TUNDRA EKOSİSTEMLƏRİ – Arktik iqlimin ekosistemləri,
şibyə, mamır, yarpığını tökən və həmişəyaşıl kollar, dominantlıq edir.
Polidominant və mozaik fitosenozlara malikdir, torpağı qleyli tundra
torpağıdır.
TURİST CIĞIRI – xüsusi düzəldilmiş və ya xəritə üzərində təyin
olunmuş, mühafizə olunan (və ya olunmayan) ərazidə turist qrupunun
(təşkil olunmuş və ya müstəqil halda) hərəkət yolu (milli parkda və ya
digər yerdə).
TURİSTİKA (TURİSTŞÜNASLIQ) – türizmlə əlaqədar bütün
amilləri və hadisələri tədqiq edən kompleks fənn.
TURİZM – asudə vaxtda səyahət, fəal istirahət növlərindən biri. T.
insanın səhhətini yaxşılaşdırır, iş qabiliyyətini artırır, görüş dairəsini
genişləndirir və s. Öz ölkəsi daxilində gəzintiyə daxili (milli) T.,
vətəndən kənarda gəzintiyə xarici T. deyilir. Səyahətin məqsədindən
asılı olaraq ekskursiya T.-i, idman T.-i, şəhərdən kənar T. və s.
mövcuddur. T. əsasən turist idarələri tərəfindən qabaqcadan
proqramlaşdırılmış mütəşəkkil, qismən də ayrı-ayrı şəxslərin müəy-
yənləşdirdiyi qeyri mütəşəkkil səyahətlərdən ibarət olur.
TURŞ DUMAN – turşu əmələ gətirən, kükürd və azot oksidləri həll
olmuş aerozol, xırda su damcıları. T.d. insan üçün turşulu yağışlardan da
təhlükəlidir. Belə ki, o, daha çox turş reaksiyaya (pH < 2) malik olub
insanın nəfəs orqanına düşərək selikli qişanı zədələyir.
TURŞ TORPAQ – pH (hidrogen ionlarının qatılığı) 7.0-dən aşağı
olan torpaq. Turş torpaqların münbitliyi aşağı olur.
Dostları ilə paylaş: |