Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   35
am pftmt

                                            
 
                                                
 


 
19
                                               II fəsil.    
Uşaqların inkişafı, tərbiyəsi və təhsili probleminə tarixi bir 
nəzər 
 
2.1.    Tərbiyənin meydana gəlməsi, qədim dövr Azərbaycan və Şərq 
dastanlarında tərbiyə və təhsil problemləri  
Plan: 
1. Tərbiyənin yaranması, müasir dövrdə onun vəzifələri və məzmununa dair 
fikirlər 
2. Şərq dastanları və onların mahiyyəti, məqsədi haqqında ümumi məlumat 
3. “Avesta”da uşaqların təlim-tərbiyə məsələləri 
4. “Oğuznamələr”də təlim-tərbiyəyə dair 
5. “Kitabi-Dədə Qorqud” dastanı təlim-tərbiyə mənbəyidir 
 
1.  Tərbiyənin necə  əmələ  gəlməsi haqqında məsələni aydınlaşdırmaq çox 
mühümdür. Insan cəmiyyətinin ilkin inkişaf dövrü - ibtidai icma cəmiyyətində yazılı 
mənbələrin olmaması bu dövr tərbiyə sisteminin öyrənilməsində bir sıra çətinliklər 
yaradır. Ancaq maddi və  mənəvi mədəniyyət abidələrinin, dil və  şifahi xalq 
ədəbiyyatının öyrənilməsi insanın yarandığı ilk çağlarda tərbiyənin meydana gəlişi ilə 
bağlı müəyyən fikirlər irəli sürməyə imkan verir. Ibtidailiyini indi də mühafizə edib 
saxlayan qəbilələrin həyatı haqqında etnoqrafik məlumatlar (əmək və məişət əşyaları, 
qayaüstü rəsmlər və s.) ibtidai icma dövründə  tərbiyənin necə yarandığını  təsəvvür 
etməyə imkan yaradır. XII-XVIII əsrlərdə alim və  səyyahların Avstraliya, Afrika, 
Polineziya, Sibir və  Cənubi Amerikanın hələ  də ibtidai inkişaf dövrünü yaşayan 
aborigenlərin həyatını  təsvir edən  əsərləri də böyük maraq doğurur. Ilk pedaqoji 
təsəvvürlərin təşəkkülü ayrı-ayrı xalqların, o cümlədən Azərbaycan xalqının qədim 
adət və  ənənələri, mərasim və ayinləri,  əyləncə  və oyunları ilə bağlı olmuşdur. 
Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müşahidələrinin məhsulu olan 
atalar sözləri, zərb-məsəllər, mərasimlər, xalq oyunları,  əyləncələr qədim insanların 
tərbiyəsi ilə bağlı fikirlərinə parlaq sübutdur. 


 
20
Insanın mənşəyilə bağlı konsepsiya düzgün müəyyənləşdirilmədiyindən 
tərbiyənin yaranması haqqında bir neçə müddəa mövcuddur. Ənənəvi müddəalar 
arasında  Ş.Leturno, J.Simpson, A.Espinas və başqalarının təmsil etdikləri təkamül-
bioloji və P.Monronun əsasını qoyduğu psixoloji nəzəriyyələr mühüm yer tutur. 
Təkamül – bioloji nəzəriyyənin müəlliflərinin fikrinə görə ibtidai insanların tərbiyəvi 
fəaliyyətləri adi heyvanların öz balalarına göstərdikləri instinktə  əsaslanan qayğıya 
bənzəyir. Onlar heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu 
alimlər tərbiyənin şüurlü səciyyəsini inkar etməklə onu qeyri-mütəşəkkil, kortəbii bir 
hadisə hesab edirlər.  
P.Monro tərbiyənin yaranmasını yalnız uşaqların böyükləri  şüursuz surətdə 
təqlidində görürdü. Insanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə 
dəyərli fikirlər vardır. Bu gün insanın meymundan əmələ  gəlməsini  əsas götürən 
təkamül nəzəriyyəsi qətiyyətlə  rədd edilir. Bu, genetik cəhətdən də  təsdiq olunur. 
Tədqiqatçı alimlərin fikrincə, insan elə insan olaraq yaranmış, öz qabiliyyət və 
keyfiyyət imkanları hesabına inkişaf edib, təkmilləşmişdir. 
Insanın tərbiyə  fəaliyyəti onun əmək fəaliyyətinin zəruri bir hissəsi olmaqla 
insanın öz nəslini davam etdirməsinə xidmət edir. Bu, əməyin nəticəsi olan yaxşı 
təhsil və  tərbiyə almış insandır. Tərbiyə  mənəvi istehsal sahəsinə aid olan 
məfhumdur.  
Tərbiyənin xüsusi fəaliyyət növü kimi meydana gəlməsi 35-40 min il əvvələ 
təsadüf edir. Tərbiyənin tamamilə  bəsit xarakter daşıdığı ibtidai icma dövründə 
uşağın tərbiyəsi, onun bəslənməsi və böyüdülməsində yaşlı  nəslin qazandığı 
təcrübənin böyüyən nəslə verilməsindən ibarət idi. Tərbiyənin  ən bəsit və sadə 
məqsədi ən sadə şəkildə yaşamağa və dünyanı dərk etməyə hazırlıqdan ibarət idi.  
Ibtidai insanların tərbiyəsi kortəbii və sistemsiz idi. Bu dövrdə  tərbiyənin 
inkişafına təsir göstərən amillərdən  əsası insanlar arasında maddi əlaqələrin 
genişlənməsi idi. Bu yolla əmək təcrübəsi bir adamdan başqasına, nəsildən-nəsilə 
ötürülürdü. 
Bu dövrdə uşaqların tərbiyəsi ümumi xarakter daşıyırdı, bütün uşaqlar kollektiv 
şəkildə  tərbiyə olunurdular. Bu tərbiyə onları icmanın ümumi əmək həyatında 
müstəqil iştirak etməyə hazırlayırdı. Tərbiyədə  fərq cinslərarası  fərqə  əsaslanırdı. 


 
21
Oğlanlar kişilərlə birlikdə ov etmək, balıq tutmaq və silah düzəltməkdə iştirak edir, 
qızlar isə qadınların rəhbərliyi altında paltar hazırlayırdılar. 
Əmlak bərabərsizliyinin getdikcə güclənməsi, xüsusi mülkiyyətin yaranması, 
ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi. Bu zaman ailə cəmiyyətin iqtisadi 
və sosial özəyinə çevrildi. Qəbilədən fərqli olaraq uşaqların tərbiyə edilməsi vəzifəsi 
ailə üzvlərinin (ata və ana) üzərinə düşürdü. Ailə  tərbiyə  işi kütləvi  şəkil alırdı. 
Ailədə  uşaqlar valideynlərin nümunəsində  tərbiyə olunurdular. Ümumi, bərabər, 
nəzarəti olmayan icma tərbiyəsi silki - ailə  tərbiyəsinə çevrildi. Ailələr arasındakı 
təbəqələşmə orada böyüyən uşaqların tərbiyəsində özünü biruzə verirdi. Müxtəlif 
təbəqənin nümayəndələrinin – başçıların, kahinlərin, döyüşçülərin, icmanın digər 
üzvlərinin tərbiyəsində  nəzərə çarpan fərqlər yarandı. Yüksək təbəqəyə  məxsus 
ailələrdə uşaqlara tərbiyə məqsədyönlü və sistemli şəkildə verilirdi. 
Ibtidai icma dövrünün insanları  təcrübənin ötürülməsi zamanı müəyyən 
didaktik üsullardan istifadə edirdilər. Tərbiyənin ilkin formaları  bəsit və kortəbii 
xarakter daşıyırdı. Uşaqların  əsas işi böyüklərin fəaliyyətini mexaniki surətdə 
təkrarlamaqdan ibarət idi. Tərbiyənin mütəşəkkil formalarının rüşeymləri meydana 
gəldi. Tədricən tərbiyə  işi xüsusi şəxslərin  əlində  cəmləşməyə başladı. Tərbiyənin 
müddəti qısa idi, 9 yaşdan başlayır, 11 yaşadək davam edirdi.     
Kiçikyaşlı uşaqlar qadınların nəzarəti altında əmək vərdişlərinə yiyələnirdilər. 
Uşaqlar böyükləri təqlid etməklə vaxtlarının çoxusunu oyunda keçirirdilər. Onlar 
böyüklərin işində iştirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbiyə olunur 
və öyrənirdilər. Uşaqlar böyüklərlə birlikdə  əmək fəaliyyətinə, kollektiv əməyə  və 
məişətə hazırlanırdı. Eyni zamanda onlar qəbilənin adətləri ilə, müvafiq mərasimlərin 
keçirilməsi qaydası ilə tanış olurdular. Uşaqlar özlərinin bütün vəzifələrini tamamilə 
bütün qəbilənin mənafeyinə  və  tələblərinə uyğunlaşdırırdılar. Ağsaqqallar və din 
xadimləri uşaqların müəyyən edilmiş qaydalara necə riayət etmələrinə  nəzarət 
edirdilər. 
Erkən ibtidai icma dövründə tərbiyənin təsiri aşağı səviyyədə idi. Icmanın kiçik 
yaşlı üzvlərinə  nəzərə çarpacaq dərəcədə davranış  sərbəstliyi verilir, sərt cəzalar 
tətbiq olunmurdu. Ən pis halda fiziki cəza veriləcəyilə qorxudulurdu. Sonralar 
vəziyyət  dəyişdi,  icmanın  təbəqələşməsi  və  sosial  ziddiyyətlərin  artması tərbiyəni 


 
22
sərtləşdirdi. Fiziki cəza tez-tez tətbiq olunmağa başlandı.  
Ibtidai icma dövrünün sonunda indiki məktəblərin ilk rüşeymi olan “gənclər 
evi” yarandı. Burada uşaq və yeniyetmələrə  əmək vərdişləri, bacarıqlar, mərasim 
ayinləri öyrədilirdi ki, burada başlıca tərbiyə forması oyun və  məşğələlər idi. Ata 
xaqanlığı dövründə isə  oğlanların tərbiyəsi bütünlüklə  ağsaqqalların və kahinlərin 
ixtiyarına keçdi. Əmlak bərabərsizliyinin yaranması ilə bağlı kasıblar və varlılar ayrı-
ayrı “gənclər evi”ndə tərbiyə almağa başladılar. 10-15 yaşına çatmış həm oğlan, həm 
də  qızlar özünü böyüklərə  təqdimetmə  mərhələsindən keçirdilər. Oğlanlar ovçu, 
əkinçi, döyüşçü üçün zəruri olan bilik və bacarıqlarını, qızlar isə ev təsərrüfatının 
idarə olunması ilə bağlı vərdişləri necə mənimsədiklərini nümayiş etdirirdilər.  
Ibtidai icma quruluşunun sonlarında ailə tərbiyəsi tərbiyə işinin geniş yayılmış 
formasına çevrildi, tərbiyənin məzmunu genişləndi və mürəkkəbləşdi. 
Tərbiyənin ümumiləşmiş kateqoriya olması. Tərbiyənin mahiyyəti, məzmunu, 
məqsədi, vəzifələri, tərkib hissələri, növləri, həyata keçirildiyi sahələr, iştirakçıları, 
mərhələləri, üsulları, qanunauyğunluqları, prinsipləri, təlimin tərbiyəvi imkanları, bu 
imkanların reallaşdırılması və s. məsələlər həmin kateqoriyaya daxildir. Bundan əlavə 
real həyatda tərbiyə ya əxlaq tərbiyəsi, ya əmək tərbiyəsi, ya fiziki tərbiyə  və s. 
formada özünü göstərir. Yaxud, tərbiyə ailədə, uşaq bağçasında, tədris müəssisəsində 
və s. ictimai yerlərdə təşkil edilir. Tərbiyənin tərkib hissələrindən hər hansı biri, öz 
növbəsində xeyli sahələri  əhatə edir. Məsələn,  əxlaq tərbiyəsi, halallıq tərbiyəsi, 
insanpərvərlik tərbiyəsi, yaşlılara hörmət tərbiyəsi, vətənpərvərlik tərbiyəsi, 
təvazökarlıq tərbiyəsi, qənaətcillik tərbiyəsi və s. sahələri vardır. Bütün bu sahələrə 
görə deyirik: tərbiyə ümumiləşmiş kateqoriyadır. 
Xarici ölkələrin pedaqoqlarına görə tərbiyə nə deməkdir? Suala cavab tarixən 
müxtəlif olmuşdur. Mütəxəssis alimlər tərbiyə kateqoriyasının mahiyyətini bağqa-
bağqa istiqamətdə  şərh etmişlər. Məsələn, ingilis filosofu, sosioloqu və pedaqoqu 
Spenserin fikrinə görə, gənc nəslin mövcud mühitə alışdırılması tərbiyə deməkdir. Öz 
fikrini inkişaf etdirən Spenser çalışmışdır ki, uşaqların yaşadıqları kapitalizm 
mühitinə uyğunlaşmalarına kömək göstərsin. Yaxud, məşhur alman pedaqoqu 
İ.Herbarta görə, tərbiyə məşqdən başqa bir şey deyil; tərbiyə uşaqların idarə olunması 
və prosesidir. Bu cəhətdən də o, tərbiyədə tərbiyə olunanlara təsir göstərəni fəal şəxs, 


 
23
tərbiyə olunan uşaqları isə təsir göstərilən passiv şəxslər hesab etmişdir. Bu səbəbdən 
də o, sübut etməyə çalışmışdır ki, uşaqlar böyüklərin sözlərinə sözsüz əməl 
etməlidirlər. 
Azad tərbiyə  nəzəriyyəsinin tərəfdarları, o cümlədən J.J.Russo əksinə 
düşünmüşdür ki, uşaqların təbiətinə uyğun gələn vasitələrlə onlara təsir göstərmək 
prosesi tərbiyədir. Onun əqidəsinə görə  uşaqlara öyüd-nəsihət vermək, uzun-uzadı 
izahat vermək, məruzə oxumaq, cəza vermək, məzəmmət etmək onların təbiətinə, 
mənliyinə toxunmaq, şəxsiyyətin əleyhinə getmək deməkdir. 
Praqmatizm (tərbiyə  işində  nəzəriyyəni yox, təcrübi işləri  əsas götürənlər) 
pedaqogikasının ABŞ-da məşhur nümayəndəsi Con Dyui isbat etməyə çalışmışdır ki, 
həyat əhəmiyyətli əməli təcrübənin uşaqlar tərəfindən qazanılması prosesi tərbiyədir. 
Bu səbəbdən də praqmatizm pedaqogikasının tərəfdarları tərbiyə işində nəzəriyyəyə, 
əməli işin nəzəri əsaslarına, nəzəri məsələlərə laqeydlik göstərmişdir. 
Digər pedaqoji cərəyanlar da tərbiyə anlayışının mahiyyətinə dair öz 
mövqelərini bildirmişlər. Məsələn, eksistensializm (şəxsiyyətin formalaşmasında 
tərbiyəni inkar edənlər, irsiyyəti  əsas hesab edən) pedaqogikasının tərəfdarları, o 
cümlədən Uayt Ceyms güman etmişdir ki, insan təbiəti dəyişməzdir, anadangəlmədir; 
guya hərislik, acgözlük, dalaşqanlıq, mənəm-mənəmlik, paxıllıq kimi keyfiyyətlər bu 
və ya digər dərəcədə hamıya xasdır. Guya bu cür keyfiyyətləri dəyişdirmək mümkün 
deyil. Buna görə  də onlar tərbiyə  işini  şəxsiyyət üzərində zorakılıq kimi 
qiymətləndirirlər. 
Tərbiyə ilə bağlı  tədqiqat tarixində  tərbiyə  məfhumuna tamam bağqa 
yanaşmalar da mövcuddur. Elə  mənbələr var ki, orada açıq-aşkar təlimi və  təhsili 
tərbiyənin tərkib hissələri kimi nəzərdən keçirirlər. Məsələn, B.Lixaçov yazır: 
“İnsanın təlim və  təhsili hissələr kimi tərbiyəyə daxildir” (7, səh.6). Lixaçovun 
sonrakı mühakimələrindən belə bir nəticə  çıxarmaq olur ki, iqtisadiyyat, istehsal 
münasibətləri, ideologiya, siyasət, din və s. ictimai şüur formaları da tərbiyədir.  
Insanı  əhatə edən nə varsa hamısının ona təsirini tərbiyə hesab edən 
mütəxəssislər də az deyil.  
Deməliyik ki, ətraf mühitin insan şəxsiyyətinə göstərdiyi təsiri həqiqi mənada 
başa düşülən tərbiyə kateqoriyasına aid etmək düzgün deyil. Nə üçün? Çünki, insan 


 
24
şəxsiyyətinə  tərbiyəvi təsir məqsədyönlülüyü, planlılığı ilə  fərqlənir. Mühit amilləri 
də  tərbiyəyə  təsir göstərir. Lakin insanı  əhatə edən mühit amillərinin ona təsiri 
məqsədyönlü, planlı və mütəşəkkil olmur, kortəbii və təsadüfi səciyyə daşıyır. Lakin 
bununla belə, mühit amillərindən, məsələn, heykəltəraşlıq və tarixi abidələrdən, 
mədəniyyət və incəsənət  əsərlərindən, zövqlə salınmış parklardan və sairədən bir 
vasitə kimi gənc nəsildə  şəxsiyyətin formalaşmasına məqsədyönlü, planlı  və 
mütəşəkkil şəkildə istifadə etmək mümkündür. Bu halda həmin mühit amilləri tərbiyə 
vasitələrinə çevrilmiş olur. 
Bəzi mütəxəssislər, metodist alimlər tərbiyə deyəndə  təlim prosesindən, 
təhsildən kənarda cərəyan edən, necə deyərlər, xalis tərbiyəni, həyata keçirilən fərdi, 
qrup və ya kütləvi tədbirləri nəzərdə tuturlar. Bu cür mütəxəssislər unudurlar ki, 
tərbiyə həm də daha çox və daha müntəzəm təlim zamanı – dərsdə və təlimin digər 
təşkili formalarında həyata keçirilir.  
Tərbiyə kateqoriyasının başa düşülməsində  və  şərhindəki bu cür qeyri-
müəyyənliyin səbəbini nə ilə izah etmək olar? Fikrimizcə bunun iki əsas səbəbi var. 
Əvvəla, tərbiyə kateqoriyası ilk baxışda adamlara çox sadə görünür, əslində bu 
kateqoriya xeyli mürəkkəb və çoxcəhətli kateqoriyadır. Bu, səbəblərdən biridir. 
Ikincisi, tərbiyə  və  təhsil kateqoriyaları arasında fərqə nisbətən oxşarlıq xeyli 
üstünlük təşkil edir. Bu cəhət də əlavə olaraq mütəxəssisləri xeyli çaşdırmış, təhsilə 
nisbətən tərbiyə kateqoriyasının spesifik xüsusiyyətlərini üzə  çıxarmaq işini xeyli 
çətinləşdirmişdir.  
Söylədiyimiz mülahizələri nəzərə alaraq tərbiyə kateqoriyasının mahiyyətini 
açmağa imkan verən  əlamətləri müəyyənləşdirməyə çalışaq. Nəzərə alaq ki, 
məfhumun mahiyyəti onu səciyyələndirən  əlamətlərin ümumiləşdirilməsində ifadə 
olunur. Hadisələrin mahiyyətinə diqqət yetirməyin, onu dərk etməyin zəruriliyini 
xeyli müddət bundan əvvəl yaşayıb-yaratmış böyük Cami poetik şəkildə çox gözəl 
ifadə etmişdir: 
Surət minlərlədir, məna bir ancaq, 
                                          Surət sayanlardan uzaq qaç, uzaq (10, səh.85).  
Başqa sözlə, müdriklər xatırladırlar ki, ağaclar arasında meşəni 
görməkgərəkdir. Yəni tərbiyə kateqoriyasının mahiyyəti onun məqsədyönlülüyündə, 


 
25
planlılığında, mütəşəkkilliyində,  şəxsin mənəvi aləminə  və davranışına 
ünvanlanmasında, ətraf mühitə bağlılığında  axtarmaq lazımdır. 
Tərbiyənin davranışla  əlaqəliliyi. Aydındır ki, tərbiyə insanın davranışı ilə 
ailədə, uşaq bağçasında, məktəbdə, digər ictimai yerlərdə özünü necə aparması ilə 
əlaqədar olur. Onun tərbiyəlilik dərəcəsi, adamlara münasibəti sadə  əməyə, ölkəyə 
münasibətində, cəmiyyətdə könüllü qəbul olunmuş birgəyaşayış qaydalarına, xalqın 
adət və ənənələrinə, dövlətin müəyyən etdiyi qanunlara, özünə münasibətdə təzahür 
edir. 
Tərbiyəçi tərbiyə zamanı çalışır ki, tərbiyə olunan şəxslər cəmiyyətdə rəğbətlə 
qarşılanan davranış qaydaları ilə tanış olsunlar və bu qaydalara əməl etsinlər. Lakin 
nəzərə alınmalıdır ki,həmin qaydalar heç də hamıda eyni dərəcədə  uğurla 
formalaşmır.  
Tərbiyənin məqsədyönlülüyü. Tərbiyə kateqoriyasını  səciyyələndirən 
əlamətlərdən biri onun həmişə  məqsədyönlü proses olmasıdır. Tərbiyə  uşaq 
bağçasında, ailədə, məktəbdə, yaxud başqa yerdə aparılsa da, müəllim və ya valideyn, 
yaxud zabit tərəfindən təşkil edilsə  də hansısa məqsədə yönəlir, hansısa məqsədə 
xidmət edir. Məqsədlər isə müxtəlif ola bilir: yaxın məqsədlər və uzaq strateji 
məqsədlər. Tərbiyə  işinin məqsədi bir halda, məsələn, vətənpərvərlik hissini 
formalaşdırmaqdan, digər halda düzlük və doğruçuluq hissini inkişaf etdirməkdən, 
üçüncü halda halallıq şüurunu kamilləşdirməkdən və s. ibarət olur. 
Tərbiyənin planlılığı. Gənc nəslin normal, əsil tərbiyəsi təsadüfdən-təsadüfə, 
necə  gəldi aparılmır. Onun qarşısına qoyulmuş  vəzifəni həyata keçirmək üçün 
müəyyən tədbir (tədbirlər) görmək lazım gəlir. Qarşıdakı tədbir ətraflı ölçülüb-biçilir, 
yəni planlaşdırılır. Tədbiri nədən başlamaq, onu necə, hansı ardıcıllıqla davam 
etdirmək, bu işə kimləri cəlb etmək, tədbiri necə yekunlaşdırmaq haqqında aydın 
təsəvvür yaradılır. Belə olduqda tədbir istənilən nəticəni verir. 
Tərbiyənin mütəşəkkilliyi. Keçirildiyi yerdən və formadan (yəni qrup və ya 
kütləvi haldan) asılı olmayaraq, tərbiyəvi tədbir, adətən, mütəşəkkil olur. Məsələn, 
Şəhidlər Xiyabanına ziyarət nəzərdə tutulduqda, tərtib olunmuş plana uyğun olaraq, 
iştirakçılar müəyyənləşdirilmiş yerdə toplaşırlar, razılaşdırılmış  şəxslər növbə ilə 
çıxış   edirlər,   məzarlar   üzərinə   gül-çiçəklər   düzülür,   lazım   bilindikdə   tədbir 


 
26
yekunlaşdırılır, iştirakçılar öz təəssüratlarını söyləyirlər.  
Tərbiyənin  əsasən davranışla, sözlə bağlılğı. Adamların bəzilərində sözü ilə 
əməli bir-birilə üst-üstə düşür: dediyi kimi hərəkət edir. Bəzilərində isə əksinə olur. 
Nəticədə el arasında birincilər hörmətli, ikincilər nüfuzdan düşür. Bu səbəbdən də 
bəzən eşidirsən: filankəsin dediyinə yox, əməlinə fikir ver. Bəzən də  həmin fikir 
başqa cür səslənir: filankəsin dediyinə əməl et, əməlindən uzaq ol. 
Göründüyü kimi hər iki sonuncu halda ifadə olunan mənəvi keyfiyyətlər 
cəmiyyətin xeyrinə, əməldə təzahür edən mənəvi keyfiyyətlər isə cəmiyyətin zərərinə 
yönəlmiş olur.  
Tərbiyənin  ətraf mühitlə bağlılığı. Tərbiyə iki cür mühitdə: mikromühitdə  və 
makromühitdə cərəyan edir. Mikromühit deyəndə ailə şəraiti, uşaq bağçasının şəraiti, 
tədris müəssisəsinin şəraiti və s. nəzərdə tutulur. Cəmiyyətdə iqtisadi vəziyyət, sosial 
durum, ideoloji, siyasi, hüquqi, əxlaqi durum, elm, incəsənət, din və s. makromühit 
amillərinə aiddir. 
Istər mikromühit, istərsə  də makromühit amillərində maddi və  mənəvi-
psixoloji vəziyyət eyni olmur. Bu cür fərqli şəraitdə aparılan eyni tərbiyə işi müxtəlif 
nəticə verir. Məsələn, müxtəlif maddi və  mənəvi-psixoloji xüsusiyyətlərlə 
səciyyələnən ailələrdə  və ya tədris müəssisələrində eyni tərbiyə  işindən istənilən 
nəticə əldə etmək qeyri-mümkün olur. Deməli, həm məhdud mənada, həm də geniş 
mənada başa düşülən mühit amilləri aparılan tərbiyə  işinin səciyyəsini artıra da, 
azalda da bilər. Bu səbəbdən də tərbiyə işi ilə məşğul olan zaman mühitin necəliyini 
hökmən nəzərə almaq lazım  gəlir. 
Tərbiyənin məzmunu. Tərbiyə zamanı adamlara davranışla  əlaqədar aşılanan 
milli və ümumbəşəri mənəvi dəyərlərin məcmuu tərbiyənin məzmununu təşkil edir. 
Bu cür mənəvi dəyərlər isə çoxdur. Məsələn, vətənpərvərlik tərbiyəsi zamanı 
adamlara aşılanan mənəvi keyfiyyətlər bunlardır: Azərbaycan Respublikasının 
ərazisi, uca dağları, müxtəlif ağaclı meşələri, gen dərələri, çayları, gölləri, çölləri, 
düzənləri, mədəniyyət və incəsənət inciləri, alimləri, sərkərdələri, böyük keçmişi, 
Vətən eşqi, vətən sevgisi, Vətənə qayğı. Vətənin daha da çiçəklənməsi üçün var 
qüvvəsi ilə çalışmaq, vətən naminə vuruşa hazır olmaq, tarixdə  vətənpərvərlik 
nümunələri   göstərmiş   şəxsləri   unutmamaq   və s.   vətənpərvərlik   tərbiyəsinin 


 
27
məzmununu təşkil edir. 
Tərbiyənin məqsədi.  Məqsədsiz aparılan tərbiyəni əslində tərbiyə adlandırmaq 
olmaz. 
Ümumiyyətlə  məqsəd hər hansı  işə, tədbirə, fəaliyyətə başlamazdan  əvvəl 
adamın öz şüurunda yaratdığı, arzu etdiyi xəyali nəticədir. Tərbiyənin məqsədi isə 
tərbiyə  işini həyata keçirməzdən  əvvəl tərbiyəçinin  şüurunda canlandırdığı  xəyali 
nəticədir.  
Tərbiyə  işinin məqsədi  əvvəlcədən dəqiq ölçülüb-biçilməlidir. Tarixdən 
məlumdur ki, ictimai-iqtisadi quruluş  dəyişdikcə  tərbiyənin məqsədi də  dəyişir. 
Məsələn, ibtidai-icma dövründə həyata keçirilən tərbiyənin məqsədi yaşlıların bacarıq 
və  vərdişlərini gənc nəslə bilavasitə  məişət  əməyi zamanı, ov ovlarkən, balıq 
tutarkən,  əkib-becərərkən aşılamaqdan ibarət olmuşdur. Yaxud, quldarlıq dövründə 
tərbiyə qulları itaətdə saxlamağa kömək edən fiziki və  mənəvi keyfiyyətlərin qul 
sahiblərində formalaşdırılmasına xidmət etmişdir. SSRİ dövründə kommunizm 
cəmiyyəti qurmağa cəhd göstərilirdi ki, bu cəmiyyətdə tərbiyənin məqsədi hərtərəfli 
inkişaf etmiş kommunizm qurucuları yetişdirmək idi və s. 
Tərbiyənin vəzifələri.  Tərbiyənin vəzifələri hər bir halda tərbiyə olunanların 
yaş xüsusiyyətləri, fərdi və cinsi xüsusiyyətləri nəzərə alınmaqla konkretləşir. Çünki 
eyni mənəvi keyfiyyət (məsələn,  əməksevərlik) haqqında məlumat, anlayış, 
təsəvvürlərin və bununla əlaqədar olan əməli bacarıq və  vərdişlərin səviyyəsi 
müxtəlif yaş dövrlərində olan, başqa-başqa ailələrdə boya-başa çatan şəxslərdə eyni 
olmur. Hər bir mənəvi keyfiyyətlə əlaqədar bu cür müxtəlif səviyyə nəzərə alınmaqla 
müəyyənləşdirilən yaxın tərbiyə vəzifəsi daha tez, daha konkret nəticə verir.  
Milli pedaqogikaya görə, təbiyənin uzaq, ali məqsədinə xidmət edən, habelə 
gənc nəsildə bu və ya digər milli və ümumbəşəri mənəvi dəyərin səviyyəsinə uyğun 
gələn yaxın, xəyali nəticə tərbiyənin vəzifəsidir. 
Tərbiyənin tərkib hissələri. Müasir dövrdə  tərbiyənin bir sıra nisbi mənada 
tərkib hissələri formalaşaraq həyata vəsiqə qazanmışdır: dünyagörüşünün inkişaf 
etdirilməsi, əxlaq tərbiyəsi, əmək tərbiyəsi,ideya-siyasi tərbiyə, fiziki tərbiyə, estetik 
tərbiyə, hüquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə, ağıl tərbiyəsi.  
Əxlaq tərbiyəsinin nümunəsində yuxarıda bildirdik ki, tərbiyənin hər bir tərkib 


 
28
hissəsi xeyli mənəvi keyfiyyətlərin formalaşdırılmasını özündə ehtiva edir. 
Fikirlərimizi dünyagörüşü və ağıl tərbiyəsi ilə əlaqədar bir daha konkretləşdirək. 
Dünyagörüşünün formalaşdırılması ilə məşğul olan şəxs azı aşağıdakı mənəvi 
keyfiyyətlərdən hali olmalıdır: 1) ümumi vahid baxışların nədən ibarət olduğunu 
bilməlidir; 2) bu cür baxışların həm təbiət hadisələrini, həm cəmiyyət hadisələrini, 
həm də təfəkkür hadisələrini əhatə etdiyini yadda saxlamalıdır; 3) bu hadisələri başa 
düşməkdə vahid baxışların adamlara yardımçı olduğunu, habelə  həyatda onların 
keyfiyyətlərinə  təsir göstərə biləcəyini diqqətdə saxlamalıdır və 4) bundan sonra 
həmin keyfiyyətlərin adamlarda formalaşmasına qayğı göstərməlidir.  
Ağıl tərbiyəsi ilə  əlaqədar da belədir. Onun məzmununu təşkil edən mənəvi 
keyfiyyətlərlə əlaqədar müvafiq tərbiyəvi iş aparılır.  
Deyilənləri nəzərə alaraq tərbiyənin tərkib hissələri məfhumunun mahiyyətini 
açmaq mümkün olmuşdur: şəxsiyyətin strukturunda davranışla əlaqədar məqsədyönlü, 
planlı  və mütəşəkkil formalaşdırılan mənəvi dəyərlərin qruplarına tərbiyənin tərkib 
hissələri deyilir. 
Tərbiyənin növləri: Bu məfhum da pedaqogikaya ilk dəfə daxil edilir. Çətinlik 
dərəcəsinə görə pedaqogika tərbiyəni üç növə ayırır: ilkin tərbiyə, yenidəntərbiyə və 
özünütərbiyə. 
Ilkin tərbiyə:  Tərbiyə  işinin nisbətən asan növü ilkin tərbiyədir. Ilkin tərbiyə 
adamın erkən yaşlarından, anadan olduğu gündən başlayır.  
Uşaq boya-başa çatdıqca ata və ananın, qardaş  və bacının, baba və  nənənin, 
qohum və qonşuların, yaşıdların düşünərəkdən və ya düşünməyərəkdən ona 
göstərdikləri təsirlər nəticəsində formalaşmış mənəvi keyfiyyətlər ailə üçün, cəmiyyət 
üçün faydalı da, zərərli də ola bilər. Uşağın, yeniyetmə və gəncin şəxsiyyətində baş 
qaldıran mənəvi keyfiyyətlər valideynlər, müəllimlər və digər tərbiyəçilər tərəfindən 
ailə və cəmiyyət üçün faydalı hesab olunduqca ilkin tərbiyə davam edir. Formalaşan 
hər hansı  mənəvi keyfiyyətin istiqaməti dəyişdikdə, ailə, məktəb və  cəmiyyət üçün 
zərərli hesab edildikdə, valideyn, müəllim və ya digər tərbiyəçi narahat olmağa, 
başqa  tərbiyəvi  tədbirlər  görməyə  məcbur  olur;  bu  cür  hallarda  yenidəntərbiyə 
başlayır.  
Tərbiyənin növlərinə yaş həddi qoymaq mümkün deyil. Çünki ailə mühitindən, 


 
29
valideynlərin ümumi mədəni səviyyəsindən, məktəb mühitindən, müəllimlərin 
münasibətlərindən, sosial-iqtisadi durumdan asılı olaraq bu və ya digər adamların 
ilkin tərbiyəsi uşaqlıq dövründə də, yeniyetməlik və ya gənclik dövründə də davam 
edə, yaxud xeyli əvvəl də başa çata və yenidəntərbiyə başlaya bilər. Bu iki prosesin 
eyni zamanda cərəyan etdiyi hallar da müşahidə olunur.  
Söylənilən fikirlərə əsaslanan pedaqogika elmi ilkin tərbiyəni belə başa düşür: 
davranışla  əlaqədar olan, ailə  və  cəmiyyət üçün faydalı hesab edilən milli və 
ümumbəşəri mənəvi keyfiyyətlərin gənc nəsildə  məqsədyönlü, planlı  və mütəşəkkil 
formalaşdırılması ilkin tərbiyədir.  
Yenidəntərbiyə:  Yenidəntərbiyə ilkin tərbiyəyə nisbətən xeyli çətindir. Çünki 
yenidəntərbiyə zamanı valideyn və ya müəllim, yaxud tərbiyə ilə məşğul olan digər 
şəxs kimi əsas istiqamətdə  iş aparılmalı olur. O, bir tərəfdən  şəxsin  şüurunda həkk 
olunmuş yanlış  əxlaqi və ya digər mənəvi keyfiyyətin yalnışlığını isbat etməli, onu 
inandırmalı  və aradan qaldırmağa çalışmalı olur. Digər tərəfdən də o, dəf edilən 
qüsurlu xüsusiyyətin əvəzində ailə və cəmiyyət üçün faydalı olan keyfiyyətləri həmin 
şəxsə aşılamağa çalışır. 
Yanlış  və  zərərli mənəvi keyfiyyətlər  şəxsin  şüurundan davranışına 
keçirildikdə tərbiyəçinin işi daha da çətinləşir.  
Dünya  şöhrətli alim N.Tusi hələ XIII əsrdə yazırdı ki, insanın tərbiyəsi yaşa 
dolduqdan, özünü anladığı vaxtdan deyil, hələ rüşeym  halında olandan başlamalıdır. 
Rüşeym halında verilən tərbiyə hiss edilmir. Bəzən ata-ana bu işə laqeyddir. Lakin 
hər necə olursa olsun, buna diqqət verilməli və yeri gəldikcə insanın qəbul etdiyi 
təam da götür-qoy edilməlidir. Pedaqogikada yenidəntərbiyə  məfhumu belə 
dəyərləndirilir: adamın  şüurunda və ya davranışında kök salmış  zərərli  əlamətlərin 
məqsədyönlü, planlı  və mütəşəkkil surətdə  ləğvi və onların  əvəzində ictimai 
əhəmiyyət kəsb edən milli və ümumbəşəri keyfiyyətlərin ona aşılanması 
yenidəntərbiyədir.  
Özünütərbiyə.  Ilkin tərbiyəyə və yenidəntərbiyəyə nisbətən özünütərbiyə daha 
çətin,   daha   kamil,   daha   mürəkkəb   prosesdir.   Çünki  əvvəla,  ilkin  tərbiyə  və 
yenidəntərbiyədə  də iki tərəfin (tərbiyəçinin və  tərbiyəolunanların) iştirakı  zəruri 
şərtdir. Hər iki halda uşaqlara yeniyetmə  və  gənclərə  aşılanan mənəvi keyfiyyətlər 


 
30
bilavasitə  tərbiyəçilərin nəzarəti və  rəhbərliyi ilə reallaşır. Özünütəbiyə zamanı isə 
uşaq, yeniyetmə və ya daha da yaşlı şəxs tərbiyəçinin nəzarəti və rəhbərliyi olmadan 
müstəqil, öz təşəbbüsü ilə  zəruri saydığı  mənəvi keyfiyyətləri mənimsəyir. Deməli, 
tərbiyəçinin bilavasitə  nəzarəti olmadan, lakin onların məsləhətlərinə  əsasən  şəxsin 
cəmiyyət üçün faydalı keyfiyyətləri məqsədyönlü və planlı surətdə  mənimsəməsi 
özünütərbiyədir. N.Tusinin, K.D.Uşinskinin, L.Tolstoyun və başqalarının 
özünütərbiyə nümunələri tarixdən məlumdur. 
Çox qədim tarixə  və  zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk-
islam dünyasının mərkəzində yerləşən Azərbaycan və bu yurdun qədim sakinləri olan 
azərbaycanlılar hələ  qədim zamanlardan yazı  və oxu mədəniyyətinə malik olmuş, 
dövrün, ictimai həyatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaratmış, insanları 
inkişafa, tərəqqiyə, yüksək  əxlaqa səsləyən müdrik fikirlər söyləmişlər. Zaman-
zaman ölkəmizə edilən basqınlar üzündən ulu babalarımızın yaratdıqları zəngin elmi, 
ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə 
vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də zəmanəmizə gəlib 
çıxmamışdır.  
2.  Zəngin  şifahi xalq ədəbiyyatımız – “Dədə Qorqud”, “Bilqamıs”, “Alp ər 
Tunqa”, “Oğuz”, “Ərkənəkun”, ”Köç”, “Manas” kimi dastanlar, Oğuznamələr, 
Ustadnamələr türk dünyası  və xalqımızın qədim tarixindən, onun ictimai mədəni 
həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər 
verir. Qobustan, Gəmiqaya, Oğlanqala, Kültəpə, Orxan kitabələri və daha bir çox 
qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəqs 
etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olmasından xəbər verir. Tariximizin çox 
qədimliyini göstərən arxeoloji qazıntılar,  əldə edilmiş maddi, mədəni nümunələr, 
xaraba  şəhər və  qəsəbələr Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ 
daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı 
müalicəxana çox uzaq keçmişdən xəbər verir. Bütün bunlar Azərbaycan xalqının hələ 
miladdan  əvvəl mədəniyyətə, yazıya, oxuya, təlim-tərbiyə  mədəniyyətinə sahib 
olduqlarını təsdiq edir.  
Qobustan qayaüstü rəsmlərinin təhlilindən məlum olur ki, buradakı  tərbiyə 
məsələləri  əsas etibarı ilə ovçuluq, əməksevərlik, peşəyə, sənətə  məhəbbət, fiziki 


 
31
tərbiyə, təsviri sənət, rəqs musiqi, estetik yərbiyə kimi keyfiyyətlər gənc nəslə 
aşılanmışdır. Ovlanacaq heyvanı düzgün nişan almaq, atmaq, silah (ox, nizə, kaman) 
hazırlamaq və ondan bacarıqla istifadə etmək, eləcə də əmək alətləri hazırlamaq və 
istifadə etmək, qida əldə etmək kimi bacarıq və  vərdişləri gənc nəslə öyrətmək 
tərbiyə vasitəsi olmuşdur. Qobustan mütəxəssisləri qeyd etmişdir ki, burada böyük 
öküz rəsmlərində nizə  və ox izləri indi də görünür. Bu, o deməkdir ki, qədim 
qobustanlılar vəhşi öküz ovlamağı öyrənmək üçün qayanın üstündə  rəsm edilmiş 
öküz fiquruna nizə, yaxud ox atmaqla gənc nəslə  təcrübi olaraq məşqlər keçmiş, 
onları buna öyrətmişlər. Gənclər məşq prosesində ox və ya nizə atmağın sirlərini 
təcrübəli böyüklərdən, ağsaqqal ata və dədələrdən öyrənmişlər. Demək bəsit şəkildə 
olsa bugünkü pedaqoji dillə desək,  əyani vəsaitlə müşaiyət edilən təcrübi 
məşğələlərin  əhəmiyyəti qədim insanlarımıza bəlli olmuşdur. Yetişən gənc nəsil 
müxtəlif oyun, rəqs, mərasimlər, adət və  ənənələr vasitəsilə xalqın müəyyən etdiyi 
əxlaq normalarına yiyələnirdilər. Rəqs və mərasimlər zamanı gənclərdə əməksevərlik, 
həyatsevərlik, kollektivçilik, insanpərvərlik, birlik, qarşılıqlı yardımlaşma, qoçaqlıq, 
çeviklik və bir sıra əxlaqi, iradi keyfiyyətlər tərbiyə edilib formalaşırdı. Qayalardakı 
rəsmlər, rəqs səhnələri, daş qaval, piktoqrafik işarələr maarif və  mədəniyyət 
tariximizin qədimliyindən, insanların estetik və  bədii tərbiyəsindən xəbər verir. 
Uşaqlar və  gənclər oyun və  rəqsləri müşahidə etməklə  və ya praktik olaraq bu 
prosesdə iştirak etməklə qəbilə və ya tayfanın adət və ənənələrini mənimsəyir, onları 
yadda saxlayıb digər gələn nəsillərə ötürürdülər.       
Gəmiqaya, Oğlanqaya, Kültəpədə, eləcə  də  Kəlbəcər, Zəngəzur, Göyəm 
dağlarının (indiki Ermənistan  ərazisində), habelə  Cənubi Azərbaycan abidələrinin, 
xüsusilə Qaradağ üzərindəki qayaüstü təsvirlərində insanların iqtisadi, mədəni, 
mənəvi həyatını əks etdirən müxtəlif işarələr, simvollar, damğalar, (dairə formalı, düz, 
sınıq xətt, haça şəkilli, qarmaq şəkilli, “P”, “T” şəkilli işarələr, “həyat ağacı” 
təsvirləri) aşkar edilmişdir ki, onlara pedaqoji yöndən yanaşdıqda deyə bilərik ki, 
onlar qədim insanların bilik, savad və  mədəni səviyyəsini, yazı  mədəniyyətini, 
rəssamlıq, heykəltaraşlıq bacarığını, inancını göstərən dəlillərdir. Digər tərəfdən bu 
işarələrin müxtəlif yerlərdə oxşarlığı regionun qədim insanlarının bir-birilə iqtisadi-
mədəni  əlaqələrindən xəbər verir. Qədim insanlarımızın daşlar üzərində qoyduqları 


 
32
müxtəlif məzmunlu izlər, işarələr, rəsmlər maarifləndirici, inkişafetdirici, tərbiyəedici 
olmaqla qədim insanların “öyrətmə-öyrənmə mexanizmi”ni, tərbiyə və təhsil işlərini 
bəsit şəkildə də olsa bizə bildirir.  
Qədim dövr – ibtidai icma quruluşunda yetişən nəslin tərbiyəsinə, icmanın 
əxlaq normalarına əməl edilməsinə şübhəsiz qəbilə və tayfanın ağsaqqalları, ataları, 
dədələri, təcrübəli, bilikli insanları rəhbərlik edir, icmaya və onun üzvlərinə məsləhət 
və istiqamətlər, öyüd və nəsihətlər verirdi. Buna görə də atalar, dədələr, ağsaqqallar 
bir tərbiyəçi kimi hörmətli  şəxs hesab edilir, onlara pərəstiş edilir, hətta sitayiş 
ayinləri də meydana gəlmişdi ki, bunu tunc dövrünün daş kitabələrində görmək 
mümkündür.  
Urmiya gölünün ətrafından başlayaraq, zaman-zaman Dəclə  və  Fərat vadiləri 
də daxil olmaqla, İran körfəzinə  qədərki  ərazilərdə e.ə. III-II minilliklərdə Aratta, 
Lullubi və Kuti qəbilə tayfaları yaşayırdı. Bu əyalətlərdəki təlim-tərbiyə mədəniyyəti 
haqqında da müəyyən məlumatlara görə Aratta inkişaf etmiş Şumer dövləti ilə həmişə 
sıx iqtisadi, siyasi, mədəni əlaqələrdə olmuşdur. Bu əlaqələr haqqında bir neçə Şumer 
dastanında, o cümlədən “En-Merkar və Aratta hökmdarı” dastanında ətraflı məlumat 
verilmişdir. Bu dastanlarda Aratta saf, təmiz  ənənələr ölkəsi adlandırılır.  Şumerin 
Uruk şəhər dövlətinin hökmdarı En-Merkar ilə Aratta hökmdarı arasında gah dostluq, 
gah da düşmənçilik münasibətləri mövcud olmuşdur. Bu hər  iki hökmdarın 
yazışmalarından bəlli olmuşdur.  
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, 
ölkə  ərazisində daha təkmil və daha geniş  əraziləri  əhatə edən yeni dövlətlər 
yaranmışdır. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində 
Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya 
kimi qüvvətli dövlətlər yaranmışdır. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi 
mədəniyyətinin, maarifinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni tarixində 
mühüm rol oynamışlar. Prof. V.Z.Piriyev haqlı olaraq yazır ki, mannalılar bugünkü 
azərbaycanlıların əcdadları olmuşlar. 
Manna quldarlıq dövləti idi. Burada maldarlıq, atçılıq, incəsənət, memarlıq 
sürətlə inkişaf etmişdi. Sənətkarlar qiymətli metallardan müxtəlif  əşyalar hazırlayır 
və onların hazırlanmasını da gənc nəslə öyrədirlər. Mannada uşaq və yeniyetmələrin 


 
33
tərbiyəsində bütpərəstlik ayin və  mərasimlərinin, meydan tamaşalarının, qəbilə  və 
tayfa adətlərinin müşahidəsi, habelə böyüklərin maddi nemətlər  əldə etmələri 
təcrübələrinin öyrənilməsi mühüm tərbiyəvi  əhəmiyyət kəsb edirdi. Uşaqlar 
böyüklərdən öyrənir, təlim və tərbiyə alırdılar. 
Mannalıların zəngin şifahi xalq ədəbiyyatı – ağız ədəbiyyatı da olmuşdur. Bu 
xalqın müxtəlif məzmunlu nağılları, dastanları, müxtəlif janr şerləri, bayatıları 
olmuşdur ki, bu ədəbiyyat nümunələri gənc nəslin mənəvi tərbiyəsində demək olar ki, 
dəyərli pedaqoji əsərlər sayıla bilər.  Əlimizdə o dövrün ədəbiyatına dair nümunələr 
olmasa da qədim alimlərin yazılarından onlar barədə müəyyən məlumat, təsəvvür 
əldə etmək mümkündür. Qədim yunan tarixçiləri yazırlar ki, Manna şahlarının 
saraylarında  şairlər olmuşdur ki, onlar mövzularını, öz şerlərini milli, şifahi xalq 
dastanları və rəvayətlərindən almışlar.  
Atropatena ilə bərabər Azərbaycanın şimalında Albaniya dövləti də mövcud idi 
ki, mərkəzi  əvvəlcə  Qəbələ, sonra Bərdə  şəhəri olmuşdur. Albaniya dövründə 
Azərbaycanın dövlət idarəçiliyi, maarif və  mədəniyyəti xeyli yüksəldi. Alban 
hökmdarları ölkənin dünyəvi və dini başçısı hesab olunurdular. 
Mənim Şərq ölkəmi bürüdü kədər, 
Yayılmış cahana bu qara xəbər. 
Qoy ellər eşitsin səsimi mənim, 
Səsimə səs verib ağı desinlər! 
Sakit həyatımız matəmlə doldu, 
Bizə soyğunçular müsəllət oldu. 
Misilsiz bir dövlət çökdü kökündən, 
O parlaq şüası saraldı soldu. 
Davdağın bu şerində qoçaq sərkərdə  və  ağıllı dövlət xadimi Cavanşirin mərd 
sifətləri, əxlaqi-mənəvi keyfiyyətləri, vətənpərvərliyi tərənnüm edilir, bu keyfiyyətlər 
gənclərə nümunə göstərilir və bu gün də onun qəhrəmanlığı  məktəblilərimizin 
vətənpərvərlik tərbiyəsində bir nümunədir. Xalqımızın vətənpərvər oğlu, ulu 
öndərimiz Heydər  Əliyev çıxışlarının birində bu barədə belə deyirdi: “Cavanşir və 
Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, 
vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur.” 


 
34
3. Zərdüştlük qədim və erkən orta əsrlərdə Azərbaycan, İran, Orta Asiya və bir 
sıra başqa ölkələrdə geniş yayılmış bir fəlsəfə,  ədəbi abidə, pedaqoji fikir və din 
olmuşdur. Zərdüşt dininin müqəddəs dini kitabı “Avesta” (“Qanun”) adlanır. 
“Avesta”nın ilkin variantı bizə  gəlib çatmamışdır. Bu kitabın yalnız müəyyən 
hissələri bəzi əlavələrlə, dəyişikliklərlə bizə gəlib çatmışdır. 
Tədqiqatçı alim B.C.Şərifzadə  Zərdüştün vətəninin Azərbaycan olduğunu, 
onun Savalan dağının yanında, Duruca çayı sahilində doğulduğunu, həm Cənubi 
Azərbaycanda Savalan dağı, Savalan kəndi, Duruca çayı və Zərdüştlüklə bağlı saysız 
toponimika və məişət ayinlərinin indi də olduğunu qeyd edir. Professor Ə.R.Yaqubi 
Zərdüştlük haqqında belə yazır: “Zərdüşt öz əqidəsini ilk dəfə olaraq Azərbaycanda 
təbliğ etmişdir”. Cənubi Azərbaycan alimi Məhəmməd Tağı Zöhtabı da öz əsərində 
Zərdüştün vətəninin Azərbaycan olduğunu, “Avesta”nın Azərbaycanda yazıldığını 
söyləmişdir. O, “İran türklərinin əski tarixi” adlı əsərində yazır: “Zərdüşt dininin ilk 
ruhaniləri olmuş “Muğ”lar Midiya hökuməti torpaqlarında yaşamışlar” (23,50). 
Akademik H.M.Əhmədov Azərbaycanda məktəb təhsili dövrünün Zərdüşt 
məktəbləri ilə başladığını bildirmişdir. Mənbələrdən də məlum olur ki, islamiyyətin 
yayılmasına qədər Azərbaycanda Zərdüşt məktəbləri daha geniş fəaliyyət göstərmiş, 
atəşkədə və atəşgahlar Zərdüştlüyün həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri 
kimi fəaliyyət göstərmişdir. Bunlar da Azərbaycanda məktəb təhsilinin əsasını təşkil 
etmiş və təməl amillərdən olmuşdur. 
Bu dövrdə yüksək silkə malik olan şahzadələrin, rütbə sahiblərinin uşaqları 
Saray məktəblərində  gənclərin təlim-tərbiyəsi ilə  şahzadələr və yüksək səviyyəli 
müəllimlər məşğul olurdular. Bu məktəblərdə dövlət üçün kadrlar hazırlanırdı.  
Zərdüşt məktəblərində  təlim “Avesta” duaları, ayinləri və  nəğmələri ilə 
başlayırdı. Daha sonra əlifba və oxu təliminə keçilirdi. Məktəblərdə fiziki tərbiyəyə, 
uşaqların sağlam həyat tərzinə xüsusi diqqət yetirilir, “Avesta”nın “Xəstələnmə”, 
“Zəifləmə”- kimi çağırışları əzbərlədilir və ona əməl edilirdi. Xəstəlik, zəiflik, pislik 
Əhrimanın  əməlləri hesab olunurdu. Ox atmaq, nizə tullamaq, üzmək, ov etmək, 
qurşaq tutmaq kimi fəaliyyətlər fiziki tərbiyənin əsas məzmununu təşkil edirdi. Ona 
görə  də  şərə qalib gəlmək üçün sağlam, təmizkar və qüvvətli olmaqla bərabər, 
məktəbdə dərin bilik almaq tələb edilirdi. Yazıb-oxumaq, bilik qazanmağın mühüm 


 
35
şərti hesab edildiyindən Zərdüştlükdə buna ciddi fikir verilir, uşaqların  əqli 
qabiliyyətləri inkişaf etdirilirdi. Bununla əlaqədar prof. R.L.Hüseynzadə yazır: 
“Zərdüşt məktəblərində öyrədilirdi ki, insan həmişə mülayim, xoşxasiyyət, adil və 
xeyirxah, fitnə-fəsaddan,qəddarlıqdan, paxıllıqdan, yalançılıqdan uzaq olmalıdır. O, 
cəmiyyətin fəal üzvü kimi əkinçiliklə, maldarlıqla məşğul olmalı, bataqlıqları 
qurudub onun məhsuldar torpağa çevrilməsinə səy göstərməlidir.  
Zərdüşt məktəblərində yetişən gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə xüsusi 
diqqət və  əhəmiyət verilirdi. Belə ki, zərdüştlüyün  əxlaqi idealı xeyirxahlıq,  ədalət, 
yaxşılıq olduğundan Zərdüşt təlimində yaxşılıq və pislik anlayışı  kəskin  şəkildə 
qoyulur və bunların mahiyyəti açılır: “Anlayan adam gərək pisi deyil, yaxşını seçə” 
fikri irəli sürülür” (23,48). 
Zərdüşt məktəblərində ibtidai təhsil 7 yaşdan 15 yaşa qədər davam edirdi. 
Ibtidai təlim ilə məşğul olan müəllimə “Hirbod”, şagirdlərinə isə “Həvişt” deyilirdi. 
Ibtidai təhsil səhər tezdən xüsusi mərasimdə və dua ilə başlayırdı. “Avesta” duaları 
dini ayin və  mərasimlərin, nəğmələrin öyrədilməsi,  əzbərlədilməsi ibtidai təhsilin 
əsas məzmununu təşkil edirdi. Ona görə  də ruhanilər “Avesta” dualarında “Elm 
ilahəsi”ndən qüvvətli hafizə diləmişlər. Oğlan uşaqlarının 7 yaşı tamam olandan 
sonra onlara müqəddəs köynək geyindirilir, onları münəccimlərlə bir sıraya üzü 
günəşə doğru düzüb dini “Avesta” ayinlərini  əzbərlədirlər: “Mən vəd edirəm ki, 
Zərdüştlüyə sadiq olacam. Mən xeyirxah fikrə, xeyirxah sözə, xeyirxah əmələ 
inanıram.” Bundan sonra uşaqlara hədiyyələr verilirdi. Bu məşğələ gündə 5 dəfə 
təkrar edilirdi. 
“Avesta”da insanların yüksək məqsədə, xoşbəxtliyə çatmasında müəllimin 
roluna yüksək qiymət verilməklə bərabər, həm də bunun əksi olaraq göstərilir ki, pis 
müəllim isə  uşağın  şüurunu,  əqlini pozar, onu bədbəxt edər: “Pis müəllim  şüuru 
korlar, sözün mənasını çatdırmaz, ağlın inkişafını dayandırar, təlim-tərbiyə  işini 
fəsada çevirər. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər” (23,49). 
“Avesta”da ataların vasitəsilə övlada verilən tərbiyəyə dair xüsusi fəsil 
ayrılmışdır. Həmin fəslin xülasəsində deyilir ki, təlim-tərbiyə varlığın bünövrəsi kimi 
mühüm əhəmiyyətə malikdir. Hər bir şəxs müəllim və tərbiyəçilərin vasitəsilə yazıb 
oxumağı  öyrənməli,  həm  də  özünün  sağlamlığına  ciddi fikir verməlidir. Yalnız bu 


 
36
yolla insanlar yüksək nailiyyətlər əldə edərlər. 
Zərdüşt müəllimlərlə yanaşı, alimlərin də roluna yüksək qiymət verir: “Çalışın 
ki, alim ilə cahil arasında fərq qoyasınız. Alimlər həyatın yol göstəriciləridir” (23,49). 
“Avesta”da müəllim və şagird münasibətləri haqqında məlumatların verilməsi 
bu dövrdə Azərbaycanda digər məktəblərin, təhsil ocaqlarının, tədris müəssisələrinin 
olmasından da xəbər verir.  
“Zərdüşt yüksək pedaqoji dəyərə malik müdrik fikirlər söyləmişdir ki, onlar 
“Avesta” kitabında öz əksini tapmışdır. “Avesta” insanları halal zəhmətə, vətənə 
sədaqətə, düzlüyə, şər qüvvələrə qarşı mübarizəyə səsləyir. “Avesta”da təsvir olunan 
mühit, günahlarını yuyan, xeyirxah ruhlara sədaqət nümayiş etdirən, dualar oxuyan 
adamların mənəviyyatı, həyatı olduqca ibrətamizdir. Bu təlimi öyrənməklə adamlar 
çətin vəziyyətlərdə Allaha dua etmiş,  şər qüvvələri lənətləmiş, xeyirin və 
xeyirxahlığın himayəsinə sığınmışlar. “Avesta”da xeyir və şər anlayışları bir əxlaqi, 
mənəvi kateqoriya kimi nəzərdən keçirilir. “Avesta”da bütün kainatı, insanlığı, 
xeyirxahlığı Hürmüz (Ahurə-Məzdə) idarə edir. Əhriman isə (Ahura-Manyu) şərin, 
bədxahlığın, hiylənin timsalıdır” (23,49-50). Zərdüştlük xeyirin şər üzərində, işığın 
zülmət üzərində  qələbəsinə inam və etiqaddır. Gec-tez xeyir qələbə çalacaqdır. 
“Avesta”nın  əsas ideyasında xeyirin şər üzərində  qələbəsi ilk növbədə insanların 
xeyirli biliyindən, yaxşı düşüncəsindən və faydalı əməlindən irəli gəlir. Buna görə də 
“Avesta”da elm və biliklərə yiyələnmək,  əqli tərbiyə, xeyirxahlıq  əsas dini vəzifə 
hesab olunur. Bütün bunlar isə öz başlanğıcını üç müqəddəs kəlamdan alır: 1) 
Xeyirxah fikir; 2) Xeyirxah söz; 3) Xeyirxah əməl. Pedaqoji elmlər doktoru, prof. 
Ə.Ə.Ağayev “Avesta”da şəxsiyyətin tərbiyəsi məsələsinə toxunaraq yazır: 
“Avesta”nın müəllifi Zərdüştün (b.e.ə. 596-492) təliminə görə bu dünyada hər  şey 
bir-birinə əks olan iki başlanğıca bölünüb: Xeyir və Şər başlanğıcına. Ümumiyyətlə, 
Azərbaycan pedaqoji fikrində  şəxsiyyət tərbiyəsinin  əsas mahiyyəti xeyir və  şərin 
vəhdətini özündə birləşdirir...” Qədim Azərbaycan pedaqoji fikri şəxsiyyətin 
mahiyyətini xeyirdə-yaxşı düşünməkdə, yaxşı danışmağa (ünsiyyətdə) və yaxşı 
işlərdə (fəaliyyətdə) görür. Bu keyfiyyətləri özündə daşıyan şəxs əsl şəxsiyyət hesab 
edilir. 
“Avesta”nın   “Yəştha”   adlı   bölməsində  “Çista”  elm  və  bilik  ilahəsi  kimi 


 
37
göstərilmişdir. Zərdüşt “Çista” ilahəsinə xitabən belə demişdir: “Sən  əgər irəlidə 
olsan, məni gözlə, əgər geridə qalsan özünü mənə çatdır”. Bununla Zərdüşt hər cür 
durğunluğun  əleyhinə olaraq hamını  fəaliyyətdə olub elm, bilik qazanmağa 
çağırmışdır. Buna görə  də “Avesta”da elmə yiyələnmək  əsas dini vəzifələrdən biri 
hesab edilmişdir. “Avesta”da təlim-tərbiyə  məsələləri ilə bağlı göstərilir ki, təhsil 
almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edirsə, o şəxsin kim olmasından 
asılı olmayaraq onu qəbul et və istədiyini ona öyrət. 
“Avesta” dualarının birində valideyn Hürmüzdən “yaxşı rəftarlı, şüurlu övlad” 
diləyir. Demək, Hörmüzün oğlu hesab edilən Azərdən şüur və zəka istənilmişdir. Bu 
ifadələrdən məlum olur ki, Zərdüştlükdə əxlaqi, əqli tərbiyə əsas diqqət mərkəzində 
olmuşdur.  Əqli tərbiyə isə  təlim vasitəsilə  həyata keçirilir. Təlim isə müəllimin 
rəhbərliyi və müşaiyəti ilə keçirilən pedaqoji prosesdir.  
“Avesta”da mənəvi dəyərlər – xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl 
üçlüyündə öz ifadəsini tapır. Burada əxlaqi-mənəvi proses üç mərhələyə bölünür. 
Əvvəlcə xeyirxah fikir yaranmalı, sonra bu fikir sözdə ifadə edilməli və  nəticədə 
xeyirxah əməldə özünü göstərməlidir. Bu üç mənəvi keyfiyyət ailə münasibətlərində, 
icmada və vilayətdə hər zaman öz əksini tapmalıdır. “Avesta”da deyilir ki, “Tərbiyə 
həyatın ən zəruri sütunu hesab edilməlidir. Hər kəsi elə tərbiyə etmək lazımdır ki, o, 
oxumağı, yazmağı bacarmaqla yüksək pilləyə qalxa bilsin.” 
“Avesta”da tərbiyə  məsələləri maddi və  mənəvi təmizliyə  əsaslanır. Yəni        
1) fiziki təmizlik (bədən, geyim, ev-eşik təmizliyi); 2) mənəvi təmizlik (əqidə  və 
əməllərin saflığı). Burada insanın həm bədəninin təmizliyi, ev-eşik, geyim təmizliyi, 
həm də  mənəvi təmizlik – yəni insanın daxili təmizliyi nəzərdə tutulur. “Avesta”da 
insana qiymət, insan şəxsiyyəti yüksək dəyərləndirilir, onun ağlına, yaxşı əməllərinə 
inam, xeyirxahlığa çağırış, günahsız, pak yaşamaq anlayışı təlqin edilir. “Yəsnə”nin 
19-cu bəndində deyilir: “Uğurlu düşüncə  nədir? Müqəddəs kəlam. Uğurlu  əməl 
nədir? Müqəddəs yaranmışları üstün tutaraq onlara sitayiş etmək.” 33-cü bənddə bu 
fikir daha da inkişaf edir: “Yalan din əleyhinə öz sözü, düşüncəsi və  əməli ilə 
mübarizə edənlər, eləcə  də öz adamlarına yaxşılıq öyrədənlər Ahura Məzdanın 
istədiyini yerinə yetirmiş olurlar.” Burada “Xeyirxahlıq”, “Yaxşılıq” bir əxlaqi 
kateqoriya  kimi  xeyirxah  idrak  və  xeyirxah   fikirdən  irəli  gəlmişdir. Ona görə də 


 
38
Zərdüşt insanları fikrində, sözündə, əməlində xeyirxahlığa, yaxşılığa çağırır. 
“Avesta”da insanlar öz millət və irqlərinə görə deyil, onların dinə olan 
münasibətlərinə görə 2 yerə (imkanlılar və imkansızlar) ayrılırlar. Burada göstərilir ki, 
dünyanın sonunda hər kəs öz əməllərinə, əqidəsinə görə cavab verəcəkdir. Ona görə 
də insanın düşüncəsindən irəli gələn söz və əməl xeyirli və faydalı olmalıdır.  
Zərdüşt “əkinin və bol məhsullu tarlanın da, gözəl ailənin” də əsasını düzlük və 
gözütoxluqda görürdü. Bunların hər ikisi insanı  nəfsə qalib gəlməyə, intizamlı  və 
mütəşəkkil olmağa sövq edir. “Avesta”da insanları zəhmətə, əməyə, müqəddəs yola 
dəvət,  düzlüyə, doğruçuluğa qüvvətli təlqin vardır: “Kim taxıl səpir, məhsul 
becərirsə, o, möminlik, düzlük, doğruçuluq, təmizlik  əkib becərir, həyata, insanlara 
xoşbəxtlik və  səadət gətirir.” Zərdüşt kəlamlarında pəhrizkarlıq düzlük və 
doğruçuluğun əsası kimi təlqin edilir: “Düzlüklə pəhrizkarlıq birləşəndə əsl insanlıq 
cilvələnir. Gəlin hamımız üz tutub bu səmtə yollanaq”. 
Beləliklə, deyə bilərik ki, Zərdüşt məktəbləri Azərbaycan məktəb təhsilinin 
təşəkkülündə, inkişafında mühüm mərhələni təşkil etmiş  və  Zərdüştün müqəddəs 
kitabı “Avesta” insanların mənəvi,  əxlaqi keyfiyyətlərinin formalaşmasında, 
inkişafında və təkmilləşməsində böyük əhəmiyyət kəsb etmişdir ki, bu da Azərbaycan 
məktəb və pedaqoji fikir tarixinin mühüm qolunu təşkil etməkdədir.  
Xalqın tərbiyə sahəsində tarix boyu irəli sürdüyü fikir və ideyalarının bir qismi 
onun adət və ənənələrində, etnoqrafik və tarixi sənədlərində, folklor materiallarında 
ifadə olunmuşdur. Xalq müdrikliyi bizim ulu babalarımızın təcrübəsi ilə yaranaraq 
dərin mənaya malik olub, insan əqlinin,  şüurunun, təfəkkürünün, zövqünün və 
mənəviyyatının formalaşmasında, təbiət və  cəmiyyət hadisələrini düzgün dərk 
etməsində, adamları doğru yola çəkməkdə, onları pis əməllərdən uzaqlaşdırmaqda 
mühüm rol oynamışdır. Xalq pedaqoji fikrində milyonlarla əql və kamal sahiblərinin 
sınaqdan çıxmış müdrik fikirləri, hikmətli söz və ifadələri  ən gözəl və  ən nəcib 
mənəvi keyfiyyətləri toplanmışdır. Xalq müdrikliyi hər bir insan üçün ağıl mücrüsü, 
yaxşı məsləhətçi, dərrakəli nəsihətçi və etibarlı mənbə hesab oluna bilər. Bu mənada 
deyə bilərik ki, xalq ən yaxşı  tərbiyəçidir. Pedaqoji fikir tariximizin görkəmli 
nümayəndəsi, professor Əhməd Seyidov bu barədə belə yazırdı: “Bizim mədəniyyət 
tariximizin ümumi mənzərəsində gənc nəslin təlim və tərbiyə məsələləri görkəmli yer 


 
39
tutmuş  və tutmaqda davam edir. Atalar sözü, zərbi-məsəllər, nağıllar xalqımızın 
bütün folklor materialı buna parlaq misaldır. Xalq yaradıcılığı Azərbaycanda 
pedaqoji fikrin ilk carçısı olmuşdur” (48,32). 
4.  Prof. R.L.Hüseynzadə yazır: “Xalqın insanlarının təlim-tərbiyəsi, təhsili ilə 
bağlı söylədiyi müdrik fikirlər daha çox atalar sözləri və zərbül-məsəllərdə, nağıllarda, 
dastanlarda toplanmışdır ki, bu barədə xeyli əsərlər yazılmış, dissertasiyalar müdafiə 
edilmişdir. Amma, xalqımızın müdrik fikirlərinin bir çoxu “Oğuznamə”lərdə 
toplanmışdır ki, bu qiymətli əsərin ilk dəfə pedaqoji yöndən tədqiqi və əsərin mənəvi-
əxlaqi cəhətlərinin təhlili onu göstərir ki, “Oğuznamə”lər xalqın müdriklik xəzinəsi, 
insanlara ibrətamiz öyüd və  nəsihətlərdir” (23,177). Görkəmli alim Əmin Abid 
yazırdı ki, azərbaycanlıların  ən qədim  ədəbiyyatı xalq ədəbiyyatıdır ki, bu da 
“Oğuznamə”lərdir. “Oğuznamə”lər miladi tariximizin ilk əsərlərindən başlayaraq 
XVIII əsrə qədər gəlmişdir. 
Azərbaycanın Oğuz elinə daxil olması tarixi faktlardan məlumdur. Bir çox 
alimlər oğuzların Azərbaycanda, Anadoluda eradan çox-çox əvvəllər yaşadıqlarını 
qeyd etmişlər. Faruq Sümərin “Oğuzlar” əsərində deyilir: “Oğuzlar azərbaycanlıların 
əcdadlarıdır... Oğuzlar Türkiyə türkləri, Azərbaycan türkləri,  İran və Türkmənistan 
türklərinin atalarıdır” (23,177).   
Bizə  məlum olan bir neçə “Oğuznamə” mövcuddur. Daha qədim, daha geniş 
yayılmış  və  dərin məzmunlu “Oğuznamə”ni ilk dəfə olaraq XIX əsrin  əvvəllərində 
alman F.Dits bəzi hissələrini almancaya tərcümə edib 1815-ci ildə Berlində  nəşr 
etmişdir.  
Oğuz xanın tarixi-əfsanəvi  şəxsiyyət olması haqqında, onun yüksək 
qəhrəmanlığı, şücaəti, əxlaqi-mənəvi keyfiyyətlərə sahib olması haqqında Yazıçıoğlu 
Əlinin “Səlcuqnamə”sində də, “Oğuznamə” parçalarında da görmək olar. 
Daha bir “Oğuznamə” haqqqında XIV əsrin tarixçisi Əbubəkr İbn Abdulla İbn 
Aybək əd-Dəvadari məlumat vermişdir. Dəvadari X əsrə qədər Azərbaycan tarixində 
baş vermiş hadisələr haqqında yazdığı kitabında “Oğuznamə”nin adını çəkir. Təəssüf 
ki, adını çəkdiyi kitab hələ tapılmamışdır. Amma, başqa mənbələrdən məlum olur ki, 
bizə gəlib çatmayan həmin “Oğuznamə”də Təpəgöz haqqında danışılır ki, bu da Dədə 
Qorquddakı  Təpəgöz sərgüzəştlərindən bir qədər fərqlidir. Belə ki, Təpəgöz  əcaib, 


 
40
nəhəng bir məxluq imiş, təpəsində bir göz varmış. Anası böyük dənizin cinlərindən, 
atası  nəhəng bir adam olmuşdur. O, məmləkəti dağıdır, insanları öldürür, yeyirdi. 
Nəhayət Oğuzların içindən yetişən  Ərs (Aruz) oğlu Busat adında bir qəhrəman 
Təpəgözü öldürmüşdür. Bu hadisə belə olmuşdur: Bir qız varmış, onu yeyən adama 
gedəcəyini bildirmişdir. Büsat bu qızı yendi və bu qızla bərabər atasının yanına gəldi, 
qızı yendiyini bildirdi. Atası da cavab olaraq bildirdi ki, mən elə sandım ki, Təpəgözü 
öldürmüşsən. Büsat bu sözün üzərinə həmən getdi və Təpəgözü əqlin qəbul etmədiyi 
bir yolla öldürdü. Əmin Abid bu məlumatdan çıxış edərək yazır ki, “Oğuznamə”lər 
V-VII əsrlərə aiddir. 
“Oğuznamə”lərdən məlum olur ki, Oğuzun altı  oğlu olmuşdur. Bunların hər 
biri mifik adlar daşımaqdadır: Gün, Ay, Ulduz, Dağ, Dəniz. Oğuzun bu altı oğlunun 
hər birinin dörd oğlu olmuşdur. Bunlardan meydana gələn oğuz boyları Oğuzun bu 
iyirmi dörd nəvəsinin adlarını almışdır. Haqqında danışdığımız “Oğuznamə” Dədə 
Qorqud oğuzlarının həyat tərzini, məişətini, adət və  ənənəsini, mənəvi,  əxlaqi 
keyfiyyətlərini  əks etdirir. “Oğuznamə” də deyilir: “Mən sənə başımı, canımı 
verərəm, vergi verib dostluqdan çıxmaram. Oğuz Kağan cavanın sözünü bəyndi, 
sevindi, güldü”. 
““Oğuznamə”lər yetişən gənc nəslimizdə milli mənlik, milli özünüdərk, milli 
müstəqillik təfəkkürünü və  şüuru formalaşdırır, insanlarımızda milli dövlətçilik, 
vətən, millət sevgisi, böyüklərimizə, ulularımıza hörmət tələb edir. “Oğuznamə”lərdə 
ulu babalarımızın həyat tərzi, adət-ənənələri, Oğuz xaqanı  və  Oğuz bəylərinin 
qəhrəmanlıq səhifələri əks etdirilmişdir. Bu mənəvi abidə qədim və erkən orta əsrlər 
dövrünə aid olub nəsillərin təlim və  tərbiyəsində, yaşayış  tərzində,  ədəb-ərkanında 
mühüm rol oynamış  və ümumtürk pedaqoji fikrinin formalaşmasına, inkişafına 
qüvvətli təsir göstərmişdir” (23,181).  
“Oğuznamə”lərdəki atalar sözləri və zərbül məsəllərin bir qismi Dədə Qorqud 
kitabının  əvvəlindəki ata sözlərinin eynisidir. Dədə Qorqud hekayələri Oğuz 
dastanının bir hissəssi və ya davamı kimi də adlandırıla bilər. 
Həm Oğuzun, həm də  Dədə Qorqudun ümumi cəhətlərindən biri müəyyən 
əşyalara ad verməsidir. Məsələn, Oğuz Xaqan müəyyən hadisələrlə bağlı “Xalaç, 
Kanqli,   Karluq,  Qıpçaq”  və s.  adlar  verilmişdir.  “Oğuznamə”də  belə  deyilir: “ər 


 
41
ləqəbi ilə tanınar”. Demək oğuzlar arasında “ər” – igid sayılmaq üçün onun 
qəhrəmanlığına uyğun bir ləqəb qazanması zəruri imiş. Ləqəb şəxsiyyətin kimliyini 
müəyyənləşdirən vacib titul sayılırmış. “Dədə Qorqud” qəhrəmanlarının adı konkret 
iş,  əməllə, qəhrəmanlıq hadisələri ilə bağlı olur. Məsələn, Buğac, Bamsı Beyrək, 
Basat və s. 
“Oğuznamə”lər bütün dövrlərdə xalqın qiymətli tərbiyə vasitəsi, yaradıcı 
insanların müraciət mənbəyi olmuş  və xalq pedaqoji fikrinin formalaşmasında, 
etnopedaqogikanın inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. 
5.  Mənəvi abidələrimiz sırasında, pedqoji fikrin inkişafında xalqımızın  ən 
qədim mənəvi abidəsi olan “Kitabi-Dədə Qorqud”un son dərəcə əvəzsiz yeri vardır. 
Müstəqillik qazanmış Azərbaycanımızda milli-mənəvi  şüurun yüksəlişində, 
soykökümüzə qayıdışın dərinləşməsində “Kitabi-Dədə Qorqud” dastanlarının oyada 
biləcəyi təsiri əvəz edən yazılı və ya şifahi ədəbi abidə tapmaq çətindir. 
Azərbaycan Respublikasının dahi şəxsiyyəti, türk dünyasının böyük oğlu, 
ümummilli liderimiz H.Əliyevin “Kitabi-Dədə Qorqud”un 1300 illiyini qeyd etmək 
barədə 20 aprel 1997-ci il tarixli fərmanı tariximizə, mədəni irsimizə göstərilən 
böyük qayğı  və diqqətin parlaq nümunəsidir. Fərmanda deyilir: “Oğuz türklərinin 
tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideallar tərənnümçüsü kimi 
dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur” (3). 
Dastanda  əxlaq tərbiyəsinin mühüm tərkib hissəsi olan vətənpərvərlik, yurd 
sevgisi  əsərin  əsas ideyasını  təşkil edir. Bu ideya isə  qədim oğuz türklərinin 
qəhrəmanlıq  şücaətlərindən süzülüb gəlməkdədir. Dastanda yetişən nəsildə  vətənə 
məhəbbət tərbiyəsi üçün ilk növbədə onlara vətəni tanıtmağa və sevdirməyə yön 
verilir.  
Dastanda oğuz-türk anaları  vətəni müdafiə edən oğullarına tərbiyə verərək 
deyirdilər: “Oğul dağdan uçmasın, oğul suda axmasın. Oğul azğın düşmənə  əsir 
düşməsin”. Dastanda döyüşü tərk edib, geri dönmək, yoldaşı müdafiə etməyib 
qaçmaq çox ağır cəzalandırılır, hətta beləsi öldürülməkdən vaz keçilmir. Məsələn, 
Qazan Xan oğlunun döyüş meydanından qaçdığını zənn edib deyir: “Onu altı bölük 
edib, altı yolun ayrıcına tullayacam ki, kimsə yoldaşını qoyub qaçmasın”(25,74). 
Oğuzlar düşməni yurdun sərhədlərindən qaçıb çıxardıqdan sonra aman diləyəni 


 
42
bağışlayır, qaçanı qovmurdular. Dastanda döyüş meydanında kişi kimi döyüşmək 
tələb olunur. Qaçanı öldürmək, yatanı vurmaq, xəbərsiz hücum etmək pislənilir. Türk 
qəhrəmanlarının hansı birinin mübarizə yoluna baxsaq, onların tarixdə kişilik, 
mərdlik  ənənəsi qoyub getdiyini görürük. Oğuzlar mərdi-mərdanə döyüşmüşlər. Bu 
mənada dastanda deyilir ki, Qazan xan qaçanı qovmadı, aman deyəni öldürmədi.  
Qəhrəmanlıq səhnələri ilə  zəngin olan dastanda xalq təfəkkürünün elimizin 
qəhrəmanlığına, ailəyə, qadına, bəyə, ozana, düşmənə münasibətləri əsasında özünü 
göstərir. At belində  ərənlərdən geri qalmayan, köç yollarında oğul doğub böyüdən 
oğuz qadınları kişilərdən geri qalmır. Sərt mübarizə yolları  oğuz qadınlarını 
mətinləşdirmiş, ərənlər də özləri kimi qəhrəman, dəyanətli həyat yoldaşı seçirlər.  
Dastanda ad vermə mərasimi qəhrəmanlıq, igidliklə bağlı olub, böyük tərbiyəvi 
əhəmiyyət daşıyır. Burada oğuz adətinə görə  oğlan uşaqları doğularkən deyil, haq 
etdikləri işinə görə, qəhrəmanlığına görə ad verilir. Bu cəhətdən oğuz elində yaxşı ad 
qazanmaq üçün yaxşı işlər görmək lazımdır. Dirsə xan oğlu Buğac xan hekayəsində 
Dədə Qorqudun Buğac xana ad verməsi də bu qəbildəndir: “...Bu oğlan Bayandır 
xanın meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldürmüş, adı Buğac olmuşdur. 
Adını mən verdim, yaşını Allah versin”- deyə Qorqud Dədə deyir (25,20). 
Dastanda gənclərə döyüşmək qaydaları, döyüş, zəfər taktikası öyrədilir. 
Dastanda göstərilir ki, Bayandır xanın bir buğası bir də buğrası vardı. Bir yazda, bir 
payızda onları meydana buraxırdılar. Bayandır xan oğuz bəyləri ilə tamaşaya baxırdı. 
Bu,  əslində sadəcə “tamaşa”, “əyləncə” deyildi, əvvəlcədən düşünülmüş, təşkil 
edilmiş bir məşğələ idi. Oğuz  ərənlərini, xüsusilə  gəncliyi yetişdirmək, güclü, 
qüdrətli etmək üçün təlim, tərbiyə növlərindən biri idi. 
Dastanda qadınlar da kişilər qədər mübarizdir. Dastanda Beyrəyin evlənmək 
vaxtı çatanda deyir ki, “Ata, mənə elə qız al ki, mən yerimdən durmamış o dursun, 
mən ata minməmiş o minmiş olsun. Mən düşmənin üstünə gedənə qədər, o, mənə baş 
gətirsin”. Qadın həm də evin dirəyi, nəsil artıran, incə  məlahətli, gözəl nəvazişli, 
yüksək mənəviyyatlı xanım kimi təsvir edilir.  
Dastanda oğuzlar həyatın bütün sahələrində  əxlaqi davranış  və  rəftarlarında 
igidlik, qorxmazlıq, cəsurluq və düzlük nümayiş etdirirlər. Belə ki, böyük miqdarda 
silahlı düşmən Qaraca Çobanın üzərinə  gəldikdə o qorxmur, özünü itirmir. 


 
43
O,düşməni görərkən dərhal qərar çıxarır; vəziyyətin çox qorxulu olmasına 
baxmayaraq, düşmənlə çarpışmağı qərara alır.  
“Kitabi-Dədə Qorqud”un hər bir boyu elə-obaya, ata-anaya, qardaş-bacıya ülvi 
məhəbbətin canlı salnaməsidir. Burada ailə şərəfini, namusunu qorumaq, ocağa dərin 
bağlılıq, ana və qadın ləyaqətinə dərin hörmət, ata ehtiramını saxlamaq, ailə tərbiyəsi 
ilə bağlı çox qiymətli, ibrətamiz nümunələr və ifadələr vardır. Dastanda “Ana haqqı” 
– “Tanrı haqqı” kimi qəbul olunur. Bu da Məhəmməd Peyğəmbərin (s.ə.s) “cənnət 
anaların ayaqları altındadır” kəlamı ilə səsləşir. Oğuzlarda anaya məhəbbət tərbiyəsi 
ən müqəddəs iş hesab edilmişdir. Dastanın boylarında ana haqqı tanrı haqqı ilə 
bərabər tutulur. Qadınlar qəhrəmanlıq göstərərək  ərlərinin, qızlar isə nişanlılarının 
yolunda fədakarlıqlar göstərərdilər.  
Qazan xanın evi yağmalanır, var dövləti talan edilir, anası, arvadı Burla xatun, 
oğlu Uruz əsir aparılır. Qazan xan döyüşmədən əvvəl Şöklü Məliyə müraciət edərək 
belə deyir: 
Qırx incə belli qızla Burla xatunu gətirmisən sənə əsir olsun? 
Qırx igidlə oğlum Uruzu gətirib gəlmisən sənin olsun! 
Qoca ananı gətirmisən, ay kafir, anamı ver mənə! 
Savaşmadan, vuruşmadan qayıdıb, geri dönüb gedim. 
Salur Qazan var-dövlətini, sərvətini düşmənlərə verdiyi halda, anasını, arvadını, 
oğlunu, bütövlüklə bütün adamları almağa özünə müqəddəs borc hesab edir və belə 
edilərsə, günahsız qanların tökülməsinə  də razı olmur. Salur Qazan sülh, 
əminamanlıq istəyir. Burada oğulun anasına olan ülvi, sonsuz məhəbbətin, ana 
müqəddəsliyinin nümunəsini görürük. 
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da oğuzlarda ata-oğul 
münasibətinin gözəl və  təsirli nümunəsi verilmişdir. Kef məclisində oturan Qazan 
xan sağ yanında oturan qardaşı Qarangünəyə, sol yanında oturan dayısı Aruza baxır, 
qəh-qəh gülüb sevinir. Qarşısında duran oğlu Uruza baxıb ağlayır. Bunun səbəbini 
atasından soruşduqda o cavab verir ki, 16 yaşına çatmısan, bu vaxtadək baş 
kəsməyibsən, qan tökməyibsən, bir mükafat almamısan. Fikirləşdim ki, mən öləndən 
sonra taxt-tacımı  sənə verməzlər, ona görə  də  ağladım. Burada birinci növbədə, 
cəmiyyət üçün çox böyük əhəmiyyəti olan bir xüsusiyyətə diqqət yetirmək lazımdır 


 
44
ki, oğuzlarda övlad bəyzadə alsa da igid deyilsə, ona məmləkət həvalə edilə bilməz. 
Uruz həmişəki kimi atasına müraciət edərək – “qara başım qurban olsun, atam (ağam), 
sənə” – deyir və atasının nöqsanını  çəkinmədən, sanki bir dostuna söyləyərək belə 
deyir: “Sən məni haçan götürüb kafir sərhəddinə  çıxardın, qılınc çalıb baş  kəsdim? 
Mən səndən nə gördüm ki, nə öyrənim?”- dedi. Qazan bəy oğlunun bu sözlərindən 
heç də qəzəblənmir, onu səmimi qəbul edir və gülür. Oğlunu götürüb bəylərlə dağlara 
ova çıxır. Kafirlərlə qarşılaşırlar, Qazan xan oğlu Uruza döyüşməyə girməyə icazə 
verməsə də Uruz döyüşə girir, düşmənləri qırıb, tökür. 
Dastanda ailə münasibətləri, qohumluq əlaqələri yüksək  əxlaqi keyfiyyətlər 
əsasında qurulur. Oğuz gəlinləri bir övlad kimi qayınataya, qayınanaya çox böyük 
hörmət və ehtiramla yanaşır, onları öz valideynlərindən də yüksək tuturlar. Qardaşını 
axtarmaq üçün səfərə  çıxan Səyrəyi bu yoldan çəkindirmək üçün Qazan xanın 
məsləhəti ilə evləndirirlər – ayağına  ət tuşağı (buxov) vururlar. Oğlan fikrindən 
dönmür, qardaşını tapmayınca gərdəyə girmir. Gəlin onu yolundan saxlaya 
bilməyəcəyini başa düşür və öz-özünə deyir: “Mənə qədəmi uğursuz gəlin deyincə, 
utanmaz, arsız gəlin desinlər. Qayınatama, qayınanama xəbər verim gərək” – 
söyləmiş, qız demişdir: 
Atamdan yaxşı qayınata! 
Anamdan yaxşı qayınana! 
Ala gözlü oğlun qardaşını anıb gedir (23,54). 
Burada həm də qardaş  məhəbbəti, qardaş borcu, qardaş  məhəbbəti, qardaş 
yolunda xoşbəxtliyini, canını qurban verməyə hazır olmaq fədakarlığı tərənnüm edilir. 
Oğuz elində qadına həmişə yüksək məhəbbət bəslənmiş, onu evin dirəyi, nəsil 
artıran adlandırmışlar. Dirsə xan qadını “başının baxtı, evimin taxtı”, “sərv boylum”, 
“qara saçlım, çatma qaşlım, al yanaqlım”, “qadının-dayağım” adlandırır, ona sonsuz 
məhəbbətini bildirir. Qadın ailəni quran, yüksəldən, onu dağılmaqdan qoruyan, bu 
yolda qəhrəmanlıqlar göstərən,  əxlaqi dəyərləri,  ərinə  sədaqəti və  məhəbbəti ilə 
böyük tanrını güzəştə getməyə razı salan həyat yoldaşıdır, anadır... Dastanda ər-arvad 
məhəbbəti, valideyn-övlad münasibətindən də üstün verilmişdir. Domrulun atası, 
anası öz həyatlarını  oğullarına qıymadıqları halda, onun həyat yoldaşı öz canını 
verməyə hazırdır və tanrıya yalvarır ki: 


 
45
“Alırsansa, ikimizin canını birgə al 
Sağ qoyursan, ikimizə də eəhm et 
Kərəmi çox qadir tanrı”. 
Dastanlarda cəmiyyətin inkişafına təkan verən üç mühüm tərbiyə amili öz bədii 
ifadəsini tapmışdır: 1) Qurulan ailənin məhsulu – oğlu, qızı olmalıdır; 2) Oğul-qız 
sağlam, güclü, qüdrətli yetişməlidir; 3) Ailə kin-küdurətdən uzaq olmalı, övladın 
təlim tərbiyəsi ilk növbədə ana telinə bağlıdır. 
Dastandan aydın görünür ki, ailənin tamlığı üçün müstəqil uşaq sahibi olmaq 
gərəkdir. Uşağı olmayan ailələrə yaxşı baxılmaz. Dastanda deyilir ki, Dirsə xanın 
uşağı yoxdur. Bir gün o, Bayandır xanın verdiyi ziyafətə gedir. Ancaq o, uşağı 
olmadığına görə məclisdə yaxşı qarşılanmır.  
Oğuz elində  əxlaq, tərbiyə,  ədəb-ərkan, böyük-kiçik münasibətləri ali insani 
keyfiyyətlər, mənəvi mədəniyyətdir. Bütün dastan boyu əxlaqi keyfiyyətlərin 
təntənəsi müşahidə edilir. Yaşlı nəsil – ulular da, atalar da, gənclər də, yeniyetmələr 
də yüksək  əxlaqi üstünlüyə malikdir, bunun üçüncəmiyyətdə bütün imkanlar var: 
ənənəvi davam edib gələn qayda-qanunlar, azad sevgi, sevib-sevilmək, axtarıb 
bəyənmək, seçmək, sınaqdan keçirmək - hər şey yüksək insani səciyyədir.  
Lakin bütün bunlarla bərabər oğuz eli nadürüstlərdən də xali deyildir. 
Belələrinə qarşı,  şər qüvvələrə qarşı mübarizə dastanda daha kəskin  şəkildə 
qoyulmuşdur.  Əxlaqın aliliyi pozulsa bu oğuz elinə çox ağır oturar, fəlakət törəyər, 
başına müsibətlər gələr. Bu mənada “Basatın Təpəgözü öldürməsi boyu”nda nəsillərə 
çox dərs verilir. Dastanda təsvir olunur ki, Aruzun Qonur qoca Sarı adlı Çobanı 
hamıdan tez yaylağa köçür. Arxacda qoyun ürkür. Çoban “Uzun bulaq” deyilən yerdə 
görür ki, pəri qızlar qanad-qanada veriblər. Yapıncasını atıb onların birini tutur və 
ona tamah salır. Pəri qızı da zina edir və çobana deyir: “Çoban, il tamam olacaq, 
məndə  əmanətin var, gəl al dedi. Amma Oğuzun başına bəla gətirdin”. “Salur 
Qazanın evinin yağmalanması boyu”nda ailə  tərbiyəsi, ailənin namusu, qeyrəti və 
şərəfinin ali və müqəddəs olması diqqət mərkəzindədir. Dastanda oğuz-türk  əxlaqı, 
türk mənliyi, paklığı açılır, bu mənəvi durum Uruzun timsalında öz ibrətli ifadəsini 
tapır. 
Düşmən  Qazan  xanın  evini  yağmalamış,  ananı,  arvadı  Burla xatunu,  oğlu 


 
46
Uruzu və  qırx incə belli qızını-gəlinini  əsir edib aparmışdır. Düşmən Qazan xanın 
namusunu hədələyir, ondan hayıf almaq, onu təhqir etmək üçün hər vasitəyə əl atır; 
arvad Burla xatunu çəkib məclisə gətirmək istəyir. Amma bu heç də asan iş deyilmiş. 
Düşmən qorxulu bir plan hazırlayır; Uruzu çəkib gətirmək,  ətindən qovurma edib 
qadınlara vermək. Kim yedi o deyil, yeməyən oğlanın anasıdır, çəkin gətirin məclisə... 
Vəziyyət Burla anaya əyan olur, ana və oğul arasında belə bir söhbət gedir. “Kafirlər 
tərs danışmışlar. Qazan oğlu Uruzu həbsdən çıxarın, boğazından örkənlə asın. Iki 
kürəyindən çəngələ sancın, qıyma-qıyma ətindən çəkin. Qara qovurma edib qırx bəy 
qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xatunudur. Çəkin, 
gətirin, döşəyimizə salaq, şərab paylatdıraq! Sənin ətindən ay oğul yeyimmi? Yoxsa, 
iyrənc dinli kafirin döşəyinə girimmi? Ağan Qazanın namusunu tapdayımmı? 
Neyləyim, ay oğul?!”- dedi. 
Yəqin ki, ana Burla bu suallarla həm də  oğlunun ağlını, tərbiyəsini yoxlayır. 
Uruz anasının bu sözlərindən bərk qəzəblənir, ona ağır cavab verir: “Ağzın qurusun 
ana! Dilin çürüsün ana! “Ana haqqı – Tanrı haqqı” deyilməsəydi qalxıb yerimdən 
durardım, yaxandan, boğazından tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü 
qara yerə  çırpardım. Ağzından, üzündən qan şoruldayardı, can şirinliyini sənə 
göstərərdim. Bu nə sözdür? Saqın, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim 
üçün ağlamayasan! Qoy məni çəngələ sancsınlar! Qoy ətimdən çəksinlər, qara 
qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye! 
Kafirlər duymasınlar, səni tanımasınlar. Təki murdar dinli kafirin döşəyinə 
düşməyəsən. Onlara şərab paylayıb, atam Qazanın namusunu sındırmayasan. 
Saqın!”(25,36) Oğuz övladı tikə-tikə doğranmasına razıdır, amma ata qeyrətindən, 
ana namusundan keçmir. Ana övladına verdiyi tərbiyə ilə fəxr etməlidir. 
Dastanların pedaqoji təhlilindən aydın olur ki, oğuzlar mərdlik, igidlik, 
cəsurluq, kişilik kimi keyfiyyətlərə çox böyük önəm vermişlər, hər bir oğuzun  ən 
yüksək səviyyəsini bu keyfiyyətlər ilə müəyyənləşdirirlər, həyata gözlərini açandan 
bu hisslər, duyğular və təsəvvürlər ilə yaşayır və tərbiyə edilirlər.  
Namərdliyə,  yalana  və  xəyanətə  nifrət  dastanda  özünə  yer  tutduğu  kimi, 
bununla belə mənfi hərəkəti bağışlaya bilmək oğuzların davranışlarında daim təzahür 
edən tərbiyə nümunəsidir. Bu keyfiyyətlərin təzahüründə isə müvafiq şəxslər, 


 
47
obrazlar iştirak edir, hadisələr cərəyan edir. Beyrəyin nişanlısı Banuçiçəyi almaq 
üçün yalançı  oğlu Yalıncıq yalandan onun ölüm xəbərini gətirir. Nəhayət, o ifşa 
olunur və oğuzların ümumi nifrətini qazanır. Layiq olduğu cəzadan qurtarmaq üçün 
yalançı oğlu Beyrəyin ayağına yıxılır, rəhm diləyir və onun qılıncının altından keçir. 
Bundan sonra Beyrək onu bağışlayır. 
Dastanda ailə tərbiyəsinə və ailədə valideyn nümunəsinə xüsusi diqqət verilir 
və deyilir – “qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə 
açmaz. Oğul atanı yetirməsi, iki gözünün biridir”. 
Dastanda türk anaları  uşaqlarını  tərbiyə edərkən lovğa olmamağı, zəfərdə, 
döyüşdə qazandıqları adla, xeyirxah əməlləri ilə yüksəlməyi məsləhət bilirdilər. Dədə 
Qorqudda Selcan xatun deyir: “Öyünərsə ər öyünsün, aslandır. Öyünməklik övrətlərə 
böhtandır. Öyünməklə övlat olmaz”. 
Dastanda özünü aparmaq, çox bilmək, mənəvi zənginlik yüksək 
qiymətləndirildiyi halda mənəmlik iddiası axmaqlıq, ikiüzlülük, xəbərçilik, lovğalıq 
mənəvi  şikəstlik kimi qələmə verilir. Bu münasibətlə “Dədə Qorqud”da deyilir 
“Təkəbbürlük eyləyəni tanrı verməz; Könlünü uca tutan adamda ağıl olmaz”. 
Dastanda səxavətlilik,  əliaçıqlıq, kasıba  əl tutmaq bir əxlaqi keyfiyyət kimi 
yüksək qiymətləndirilməklə  bərabər, bu keyfiyyət təmənnasız, hiss etdirilmədən 
yerinə yetirilir və böyüklər öz övladlarına bu sahədə nümunə göstərirlər. Dastanda bir 
əxlaqi keyfiyyət kimi yoldaşlıq və dostluq məsələsinə xüsusi diqqət yetirilir. Dostluq 
bir kişilik keyfiyyəti kimi qəbul edilir. Dastanda uşaqların bir-biri ilə dost olmalarını, 
qonşularla dostluq münasibəti yarada bilməsinə diqqət yetirilir. Dastanda uşaqların 
dostluğunun hörmətə, ideya birliyinə, qarşılıqlı yardıma  əsaslanması  tərbiyə edilir. 
Beyrək – “Mən Qazana dönük çıxmaram”- deyir: 
Mən Qazanın nemətini çox yemişəm 
Bilməzsəm gözümü tutsun! 
Qaraçıqda Qazlıq atına çox minmişəm 
Bilməzsəm tabutum olsun! 
Yaşı qaftanları çox geymişəm 
Bilməzsən kəfənim olsun. 
Dastanda ağıl böyük nemət hesab olunur. Ağıl dövlət mənasında işlədilir. Oğuz 


 
48
elində  ağıl tərbiyəsi, gənclərin həmişə  ağlını  işlətməsi məsələsinə diqqət yetirilir. 
Hamı o cümlədən fiziki cəhətdən güclü olanlar da ağıla-kamala yiyələnməlidirlər. 
Dastanda ağılın yüksək nemət olması  aşağıdakı fikirlərdə aydın ifadə olunmuşdur: 
“Biliyi unutmayan əqil yaxşıdır; Baba malından nə fayda, başda dövlət olmasa; Ağıllı 
oğul olsa, ocağın gözüdür; Ağılsız oğul olsa, o ocağın külüdür; Ağılsız adamın 
şərindən Allah saxlasın”. 
Dədə Qorqudun qənaətinə görə, “Adamın dəvəcə boyu olunca, düyməcə  ağlı 
olması yaxşıdır”. Dastanda oğlanın buğa ilə döyüş  səhnəsində daha çox ağılın 
nümayiş etdirilməsinin şahidi oluruq. Oğlanla buğa xeyli çəkişdilər. Buğa iki kürəyi 
üstündə köpük dururdu. Nə buğa, nə də oğlan qalib gəlirdi. Oğlan fikirləşib öz-özünə 
dedi. “Bir dama dirək vururlar, o dama dayaq olur. Mən niyə bunun alnına dayaq 
olub dururam?” Yumruğunu buğanın alnından çəkib, yolundan atıldı. Buğa ayaq 
üstündə dura bilmədi, yıxıldı, təpəsi üstə düşdü. Oğlan bıçağına  əl atdı. Buğanın 
başını kəsdi. Burada oğlan əqil və zəkasını işlədir və fiziki qüvvəsi tükənməkdə olan 
oğlan,  əqli qabiliyyəti, mühakiməsi hesabına buğaya qalib gəlir. Qanturalı  və 
Buğanın vuruşunda da eyni səhnənin şahidi oluruq.  
Dastanda estetik tərbiyə, bədii zövqə malik olmaq kamil insan olmağın mühüm 
şərtlərindən sayılır. Dastandakı ideyaya görə, fiziki və  əqli cəhətdən inkişaf etmiş 
şəxs – yəni qüvvə kamal sahibi, eyni zamanda, camal sahibi olmalı, estetik gözəlliyi 
ilə xoş  təsir bağışlamalıdır. Dədə Qorqud dastanlarının  əksər qəhrəmanları  təkcə 
qüvvəsi və kamalı ilə deyil, həm də camalı ilə fərqlənirlər. Məsələn, “Qanlı qoca ilə 
Qanturalı” boyunda deyilir: “Qanturalı camal və kamal əlamətləri olduğunu və 
onlardan birincisinin estetik, ikincisinin zehni, üçüncüsünün fiziki tərbiyə sahəsinə 
aid olduğunu xatırlasaq, həmin cümlədə  tərbiyənin bu üç qolunun vəhdət  şəklində 
birləşdiyini aydın görərik”(23,97). 
Prof. R.L.Hüseynzadə yazır: “Dədə Qorqud qəhrəmanlarının boy-buxunu 
yaraşıqlıdır, cəlbedicidir. Qanturalı, Bamsı Beyrək, Səkrək, Uruz, Buğac, Dəli 
Dondar, Yeynək, Qazan xan, Burla Xatun, Selcan, Banuçiçək və başqaları  məhz 
cazibədar “Ağ üzlü”, “Ağ biləkli”, “İncə belli”, “Sərv qamətli”, “Qırmızı yanaqlı”, 
“Badam dodaqlı”, “Çatma qaşlı” adamlardır. Çoxları da çalıb-oxumağı, rəqs etməyi 
bilirlər. Onlar gözəlliklərdən zövq almağı bacarır, “əsən dan yellərindən”, “Köksü 


 
49
gözəl dağlardan”, “Durnalı, kəklikli, turaclı soyuq bulaqlı, göy çəmənlikli” yerlərdə 
dincəlir, özlərinə məskən salırlar”(23,198). 
Qanturalı üç canavarla (buğa, aslan və dəvə) vuruşmaq üçün musiqi və mahnı 
ilə qızışmaq istəyir. O, hər dəfə meydanda musiqi sədaları altında cəng edir. Demək, 
dastanda insan və təbiət, incəsənət gözəlliyi, ümumən insanın estetik, zövqü, tərbiyəsi 
mühüm yer tutur. Dastanda saza, musiqiyə ecazkar bir qüvvə kimi baxılır. 
Qəhrəmanlar saza and içirlər,  ən qatı düşmənin  əlində qopuz gördükdə ona əl 
qaldırmırlar.  
Dədə Qorqudda əlbəttə mənəvi, əxlaqi gözəllik həmişə ilkin yerdə durmuşdur.   
 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin