TÜKƏNMƏYƏN (GÜCDƏN DÜŞMƏYƏN) RESURSLAR –
təbii resursların miqdarca tükənməyən hissəsi (dəniz qabarmaları, günəş
şüası, atmosfer, hidrosfer, iqlim). Hava hövzəsi kükürd-oksidi, karbon
qazı, azot, sənaye tozlarilə, hidrosferin isə neftlə, pestisidlərlə, ağır me-
tallarla, detergentlərlə, sənaye və məişət tullantıları ilə güclü
çirkləndikdə T.r. tükənən resurslar kateqoriyasına keçə bilər.
TÜSTÜ – dispers fazanın bərk hissəciklərindən ibarət yüksək
dispersiyalı aerozol. Yanma və digər kimyəvi reaksiya zamanı əmələ
gəlir. Sənaye tüstüsü ətraf mühiti çirkləndirir, duman, smoq (asılqan)
əmələ gətirir. T.-dən kənd təsərrüfatında, hərbi işlərdə istifadə edilir.
TÜSTÜ QAZLARI – sobalarda yanacaq yanarkən əmələ gələn
qazabənzər məhsullar. Tam yanmadan alınan T.q.-nın əsas tərkib
hissələri azot, karbon qazı, su buxarı, kükürd qazı (kükürd 4-oksid) və
oksigen; qismən yanmada isə karbon 2-oksid, hidrogen və
karbohidrogenlər olur.
|