QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə162/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   158   159   160   161   162   163   164   165   ...   1096
BİTLƏR  (Anoplura) – qansoran həşərat dəstəsi.  İnsan və  məməli 

heyvanlarda təsadüf edilir. İnsanda baş biti, paltar biti, pəncəli bit para-

zitlik edir. Təmizliyə  və sanitariya qaydalarına riayət etmək  ən yaxşı 

mübarizə vasitəsidir. 



BİTMƏ ŞƏRAİTİ – fərd, populyasiya və ya növün məskunlaşdığı 

yer və həyat şəraiti. Mühitin abiotik amillər kompleksindən ibarət olub 

ekotopda (fitosenozun mühit rejimi – hava, su, mineral qida, temperatur-

radiasiya), biotik amillərin kompleksində (fitosenoz üçün heyvan və 

mikroorqanizmlərin fəaliyyəti) birləşir.  İlkin və törəmə bitmə  şəraiti 

ayrılır. 



BİTUMLAMA – qumların bitum emulsiyası ilə bərkidilməsi. 

BİVOLTİNLİK – ayrı-ayrı heyvanların, adətən həşəratların il 

ərzində iki nəsil verməsi. 



BOĞAZ – dünya okeanında hər hansı iki quru sahəni (materikləri, 

adaları, ada ilə materiki) bir-birindən ayıran və ya iki su hövzəsini 

birləşdirən dar su zolağı. Məs. Magellan B.zı, Dardanel B.zı. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin