3
Övladlarım – Şövqi, Ülvi və Zülfünün şərəfinə
Elmi redaktor:
Rüfət Lətif oğlu Hüseynzadə, pedaqoji
elmlər doktoru, professor, əməkdar
müəllim
Rəyçilər: Akif Nurağa oğlu Abasov, pedaqoji
elmlər doktoru,
professor
Ağahüseyn Məmmədhüseyn oğlu Həsənov,
pedaqoji elmlər doktoru, professor
Əsmər Sadıq qızı Bədəlova,
pedaqoji
elmlər
namizədi, dosent
Səidə Atəş qızı Abdullayeva, pedaqoji
elmlər namizədi, baş müəllim
Kitab hazırda ölkəmizdə həyata keçirilən Təhsil İslahatına dair direktiv
sənədlərin tələblərinə müvafiq olaraq məktəbəqədər və kiçik yaşlı uşaqların pedaqoji
fikir tarixində inkişafı, tərbiyəsi və təhsili probleminə həsr edilmişdir.
Burada məktəbəqədər və kiçik yaşlı uşaqların inkişafı,
tərbiyəsi və təhsilinin
mahiyyəti, məqsədi, məzmunu, eyni zamanda uşaqların inkişafı, tərbiyəsi və təhsili
ilə bağlı dünya mütəfəkkirlərinin nəzəriyyələri, müddəaları tarixi baxımdan sərf-
nəzər edilmişdir.
Vəsait əsasən ali pedaqoji məktəblərin magistr pilləsində təhsil alan tələbələr
üçün nəzərdə tutulmuşdur.
Həmin vəsaitdən
tərbiyəçilər, valideynlər, müəllimlər, aspirantlar və hər bir kəs
faydalana bilər.