BONİTETLƏŞDİRMƏ – ayrı-ayrı təbii sərvətlərin (su, torpaq,
meşə, heyvanat aləmi və s.) və onların ərazicə birləşmələrinin
(biogeosenoz, landşaft, təsərrüfat sahəsi və s.) bal hesabı ilə keyfiyyət
qiyməti. Yüksək bal müəyyən obyektin yüksək keyfiyyətinə uyğun
gəlir.
BOSTAN BİTKİLƏRİ – qabaqkimilər fəsiləsindən becərilən bitki
növləri (qovun, qarpız, qabaq və s.).
BOTANİKA – bitkilər haqqında elm, biologiyanın əsas
bölmələrindən biri. B. bitkilərin quruluşunu, həyat fəaliyyətini, tarixi
inkişafını, təbiətini və insanın həyatında onların əhəmiyyətini öyrənir.
Bitkilər haqqında məlumat artdıqca B.-dan bitki sistematikası, bitki
morfologiyası, bitki fiziologiyası, bitki coğrafiyası, geobotanika, bitki
ekologiyası, paleobotanika, bitki genetikası, fitosenologiya və s. kimi bir
sıra ixtisaslaşmış sahələr ayrılmışdır.
Respublikamızda B. sahəsində tədqiqat işləri Azərb. MEA Botanika
institutunda genetika və seleksiya, əkinçilik və s. elmi tədqiqat
institutlarında, ali məktəblərin botanika və fiziologiya kafedralarında
aparılır.
70
BOTANİKA BAĞI – yerli və başqa ölkələrin bitkilərini becərən və
öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif
müəssisəsi, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək
məqsədi ilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün
qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, B.b.
bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları
toplamaqla məşğul olur.
Azərb. respub.-da B.b. 1934 ildə Bakının dığlıq hissəsində
salınmışdır. Mərdəkanda filialı var.
Dostları ilə paylaş: |