TULLANTILARIN FİZİKİ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ –
Təhlükəli və zərərli komponentləri məhv etmək məqsədilə tullantılara
fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi.
TULLANTILARIN KİMYƏVİ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ –
kimyəvi reaksiya aparmaqla tullantılardakı zərərli maddələri zərərsiz
birləşmələrə çevirmək.
TULLANTILARIN NEYTRALLAŞDIRILMASI – tullantıların
turş və qələvi xassələrini neytrallaşdırma prosesi.
TULLANTILARIN NORMASI – müəssisənin ətraf mühitə
atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı.
T.n. elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən
atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin.
TULLANTILARIN SUSUZLAŞDIRILMASI – Texnoloji üsul
tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi.
Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli
komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi
maddələrin yox edilməsi.
Dostları ilə paylaş: |