BİTKİNİN QAZA DÖZÜMLÜYÜ – zərərli qazlarla çirklənmiş
hava mühiti şəraitində bitkinin yaşama qabiliyyətini saxlaması (onlardan
ən təhlükəlisi ftor, xloridlər, kükürdlü anhidrid, azot iki oksiddir).
BİTKİNİN SOLMASI – su balansının pozulması nəticəsində bitki-
nin turqoru itirməsi (yarpaqlarda suyun transpirasiyası onun hüceyrələrə
daxil olmasını keçir). Bu zaman yarpaq və budaqlar sallaq vəziyyət alır.
Belə hal müvəqqəti və uzunmüddətli ola bilər. Müvəqqəti solma zamanı
torpaqdan daxil olan su bitkinin istifadəsi ilə kompensasiya olunmağa
macal tapır, transpirasiya zəiflədikdə isə su balansı və bitkinin normal
vəziyyəti bərpa olunur. Uzun müddətli solma bitkinin istifadəsi
mümkün olan suyun torpaqda olduqca azalması zamanı baş verir, bu
zaman hətta gecə vaxtı su defisiti bərpa olunmur. Uzun müddətli solma
nəticəsində böyümə dayanır, həyat üçün mühüm proseslər sayılan foto-
sintez, tənəffüs və s. pozulur, hüceyrələr ölür və bitki məhv olmağa
başlayır. B.s.-nın qarşısını almaq üçün suvarma aparılır, bitkinin mineral
qidalanması yaxşılaşdırılır, quraqlığa dözümlü sortlardan istifadə olu-
nur.
BİTKİNİN SORTU – mədəni bitkinin bir növünün fərdlərinin
məcmusu; konkret şəraitdə becərildikdə müəyyən davamlı morfoloji,
fizioloji və təsərrüfat əlamətlərilə səciyyələnir. Mədəni bitkilərin aşağı
təsnifat vahidi.
Dostları ilə paylaş: |