BİTKİNİN SOYUĞA DAVAMLILIĞI – vegetasiya keçirən bitki-
nin aşağı müsbət temperaturun (1-5
°C) təsirinə dözmək və əlverişli
şəraitdə öz böyüməsini bərpa etmək qabiliyyəti. Soyuğa davamlı
bitkilər, (arpa, vələmir, çöl noxudu, kətan, çuğundur) aşağı temperatu-
run təsiri ilə öz hüceyrələrinin quruluş və funksiyasının təşkilini
dəyişdirmək qabiliyyətinə malik olub, bununla da böyüməni ləngidir və
zülalın, amin turşularının, xüsusilə şəkərin miqdarının çoxalmasına im-
kan yaradır. İstisevər bitkilərdə bu xüsusiyyət olmadığından aşağı tem-
peraturda zədələnir və məhv olur.
Dostları ilə paylaş: |