأ ﺎ َﯾ
َْﻷا ﻲِﻟوُأ َو َلو ُﺳ
ِر ْﻣ
ْمُﻛﻧِﻣ
Dostları ilə paylaş: |