UÇUB GETMƏ (GƏLMƏ) – uçan orqanizmlərin (quşlar, yarasa,
bəzi cücülər) – öz yuvalarından iqlim şəraiti daha əlverişli vilayətlərə
(payızda) qışlamaq üçün kütləvi surətdə uçub getməsi və uçub qayıtması
(yazda). Quşların U.g. nəsli proqrama əsaslanır.
UDMA ƏMSALI – udulmuş maddələrin miqdarının orqanizmə dax-
il olan maddələrin miqdarına nisbəti.
ULTRABƏNÖVŞƏYİ RADİASİYA (lat. ultra – fövq, daha çox.
ifrat) – dalğasının uzunluğu 10-400 nm diapozonlu elektromaqnit
şüalarından ibarətdir. Orqanizmlərin həyatı üçün böyük əhəmiyyətə ma-
likdir (bakteriyalara məhvedici təsir göstərir, bitkilərdə isə fermentlərin
fəallığını dəyişdirir). Heyvan və insana adətən əlverişli təsir göstərir.
ULTRAELEMENTLƏR – canlı orqanizmlərdə olduqca az miqdar-
da (canlı maddə kütləsnin 10
–5
-dən 10
12
%-ə qədər) olan kimyəvi
maddələr (məs., gümüş, qızıl, qurğuşun, civə, radium).
Dostları ilə paylaş: |