Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə38/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   34   35   36   37   38   39   40   41   ...   50
felsefe cavab01az

38. XX əsr fəlsəfəsində insan problemi. Ekzistensializm 

Ekzistensializm  və ya mövcudluq fəlsəfəsi  XX əsrdə  bir çox Avropa  ölkələrində, 

habelə ABŞ-da geniş yayılan  fəlsəfi cərəyanlardan biridir.  Onu baniləri Qərbdə alman 

filosofları    K.Yaspers  və  M.Haydegger,  fransız  filosofları  Jan  Pol  Sartr,  Qabriyel 

Marsel,  habelə M.Merlo-Ponti  və A.Kamyu hesab olunurlar. Ekzistensializm akademik 

doktrina deyil. Onun əsas mövzuları  olan insanın mvcudluğu, şəxsiyyətin taleyi,  inam 

və inamsızlıq, həyatın mənası problemləri  hər bir rəssama, yazıçıya, şairə tanışdır. Buna 

görə də bu  cərəhyan bir  tərəfdən     yaradıcı     ziyalılar    arasında populyarlıq  qazanmış, 

digər tərəfdən də  ekzistensialistlərin özlərini  incəsənətin dilinə müraciət etməyə təhriuk 

etmişdir (J.P.Sartr, Q.Marsel). 




Fəlsəfədə  XIX  əsrin  sonunda-  XX  əsrin  əvvəllərində  yayılmış    metodologizmdən  və 

qnoseologizmdən fərqli olaraq  ekzistensialistlər  ontoloqiyanı (varlıq haqqında təlimi) 

dirçəltməyə  cəhd  göstərirlər.    Həyat  fəlsəfəsinə  onu    yaxınlaşdıran  o  cəhətdir  ki,  

ekzitensialistlər  varlığı  bilavasitə    verilmiş  kimi  dərk  etməyə    və    ənənəvi  rasional 

fəlsəfəinin  və  elmin  intellektualizmini    aradan  qaldırmağa  can  atırdılar. 

Ekzistensialistlərə görə, varlıq  nə  hisslərimizlə bizə verilən empirik reallıq, nə də  elmi 

təfəkküürün  təklif  etdiyi  rasional  konstruksiya  ,  nə  də  ki,    klassik  rasionalizmin    dərk 

etdiyi   “mahiyyətlər”  deyil. Bütün bu hallarda  obyektlə subyekt qarşı qarşıya qoyulur.  

Varlığı  yalnız  subyektlə  obyektin  əzəldən  ayrılmaz    olduğunu    intuitiv  olaraq  qəbul 

etməklə  dərk  etmək  mümkündür.  Lakin  həqiqi  varlıq  qismində    ekzistensializm  

psixologizmi aradan qaldırmağa və  sadəcə təəssürat, yəni nə isə subyektiv olan bir şey 

kimi    adlandıra  bilməyəcəyimiz  bilavasitə  təəssüratın  nüvəsini    tapmağa  cəhd  edir. 

Ekzistensiya  heçə üz tutan və özünün müvəqqətiliyini dərk edən  varlıqdır. Buna görə 

də Haydeqqer tərəfindən  ekzistensiyanın strukturunun təsvir edilməsi insanın  bir-neçə 

mövcudluq    moduslarının  (xassələrinin)  təsvir  edilməsidir.    Ekzistensiyanın    qayğı, 

qorxu, qətilik, vicdan və s. kimi  modusları  ölümlə şərtlənir. Onlar heçlə  müxtəlif əlaqə 

üsullarını, ona yaxınlaşmanı, ondan qaçmanı  ifadə edir.  Yaspers qeyd edir ki,  məhz  

sərhəd  situasiyalarında  (yəni    ölüm  qarşısında  dərin  sarsıntı  hisslərinin  keçirildiyi  

anlarda) insanın  öz dərin köklərinə, ekzistensiyasına gözləri açılır.  


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin