QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1025/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1021   1022   1023   1024   1025   1026   1027   1028   ...   1096
ULTRAHİQROFİTLƏR – çox nəmli yerlər üçün səciyyəvi hiqrofit 

bitki qrupu. Nəmli (çox rütubətli)  ətraf mühitin bioindikatoru kimi 

istifadə olunur (air-bataqlıq zanbağı, üçyarpaq su yoncası, su süsəni; 

bataqlıq ağcaqanadı, bataqlıq mərcanı, çimli cil, adi qamış və s.). 



URAN,  (latınca Uraniu - U). – kimyəvi element, ağır gümüşü-ağ 

parlaq metal; pluton əldə etmək üçün nüvə yanacağı kimi istifadə olu-

nur. 

URBANİSTİKA (lat. urbanus – şəhərlə bağlı olan, urbs - şəhər) – 

urbanizasiya məsələləri ilə bağlı bütün hadisələri hərtərəfli tədqiq edən 

kompleks fənn. 



 

475 


 

URBANİZASİYA  (lat. urbanus - şəhər)  –  əhalinin  şəhərə axını; 

cəmiyyətin inkişafında şəhərlərin rolunun artmasını göstərən tarixi pros-

es;  Əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini, 

mədəniyyətini, məhsuldar qüvvələrin yerləşdirilməsini

məskunlaşmasını  və s. əhatə edir. U. müxtəlif sosial-iqtisadi 

formasiyaların və dövlətlərin inkişafına böyük təsir göstərir: 

sivilizasiyanın  əsas nəaliyyətləri məhz  şəhərlərlə bağlıdır. Dünya 

şəhərlərində yaşayan  əhalinin sayı 19-cu əsrin  əvvəlinə 29 mln., 1900 

ildə 224 mln., 1950 ildə 706 mln, 1980 ildə 1809 mln nəfər olmuşdur. 

1922-84 illərdə Azərbaycanda  şəhər  əhalisi 7,4 dəfə artmış,  əhalinin 

ümumi sayında payı 54%-ə çatmışdır. 

URBOEKOLOGİYA  –  şəhərin ekoloji problemləri ilə  əlaqəli 

şəkildə insan ekologiyasının vəziyyəti və perspektivliyinin tətbiqi ilə 

məşğul olan yeni elm  sahəsi. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1021   1022   1023   1024   1025   1026   1027   1028   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin