ÜMUMDÜNYA ƏTRAF MÜHİT GÜNÜ – 5 iyun – Stokholmda
(İsveç) BMT-nin 5-16 iyun 1972-ci ildə keçirilmiş konfransında Yapo-
niya və Seneqal nümayəndələrinin təklifi ilə təsis edilmişir. Ətraf mühi-
tin mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə
bütün dünyada hər il qeyd edilir.
ÜMUMDÜNYA METEOROLOJİ TƏŞKİLAT (ÜMT) – 1947-ci
ildən BMT-nin fəaliyyət göstərən xüsusi dövlətlərarası idarəsi. ÜMT-in
vəzifəsi meteoroloji müşahidələrin və tədqiqatların aparılmasına,
həmçinin milli meteoroloji və hidroloji xidmətin koordinasiyasına
qarşılıqlı əlaqə yaratmaqdır. Qərərgah binası Cenevrədə (İsveçrə)
yerləşir.
Dostları ilə paylaş: |